Təkamül nəzəriyyəsinin süqutu

“Hürriyet” qəzetinin 5 may 2000-ci il tarixli nüsxəsində, “Bütün körpələr eyni dildə danışır” başlıqlı bir xəbər nəşr olundu. Xəbər bir-birini qucaqlamış kiçik bir körpə və bala bir qorillanın rəsmi ilə birlikdə verilmişdi. Rəsmi görənlər, xəbərin məzmununda da qorillalarla insanlar arasındakı əlaqənin olduğunu zənn edərək yazını oxumağa başladılar. Ancaq xəbərdə bir dəfə belə qorillalardan və ya hər hansı başqa bir heyvandan bəhs edilmirdi.

 

“Hürriyet” qəzetinin 5 may 2000-ci il tarixli nüsxəsində, “Bütün körpələr eyni dildə danışır” başlıqlı bir xəbər yayımlandı.

Xəbərin mövzusu, dünyanın hər yerində körpələrin danışmağa başlamazdan əvvəl eyni səsləri çıxartmaları haqqında edilən bir araşdırma idi. Şəkilin yanında yer alan yazıda isə, “iki körpənin möhtəşəm ünsiyyəti” ifadələrindən istifadə edilir və Zuri adlı qorilla balasının “digər bir primatda”, yəni insan balasında sevgini axtardığı deyilirdi! Xəbərin məzmunu ilə heç bir əlaqəsi olmayan bu ifadələr və şəkil isə, əlbəttə ki, təsadüfi seçilməmişdi. Məqsəd, hər nə vəsilə ilə olursa olsun, təkamül təbliğatı idi.

 

Şüuraltına edilən təbliğat

Diqqət yetirilsə, bu xəbərdə son dərəcə gizli, insanların şüuraltına təsir etməyə çalışan bir təlqin nəzərə çarpır. Xəbərin məzmununda təkamüllə əlaqədar heç bir məlumat olmamasına və tamamilə fərqli bir mövzuda məlumat verilməsinə baxmayaraq, istifadə edilən şəkil və şəkilin yanında edilən şərhlərlə insanların şüuraltlarına təkamülün gerçək olduğu istiqamətində… ardı...

 

mil0430“Milliyet” qəzetinin 30 aprel 2000-ci il tarixli sayında “Nə insan, nə meymun” başlıqlı bir yazı yayımlanmışdı. Haqqında danışılan yazıda Cənubi Afrikada Sterkfontein mağaralarında tapılan 2 milyon illik kəllə qalığı, insanabənzər bir növ meymuna aid olduğu və bu kəllənin araşdırılması ilə insanın guya əcdadları haqqında məlumat əldə edilə biləcəyi iddia edilir. Halbuki, bir neçə paraqraflıq bu yazı araşdırıldıqda, verilən məlumatların təkamülçü nağılları təsdiq edən heç bir tərəfi olmadığını görmək mümkündür.

Yazıda haqqında danışılan kəllənin “Paranthropu robustus” növündən bir dişi fərdə aid olduğu ifadə edilmişdir. Əvvəlcə bunu ifadə etməliyik ki, “Paranthropu robustus” -digər adı ilə “Avstralopitekus robustus”- qəti şəkildə bir meymun növüdür və insanlarla heç bir əlaqəsi yoxdur. Bu mövzu ilə əlaqədar bu məlumatları verə bilərik:

Avstralopitekus sözü “cənub meymunu” mənasını verir. Bu canlıların ilk olaraq Afrikada 4 milyon il əvvəl ortaya çıxdıqları və 1 milyon il əvvələ qədər də yaşadıqları düşünülür. Avstralopitekuslar arasında bəzi fərqlər vardır. Təkamülçülər Avstralopitekus növlərini müxəlif şəkillərdə adlandırmışlar.

 

Ancaq bunu ifadə etməliyik ki, Avstralopitekus növlərinin hamısı bugünkü meymunlara bənzəyən nəsli kəsilmiş meymunlardır. Hamsının beyin həcmləri bugünkü şimpanzelərlə eyni və ya daha kiçikdir. Əllərində və ayaqlarında bugünkü meymunlarda olduğu kimi ağaclara dırmaşmağa yarayan çıxıntılar mövcuddur və ayaqları budaqlara yapışmaq üçün qavrayıcı xüsusiyyətlərə malikdir. Boyları qısadır (ən çox… ardı...

 

hsapiens9 yanvar 2000-ci il tarixli “Milliyet” qəzetində yer alan “İnsan dili ilə həyatda qaldı” başlıqlı xəbərdə insanın meymunlarla ortaq bir əcdaddan gəldiyi yönündəki darvinist iddia təkrarlandı. Ancaq xəbərdə bəzi əhəmiyyətli yanlış məlumatlar yer alırdı.

Bu səhv məlumatların başında, nəsli kəsilmiş insan irqi olan Neandertal insanlarının “ibtidai” və danışa bilməyən bir növ olaraq göstərilməsi gəlirdi. Halbuki, təkamülçü paleontoloqlar tərəfindən uzun illər boyunca müdafiə olununan bu düşüncə son illərdəki elmi tapıntılar qarşısında süqut etmişdir.

“Milliyet”in xəbərində yer alan digər səhv məlumat isə, təkamülçülər tərəfindən “Homo sapiens” təsnifatına daxil edilməyən digər “Homo” (İnsan) qruplarının “insan” olaraq sayılmaması idi. Yəni təkamülçülər tərəfindən Homo erectus və Homo neanderthalensis təsnifatına daxil edilən insanlar, “Milliyet” tərəfindən “insan” olaraq sayılmır, “ibtidai” bir canlı növü olaraq şərh olunurdu.

 

Müxtəlif insan “növləri” deyil, müxtəlif insan irqləri vardır

Əvvəla bir nöqtəni vurğulamaq lazımdır: Təkamülçülər insanın yer üzündəki keçmişini, “Homo erectus”, “Homo neanderthalensis”“Homo sapiens” kimi fərqli kateqoriyalara ayırmağa üstünlük verirlərr. Həm də bu kateqoriyaların bəzilərini digərlərinə görə “ibtidai” adlandırırlar. Bundakı məqsəd, insanın ibtidaidən aliyə doğru irəliləyən təkamül tarixi yaşadığı istiqamətində bir təəssürat yarada bilməkdir.

Halbuki elmi tapıntılar, təkamülçülərin “ibtidai” saydıqları kateqoriyaların, zəka tutumu və anatomik cəhətdən bizlərdən geri olmadıqlarını göstərir. Bu insanlarla bu gün dünya üzərinəki irqlər arasındakı fərq,… ardı...

 

ydogan9 yanvar 2000-ci il tarixli “Milliyet” qəzetində qəzetin baş redaktoru vəzifəsini icra edən hörmətli Yalçın Doğanın köşəsində, “Milyon il sonra: İnsan bizə bənzəyir” başlıqlı bir yazı yayımlandı. Yalçın Doğan bu yazısında insanın meymunlarla eyni ortaq mənşədən gəldiyi yönündəki darvinist iddianı müdafiə edirdi. Yalçın Doğanın bu iddiaya “dəlil” olaraq bəhs etdiyi ən əhəmiyyətli mövzu isə, insan və meymun DNT-ləri arasında 99% bənzərlik olduğu istiqamətindəki klassik təkamülçü izahat idi. Doğan belə yazırdı:

 

“İnsan və meymun… Köhnə tezis… Müasir elm bu bənzərliyi artıq yaxşıca sübut edir… İnsanın ən yaxını meymunlardır. Hətta bu bənzərlik son tapıntılarla 99%-ə çatır”.

 

Yalçın Doğanın bəhs etdiyi insan ilə meymun DNT-ləri arasındakı bənzərlik mövzusu, təkamülçülərin cəmiyyətə istiqamətli təbliğat vəsaiti olaraq istifadə etdikləri, son dərəcə təhrif edilmiş bir məlumatdır. Əslində isə meymunlar ilə insanlar, nə də bir başqa canlı sinifi arasındakı genetik və ya biyokimyəvi müqayisələr darvinist nəzəriyyəni dəstəkləmir, əksinə yalanlayır.

 

İnsan, meymun, soxulcan və kartof

Əvvəla ifadə etmək lazımdır ki, yer üzündə yaşayan canlıların bir-birlərinə yaxın DNT quruluşuna sahib olmaları gözlənilməz bir vəziyyət deyil. Canlıların təməl həyati funksiyaları bir-biri ilə eynidir və insan da canlı bədənə sahib olduğuna görə, digər canlılardan fərqli DNT quruluşuna sahib olması gözlənilə bilməz. İnsan da digər canlılar kimi zülallarla qidalanaraq inkişaf… ardı...

 

“Discovery Channel” TV-də 2003-cü il il yanvar ayında dinozavrlardan bəhs edən sənədli film yayımlandı. Filmin böyük hissəsi dinozavrların həyatları ilə əlaqədar idi. Müxtəlif dinozavr fosilləri tanıdılır, fosillərin sahib olduğu xüsusiyyətlərə görə bəslənmə vərdişləri və yırtıcılıqları üzərində spekulyasiyalar edilirdi. Xüsusilə, Asiya və Amerika qitələrində reallaşdırılan əhəmiyyətli fosil tapıntıları əsasında bu nəhəng canlıların keçmiş ola biləcəyi köç yolları çəkilməyə çalışılırdı.

Filmin son 10 dəqiqəlik hissəsində isə təkamül təbliğatında sıx müraciət edilən “tüklü dinozavrlar” mövzusuna keçid edilirdi. Caudipteryx adını daşıyan fosilin üzərində tüklərə rast gəlindiyi və bu fosilin quşların guya təkamülündə aralıq forma meydana gətirdiyi irəli sürülürdü.

“Discovery Channel”də fosillərlə əlaqədar irəli sürülən iddialar etibarsızdır. İki fosilə əsaslandığı iddia edilən dinoquş nəzəriyyəsi əslində elmi tapıntılara ziddir. Dinoquş nəzəriyyəsini çürüdən elmi tapıntıların daha geniş şəkildə ələ alındığı yazımızı buradan oxuya bilərsiniz. (Təkamülçülərə dəqiq cavab)

Filmdə yer verilən iki fosildən birincisi Sinosauropteryxdir. Sinosauropteryx fosili 1996-cı ildə tapıldıqda üzərində tükə bənzər strukturlar olduğu irəli sürülmüş, ancaq edilən detallı analizlər nəticəsində, 1997-ci ildə bu strukturların tüklərlə əlaqəsi olmadığı ortaya çıxmışdır. Təkamülçülər bu canlıdakı strukturların tük olduğu iddiasını tamamilə tərk etmişlər.

Sənədli filmdə tüklərə sahib olduğu irəli sürülən ikinci növ isə Caudipteryxdir. Caudipteryxin isə uçma qabiliyyəti olmadığı mövzusunda təkamülçülər arasında da düşüncə birliyi vardır.… ardı...