səh. 89 Canlılarda “mutasiyalar nəticəsində xromosom saylarındakı artımın canlıların yeni xüsusiyyətlər qazanmasına və hətta yeni növlər meydana gəlməsinə gətirib çıxardığı” yalanı:

  • Xromosomlar, içində 100 milyon səhifəlik ensiklopedik məlumat saxlayan DNT-nin yerləşdiyi yerlərdir.
  • Bu kompleks quruluşa təsadüfi hər müdaxilə fəsada yol açır və ya öldürücü olur.
  • Heç bir zaman belə bir mutasiyanın canlıya faydalı yeni xüsusiyyətlər qazandırdığı müşahidə edilməmişdir.
  • Xromosoma yeni xromosom əlavə olunması, genetik pozulmadır və yalnız xəstəliklərə və ölümlərə səbəb olur.
  • Məsələn, insanlarda xromosom sayı çox olaraq doğulan uşaqlarda ümumiyyətlə ya doğumdan sonra ölüm, ya da əqli gerilik və fiziki anormallıqlar müşahidə olunur.
  • Bu anormallıqların ən geniş yayılmışı Daun sindromu, Klinefelter sindromu, Edvard sindromu, Patau sindromu kimi xəstəliklərdir.

 

səh. 109 “Növü dəyişdirəcək faydalı mutasiyalar yarandığı və bunun populyasiyalar boyunca davam etdiyi” yalanı:

  • Mutasiya nəticəsində genetik məlumatı meydana gətirən hissələr yerlərindən qopar, dağılar, ya da DNT-nin fərqli yerlərinə daşınar. Bu tip vəziyyətlərdə DNT üzərində ciddi öldürücü təsirlər yaranar. DNT ya parçalanar, ya da zərər görər.
  • Amma mutasiyalar heç bir şəkildə canlıya yeni bir orqan ya da yeni bir xüsusiyyət qazandırmaz.
  • Ancaq ayağın kürəkdən, qulağın qarından çıxması kimi anormallıqlara səbəb olarlar.
  • Faydalı mutasiya nümunəsi indiyə qədər müşahidə edilməmişdir.
  • Mutasiyaların canlıya, yeni bir xüsusiyyət qazandıran və o canlıda olmayan bir genetik məlumat əlavə etdiyinə dair tək bir əlamət belə ortaya çıxmamışdır.
  • Bu, həm laboratoriyalarda müşahidə edilməmiş, həm də keçmişdə bunun olduğuna dair fosil qeydlərində bir iz yoxdur. Dəyişməkdə olan, mutasiya keçirərək fərqliləşən canlı qalıqlarından əsər yoxdur. Bir ədəd belə aralıq forma deyilən qalıq izinə rast gəlinməmişdir.
  • Bir mutasiyanın növbəti nəslə köçürülə bilməsi üçün bunun nəsilvermə orqanlarında meydana gəlməsi lazımdır. Bir mutasiyanın canlıya fayda verəcək şəkildə və tam da nəsilvermə orqanlarında reallaşması ehtimalı, demək olar ki, qeyri-mümkündür.
  • Bu gün belə bir şeyin süni olaraq reallaşdırılması mümkün olmamışdır. Darvinistlər isə bütün canlı müxtəlifliyinin səbəbini bu iddia ilə izah edirlər. Buna görə bunun reallaşdığını göstərən trilyonlarca ara fosil olmalıdır. Amma, demək olar ki, tamamlanmış olan fosil qeydlərində BİR ƏDƏD BELƏ ARA FOSİL YOXDUR.

 

səh. 109  “Mutasiyaların ard-arda baş verməsi ilə tamamilə və ya qismən dəyişmiş yeni populyasiyaların yarandığı” yalanı:

  • Faydalı mutasiyaların ard-arda baş verməsi və bunların təbii seleksiya nəticəsində ayırd edilərək canlını fərqli bir canlı halına gətirdiyi iddiası tamamilə xəyalidir. Daha əvvəl də ifadə etdiyimiz kimi, bu iddianın laboratoriyalarda şüurlu müdaxilə və nəzarət altında belə reallaşdırılması baş tutmamışdır. Bunun təbiətdə tamamilə təsadüfən, nəzarətsiz və şüursuz olaraq reallaşması ehtimalı sıfırdır.
  • Belə bir şeyin canlı tarixində də reallaşmadığı fosil qeydləri ilə ortaya qoyulmuş və bu gerçək rədd edilə bilməyəcək, böyük və qəti elmi gerçəkdir. Fosil qeydlərində bir növün digərinə çevrilməsini göstərən BİR ƏDƏD BELƏ ARA FOSİL YOXDUR.
  • Heç bir faydalı mutasiya nümunəsi olmadığı halda xəyali faydalı mutasiyaların təbii seleksiya ilə seçildikləri və canlıya yenilik əlavə etdiklərinə dair iddia, tamamilə uydurmadır.