22 aprel 2009-cu ildə “Nature” jurnalında nəşr olunan və ardından “Associated Press”, “Reuters”, “BBC news”, “National Geographic News” kimi nəşr orqanlarında, Türkiyədə isə “Radikal” və “Haber Türk” kimi internet saytlarında xəbər verilən yeni bir mövzu, “Suitinin qurudakı xəyali əcdadının tapıldığı” iddiası idi.

Nəsli kəsilmiş bir quru canlısının fosili, təkrar darvinistlər tərəfindən spekulyasiya vasitəsi kimi istifadə edilmiş, fosillə bağlı olduqca geniş təxəyyülə əsaslanan bir ssenari qurulmuşdu. “Puijila Darvin” adı verilən və dörd ayaqlı, quyruqlu bu quru canlısı, darvinist ssenariyə uyğun düşməsi üçün “dörd ayağı ilə üzən” və “quyruğu da heç bir işə yaramayan” bir aralıq forma olaraq tanıdılmışdı.

Bu böyük yalanın etibarsızlığını göstərən elmi dəlillər isə belə sıralana bilər:

  1. Darvinistlər bu fosil ilə suitinin “qurudakı” xəyali əcdadlarının bundan 24 milyon il əvvəl quruda yaşayan yarı inkişaf etmiş bir aralıq forma olduğunu iddia edirlər. Bu iddianın BÖYÜK BİR SAXTAKARLIQ olduğunu göstərən milyonlarla dəlildən yalnız ikisi bu saxta iddianı da, təkamülü də qəti olaraq süquta uğratmışdır. Bunlar:

84 milyon illik XALLI SUİTİ fosili

Image result for 84 MİLYON YILLIK BENEKLİ FOK kafatası

68 milyon illik SUİTİ fosili

Image result for 68 MİLYON YILLIK FOK kafatasıdır

Bu canlılar TAM, MÜKƏMMƏL VƏ QÜSURSUZ ŞƏKİLDƏ OLAN “SUİTİ”DİRLƏR. Darvinistlər 20 milyon il əvvələ aid “quruda yaşayan əcdad” ssenariləri qurarlarkən 84 milyon il əvvəl bugünkülərdən heç nəyi ilə fərqlənməyən suitilər yaşayırdılar və bugünkü suitilər kimi dənizlərdə yaşayırdılar.

Əgər insanlara 84 milyon il əvvəl bugünkü suitilərin yaşamış olduğu, heç bir xəyali əcdadları olmadan birdən ortaya çıxdıqları və bu günə qədər dəyişmədən varlıqlarını davam etdirmiş olduqları bildirilməmiş olsaydı, darvinistlər, heç bir elmi dəlil təqdim etmədən, suitinin qurudakı xəyali əcdadının 20 milyon il əvvəl yaşadığı yalanı ilə məlumat sahibi olmayan kəsləri asanlıqla aldada bilərdilər. Məhz darvinist yalan bu üsula əsaslanır. Elmi gerçəklər gizlənir və bir ssenari hazırlanaraq düşüncəsizcə, gerçəkmiş kimi təqdim edilir.

Lakin darvinistlərin artıq insanları aldada bilməyəcəkləri bir daha ortaya çıxmışdır. Çünki hər ara fosil hekayələrinə mütləq qarşılarında iddialarını çürüdən mükəmməl yaşayan fosillərlə, yəni GERÇƏK ELMİ DƏLİLLƏRLƏ cavab verilir.

  1. Tapılan fosil Potamotherium cinsi olaraq tanıdılmışdır. Halbuki, daha əvvəl tapılan Potamotherium fosilləri, mükəmməl üzgəcləri olan və dənizdə yaşamağa əlverişli bədən üzvlərinə sahib nəsli kəsilmiş su samuru növüdür. Bu canlılar, bugünkü su samurlarından demək olar ki, heç nəyi ilə fərqlənmir. Eyni növə daxil edilən Enaliarctos fosilləri isə (nəsli kəsilmiş dəniz aslanı növü), 33.7 milyon il əvvələ Oliqosen dövrünə aiddir və bu canlılar da mükəmməl bir üzgüçüdürlər. Yeni tapılan Pujilla isə, 24 milyon il əvvələ Miosen dövrünə aid fosildir. Dolayısilə darvinistlər 33 milyon illik mükəmməl üzgüçü olan su samuru və dəniz aslanı növlərini ara fosil olaraq elan edərkən, birdən-birə suda yaşamaq üçün heç bir bədən üzvünə sahib olmayan 20 milyon illik bir quru canlısını eyni kateqoriyaya daxil etməyə çalışırlar.
  2. Darvinistlər, Puijilanın Qrenlandiya adasında Şimal qütbü yaxınlığında kəşf edildiyini və dolayısilə suitilərın guya təkamül keçirdikləri yerin bu bölgələr olduğunu iddia edirlər. Halbuki, bu mövzuda daha əvvəl guya aralıq forma olaraq təqdim edilmiş digər canlıların ortaya çıxış yerləri, bir-birlərindən tamamilə fərqlidir. Biri Qrenlandiyada tapılarkən, digəri Avropada, bir başqası isə Şimal Amerikanın şimal-qərb sahillərində tapılmışdır. Darvinistlər hər tapılan fosilin yeri fərqli olduğundan hər biri üçün fərqli ssenari hazırlamaq məcburiyyətində qalmışlar. İndiki fosilin ortaya çıxış yeri də bundan əvvəlkilərə uyğun gəlmədiyindən, yeni fosilə aid yeni ssenari hazırlayaraq oxucuları bir daha aldatmağa çalışırlar.

Darvinistlər açıqca, tapdıqları hər hansı bir quru canlısını, sırf “elə olmasını istədikləri üçün” və “sırf ölmüş təkamül nəzəriyyəsinə yeni bir saxta dəlil verə bilməsi üçün” suitinin əcdadı olaraq elan etmişlər. Canlının quruda deyil, dənizdə yaşadığını iddia edə bilmək üçün dörd ayağından quruda yerimək əvəzinə dənizdə üzmək üçün istifadə etdiyini, quyruğunun isə bir işə yaramadığını iddia edəcək qədər irəli getmişlər. Darvinistlər ssenari hazırlamaqda artıq sərhəd tanımırlar. Halbuki, aralıq-keçid canlısı olduğunu iddia etdikləri canlıların hamısı bütün bədən üzvləri və orqanları ilə tam və mükəmməl canlılardır. Darvinistlərin iddia etdikləri şəkildə ara canlılar yaşamış olsaydılar yer üzünün laylarında bir-birindən anormal bir çox canlı fosilinə rast gəlinməli idi. Halbuki, tapılan bütün fosillər mükəmməl canlılara aiddir. Darvinizmin süqut etdiyi gerçəyi bütün dünyaya yayıldıqca çıxış yolunu bu saxta ara fosilləri insanlara gerçəkmiş kimi təqdim etməkdə tapmışlar.

Daha əvvəl dəfələrlə ifadə etmiş olduğumuz kimi, illərdir darvinistlər tərəfindən gizlədilən, lakin son illərdə açıqca bütün dünyaya göstərilmiş 100 milyon fosil darvinistlərin çöküşünün elanı olmuşdur. Darvinistlər, ortaya hər atdıqları “aralıq forma” yalanında, mütləq milyonlarla il əvvəlki mükəmməl fosil nümunələri ilə qarşılıq alıblar. İndi də 68 və 84 milyon illik mükəmməl suiti fosilləri, darvinistlərin iddialarının etibarsızlığını açıqca göstərmək üçün tək başına yetərli bir qarşılıqdır. Artıq darvinistlərin insanları aldada bilmələri mümkün deyil. Sözü gedən yayım orqanlarına, hiyləli ssenarilərə son vermələrini və elmi gerçəklərə görə davranmalarını tövsiyə edirik.