Təkamül nəzəriyyəsinin süqutu

“Cumhuriyet Bilim Teknik” jurnalının 31 avqust 2002-ci ildəki sayında “Çində dinozavr-quş arası üçüncü bir nümunə tapıldı” başlıqlı bir xəbər yayımlandı. Xəbərdə, Çində tapılan və Jeholornis olaraq adlandırılan bir quş qalığından bəhs edilirdi. Bu quşun uzun bir quyruğa sahib olması, bəzi təkamülçülərin bu qalığı quşların dinozavrlardan təkamülləşdiyinə dəlil olaraq göstərmələrinə səbəb oldu. “Cumhuriyet Bilim Teknik” jurnalı da eyni yanılmaya düşdü və qalığı “dinozavr-quş” arası bir canlıya aid olaraq tanıtdı. Aşağıda “Cumhuriyet Bilim Teknik” jurnalının və digər təkamülçülərin dino-quşlar haqqındakı yanılmaları açıqlanacaq.

 

Quş fosilindəki quyruq, quşların dinozavrlardan təkamülləşdiklərinə dəlil ola bilməz

Təkamülçülərin ən sıx içinə düşdükləri yanılmalardan biri, aralarında təkamül xarakterli əlaqə qurmaq istədikləri növlər arasındakı bəzi bənzər xüsusiyyətləri, bu xəyali təkamül əlaqəsinin bir dəlili hesab etmələridir. Çində tapılan Jeholornis adlı fosildə də təkamülçülər eyni yanılmaya düşmüşlər. Bu fosil quşun uzun bir quyruğa sahib olduğuna görə, quşların dinozavrlardan təkamülləşdikləri tezisinə bir dəlil tapdıqlarını sanmışlar. Halbuki, təbiətdəki bir çox canlı növü bir başqası ilə bənzər xüsusiyyətlər daşıya bilər və bu növlərin əksərinin arasında təkamülçülər də təkamül əlaqəsi qura bilməməkdədirlər. Məsələn, osminoqların göz quruluşu insanların göz quruluşu ilə çox bənzərdir. Amma osminoqlarla insanlar arasında təkamül əlaqəsi olduğunu təkamülçülər də iddia etməməkdədirlər. Ağcaqanadların da quşlar və ya yarasalar kimi qanadları vardır, ancaq bu növlərin… ardı...

 

24 iyul 2002-ci il tarixində “Cumhuriyet” və “Gözcü” kimi bəzi qəzetlərdə, “Çində uça bilən dinozavr fosili tapıldı” başlığı ilə xəbərlər yayımlandı. Bu xəbərlərdə, Çinin Yixian bölgəsində tapılan və paleontoloq Ji Qiang tərəfindən ictimaiyyətə elan olunan 140 milyon yaşındakı, “Shenzhouraptor Sinensis” olaraq adlandırılan fosilin dinozavrlarla bugünkü quşlar arasındakı itkin halqa olduğu iddia edilirdi.

Təkamülçülər tərəfindən böyük bir həvəslə “itkin halqa tapıldı” şüarları ilə elan olunan bu fosil, əslində təkamülçülərin bu günə qədər quşların mənşəyi haqqındakı iddiaları və əllərindəki uydurma dəlilləri ilə ziddiyyət təşkil etməkdədir. Xarici mətbuat isə yeni fosilin təkamül nəzəriyyəsi ilə ziddiyyət təşkil edən istiqamətlərini görmüş olacaq ki, bu xəbərə çox yer vermədi. Türkiyədəki təkamülçü mətbuat isə, mövzu haqqında çox məlumatı olmayanları təkamül nəzəriyyəsinin doğru olduğuna inandırmaq üçün göz görə-görə bu xəbəri təkamül nəzəriyyəsinin dəlili kimi təqdim etməyə, fosilin ortaya çıxardığı gerçəkləri gizlətməkdə bir qorxu görmədi.

 

Aralıq-keçid forması olduğu iddia edilən “Shenzhouraptor Sinensis” bilinən ən qədim quş olan Arxeopteriksdən (Archaeopteryx) daha gəncdir

Təkamülçülər Shenzhouraptor Sinensisin, həm quş, həm də dinozavr xüsusiyyətlərinə sahib, uça bilən bir aralıq-keçid forması olduğunu irəli sürməkdədirlər. Halbuki, bilinən ən qədim quş olan Arxeopteriks, bir çox istiqamətdən bugünkü uçucu quşlardan fərqsizdir və bundan 150 milyon il əvvəl yaşamışdır. Shenzhouraptor Sinensis isə, bundan 140 milyon il əvvəl… ardı...

 

3 fevral 2002-ci il tarixli “Hürriyet” qəzetinin “Hürriyet bilim” adlı bölməsində, “Erkək quşlar niyə daha rənglidir?” başlıqlı bir yazı yayımlandı. Yazıda, tovuzquşlarında və digər bəzi quş növlərində, erkəklərin daha rəngli və dəbdəbəli tüklərə sahib olduqları ifadə edilir və “Elm adamlarının bu mövzudakı araşdırmaları nəticəsində gəldikləri nəticələrin Darvinin 1871-ci ildəki tezisi ilə üst-üstə düşdüyü” irəli sürülürdü. Halbuki, əslində ortada Darvinin tezisi ilə üst-üstə düşən heç bir elmi tapıntı yoxdur.

“Hürriyet”in bəhs etdiyi mövzu, canlıların xüsusiyyətlərinin təkamülçü bir ön mühakimə ilə şərh olunmasından və bu şərhə əsaslanan ssenarilər yaradılmasından başqa bir şey deyil.

Bu xəbərin mövzusu, Darvinin 1871-cidə nəşr olunan “The Descent Of Man, And Selection In Relation To Sex” (İnsanın törəməsi və cinsi seçmə) adlı kitabında ortaya atılan tezisdir. Darvin bu kitabda insanın mənşəyinə dair, bu gün təkamülçülərin belə dilə gətirməkdən utandıqları, irqçi fikirlər irəli sürərkən bir tərəfdən də canlılardakı bəzi strukturların “cinsi seçmə”nin əsəri olduğunu iddia etmişdir. Cinsi seçmə, bir heyvan sürüsündəki daha güclü və ehtişamlı fərdlərin, qarşı cins tərəfindən daha cazibədar qəbul edilməsi və bu yolla daha çox törəmələri mənasını verir. Məsələn, bu məntiqə görə, bəzi erkək quşların ehtişamlı rəng və naxışları, dişilərin daha ehtişamlı erkəkləri seçmələrinin nəticəsində təbii seleksiya yolu ilə mərhələ-mərhələ qazanılmış bir xüsusiyyətdir.

“Hürriyet”in xəbərinin qaynağı,… ardı...

 

Cəlal Şengör, nəhəng bir kosmos boşluğu içində fövqəladə bir tarazlıq və nizam içində varlığını və həyatını problemsiz şəkildə davam etdirərkən, təəccüblü şəkildə kosmosda, yer üzündə və canlı aləmdə tarazlığın olmadığını, xaosun olduğunu iddia etmişdir. Şengör, iddia etdiyi bu nizamsızlıq içində planetlərin sabit bir tarazlığının olmadığını, bütün kainatın xaos içində olduğu kimi heyrət verici bir açıqlama etmişdir.

Geologiya professoru olan Şengörün, kainatdakı və xüsusilə yer üzündəki fövqəladə tarazlıqdan xəbərsiz olması, şübhəsiz ki, mümkün deyil. Bu iddia, klassik bir darvinist iddiadır. Kütlələrə təkamül nəzəriyyəsini mənimsətmək üçün kainatda xaos olduğu demaqoqluğu, bir Yaradıcının varlığını rədd edə bilmək üçün darvinistlərin həmişə müraciət etdikləri bir yalandır. Lakin bu iddia gündəmə gəldiyi üçün kainatda Allahın yaratdığı böyük tarazlığın detallarını burada ifadə etmək yerində olacaq.

Kosmosda və yer üzündə, insanın gücünü, hətta bəzən idrak sərhədlərini aşan mükəmməl həssaslıqdakı tarazlığı qısaca belə ümumiləşdirə bilərik:

* Günəşin diametri, Dünyanın diametrinin 103 misli qədərdir. Ancaq Samanyolu qalaktikasının içində, Günəş kimi və çoxu ondan daha böyük olan təxminən 250 milyard ulduz vardır.

* Ancaq Samanyolu qalaktikası da kosmosda çox “kiçik” bir yer əhatə edir. Çünki kosmosda başqa qalaktikalar da vardır, həm də təxminlərə görə, təxminən 300 milyarda qədər!

* Əgər ulduzlar bir az belə bir-birlərinə yaxın olsalar, dünyada həyatın olması qeyri-mümkün… ardı...

 

Göz, mükəmməl sadələşdirilə bilməz komplekslikdəki quruluşu ilə Darvinin də, ondan sonra gələn darvinistlərin də açıqlaya bilmədikləri mövzuların ən əhəmiyyətlilərindən biridir. Darvin, XIX əsrin son dərəcə ibtidai məlumatı ilə “gözü düşünmək məni bu nəzəriyyədən soyutdu” deyəcək qədər böyük bir təşvişə qapılmışdır. Bugünkü darvinistlər isə get-gedə artan bu təşvişin təsiri ilə çıxış yolunu gözün sadələşdirilə bilməz bir kompleksliyinin olmadığını iddia etməkdə tapmışlar. Cəlal Şengörün də iddiası budur. Cəlal Şengör, tərliklərin belə işığa həssas strukturlar olduğunu iddia edərək, bunun ibtidai göz olduğunu və kompleks gözlərin bu uydurma ibtidai quruluşdan təkamülləşdiyini iddia edir. Bu etibarsız bir iddiadır çünki:

– Şengörün və digər darvinistlərin iddia etdikləri şəkildə işığa həssas hüceyrə, ibtidai göz deyil. Darvinistlər, eynilə tərliklərin meydana gəlməsini açıqlaya bilmədikləri kimi, bu canlıdakı işığa həssas quruluşu da qəti olaraq açıqlaya bilməzlər.

Necə ki, vaxtilə sözü gedən strukturların kompleksliyinin tam olaraq fərqində olmayan Darvin belə, bu mövzuda bu etirafı etmişdir.

“Sinirlərin işığa necə həssas olduğu bizləri həyatın necə meydana gəldiyi sualından daha çox narahatlıqlandırmaqdadır” [1]

– Ən sadə şəkli ilə də olsa, “görmə” hadisəsinin yarana bilməsi üçün, bir canlının bəzi hüceyrələrinin işığa həssas hala gəlməsi, bu həssaslığı elektrik siqnallarına köçürəcək bir qabiliyyətə sahib olması, bu hüceyrələrdən beynə gedəcək olan xüsusi sinir şəbəkəsinin meydana gəlməsi və beyində… ardı...