Təkamül nəzəriyyəsinin süqutu

Bir müddətdir “Bilim ve Ütopya” jurnalının yazıçıları təkamül nəzəriyyəsi haqqında bəzi müzakirələr davam etdirirlər. Bu müzakirələrin ortaya qoyduğu ən açıq həqiqət isə budur: təkamülçülər heç bir mövzuda həmfikir deyildirlər və təkamül nəzəriyyəsinin bütün iddiaları, hər hansı bir dəlilə əsaslanmadıqları üçün, fərqli spekulyasiyaların toqquşduğu müzakirə meydanıdır.

Bunun ən son nümunəsi, “Bilim ve Ütopya” yazıçısı Mustafa Topalın təkamülçü fəlsəfəçi və “Bilim ve Ütopya” yazıçısı Vehbi Hacıkadiroğluna cavab xüsusiyyətində yazdığı, 2002-ci il dekabr tarixli “Bilim ve Ütopya” jurnalında yayımlanan “İnsanlaşma: Genetik təkamüldür, yoxsa ictimai təkamül?” başlıqlı yazısı idi.

Vehbi Hacıkadiroğlu, 2002-ci il noyabr tarixli “Bilim ve Ütopya” jurnalında, Amerikan Milli Elmlər Akademiyasının Elm və Yaradılışçılıq adlı kitabını və eyni zamanda Jacques Monod adlı təkamülçü ateist bioloqun darvinist-irqçi fikirlərini tənqid etmişdi. Mustafa Topal isə Hacıkadiroğlunun yazısındakı bəzi nöqtələri tənqid edərək, fərqli düşüncələr ortaya qoymuşdur. Mustafa Topalın yazısındakı yanılmaların bir çoxu Netcevap.org saytında bir neçə dəfə cavablandırıldığı üçün bunlar burada tək-tək izah edilməyəcək, yalnız bəzi məsələlər açıqlanacaq.

 

Dəlilsiz fərziyyələr

Mustafa Topal bir çox təkamülçü ilə eyni yanılmaya düşməkdə, təkamül nəzəriyyəsini qəti isbat edilmiş bir həqiqətdən bəhs edirmiş kimi müdafiə etməkdədir. Bu səbəblə yazısında dəlili olmayan, hətta tam əksi isbat edilmiş olan bir çox iddia, qəti bir gerçək kimi qeyd edilmişdir.

Bu iddialardan ikisində Mustafa… ardı...

 

Uzun zamandır təkamülçülər, “insanlar və şimpanzelər arasında yalnız 1%-lik genetik fərqlilik vardır” iddiası ilə təkamül təbliğatı edirdilər. İnsan və şimpanze genləri arasında dəqiq müqayisə edilməməsinə baxmayaraq, darvinist ideologiya onları bu iki növ arasında çox kiçik bir fərqlilik olduğunu fərz etməyə yönəldirdi.

Aparılan yeni bir araşdırma isə, təkamülçülərin bu mövzudakı təbliğatlarının -eynilə digərləri kimi- səhv olduğunu göstərir. Araşdırmada, təkamülçü nəşrlərdə iddia edildiyi kimi insanlar və şimpanzelərin genetik quruluşunun “99% bənzər” olmadığı və genetik bənzərliyi 95%-dən çox olmadığı ifadə edilir. CNN-nin veb səhifəsində 25 sentyabr 2002-ci il tarixində nəşr olunan “Humans, chimps more different than thought” (İnsanlar, şimpanzelər düşünüldüyündən daha fərqlidir) başlıqlı yazıda bu araşdırmanın nəticələri belə xəbər verilir:

Aparılan yeni genetik araşdırmaya görə, insanlar və şimpanzelər arasında bir zamanlar inanıldığından daha çox fərqlilik var.

Bioloqlar uzun müddət şimpanzelərin və insanların genlərinin 98.5% bənzər olduğunu müdafiə etdilər. Ancaq Kaliforniya Texnologiya İnstitutundan bir bioloq, bu həftə nəşr olunan çalışmada, genləri müqayisə etmək üçün istifadə edilən yeni bir üsulun insanlar və meymunların arasındakı genetik bənzərliyin yalnız 95% nisbətində olduğunu göstərdiyini açıqladı.

Bu araşdırma insan DNT zəncirindəki 3 milyon əsas cütündən 780.000-ni şimpanzelərinki ilə müqayisə edən kompüter proqramına əsaslanırdı. Daha əvvəlki araşdırmaçıların tapdıqlarından daha çox bir-birinə bənzəməyən hissə tapıldı və DNT əsaslarının ən az 3.9%… ardı...

 

28 avqust 2002-ci il tarixli “Radikal” qəzetində “İnsanın heyvandan fərqi” və “Akşam” qəzetində “3 milyon il əvvəl insan olduq” başlıqları ilə yayımlanan xəbərlərdə, insanlarla meymunlar arasında bir gen fərqi olduğu, bir mutasiya nəticəsində meymunlardakı bir genin itdiyi və bunun insana keçiddə əhəmiyyətli rol oynadığı iddia edildi. Hətta “Radikal” qəzeti bu xəbəri “İnsanı şimpanzelərdən ayıran tək gen tapıldı” şüarıyla verdi. Bu qəzetlər, bəzi elmi tapıntıları tamamilə, səhv şərh edərək, bunları təkamül nəzəriyyəsi lehində elmi irəliləyiş kimi təqdim etdilər.

Aşağıda “Radikal” və “Akşam” qəzetlərinin yanılmaları və bu xəbərdə istinad edilən araşdırmanın həqiqi yönü elmi olaraq açıqlanır.

Təkamülçülər elmi tapıntıları təkamülçü ön mühakimələri ilə qiymətləndirərək insanları yanıldırlar

“Radikal” və “Akşam” qəzetlərindəki yazılara mövzu olan xəbərin əsli belədir: Aparılan araşdırmalarda elm adamları sailic turşu olaraq bilinən şəkər molekulunun (Neu5Ac) və (Neu5Gc) olmaq üzrə iki formasının olduğunu, bu iki forma arasında yalnız bir oksigen atomu fərqi olduğunu, Neu5Gc-in şimpanzelərdə və bütün məməlilərdə olduğunu ancaq, soyu tükənmiş bir insan irqi olan Neandertallarda və müasir insanlarda olmadığını təsbit etmişlər. Təkamülçülər isə, bu məlumatdan yola çıxaraq bir mutasiyanın bu şəkər molekulunu istehsal edən geni yox etdiyini və bunun şimpanzelərlə insanlar arasındakı ilk fərqliləşməyi başlatdığını iddia edirlər.

Əslində burada klassik təkamülçü ön mühakimələrlə edilmiş izahın bir nümunəsi görünür. Təkamülçülər,… ardı...

 

15 iyun 2002-ci il tarixli “Hürriyet Bilim” jurnalında “Zəkada balıq nəzəriyyəsi” başlıqlı bir yazı nəşr olundu. Bu yazıda keçən bəzi elmdən və ağıldan kənar iddiaların cavabları aşağıda verilir.

 

İnsan beyninin balıq yeyərək inkişaf etdiyi iddiası elmdən kənardır

Bu yazıda, “insanın şimpanze beyinli əcdadlarının balıq, xərçəng və molyusklar kimi dəniz məhsullarını seçdikləri üçün beyinlərinin inkişaf etdiyi və indi dünyanı idarə edən ağıllı varlıqlara çevrildiyi” iddiası yer alırdı.

Bu, həm elmi, həm də məntiqi baxımdan qəbul edilməz bir iddiadır. Bu iddianın əsaslanıldığı nöqtə isə budur: Dəniz məhsullarının əksəriyyətində DHA deyilən yağlı bir turşu var. DHA eyni zamanda, beyin və göz üçün əhəmiyyətli bir struktur maddədir. Buna görə qida mütəxəssisi olan Prof. Stephen Cunnane şimpanze beyninin dəniz və ya göl kənarında dəniz məhsulları yeyərək insan beyninə təkamülləşdiyi iddiasını irəli sürmüşdür.

Ancaq bu iddiada əhəmiyyətli bir yalan var. Çünki məsələn, bir insan həyatı boyunca çoxlu dəniz məhsulu yeyə bilər, DHA adlı maddədən bədəninə bol miqdarda qəbul edə bilər. Bunun nəticəsində beyni daha sağlam ola bilər, beynindən daha qənaətli istifadə edə bilər, əqli zəiflik və şizofreniya kimi narahatlıqlardan bu şəkildə qoruna bilər. Ancaq bu şəxs bu xüsusiyyətlərini öz uşaqlarına ötürə bilməyəcək, çünki balıq yeyərək əldə etdiyi bu üstünlüklər, onun genetik quruluşunda bir dəyişiklik yaratmamışdır.… ardı...

 

1 iyun 2002-ci il tarixli “Hürriyet Bilim” jurnalında, «İnsanmı “Siyasi heyvandır”, şimpanzemi “Siyasi insandır”» başlıqlı bir yazı nəşr olundu. Bu yazıda, insanlardakı iqtidar oyunları, nüfuz mübarizələri, yalançılıq, kömək istəmə, mənfəət hesabları kimi sosial davranışların daha yaxşı başa düşülməsi üçün şimpanzelərin davranışlarının araşdırılmalı olduğu irəli sürülür və bu davranışların insanlara meymunlarla ortaq əcdadlarından miras qaldığı iddia edilirdi.

Bu yazı həm də bəzi şimpanze, oranqutan və insan şəkilləri ilə də bəzənmişdi. Şəkillərdə, insanlarla bu heyvanlarda görülən bənzər bəzi davranışlar göstərilirdi. Məsələn, əlini irəliyə doğru uzadan bir şimpanze şəkilinin üzərində Toni Blerə doğru əlini uzadan İtaliya baş naziri Silvio Berluskoninin bir rəsmi var idi. Təkamülçü yazıçıya görə bu bənzərliyin şərhi bu idi: Qolun irəli doğru uzadılması, kömək istəyən şimpanzenin siyasi vasitəsi idi. O şəkildə isə, Blairdən kömək istəyən Berlusconi əlini irəli doğru uzatmışdı. Yəni bu iddiaya görə həm şimpanze, həm də bir ölkənin baş naziri eyni jest ilə, eyni şeyi ifadə edirdilər. Başqa bir şəkildə isə biri gülən, digəri isə qaşqabaqlı iki insan idi. Bu şəkilin yanına isə biri gülən, digəri qaşqabağını tökən meymun şəkilləri qoyulmuş və bunlar həm insanların, həm də meymunların rəqabətinə nümunə olaraq göstərilmişdi. Yazı bu şəkildə şəkil bənzətmələri ilə, heç bir elmi dəlil verilmədən, yalnız təkamül təbliğatı etmək… ardı...