səh. 65 “Davranışların canlının təkamülləşməsini təmin etdiyi” yalanı

∙ Canlının davranışları heç bir zaman onun genetik məlumatına yeni bir məlumat əlavə edə və ya çıxara bilməz. Məsələn, günəşdən qorunmaq üçün bir canlının ağacın altında gizlənməsi o canlını daha balaca boy etməz, bu canlının nəslinin balaca boylu olmasına səbəb olmaz. O canlı da ondan sonra gələn nəsillər də eyni boyda olacaqlar və həmişə ağacların altında başlarını əyərək gizlənmək məcburiyyətində qalacaqlar.

∙ Eyni şəkildə bir canlı ov olmaqdan qaçarkən sürətli qaçmağa başladığı üçün ondan sonra gələn nəsillər sürətli qaçmağa başlamazlar. Ondan sonra gələn nəsillər də həmişə eyni sürətdə qaçacaq və bunların bir qismi mütləq ovçulara ov olacaqlar.

∙ Canlıların tük rənglərində, quşların dimdiklərində və. s kiçik dəyişikliklər ola bilər. Bunlar növ daxilində reallaşan variasiyalardır (bax: Variasiya nədir?). Variasiyalar o növün genetik məlumatında mövcud olan xüsusiyyətlərin ekoloji faktorlarla ortaya çıxması və ya itməsidir. Dimdiyi uzanan quşda heç bir şəkildə genetik bir dəyişmə olmamış, ona yeni bir genetik məlumat əlavə olunmamışdır. Bu quşun dimdiyi daim genlərində olan məlumat daxilində böyüyəcək, heç bir zaman başqa bir şəklə çevrilməyəcək, dəyişməyəcək. (Türkiyədəki inəklərlə İrlandiyada yaşayan inəklərin kiçik quruluş fərqlərinin olması kimi).

 

səh. 66 “İnstinktlərin irsən keçən davranışlar olduğu” yalanı:

∙ Canlılar insanlardan fərqli olaraq şüurları bağlı olan varlıqlardır. İnsan kimi düşünə bilməz, mühakimə edə bilməz və ən əhəmiyyətlisi “mən kiməm” və ya “mən nəyəm” sualını soruşa bilməzlər. Bu səbəbdən onların balaları və ya başqa canlılar üçün fədakarlıq etmələri, lazım olsa özlərini təhlükəyə atmaları və ya fədakarlıq məqsədi ilə intihar etmələri özlərinin düşünərək edə biləcəkləri davranışlar deyil.

∙ Onlar bunları edərkən yalnız Allahdan ilham alarlar. Bir növün bütün nəsillərinin eyni davranış və fədakarlıq xüsusiyyətlərinə sahib olmasının tək səbəbi, Allahın onları bu şəkildə yaratmış olmasıdır. (bax: Canlıların “ailə” daxilindəki fədakarlıqları)

∙ Necə ki, darvinistlərin, bir canlının əldə etdiyini iddia etdikləri xüsusiyyəti bir sonrakı nəsilə necə ötürdüyünü açıqlaya bilməmələri, bu mövzudakı iddialarının nə dərəcədə etibarsız olduğunu görmək baxımından əhəmiyyətlidir.

∙ Darvinistlər canlıların beyin quruluşlarını instinktə səbəb olaraq göstərərlər. Amma bir çox canlı -qarışqa və. s- öz beyin və sinir sistemlərindən gözlənilməyəcək şəkildə fədakarca rəftarlar sərgiləyərlər.

∙ Darvinistlər ümumiyyətlə, bu mövzu haqqında “heyvanlar bunu etmək üçün proqramlaşdırılmışlar” şəklində bir açıqlama edərək yayınmağa çalışarlar. Lakin bu proqramlaşdırmanı kimin etdiyinin üzərində heç dayanmazlar. Canlıların, darvinistlərin qətiyyən açıqlaya bilmədikləri möhtəşəm fədakarcasına davranışları Uca Allahın üstün əsəridir.

 

İnstinkt ilə əlaqədar Darvinin etirafları: “İnstinktlər təbii seçmə ilə qazanıla bilər və dəyişikliyə məruz qala bilərmi? Arını böyük riyaziyyatçıların kəşflərini çox əvvəldən tətbiq etdiyi pətəkləri hazırlamağa yönəldən instinkt üçün nə deyəcəyik?” “İnstinktlərin bir çoxu elə təəccüblüdür ki, onların inkişafı oxucuya bəlkə NƏZƏRİYYƏMİ TAMAMİLƏ YIXMAĞA YETƏRLİ GÜCDƏ GÖRENECEK”. (Çarlz Darvin, Növlərin mənşəyi, səh. 275)

 

səh. 78 “Canlıların təkamülü ilə əlaqədar fikirlər” hissəsində yer alan iddiaların əsassızlığı:

Fosil qeydlərinin təkamülə dəlil olduğu yalanı:

∙ Sözü gedən iddia darvinistlərin ən böyük yalanlarından birini meydana gətirir.

∙ Yeraltından 100 milyon qalıq çıxarılmışdır. Darvinistlər bu qalıqların hamısını gizlətmişlər.

∙ Gizlətmələrinin səbəbi, qalıqların hamısının Yaradılışı isbat etməsi və bu fosillərin arasında təkamülü isbat etməsi lazım olan BİR ƏDƏD BELƏ ARA FOSİL OLMAMASIDIR.

∙ Darvinistlər fosilləri gizlətdikləri üçün insanları, fosillərin təkamülü dəstəklədiyi iddiası ilə illərlə aldatmışlar.

∙ Ancaq bu gün bu qalıqlar ortaya çıxarıldığı üçün darvinistlərin illərlə insanları aldatdıqları ortaya çıxmışdır.

∙ 100 MİLYON FOSİLİN HEÇ BİRİ ARA FOSİL DEYİL. FOSİLLƏRİN HAMISI MİLYONLARLA İLDİR DƏYİŞMƏMİŞ CANLILARA AİDDİR VƏ HAMISI TƏKAMÜLÜ RƏDD ETMİŞDİR.

 

səh. 78 Yer üzünün ən alt laylarındakı fosillərin sadə quruluşlu canlılara aid olduğu, üst laylara gedildikcə canlıların inkişaf etmiş quruluşda olduqları aldatmadır:

∙ Darvinistlər, həyatın xəyali bir hüceyrə ilə başladığını iddia edərlər. Bu iddianı məqbul göstərə bilmək üçün də tək hüceyrəli bir canlının son dərəcə sadə quruluşlu olduğu yalanı ilə ortaya çıxarlar. Halbuki, bir hüceyrə darvinistlərin detallarını hələ açıqlaya bilmədikləri möhtəşəm bir kompleksliyə malikdir.

∙ Darvinistlər hələ bu tək hüceyrənin BİR ZÜLALINI BELƏ MEYDANA GƏTİRƏ BİLMƏMƏKDƏDİRLƏR.

∙ Bir zülalın təsadüfən meydana gəlmə ehtimalının 10950-də bir, yəni SIFIR olduğu təsbit edilmişdir. Bu səbəbdən darvinistlərin “ibtidaidən aliyə” iddiaları bütövlükdə yalandır.

∙ Bu yalana ən böyük dəlillərdən bir başqası isə, yer üzündə tək hüceyrəli canlıların ortaya çıxışının dərhal ardından göz kimi kompleks strukturlara sahib fövqəladə müxtəliflikdə canlıların ortaya çıxdığı Kembri dövrüdür. Təxminən 540 milyon il əvvəl yaşanan və bugünkündən daha çox canlı şöbəsinin ortaya çıxdığı bu dövr, darvinistlər tərəfindən açıqlana bilmir. (Şöbə – canlıların növ, cins, fəsilə, sıra, sinif, şöbə, aləm şəklindəki təsnifatında, aləmdən sonrakı ən böyük sinifi təmsil edər).

∙ Necə ki, darvinistlər bu fosillərin özlərini böyük bir çıxılmaz vəziyyətə saldığını bildiklərindən Kembri fosillərini 70 il gizlətmişlər.

 

səh. 78 “Embriologiyanın təkamülə dəlil verdiyi” yalanı:

∙ “Təkamülün embrioloji dəlili var” yalanı, tarixin ən böyük elmi saxtakarlarından Ernst Hekkelin bir saxtakarlığıdır.

∙ Haeckel, Darvinə sanki dəstək məqsədi ilə yazıdğı kitabında və sonradan hazırladığı embrion şəkillərində fərqli canlıların embrion şəkillərini yan-yana qoyaraq bunların hamısının ortaq mənşədən gəldiyini iddia edirdi.

∙ Canlıların embrion hallarının bir-birinə çox bənzədiyini, hətta insan embrionunda qəlsəmələr olduğunu iddia etmişdi.

∙ Lakin çox keçmədən bu şəkillərdə saxtakarlıq edildiyi, Hekkelin öz istəklərinə görə bu şəkilləri tamamilə təhrif etdiyi aydın olmuşdur.

∙ Embrionlar əslində bir-birlərinə heç bənzəmirdilər. Hekkel şəkillərdə mümkün olan hər cür təhrifi etmişdir. Embrionlara xəyali orqanlar əlavə etmiş, bəzilərindən orqanları çıxarmış, ölçüləri çox fərqli olan embrionları eyni ölçüdə göstərmişdir.

∙ Hekkelin insan embrionunda “qəlsəmə” olaraq göstərdiyi yarıqların isə qəlsəmələrlə heç bir əlaqəsinin olmadığı ortaya çıxmışdır. Bunlar, əslində insanın orta qulaq kanalının, paratiroid və timus vəzilərinin başlanğıclarıdır.

∙ Bütün bunların açıqlanmasının ardından Hekkel özü də etdiyi saxtakarlığı etiraf etmək məcburiyyətində qalmışdır:

Bu etdiyim saxtakarlıq etirafından sonra özümü biabır olmuş və qınanmış görməliyəm. Lakin mənim təsəllim budur ki, günahkar vəziyyətdə yan-yana olduğumuz yüzlərlə həmkar, bir çox etibarlı müşahidəçi və məşhur bioloq vardır ki, onların da nəşr etdirdikləri ən yaxşı biologiya kitablarında, tezislərdə və jurnallarda mənim qədər etdikləri saxtakarlıqlar, qeyri-dəqiq məlumatlar, az-çox təhrif edilmiş, sxematizə edilərək yenidən işlənmiş formalar var. (Francis Hitching, The Neck of the Giraffe: Where Darwin Went Wrong, New York: Ticknor and Fields 1982, səh. 204)

∙ Bu əhəmiyyətli elmi gerçəyə və Hekkelin öz saxtakarlıq etirafına baxmayaraq, bu iddia, dərsliklərdə təəccüblü şəkildə təkamülü dəstəkləyən bir iddia kimi yerini almışdır.

 

səh. 78 “Təkamül baxımından yaxın canlıların zülal quruluşlarının bənzər olduğu” yalanı:

∙ Canlıların hamısında genetik bənzərliklər var. Təkamül ssenarisi bir-birinə daha çox bənzəyən canlılar arasında saxta bir tənzimləmə edilərək hazırlanmışdır.

∙ Halbuki, canlıların bir-birlərinə bənzər xüsusiyyətlər göstərmələri, onların bir-birlərindən təkamülləşdiklərinə dair dəlil deyil. Bunun üçün elmi dəlil lazımdır. Elmi dəlillər isə, təkamül nəzəriyyəsini qəti olaraq rədd etmişdir.

∙ Mikrobiologiya və genetika faydalı bir genetik məlumatın heç bir zaman bir canlıya sonradan əlavə oluna bilməyəcəyini və növlərin əsla bir-birlərinə çevrilə bilməyəcəyini sübut edir. Paleontologiya (fosil elmi) isə təkamülü sübut edən BİR ƏDƏD BELƏ ARA FOSİL OLMADIĞINI isbat etmişdir.

∙ Canlılar bir-birlərinə bənzəyərlər, çünki hər biri Allahın yaratdığı varlıqlardır. Həm də bu bənzərlik, çox vaxt darvinistlərin saxta təkamül sxemini alt-üst edir. Yarasalar quş olmasına baxmayaraq insanlar kimi məməlidir. Quş dimdiyinə və sürünən zəhərinə sahib olan Platypuslar isə, kürklü olmaları ilə yanaşı balalarını əmizdirən bir məməli olaraq həyatlatını davam etdirirlər. Xromosom sayı baxımından baxıldıqda isə, kartof insana ən yaxın canlıdır. Bu səbəbdən bənzərliklərin təkamülə dəlil meydana gətirdiyi iddiası, yalnız bu mövzu haqqında məlumatı olmayan insanları aldatmaq üçün gündəmə gətirilən bir yalandır.

 

səh. 78 “Rudiment orqanlar” yalanı:

∙ Darvinistlər insanda olan appendiks, 20 yaş dişi (ağıl dişi) kimi strukturları “rudiment orqan“ adı ilə təqdim edirlər. Bunun səbəbi bu orqanların bir xəyali təkamülləşmə əsnasında insanın xəyali meymunabənzər əcdadlarından gəldiyinə və funksiyasını itirərək bədənin bir küncündə qaldığına dəlil meydana gətirə bilməkdir. Ancaq bu bir saxtakarlıqdır.

∙ İnsanda rudiment orqan olaraq tanıdılmış olan strukturların hamısının bədən üçün son dərəcə əhəmiyyətli funksiyalara sahib olduqları ortaya çıxmış və bunu müxtəlif darvinist elm jurnalları da qəbul etmək məcburiyyətində qalmışdır.

∙ Hətta darvinistlərin yenə eyni iddia ilə “tullantı DNT” adını verdikləri DNT parçalarının belə zülal sintezində son dərəcə əhəmiyyətli vəzifələrə sahib olduqları aydın olmuşdur.

∙ Darvinistlərin təkamülə dəlil göstərməyə çalışdığı, uydurma əcdadlardan qalma və funksiyasız olduğunu iddia etdikləri orqanların, o canlı üçün xüsusi olaraq yaradılmış üstün funksiyalara sahib əhəmiyyətli strukturlar olduğu ortaya çıxmışdır. Rudiment orqanlar iddiası da darvinist yalan olaraq tarixdə yerini almışdır.

 

“Atlarda rudiment barmaq”  yalanı:

∙ Bu iddia darvinistlərin atın xəyali təkamülü ssenarisini haqlı çıxara bilmək üçün ortaya atdıqları bir yalandır. Darvinistlər, atın xəyali təkamülünün 4 dırnaqlı it böyüklüyündə bir canlı ilə başladığını iddia edər və kiçikdən böyüyə düzdükləri canlılarla at silsiləsi meydana gətirməyə çalışarlar. Bu iddianın haqlı çıxarılması üçün canlıların barmaqlarının sayının da azaldığını iddia edərlər.

∙ Ancaq bu iddia tamamilə bir yalandır. Bu xəyali silsilə bu canlıların barmaq sayındakı fərqliliklər və yenə eyni canlıların ortaya çıxış tarixlərindəki ziddiyyətlər səbəbi ilə davamlı olaraq dəyişdirilir. İt böyüklüyündəki əlaqəsiz canlılar, davamlı olaraq bu saxta təkamül ssenarisinə uydurulmağa çalışılır.

∙ Darvinistlərin bu xəyali silsiləni ortaya atarkən etdikləri şey budur. Onlar fərqli böyüklükdəki canlıların sümüklərini tapmış və xəyali sıralama daxilində bunları bir-birlərinin əcdadı elan etmişlər. Bu eynilə bu gün skelet ölçülərinə görə pişik ⇨ yaban pişiyi ⇨ vaşaq ⇨ bəbir ⇨ panter ⇨ puma ⇨ pələng ⇨ aslan ardıcıllığını düzmək kimi bir şeydir.

∙ Sözü gedən at silsiləsinin saxtakarlıq olduğunu bu gün artıq darvinizm müdafiəçiləri belə etiraf etmişlər. Bu silsilədə atın əcdadı olaraq dəlil göstərilməyə çalışılan canlıların hamısı bir-birindən fərqli mükəmməl canlılardır. Bütün bunlardan başqa 55 milyon il əvvələ aid tapılmış at kəlləsi fosili darvinistlərin “hələ at yox idi” dedikləri dövrdə mükəmməl atların yaşadıqlarını göstərməkdə və bu iddianı kökündən çürütməkdədir.

 

səh. 79 “Sistematik təsnifatın və iyerarxik düzülüşün təkamülə dəlil olduğu” yalanı:

∙ Darvinistlər canlıların iyerarxik bir sıraya görə düzülüb zaman içində növ, cins, fəsilə, dəstə, sinif, şöbə və aləmlər yaratdıqlarını iddia edirlər. Bu, darvinistlərin ən böyük aldatma üsullarından biridir.

∙ Yer üzündə yalnız tək hüceyrəlilərin və bir neçə çox hüceyrəlinin (müxtəlif üzvlərə sahib olmayan canlılardır) yaşadığı dövrdə, təxminən 540 milyon il əvvəl reallaşmış Kembri partlayışı darvinistlərin bu iddiasını təməlindən ortadan qaldırır.

∙ 540 milyon il əvvəl, bu gün mövcud olan bütün şöbələr, hətta daha çoxu birdən yer üzündə meydana çıxmışdır. Yalnız 5 milyon il ərzində varlığını davam etdirmiş olan bu canlı müxtəlifliyi darvinist Stefen Cey Qulda (Stephen Jay Gould) görə “Darvinə ən böyük çətinlik verən tapıntıdır”.

∙ Necə ki, buna görə Kembri dövrü fosilləri tapılan kimi darvinist bir elm adamı (Charles Doolittle Walcott) tərəfindən GİZLƏDİLMİŞ və 70 İL BOYUNCA ORTAYA ÇIXARILMAMIŞDIR. Daha sonra gözlənilməz bir anda gizlədildikləri yerdən bu fosillər gün işığına çıxarıldıqlarından bəri darvinizmi çökdürən ən böyük dəlillərdən biri olaraq yerini qorumaqdadır.

∙ Burada xüsusilə ifadə edilməli olan nöqtə isə budur: canlılar arasında iyerarxik bir təsnifat aparılmış olsaydı belə bu, yenə saxta təkamülə bir dəlil təşkil etməzdi. Bu, canlıları Allahın belə bir sıralama ilə yaratmış olduğunun bir dəlili olardı. Çünki təkamülün gerçək olması üçün əvvəlcə saxta təkamülün dəlilləri göstərilməli və trilyonlarca aralıq forma fosili olmalı idi.

∙ Lakin BİR ƏDƏD BELƏ ARA FOSİL TAPILMADIĞI kimi, canlıları təkamülləşdirə bilən bir mexanizm və ya sistem də YOXDUR.

∙ Genlərdə dəyişikliyə səbəb ola bilən mutasiyalar belə canlıya fayda gətirə bilməməkdə, onu təkamülləşdirməməkdə, daha fərqli bir canlıya çevirə bilməməkdədir. Vəziyyət belə olduğu halda, darvinistlərin -tamamilə uydurma olan- bir iyerarxik düzülüşü dəlil olaraq təqdim etməyə çalışmaqları saxtakarlıqdır.

 

səh. 79 “Variasiyaların təkamülləşmə olduğu” yalanı

∙ Variasiya çeşidlənmə deməkdir. Variasiya bir canlı növü içindəki fərd və ya qrupların eyni növ daxilində fərqli xüsusiyyətlərə sahib olmasına səbəb olur.

∙ Məsələn, yer üzündəki insanların hamısı eyni genetik məlumata sahibdirlər, amma bu genetik məlumatın imkan verdiyi variasiya potensialı sayəsində kimisi qıyıqgözlüdür, kimisi qırmızı saçlıdır, kimisinin burnu uzun, kimisinin boyu qısadır.

∙ Variasiya təkamülə dəlil deyil, çünki variasiya, onsuz da mövcud olan genetik məlumatda önə çıxan xüsusiyyətlər səbəbindən yaranan fərqlərdir. Variasiyalar heç bir zaman genetik məlumata yeni bir xüsusiyyət qazandırmaz.

∙ Variasiya nəticəsində hər hansı bir sürünən növünün daxilində digərinə nisbətən daha uzun quyruqlu ya da daha qısa ayaqlı cinslər ortaya çıxa bilər, çünki qısa və ya uzun ayaq məlumatı sürünənlərin gen hovuzunda vardır.

∙ Amma variasiya sürünənlərə qanad qoşub, tük əlavə edib, maddələr mübadiləsini dəyişdirib onları quşa çevirə bilməz. Çünki belə bir hadisənin baş verməsi üçün canlının genetik məlumatına yeni məlumat əlavə olunmalıdır, lakin variasiyalar canlıya yeni genetik məlumat əlavə edə bilməz.

 

səh. 79 “Parazit infeksiyalarının təkamülə dəlil olduğu” yalanı:

∙ Eyni parazitlərin bəzi canlılarda infeksiyaya səbəb olduğu halda bəzilərində bunun olmaması təəccüblü şəkildə darvinistlər tərəfindən ortaq əcdad iddiasına dəlil olaraq təqdim edilməyə çalışılır. Ancaq bu bir yalandır.

∙ Canlılar karbon əsaslı həyatımızın bir gərəyi və eyni atmosferi paylaşmağımızın bir nəticəsi olaraq bənzər xüsusiyyətlərə sahib olaraq yaradılmışlar.

∙ Yenə bizlərlə eyni atmosferi paylaşan eyni bakteriyaların bənzər xüsusiyyətlərə sahib fərqli canlılarda yaşaması və onlara təsir etməsi də son dərəcə təbiidir.

∙ Əgər darvinistlərin iddiaları doğru olsaydı, bu vəziyyətdə eyni bakteriyaların, bütün məməlilərdə eyni təsiri meydana gətirmələri lazım idi. Lakin əgər bir bakteriya insanda infeksiyaya səbəb olmur, amma milyonlarla il əvvəl bugünkü görünüşü ilə yaradılmış və heç bir dəyişikliyə uğramamış olan donuzda infeksiya meydana gətirirsə, bu təkamülə dəlili deyil. Şübhəsiz, əgər belə bir şey olsaydı, milyonlarla ildir varlığını davam etdirən donuz növlərinin bu bakteriyalara asanlıqla müqavimət göstərə biləcək şəkildə dəyişikliyə uğramış olmaları lazım idi.

∙ Lakin donuz nəsilində heç bir dəyişiklik olmadığı kimi, ona təsir edən bakteriyalarda da heç bir dəyişiklik olmamışdır. Dolayısilə bu iddia qəti olaraq uydurma bir iddiadır, yalnız saxta təkamül təbliğatı edə bilmək üçün ortaya atılmışdır.

 

səh. 79 “Sitologiya və genetikanın darvinizmə dəlil verdiyi” yalanı:

∙ Bu dərslikdə təəccüblü bir iddia gündəmə gətirilmiş və genetika elminin darvinizmə dəlil verdiyi iddia edilmişdir. Bu tragikomik iddia, çox güman ki, darvinizmin yaşadığı məğlubiyyəti örtbas edə bilmək üçün uydurulmuşdur.

∙ Genetika elminin kəşfindən bəri darvinistlər tərəfindən çox yaxşı bilinən bir gerçək vardır. O da GENETİKA ELMİNİN DARVİNİZMİ TAMAMİLƏ YIXDIĞI GERÇƏYİDİR.

∙ Genetika elmi hüceyrənin Darvinin sandığı kimi içi su dolu bir şar olmadığını göstərmişdir. Hüceyrə orqanoidlərinin mükəmməl bir nizam içində çalışdıqlarını, fövqəladə kompleks bir quruluş sərgilədiklərini ortaya qoymuşdur.

∙ Genetika elmi bir bakteriya hüceyrəsinə aid olan BİR ZÜLALIN TƏSADÜFƏN ƏSLA YARANA BİLMƏYƏCƏK qədər KOMPLEKS olduğunu göstərmişdir.

∙ Bu gün bir bakteriya zülalı nəinki palçıqlı suda, heç üstün texnologiya ilə qurulmuş laboratoriyalarda belə yaradıla bilməməkdədir. Vəziyyət belə olduğu halda darvinistlərin bakteriya hüceyrəsini “ibtidai” adlandırması böyük bir aldatmadır.

∙ Darvinistlər bakteriyanın sadə quruluşa sahib olduğu iddiası ilə həyatın sözdə təsadüfi başlanğıcının da sadə olduğu təəssüratını yaratmağa çalışırlar. Lakin bakteriya hüceyrəsindəki möhtəşəm komplekslik, elm adamlarının deyimi ilə bir qalaktika ilə müqayisə edilə biləcək səviyyədədir və darvinistlər tərəfindən açıqlana bilməməkdədir.

 

səh. 79 “Orqanizmlərin coğrafi yayılmasının darvinizmin dəlili olduğu” yalanı:

∙ Fərqli təbii şəraitdə fərqli heyvan və bitkilərin yaşamasının, bəzən də eyni mühitlərdə də fərqli heyvan və bitkilərin olmasının, necə və hansı məntiqlə təkamülə dəlil olaraq təqdim edilə bildiyini anlamaq mümkün deyil. Ancaq bu dərslikdə bu iddia uydurma təkamülə dəlil olaraq təqdim edilməyə çalışılmışdır.

∙ Canlılar, bu dünya üzərində bu dünya şərtlərinə uyğun olaraq yaradılmışlar. Əlbəttə, yaradılış xüsusiyyətlərinə görə həyat mühitləri də dəyişir amma bəzən eyni mühiti də paylaşa bilirlər.

∙ Bu, canlıların Uca Rəbbimizin “Ol” əmri ilə bir anda mükəmməl şəkildə yaradıldıqlarının dəlilidir. Darvinistlər belə bir iddianı başa düşülməyən bir şəkildə “ortaq mənşə” iddiasına dəlil olaraq təqdim etməyə çalışmaqdansa, əvvəlcə uydurma təkamülə dəlil gətirə bilməlidirlər. Xəyali ilk hüceyrənin meydana gəlməsini açıqlaya bilməli, ara fosil gətirə bilməli, Yaradılışı isbat edən 100 milyon fosili və milyonlarla il boyunca dəyişmədən qalmış bütün yaşayan fosilləri açıqlaya bilməlidirlər. Ancaq darvinistlər bunların heç birinə izah gətirə bilmirlər.

∙ Canlıların yaşadıqları yerləri, həqiqəti əks etdirməməsinə baxmayaraq, təkamülə dəlil olaraq göstərməyə çalışmaq, darvinistlərin nəticəsiz demaqoqluq üsullarından biridir.

 

səh. 79-80 “Növlər içindəki dəyişmələri təkamül olaraq göstərmə” yalanı

∙ Sözü gedən dərslikdə ekoloji dəyişikliklərə görə canlıların fərqliliklər göstərmələri təkamülə dəlil olaraq təqdim edilməyə çalışılır və Allen, Bergman, Dollo, Cope, Gloger qaydası kimi elmi dəlildən məhrum izahlarla bu iddiaya elmi ad qoyulmağa çalışılır. Bu, darvinistlərin ən bilinən aldatma üsullarından biridir.

∙ Eyni canlı növləri yaşadıqları mühitə görə fərqli xüsusiyyətlər göstərə bilərlər. Məsələn, fərqli iqlim və mühitlərdə yaşayan inəklərin böyüklükləri, rəngləri, tükləri bir-birlərindən fərqlilik göstərə bilər. Ayrı bölgələrdə yaşayan eyni quş növləri yaşadıqları mühitə görə daha böyük dimdikli, daha iri quruluşlu və lələkləri daha tünd rəngli ola bilər. Növ daxilindəki bu cür fərqlilik, ümumiyyətlə, həmişə darvinistlər tərəfindən təkamülə dəlil olaraq göstərilməyə çalışılmışdır. Darvinin fərqli xüsusiyyətdəki alacəhrələri nümunə verərək etməyə çalışdığı da budur.

∙ Lakin bu təkamülləşmə deyil. Canlı, özünün sahib olduğu gen məlumatı daxilində dəyişiklik göstərməkdədir. Cənubi Amerika sahillərində yaşayan pinqvin Cənub Qütbünə aparıldıqda bir müddət sonra onun da bədəni iriləşəcək, tüklərinin rəngi buna görə dəyişəcək, çünki Cənubi Amerikada yaşayan pinqvinlərin də genlərində Cənub Qütbündə yaşayanlardakı ilə eyni məlumatlar mövcuddur. Bu dəyişmə ilə canlı genetik quruluşunda mövcud olmayan yeni bir məlumat əldə etməz. Digər bir canlının xüsusiyyətlərini götürməz. Təkamül keçirməz, fərqli bir canlıya çevrilməz. Pinqvin yenə pinqvindir.

Variasiya olaraq açıqladığımız bu vəziyyət, növün öz içində növlərə ayırılmasıdır. O növ, ancaq öz genetik məlumatında var olduğu qədəri ilə bir dəyişmə göstərə biləcək. Pinqvini Cənub Qütbündə nə qədər çox tutsaq, canlının boyu öz genetik məlumatında var olandan daha çox uzanmayacaq, tükləri daha fərqli bir rəng almayacaqdır.

∙ Canlının genetik quruluşunda var olan bu məlumat da, onun yaradıldığı anda Uca Allahın özünə bəxş etmiş olduğu məlumatdır. Darvinistlər nəinki bu genetik məlumatı yaratmaq, heç bu məlumatı oxumağın yanına belə yaxınlaşa bilməmişlər.

 

səh. 80 “Lamarkın iddialarını təkamülə dəlil göstərmə” yalanı:

∙        XVIII əsrdə yaşamış olan Lamark zürafələrin uzun ağaclara uzanaraq boylarının uzandığı və bunun sonrakı nəsillərə keçdiyi iddiası ilə ortaya çıxmışdır. XVIII əsrdə kor və cahil bir elm anlayışı ilə irəli sürülmüş bu iddia bu gün darvinist elm adamları tərəfindən belə utanc içində qarşılanır, mümkün olduqca dilə gətirilməməyə çalışılır.

∙        Lamarkın “qazanılmış xüsusiyyətlərin sonrakı nəsillərə köçürülməsi” olaraq bilinən bu təkamül modeli, varislik qanunlarının kəşf edilməsi ilə birlikdə etibarlılığını itirmişdir. XX əsrin ortalarında DNT-nin quruluşunun kəşfi ilə birlikdə, canlıların hüceyrələrinin nüvəsinə kodlaşdırılmış çox xüsusi bir genetik məlumata sahib olduqları və bu genetik məlumatın, “qazanılmış xüsusiyyətlər” tərəfindən dəyişdirilə bilməyəcəyi ortaya çıxmışdır.

∙ Yəni bir canlı ağaclara çata bilmək üçün həyatı boyunca çalışıb boyunu bir neçə santimetr uzatsa belə, dünyaya gətirdiyi balalar yenə o növə aid standart boyun ölçüləri ilə doğulacaqlar. Qısacası Lamarkın təkamül nəzəriyyəsi, elmi tapıntılarla təkzib edilmiş və səhv bir fərziyyə olaraq tarixin dərinliklərinə basdırılmışdır.

∙ Necə ki bu gerçək sözü gedən dərslikdə də qeyd edilmiş və əzələləri inkişaf etmiş bir idmançının bu xüsusiyyətinin uşaqlarına keçməsinin qeyri-mümkünlüyü vurğulanmışdır. Bu səbəbdən bu iddia elmi dairələr tərəfindən qəti olaraq rədd edilir.

 

səh. 81 Darvinin təkamül ilə əlaqədar fikirlərinin etibarsızlığı:

Sözü gedən dərsliyin 81-ci səhifəsində, Darvinin təkamül haqqındakı iddialarının SÜBUT EDİLMİŞ olduğu iddia edilir. Ancaq bu tamamilə yanlışdır. Daha əvvəl təkamül ilə əlaqədar iddiaların hamısının etibarsızlığının ortaya çıxması kimi, Darvinin bu mövzudakı iddialarının da hamısı çürüdülmüş, Darvinin təkamül nəzəriyyəsinin etibarsızlığı qəti olaraq isbat edilmişdir. Bunun dəlilləri belədir:

∙ Darvin növlərin dəyişdiyini iddia etmişdir. Halbuki, indiyə qədər aparılan qazıntılar nəticəsində 100 milyondan çox fosil çıxarılmış və canlıların milyon illər ərzində HEÇ BİR DƏYİŞİKLİYƏ MƏRUZ QALMADIQLARI aydın olmuşdur. Canlılar bu gün necədirlərsə bundan yüz milyon illər əvvəl də eyni olmuşdur.

∙ Aparılan bu qazıntılar nəticəsində bir ədəd belə ARA FOSİL TAPILMAMIŞDIR. Ara fosil deyə bir şeyin olmadığı ortaya çıxmışdır.

∙ Hüceyrəyə aid bir ZÜLALIN BELƏ TƏSADÜFƏN ORTAYA ÇIXA BİLMƏYƏCƏYİ isbat edilmişdir. Bu gerçək həyatın təsadüfi olaraq ortaya çıxdığı iddiasını tamamilə ortadan qaldırmışdır.

∙ Təbii seleksiyasının təkamülləşdirici heç bir gücünün olmadığı ortaya çıxmışdır.

∙ Mutasiyaların 99%-nin zərərli,  1%-nin isə təsirsiz olduğu, canlı orqanizmlərdə heç vaxt faydalı bir təsir meydana gətirməyəcəkləri aydın olmuşdur.

∙ Darvinistlərin təkamülü müdafiə edə bilmək üçün aralıq-keçid forması olaraq tanıtdıqları bütün fosillərin SAXTA olduğu ortaya çıxmışdır. Bu saxta fosillər illərlə muzeylərdə sərgiləndikdən sonra, saxtakarlığın başa düşülməsinin ardından tələm-tələsik elmi ədəbiyyatlardan çıxarılmışdır.

∙ İnsanın uydurma təkamülünə dəlil olaraq göstərilməyə çalışılan kəllə qalıqlarının isə, ya bugünkü insanlarına, ya da bugünkü meymunlara aid olduğu aydın olmuşdur.

∙ Dolayısilə biologiya, mikrobiologiya, paleontologiya, genetika, paleoantropologiya, qısaca bütün elm sahələri bu gün Darvinin təkamül nəzəriyyəsini qəti olaraq təkzib etmişdir. Darvinin təkamül nəzəriyyəsi elmi araşdırmalar, elmi irəliləyişlər, təcrübə və müşahidələr və ən əhəmiyyətlisi tapılan fosil dəlillər nəticəsində etibarsızlığı isbat edilmiş bir nəzəriyyə olaraq tarixdəki yerini almışdır.