Şeytan
Adnan Oktarın 18 may 2011 A9 Tv, Aks Tv və Tv Kayseridəki canlı söhbətindən
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Muminun surəsi, 96 “Pisliyi ən gözəl tərzdə uzaqlaşdır.” Pisliyə pislik olmaz. Pisliyə sevgiylə, şəfqətlə cavab veriləcək, Allahın əmridir. Yaxşılıqla cavab veriləcək. Bir pis söz söyləyir, o da onun ciyərinə oturtdurur. O da ona bir şey söyləyir, bu dəfə sillə-yumruq bir-birlərinə girirlər. Halbuki, pis bir sözə gözəl cavab versən, şəxsə müsbət təsir edər. Bir daha gözəl cavab versən, yenə müsbət; üçüncüdə bir fövqəladəlik vardır. “Mən də gözəl əxlaqlı olum, mən də gözəl davranım” deyər, təəccübləndirmək lazımdır. “Və de ki: “Rəbbim, şeytanın vəsvəsələrindən Sənə sığınaram.” Şeytan insana vəsvəsə verə bilər, Allaha sığınacaqlar. Dərhal özünü qapdırmağa ehtiyac yoxdur. Don-köynək küçəyə atılıb rüsvaylıq çıxarırlar, döyüşürlər. Allaha sığınıb, gözəl, mehriban bir rəftar göstərmələri lazımdır.
ADNAN OKTARIN KAÇKAR TV-DƏKİ CANLI MÜSAHİBƏSİ (15 DEKABR 2010)
ADNAN OKTAR: “Biz Firon və onun xalqının qurduqlarını və tikib ucaltdıqlarını darmadağın etdik.“ Yəni, Firon dəccaliyyəti və qövmünün etdikləri, etdikləri zülmü, təzyiqi, darvinist-materialist düşüncəni, inancları-“və ucaltdıqlarını darmadağın etdi. Məsələn tuğyanı, dəlaləti, ağrı-acını, insanlara təzyiq etməyi artırırdılar. Terroru və şiddəti, hər cür pis davranışları artırırlar. “Ucaltdıqlarını darmadağın etdik.”-deyir Allah. İkinci mənası da yüksəldib şeytanla əlaqə qurmaq üçün tikdikləri o daşlar, ucu piramida şəklində daşlardır. Hz. Süleyman (ə.s)-ın möhüründə də o piramidanın tərsi bir piramida vardır, tərs üçbucaq. Bir dik üçbucaq var, bir də tərs üçbucaq var. Bu şeytanı təsirsiz hala gətirmək üçün istifadə edilən vəsilələrdən biridir. Şeytana qarşı istifadə edilən vəsilələrdən biridir, bu altı bucaqlı ulduz. Hz. Süleyman (ə.s)-ın da möhürüdür bu. Şeytanı təsirsiz etmək üçün istifadə edilir. Bunun təfərrüatları var, amma mən yalnız bu qədər hissəsini deyirəm.
Adnan Oktarın Kaçkar Tv-dəki canlı reportajı (28 dekabr 2010)
Adnan Oktar: Fussilət surəsi, 36-cı ayə, şeytandan Allaha sığınaram; “Əgər sənə şeytandan vəsvəsə gələcək olsa,” yəni şeytanın adamlarından, şeytana uyanlardan, şeytanın əmrində olanlardan, şeytana gizli və ya açıq xidmət edənlərdən, iblisat və iblisundan; cahil insanlar internetdə, radioda, televiziyada hər hansı bir yerdə vəsvəsə etsə; müsəlmanların arasını vurmaq, müsəlmanların Türk-İslam Birliyi düşüncələrini ortadan qaldırmağa çalışsalar, İslam Birliyini ortadan qaldırmağa çalışsalar; sevgini, sülhü, qardaşlığı, məhəbbəti qırmağa qalxsalar, müsəlmanları başı açıq, başı bağlı deyə fitnəyə salıb bir-birinə qırdırmağa qalxsalar, şiə-sünni ayrı-seçkiliyi edib bir-birini qırdırmağa çalışsalar, yəni “şeytandan vəsvəsə gələcək olsa,” “dərhal Allaha sığın. Çünki O, eşidəndir, biləndir.” İnşaAllah.
Adnan Oktarın 28 yanvar 2011 Kaçkar Tv-dəki canlı söhbətindən
Adnan Oktar: Səba surəsi, 34-cü ayə; “Biz hansı ölkəyə bir xəbərdar edici göndərdiksə, mütləq oranın “rifah içində yaşayan öndə gələnləri”:
“Həqiqətən biz, sizin özüylə göndərildiyiniz şeyi tanımırıq” demişlər.” Məsələn, indi də Mehdi (ə.s)-dan bəhs edirik, insanlar “biz Mehdi (ə.s)-ı tanımırıq” deyirlər. “İsa Məsih (ə.s) enəcək” deyirik, “onu da tanımırıq” deyirlər.
“Biz hansı ölkəyə bir xəbərdar edici göndərdiksə, mütləq oranın “rifah içində yaşayan öndə gələnləri”,” bəzi dindar yoldaşlar var, xalq ifadəsi ilə bir az varlanmış, özünə bir holdinq açmış, iş yerləri qurmuş, “görməmişin avtomobili olmuş havaya uçmuş” deyərlər, adam qudurur.
Pozadan-pozaya, haldan hala, şəkildən-şəklə girir və şişir və şişincə də ağlasığmaz şərhlərlə, ağlasığmaz inkarlarla nə İslam Birliyini istəyir, nə Türk-İslam Birliyini istəyir, nə Mehdi (ə.s)-ı, nə İsa (ə.s)-ı istəyir.
Daima da bir ayağı həccdə, bir ayağı Şamda, görən də son dərəcə dindar zənn edər.
ALTUĞ BERKER: İndi oxuduğunuz ayənin daha əvvəl ayə və surə nömrəsi etibarilə İstanbula işarə etdiyini söyləmişdiniz, hocam.
ADNAN OKTAR: Bəli, Səba surəsi 34-cü surədir, ayə nömrəsi də 34. “Biz hansı ölkəyə bir xəbərdar edici göndərdiksə, mütləq oranın “rifah içində yaşayan öndə gələnləri”: “Həqiqətən biz, sizin özüylə göndərildiyiniz şeyi tanımırıq” demişlər.”
Əbcədi də Mehdi (ə.s)-ın çıxış… ardı...
Şeytanın zəif hiyləsi
Allah, hər insanı bu dünya həyatında sınayar və hər insanın bu sınaq əsnasında göstərdiyi əxlaqa və imana görə, əsl həyatının cənnətdə və ya cəhənnəmdə olacağı təyin olunmuş olar. Allahın qulları üçün yaratdığı bu sınaq isə, son dərəcə asan və rahatdır. Daha əvvəlki mövzularda da toxunulduğu kimi, insanın öhdəsinə düşən, Allahın Quranda bildirdiyi və insana dünya həyatında da xoşbəxtlik və hüzur gətirən həyatı yaşamaqdır.
Allah, bu imtahan içində imana qarşı mənfi bir güc olaraq şeytanı yaratmışdır. Allahın, ayələrində bildirdiyi kimi, şeytan, insanların düşüncələrinə vəsvəsə verərək, onlara imansızlığı təlqin edərək, və ya bəzi insanların rəftarları və danışıqları vasitəsi ilə insanları dindən, Allahın əmrlərindən və gözəl əxlaqdan çəkindirmək üçün səy göstərir. Bunun üçün hər yolu sınayar, insanlara müxtəlif tələlər qurar. Şeytanın, insanın düşməni olduğunu Allah bir ayəsində belə xəbər verir:
Ey iman edənlər, hamınız bütövlükdə sülhə ( İslama) gəlin və şeytanın yolu ilə getməyin. Çünki o, sizə açıq-aşkar bir düşməndir. (Bəqərə Surəsi- 208)
Bununla yanaşı, Allahın ayələrində də bildirdiyi kimi, şeytanın insanlar üçün hazırladığı hiylələr çox zəifdir və iman gözüylə baxan bir insan, dərhal, şeytanın tələlərini görər və pozar. Allah Quranda şeytanın hiylələrinin çox zəif olduğunu və insanlar üzərində heç bir hökmünün olmadığını xəbər… ardı...