texnologiya

Hz. Mehdi (ə.s)-ın dövründə, inkişaf edən texnologiya və internetin yayılması

Hz. Mehdi (ə.s) dövründə informasiya elə geniş yayılacaq ki, evindəki bir qadın belə Allahın kitabına və Peyğəmbərin sünnəsinə görə hökm verəcəkdir.  (Bihar ül-Envar, cild 52, səh. 352)

Hz. Mehdi (ə.s) dövründə, inkişaf edən texnologiya və internetin yayılması ilə, məlumat  çox asanlıqla çatdırılan hala gələcəkdir. Evdar qadınlar da evlərində hər cür məlumatı əldə edə bilmə imkanı tapacaq və bu vəsiləylə Quran əxlaqını və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsini çox həssas bir şəkildə tətbiq edə biləcəklər.



R0363

 

Hz. Mehdi (ə.s) texnologiyadan faydalanacaq

Hz. Mehdi (ə.s) üçün kainat, ovucunun içi qədər açıq olacaq. (Bihar-ül Envar cild 52, səhifə: 328)

 

53

Hədisdə hz. Mehdi (ə.s)-ın Axırzamandakı texnologiyadan faydalanacağına işarə edilir. Axırzamanda kainat haqqında çox geniş məlumat əldə ediləcək. O vaxta qədər bilinməyən bir sıra məsələlər Axırzamandakı inkişafla əlaqədar Allahın diləməsi ilə öyrəniləcək. Hz. Mehdi (ə.s) da istədiyi hər hansı bir məlumatı əldə etmək üçün və ya dünyanın hər hansı bir yerində biriylə ünsiyyət qurmaq üçün ovuc içi kompüter texnologiyasına müraciət edəcək.

 

Axırzamanda texnologiya

İbn Əbu Şeybə, Asim ibn Ömər Becəlidən nəql etdi.

Bir adam (hz. Mehdi (ə.s.)) səmadan adıyla mütləq çağırılacaq və dəlil onu inkar etməyəcək, zəlil ona mane olmayacaq.

(Kitab -ül Burhan Fi Əlamət-el Mehdiyy- il Axır Zaman, səh. 52)

 

Asim ibn Becəlidən rəvayət edilmişdir:

Göydən bir səs gələcək, onu nə dəlil inkar edəcək və nə də dəlil olmaqdan qalacaq.

(Qiyamət Əlamətləri, səh. 200)

 

Onun adıyla səmadan nida olunacaq və heç kim onun Mehdiliyini inkar etməyəcək.

(Əl-Kavlu’l Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 47)

75

Hədislərdə də, Axırzamanda radioya, televiziyaya, telefona, naqilsiz avadanlıqlar, internetə açıq şəkildə diqqət çəkilir. Bu cihazlar və texnoloji inkişafları hz. Mehdi (ə.s) və hz. İsa (ə.s)-ın dünya hakimiyyətləri üçün Allah tərəfindən xüsusi yaradılmışdır. Rəsulullah (s.ə.v)-in 1400 il əvvəl, 2000-ci illərdə olacaq texnologiyanı və texnoloji hadisələri təfərrüatlarıyla hədislərdə bildirməsi çox böyük bir möcüzədir. Bu hədislərin əsl vacib tərəfi möcüzəvi tərəfini meydana gətirir.

 

 

 

Dabbətül-Ərz, Axır zamandakı internet texnologiyasına işarə edir

Dabbətül Ərz axır zamanda ortaya çıxacaq əlamətlərdən biridir. Dabbətül Ərz mövzusuyla əlaqədar çox sayda hədis vardır və Dabbətül Ərz mövzusu Quranda da yer alır. Dabbənin axır zaman əlaməti olaraq ortaya çıxacağının xəbər verildiyi ayə Nəml surəsinin 82-ci ayəsidir:

O söz (Qiyamət) onların başlarının üstünü aldığı zaman onlar üçün yerdən elə bir heyvan (dabbə) çıxardarıq ki, onlarla danışıb insanların ayələrimizə yəqinliklə inanmadıqlarını söyləyər. (Nəml surəsi, 82)

 

Ayədə xəbər verildiyinə görə;

1. Dabbə, yerdən məmulatdır.

2. Dabbə, “danışan”, müəyyən bir mesaj verən bir şey ya da varlıqdır və bu çıxışı bütün insanlara istiqamətlidir.

 internet

Hədislərdə də Dabbətül-Ərzin bir addımda uzun məsafələr qət edəbiləcəyi, insanlarla danışacağı və hər yerə gedəcəyi izah edilir. Dabbənin, yerdən məmulat olduğunun bildirilməsi, metal, dəmir, mis, sink, kobalt, xrom kimi yerdən çıxan mədənlərdən ibarət olan bir quruluşu olacağını göstərir. Bu maddələr, indiki vaxtda istifadə edilən kompyuterlərin təməl quruluşunu meydana gətirir. İnsanlarla danışması və çox qısa müddətdə uzun məsafə qət edə bilməsi də, internet şəbəkəsinə işarə edir. Bilindiyi kimi, internet vasitəsiylə artıq məlumata çatmaq da, məlumatı ötürmək də, insanlarla danışıb görüşmək və ünsiyyət qurmaq da son dərəcə sürətli və asan olmaqdadır. İnternet… ardı...

 

Dabbət-ül Ərz kompyuterə işarə edir (doğrusunu Allah bilir)

İbni Abbas (r.ə)-dan: “Üzü insan üzünə bənzər, dimdiyi tüklü …” (Qiyamət əlamətləri, Mədinəli Allame Məhəmməd İbn Rəsul Al-Huseyni Əl Bərzənci, Pambıq nəşriyyat, səh. 276)

Üzü insan üzünə bənzər: Üzü insan üzünə bənzər ifadəsiylə Dabbənin insana oxşar xüsusiyyətlərə sahib olacağına işarə edilir. İndiki vaxtda kompyuterlər də eynilə insan kimi kameralar vasitəsiylə görməkdə, qəbuledici sistemləriylə eşitməkdə və birbaşa danışmaqdadır.

Dimdiyi tüklüdür: Bu hədisdə bildirilən “dimdiyi tüklüdür” ifadəsi, kompyuterlərin batareya yığması üçün istifadə edilən və incə tellərdən ibarət elektrik kabelinə işarə edə bilər. Heyvanların dimdiyi plastik kimidir, sanki bir kiristal maddəni xatırladar. İncə kabelləri olan plastik batareya, hədisdə göstərilən bənzətməyə işarə edə bilər.

Hüzeyfə (r.ə)-dan: “… Heç kim ona çatmayacaq, qaçan da qurtulmayacaq.” (Qiyamət əlamətləri, Mədinəli Allame Məhəmməd İbn Rəsul Al-Huseyni Əl Bərzənci, Pambıq nəşriyyat, səh. 276)

İndiki vaxtda məlumat mesajında, kompyuterin sürətinə çata bilmək mümkün olmamışdır və Dabbənin çıxdığı dövrdə, Quranı və müsəlmanların təbliğini dinləmək istəməyənlər belə, kompyuterlər evlərinə qədər girdiyindən, Allahın Uca qüdrətini və Quran əxlaqını mütləq öyrənmək məcburiyyətində qalacaqlar, qaça bilməyəcəklər.

Əbu Hureyrə (r.ə)-dan: “Dabbət-ül Ərzdə hər cür rəng mövcuddur …” (Qiyamət əlamətləri, Mədinəli Allame Məhəmməd İbn… ardı...