Dinozavrların xəyali təkamülünün bu qədər çox gündəmə gətirilməsinin tək səbəbi vardır: Dinozavrların nəsli kəsilmiş olması. Darvinistlər, bu canlılara aid skeletləri götürərək bunların üzərində istədikləri kimi spekulyasiya edərlər. “Oxşar quruluş” adını verərək, pulcuqların lələklərə çevrildiyi, qanadların özbaşına meydana gəldiyi, yerdə yaşayan bir sürünənin qanadlanaraq uçduğu kimi hekayələrini rahatlıqla izah edə bilərlər. Onlara görə nə də olsa bunu oxuyan xalq, fosilin gerçək xüsusiyyətindən xəbərdar deyil. Və nə də olsa, canlı dinozavrlar üzərində bunu yoxlamaq imkanımız yoxdur. Bu səbəbdən elmilik adı altında istənilən yalanı söyləyə biləcəklərini, bir tapıntını istədikləri şəkildə oxucularına təqdim edə biləcəklərini zənn edirlər. Ancaq darvinistlər yanılmaqdadır. Artıq xalq darvinistlərin tərəfgir, yalan xəbərlərinə aldanmamaqda, araşdıraraq gerçəkləri görməkdədir.
Darvinistlərin saxtakarlığını ortaya çıxaran ən yaxşı nümunə Selekant (Coelacanth) olmuşdur. Darvinistlər nəslinin kəsildiyini zənn etdikləri Selekant haqqında görünməmiş uydurma ssenarilər irəli sürərkən, canlının hələ yaşamaqda olduğu aydın olmuşdur. Dolayısilə darvinistlərin bu canlı üzərində etdikləri bütün spekulyasiyaların uydurma olduğu ortaya çıxmışdır. Selekant darvinist saxtakarlığın ölçülərini anlamaq baxımından olduqca əhəmiyyətli bir nümunədir.
Bütün digər nəsli kəsilmiş canlı fosillərində olduğu kimi, dinozavr fosilləri üzərində də edilən şey budur. Darvinistlər, quşlardan tamamilə fərqli quruluşda sürünənlər olan dinozavrların quşların əcdadı olduğu iddiasındadırlar. Hətta bəziləri daha da irəli gedərək bütün dinozavrların aralıq forma olduğunu iddia edərlər. Məhz bütün bunların tək səbəbi, dinozavrların nəslinin kəsilmiş olması və bu səbəblə də darvinistlər üçün yaxşı bir vəsait olmalarıdır.
Bu günlərdə gündəmə yeni bir iddia var. Bu, “Telegraph” qəzetinin internet saytında və eyni zamanda Türkiyənin “Milliyyət” qəzeti internet saytında yayımlanan dinozavrların qarşı cinsi cəlb etmək üçün qanadlar əldə etdikləri istiqamətindəki iddiadır. Buna görə mükəmməl quruluşdakı qüsursuz canlılar olan dinozavrlar, günün birində qarşı cinsi cəlb etmək məqsədi ilə qanad hazırlamağa qərar vermişdir. Və darvinistlərə görə bunun dərhal ardından bugünkü möhtəşəm komplekslikdəki Yaradılış möcüzəsi olan quşlara çevrilmişlər. (Darvinistlərin mövzu ilə əlaqədar bundan əvvəlki iddiası dinozavrların milçək tutmağa çalışarkən quşa çevrildikləri istiqamətindəki axmaq iddia idi. İndiki iddia, “mükəmməl uçucu milçəyin orada necə ortaya çıxdığı” sualı qarşısında aciz qalan darvinistlərin vəziyyəti ört-basdır edə bilmək üçün müraciət etdikləri yeni üsul kimi görünür.)
Bu saxtakarlığa insanlarımızın aldanmayacağı ortadadır. Lakin darvinist yalanın elmi olaraq necə böyük bir çıxılmaz vəziyyət olduğunu qısaca qeyd etmək yerində olacaq:
– Sürünənlər ailəsinə aid olan dinozavrlar mükəmməl quruluşlu, fövqəladə böyüklükdəki mükəmməl canlılardır. Bu canlıların xəyali şəkildə dəyişiklik keçirərək yenə fövqəladə kompleks quruluşdakı, son dərəcə fərqli xüsusiyyətlərə sahib quşlara çevrilməsi QEYRİ-MÜMKÜNDÜR.
– Dinozavrdan quşa keçidi göstərməli olan BİR ƏDƏD BELƏ ARA FOSİL YOXDUR. Darvinistlər ara fosil iddiaları ilə yalan danışırlar. Aralıq forma olaraq iddia etdikləri canlıların hamısının ya tam dinozavr, ya da tam bir quş olduğu qəti olaraq ortaya çıxmışdır.
– Arxeopteriksin mükəmməl bir uçucu quş olduğu qəti və elmi dəlillərlə ortaya çıxarılmışdır.
– Darvinistlərin dinozavrdan quşa xəyali keçidin baş verdiyini iddia etdikləri dövrdə yaşayan mükəmməl uçucu quş fosili var. (CONFUCIUSORNIS SANCTUS-125 milyon illik quş fosili, CONFUCIUSORNIS-120 milyon illik quş fosili və LIAONINGORNIS-125 milyon illik quş fosili)
– Darvinistlərin dinozavrlar üzərində “lələk” dedikləri strukturların hamısının canlının üzərindəki dərinin fosilləşmiş forması olduğu ortaya çıxmışdır. Darvinistlər, bu izahlarla insanları illərlə aldatmışlar.
– Sürünənlər sinfinə aid olan dinozavrların soyuqqanlı olmaları, pulcuqlara sahib olmaqları, iki ayaqlı asimmetrik yeriş forması ilə hərəkət etmələri və bunun kimi fövqəladə dərin fərqlər, dinozavrdan-quşa xəyali təkamülünü qeyri-mümkün etməkdədir.
– Dinozavrların kiçik boylu olanları darvinistlər tərəfindən xəyali ara keçidə dəlil göstərilməyə çalışılır. Halbuki bunlar, sümük strukturlarından da açıq şəkildə aydın olduğu kimi, dinozavrların fərqli növləri deyil, bala dinozavrlardır.
Kiçik və böyük boylu dinozavrların sümük strukturları üzərində aparılan araşdırma kiçik boylu dinozavrların fərqli bir dinozavr növü deyil, bala dinozavrlar olduqlarını ortaya çıxarmışdır. (Scientific American, Special Edition, vol 14, nömrə 2, səh. 28)
Dinozavrların qanadlanıb quş olduqları iddiası, heç bir elmi dəyəri olmayan və dəfələrlə çürüdülmüş olan böyük bir aldatmadır. Darvinistlər köhnə demaqoq taktikaların hələ işə yarayacağına inanaraq bu cür yalanlara davam edirlər. Halbuki, dünya səviyyəsində insanlar artıq ara fosil deyə bir şey olmadığını və 100 milyon fosilin Yaradılış gerçəyini isbat etdiyini öyrənmişlər. Məhz buna görə darvinistlərin artıq insanları aldatmağa yolu qalmamışdır. “Telegraph” internet saytına və ölkəmizdə bu mövzunu elmi bir xəbərmiş kimi təqdim edən saytlara, artıq hər kəsin bildiyi, bu gerçəyi qəbul etmələrini tövsiyə edirik.