Təkamülçülərin nəsli kəsilmiş bir aralıq-keçid canlısı olaraq ortaya atdıqları, amma indiki vaxtda hələ də yaşayan dib balığı olduğu aydın olan Selekant (Coelacanth) kimi canlıların fosilləri, təkamül nəzəriyyəsinin dəyişiklik ssenarisini təkzib edən çox təəccüblü bir təsvir yaradır.

Fosil qeydlərinə görə 410 milyon il əvvələ aid olan Selekant (Coelacanth), təkamülçülər tərəfindən, balıqlar ilə amfibiyalar arasında çox güclü bir aralıq forma dəlili hesab edilirdi. 70 milyon il əvvəl fosil qeydlərindən sirli bir şəkildə silinmiş və o dövrdə nəslinin kəsildiyinə inanılmışdı. Lakin vəziyyət fərqli idi. Birincisi 1938-cü ildə Cənub Afrikada, ikincisi 1952-ci ildə Madaqaskarın şimal-qərbindəki Komor adalarında və digəri isə 1998-ci ildə İndoneziyanın Sulavesi adasında olmaqla 200-dən çox Selekant (Coelacanth) okeanlarda canlı şəkildə tutuldu. Ələ keçərilən ilk Selekant (Coelacanth) qarşısında təəccübünü açıqca ifadə edən təkamülçü paleontoloq J.L.B. Smith, “Yolda dinozavra rast gəlsəydim, bundan çox təəccüblənməzdim” –deyirdi. (Jean-Jacques Hublin, The Hamlyn Encyclopædia of Prehistoric Animals, New York: The Hamlyn Publishing Group Ltd., 1984, səh. 120)

Selekantın (Coelacanth) canlı nümunələrinin tapılması ilə bu canlı haqqındakı iddiaların yalandan başqa bir şey olmadığı da ortaya çıxmış oldu. Həm də təkamülçülər bu canlını həmişə dayaz sularda yaşayan və sudan çıxmağa hazırlaşan bir sürünən namizədi olaraq tanıtmışdılar. Halbuki, Selekantın (Coelacanth) əslində okeanın ən dərin sularında yaşayan və 180 m dərinlikdən yuxarı heç çıxmayan dib balığı olduğu aydın oldu. Aşağıdakı videoda Selekantın (Coelacanth) indiki vaxtda dərin sularda necə mükəmməl bir balıq olaraq üzdüyünü seyr edə bilərsiniz.

 

400 milyon illik Selekantın (Coelacanth) anatomik xüsusiyyətləri təkamül prosesinin heç vaxt yaşanmadığını göstərir

Selekantın (Coelacanth) canlı olaraq tutulmasından sonra üzərində aparılan anatomik araşdırmalar da təkamülçüləri təkzib edən bir çox tapıntı ortaya qoymuşdur. Bundan 400 milyon il əvvəl, guya ibtidai canlıların yaşadığı iddia edilən bir dövrdə, Selekantın (Coelacanth) bugünkü bir çox balıqda da olmayan son dərəcə kompleks xüsusiyyətlərə sahib olduğu aydın olmuşdur. Bunlardan biri, canlının ətrafdakı elektromaqnit sahələrə həssas olmasıdır. Bu, Selekantın (Coelacanth) kompleks bir duyğu orqanına sahib olduğunu göstərir. Elm adamları, balığın rostral orqanının beynə bağlandığı sinirlərin nizamına baxaraq, bu orqanın elektromaqnit sahələri qəbul etmə vəzifəsini icra etdiyini qəbul edirlər.

Selekantın (Coelacanth) kompleks quruluşu və xüsusiyyətləri qarşısında təkamülçülərin içinə düşdüyü çaşqınlıq “Focus” jurnalında belə ifadə edilmişdir:

Fosillərə görə, balıqların ortaya çıxdığı tarix, bundan təxminən 470 milyon il əvvələ uyğun gəlir. Selekantın (Coelacanth) ortaya çıxması isə bu tarixdən 60 milyon il sonra. Çox ibtidai xüsusiyyətlərə sahib olması gözlənilən bu varlığın, son dərəcə kompleks bir quruluş sərgiləməsi çaşqınlıq oyadır.

Image result for Coelacanth"ın ortaya çıkması ise bu tarihten 60 milyon yıl sonra.

Təxminən 400 milyon ildir varlığını davam etdirən Selekant (Coelacanth) təkamülçüləri çıxılmaz vəziyyətə salan bir balıqdır. 400 milyon illik bir müddət boyunca Selekant (Coelacanth)-da heç bir dəyişiklik yaşanmaması, canlıların təkamüllə ortaya çıxdığı və bir-birlərindən törədikləri iddiasını təkzib edir. Üstdə şəkillərini gördüyünüz 145 milyon illik Selekant (Coelacanth) fosili, təkamülçülərin xəyali bir keçidlə bir-birinə bağlamağa çalışdıqları quru və dəniz canlıları arasındakı dərin uçurumu bir daha ortaya çıxarmaqdadır.