sülh

Savaşların sona çatması:

… Xalq xalqa qılınc qaldırmayacaq, döyüş təlimi verməyəcəklər artıq. (Yeşaya, 2:4; Mika, 4:3)

Döyüş arabalarını Əfrayimdən, atları Yerusəlimdən uzaqlaşdıracağam. Döyüş yayları sınacaq… (Zekeriya, 9:10)

O dövrdə aclıq ya da savaş, həsəd ya da düşmənçilik olmayacaq… (Maimonides, Mişna Tora, Kralların Qanunları 12:5)

Silahlanmanın sona çatması:

… silahları yandıracaqlar. Böyük, kiçik qalxanları, yayları, oxları, çubuqları, mizraqları alova atacaqlar… Yandırmaq üçün silahları istifadə edəcəklər… (Hezekiel, 39: 9-10)

… İnsanlar qılınclarını çəkiclə döyüb şum dəmiri, mizraqlarını bağban bıçağı edəcəklər… (Yeşaya, 2:4; Mika, 4:3)

Sülh və təhlükəsizlik mühitinin olması:

Hər kəs öz üzüm, əncir ağacının altında oturacaq. Kimsə bir-birini qorxutmayacaq… (Mika, 4:4)

… Doğruluğun bəhrəsi əmin-amanlıq, nəticəsi, daimi rahatlıq və təhlükəsizlik olacaq… əmin-amanlıq dolu evlərdə, etibarlı və rahat yerlərdə yaşayacaq. (Yeşaya, 32:16-18)

Onun dövründə canavarla quzu bir yerdə yaşayacaq, bəbirlə oğlaq birlikdə yatacaq, buzov, gənc aslan və bəslənmiş mal-qara yan-yana dayanacaq, onları kiçik bir uşaq güdəcək. İnəklə ayı birlikdə otlayacaq, balaları bir yerdə yatacaq… Əmzikdəki körpə kobra dəliyi üzərində oynayacaq, süddən kəsilmiş uşaq əlini gürzə yuvasına salacaq… heç kəs zərər verməyəcək, yox etməyəcək… (Yeşaya 11:6-9)

… onları qorxudan olmayacaq. (Sefenya, 3:13)

… Onu hər yandan əhatə edən düşmənlərindən xilas edib rahatlıq verəcəyəm. (1. Tarixlər, 22:9)

… fəlakətə məruz qalan uşaqlar doğmayacaqlar… (Yeşaya,… ardı...

 

Hz. Mehdi (ə.s) sevgi insanıdır:

 

Hz. Mehdi (ə.s) hər dindən, hər düşüncədən, hər fikirdən olan insanı sevgiylə bir yerə gətirəcək, qardaşlıq və dostluq duyğularını gücləndirərək insanların bir-birlərinin gözəl tərəflərini görmələrini, bir-birlərinə anlayışla baxmalarını təmin edəcək. Hz. Mehdi (ə.s) ortaya çıxanda yer üzünə sevgi hakim olacaq, insanlar kin, hirs, nifrət duyğularını tamamilə geridə qoyacaqlar.

Belə ki, hədislərdə, hz. Mehdi (ə.s)-ın vəsilə olduğu gözəllik və sevgi mühitindən dənizdəki balıqlardan göydəki quşlara qədər hər kəsin razı olacağı, bütün insanların ürəklərinə Mehdi sevgisi yerləşəcəyi izah edilir. İnsanların hz. Mehdi (ə.s)-a qarşı hiss etdikləri qəlbən, səmimi sevgi bir-birlərinə qarşı da sevgiylə, şəfqətlə, mərhəmətlə yaxınlaşmalarına vəsilə olacaq. Hz. Mehdi (ə.s) sevgidən və sülhdən bəhs edəcək, eyni zamanda bunu ən güclü şəkildə ruhunda yaşayacaq və ətrafına da yaşadacaq.

 

 

190131901319013

 

Hz. Mehdi (ə.s) tək bir damla qan axıtmayacaq, yatan adamı oyandırmayacaq:

 

Hz. Mehdi (ə.s) döyüşdən qaçan, sülh insanıdır. Hz. Mehdi döyüşlə deyil, sevgiylə, Allahı zikr edərək Quran əxlaqını dünyaya hakim edəcək. Hz. Mehdinin ən əhəmiyyətli xüsusiyyətlərindən biri olan sülh və sevgiylə din əxlaqını hakim etməsi, Peyğəmbərimiz (s.ə.v)-in hədislərində belə xəbər verilir:

İnsanlar, bal arılarının bəyləri ətrafında toplanması kimi, hz. Mehdi (ə.s)-ın ətrafında toplanarlar. Daha əvvəl zülmlə dolu olan dünyanı, ədalətlə doldurar. Ədaləti elə olar… ardı...

 

İslamın sülh, sevgi və qardaşlıq dini olduğuna dair Quran ayələri :

Ey iman gətirənlər! İslamı bütövlüklə qəbul edin və şeytanın addım izləri ilə getməyin. Şübhəsiz ki, o sizə açıq-aydın düşməndir. (Bəqərə surəsi, 208)

Allah əmin-amanlıq yurduna (Cənnətə) çağırır və istədiyini doğru yola yönəldir.  (Yunus surəsi, 25)

 

Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür …(Maidə surəsi, 32)

Möminlər, həqiqətən də qardaşdırlar. Elə isə qardaşlarınızı barışdırın və Allahdan qorxun ki, sizə rəhm edilsin. (Hucurat surəsi, 10)

Allaha və Onun Elçisinə itaət edin, bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz. Səbir edin, çünki Allah səbir edənlərlədir.  (Ənfal surəsi, 46)

İman gətirib yaxşı işlər görənlər üçün Mərhəmətli Allah qəlblərdə bir sevgi yaradacaq.(Məryəm surəsi, 96)

Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz. Siz yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz …(Ali İmran surəsi, 110)

Sən bağışlama yolunu tut, yaxşı iş görməyi əmr et və cahillərdən üz döndər. (Əraf surəsi, 199)

 gulkelebek

Hz. İsa (ə.s)- ın yer üzünə sülh ve sevgi gətirəcəyinə, cinayət, zülm və döyüşlərə son verəcəyinə dair hədislər :

Vallah Məryəm oğlu İsa ədalətli bir hakim olaraq şübhəsiz enəcək… Və bütün… ardı...

 

Hz. Mehdi (ə.s) dünyanı pisliklərdən və zalım fəlsəfələrdən qurtaracaq

Möminlərin əmiri (s.ə.v) öyüdlərində bizə bu müjdəni verdi ki, dünya pislərdən təmizlənəcək və islah olacaq, zalım hökmdara qarşı döyüş (fikri mübarizə) səkkiz ay davam edəcək sonra sevgi və sülh hakim olacaq.

(El-Sahife El-Mehdiye’den Seçme Dualar, Seyyid Murtaza Müçtehidi Sistani, sf. 69)

 

7de6045deaae9a4331337a2362795baq8Hz. Mehdi (ə.s)-ın üç böyük vəzifəsindən biri olan darvinizm və materializmlə apardığı fikri mübarizə nəticəsində dünya üzərində bu fəlsəfələrin nəticəsi olan zalımlıq, mərhəmətsizlik, sevgisizlik kimi insan fitrətinə zidd olan tətbiqlər sona çatacaq. Ölkələri və insanları din əxlaqını yaşamaqdan, bir-birlərini sevməkdən, mərhəmət göstərməkdən, bir-birləriylə xoş münasibətdən, bir-birlərinə din əxlaqına uyğun gözəl davranmaqdan saxlayan cərəyanlar sona çatacaq. İnsanları materialist, Allah inancı olmayan, mənəvi dəyərlərini itirmiş, degenerasiya həyatı yaşamağa məcbur edən bu fəlsəfələr və bunların tətbiq edənləri hz. Mehdi (ə.s)-ın vəsiləsi ilə fikirlə təsirsiz olacaqlar. Dünya üzərində böyük bir sevgi və sülh mühiti yaşanacaq, ölkələr və insanlar arasında dərin dostluq, qarşılıqlı yardım, birlik və bərabərlik ruhu hakim olacaq.

 

İmam Zaman (hz. Mehdi (ə.s)-ın) hakimiyyəti dövründə (mənəvi hakimiyyətində) sülh və təhlükəsizlik dünyanın hər yerinə yayılacaq.

 (Nur surəsi, 55-ci ayə; Yanaabee’ al-Mawaddah, səh. 406; Mo’jam-o-Ahaadees al-Imam al-Mahdi (ə.s), cild 1, səh. 548)

 

(Hz. Mehdi (ə.s) dövründə) Münafiqlər və pislik edənlər yox olacaq.

 (E’qd al-Dorar, səh. 195)

bis susleme5

(Hz. Mehdi (ə.s) dövründə) Sui-istifadə, nizamsızlıq və fəsad tamamilə aradan qalxacaq.

(Muntakhab al-Asar, səh. 157)

 

(Hz. Mehdi (ə.s) dövründə) Küçələr gecə boyunca belə etibarlı olacaq.

(Səbə surəsi, 18-ci ayə; Bihar-ül Envar, cild 52, səh. 338 və 345; Mikyaal al-Makaarem, cild 1, səh. 46)

bis susleme5

 

(Hz. Mehdi (ə.s) dövründə) İnsanlar bir-birindən öz həyatı və ya sərvəti üçün qorxmayacaq.

(Bihar-ül Envar, cild 52, səh. 385; cild 53, səh. 86; Al-Malaahem wa al-Fetan, 204-cü hissə, səh 97; Mo’jam-o-Ahaadees al-Imam al-Mahdi (ə.s), cild 1, səh. 548; Hilyah al-Abraar, cild 2, səh. 635 Dalaael al-Imaamah’dan köçürülür; Mikyaal al-Makaarem, cild 1, səh. 101 və 247; E’qd al-Dorar, səh. 159)