6 aprel 2009-cu ildə “Radikal” internet saytında “Qlobal istiləşmə təkamülü sürətləndirir” başlıqlı bir xəbər yayımlandı. Darvinist demaqoqluğun bir gərəyi olaraq bu yazıda, Axel Meyer adlı təkamül professorunun ifadələri əsas götürülərək -və həmişə olduğu kimi yenə heç bir elmi dəlil göstərilmədən- darvinist izahlara yer verilmişdi. Bu tanış təbliğatın tək məqsədi, XXI əsrin gəlişi ilə birlikdə tamamilə çökmüş olan təkamül nəzəriyyəsini az da olsa canlandıra bilmək idi. Məhz bu səbəblə, ənənəvi darvinist üsuldan istifadə edilir və demaqoqluq ilə insanlar aldadılmağa çalışılırdı.
Sözü gedən yazıda yer alan iddiaların niyə etibarsız olduğunun elmi dəlilləri aşağıda açıqlanmışdır:
– Yazıdakı, “Darvinin təkamülün işləyişinin təməl mexanizmini təyin etmiş olduğu” iddiası böyük bir aldatmadır. Təkamülün işləyişi yalanına dəlil göstərməyə çalışdığı təbii seleksiya (təbii seçmə) mexanizmi ancaq bir sürüdə düşmənlərindən qaçarkən sürətli qaçan fərdlərin həyatda qalmalarını təmin edər. O canlıya, onda daha əvvəl olmayan yeni bir orqan əlavə etməz, onu bir başqa növə çevirməz. Darvinin təbii seleksiya ilə təkamülləşmə iddiası, ciddi bir məntiq məğlubiyyəti, bir utanc vəsiləsidir.
– Yazıda Darvinin, şüurlu olaraq ilk hüceyrənin, ilk canlının necə ortaya çıxdığına açıqlama gətirmədiyi ifadə edilir. Darvinin xəyali ilk canlıya açıqlama gətirə bilmədiyi, əlbəttə ki, doğrudur. Tək Darvin deyil, ondan sonra gələn darvinistlərin heç biri bu mövzuda heç bir açıqlama edə bilməmişdir. Darvinistlərin, “Palçıqlı suda ilk hüceyrə meydana gəldi” iddiası, tarixin ən böyük yalanlarından biridir. Hüceyrəyə aid bir zülalın belə təsadüfən meydana gəlməsi qeyri-mümkündür. Elmin ortaya qoyduğu bu gerçək qarşısında darvinistlər də geri addım atmaq məcburiyyətində qalmış və həyatın başlanğıcına dair bir-birindən əsassız və məntiqsiz açıqlamalar vermişlər. Bu gün bu izahların hamısı elmi dairələr tərəfindən ciddi şəkildə tənqid olunur, darvinistlərin özləri belə bunun məntiqsizliyini etiraf etmək məcburiyyətində qalırlar.
– Həvəskar macəraçı olan Darvinin anlamadığı və ya səhv anladığı şeylərin sərhədi, Meyerin bəhs etdiyi qədər səthi deyil. Elm haqqında heç bir məlumata sahib olmayan, heç bir təhsilini tamamlaya bilməyən, sərxoş dənizçilərin içində bir macəraya atılan, böcəkləri maraq üçün yığan və yığdıqdan sonra onları araşdırmadan bir kənara qoyan, heç bir elm sahəsindən gerçək mənada xəbəri olmayan Darvin, xəyali bir ssenari ortaya atmış və kütlələri bu yolla aldatmışdır. Darvinin bütün iddiaları, bu gün elmin bütün sahələri tərəfindən təkzib edilmişdir. Elmi dəlilləri görən, qalıqları araşdıran insanların kütlələr halında bu nəzəriyyəni tərk etmələrinin ən böyük səbəbi məhz budur.
– İqlimin, ekoloji faktorların və ya canlıların kütləvi ölümlərinin darvinistlərin iddia etdiyi şəkildə “təkamülü sürətləndirməsi” iddiası çox böyük yalandır. Elmi olaraq təkzib edilmiş olan bu köhnə nəzəriyyə, bu yalanla dəstəklənməyə çalışılır. Halbuki, nə qlobal istiləşmə deyə bir şey vardır, nə də bu yolla bir təkamülləşmə. Qlobal istiləşmə iddiası, bu tip saxtakarlıqlara dəlil göstərmək üçün darvinistlər tərəfindən ortaya atılmış böyük bir yalandır. Necə ki, bu iddia, xüsusilə son vaxtlarda özünü göstərən güclü yağışlarla, hətta ölkələrə təsir edən sel basqınları və dondurucu soyuqlarla təkzib edilmişdir. Bu yolla xəyali təkamülün sürətləndiyi iddiası isə olduqca aciz, faydasız bir səydir. Darvinizm elmi dəlillərlə şiddətli bir süquta uğramışkən, bir ədəd belə ara fosil yox ikən, 100 milyon fosil Yaradılışı isbat edərkən, bir zülal laboratoriyada belə hazırlana bilməmişkən, darvinistlərin mövcud olmayan, təkamülün “sürətləndiyi” kimi aciz bir iddia irəli sürmələri, içində olduqları çıxılmaz vəziyyəti bir daha gözlər önünə sərir.
Meyerin iddia etdiyi kimi, Darvinin bu gün nələr olacağını təxmin etməsi mümkün deyildi. Yəni Darvin, hüceyrənin içi su dolu bir şar OLMADIĞINI, HÜCEYRƏ İÇİNDƏ FÖVQƏLADƏ KOMPLEKSLİKDƏ bir aləmin müdhiş NİZAM içində işlədiyini, ZÜLALLARIN BİRİNİN BELƏ TƏSADÜFƏN MEYDANA GƏLƏ BİLMƏYƏCƏYİNİ, yer qabığından BİR ƏDƏD BELƏ ARA FOSİL ÇIXMADIĞINI, 100 MİLYON FOSİLİN təkamülü qəti olaraq ÇÜRÜDƏCƏYİNİ, SADƏLƏŞDİRİLƏ BİLMƏZ KOMPLEKSLİKDƏKİ strukturların təkamülü çürüdəcəyini, elektron mikroskopu altında kəşf edilənlərin kainatda bir xaos deyil, tam tərsinə MÖHTƏŞƏM BİR NİZAM olduğunu göstərəcəyini bilmirdi. Darvin, bu gün ortaya çıxan elmi gerçəklərin HAMISININ, ortaya atdığı təkamül nəzəriyyəsini TAMAMİLƏ ORTADAN QALDIRACAĞINI təxmin etməmişdi. O, öz zamanında olduğu kimi, gələcəkdə də saxtakarlıqlarla, yalanlarla, saxta fosillərlə insanları aldada biləcəklərini zənn etmişdi. Belə dəhşətli bir məğlubiyyətin olacağını bilsəydi, əlbəttə, utanc içində qalar və belə bir nəzəriyyənin müdafiəçiliyini etməyə təşəbbüs belə etməzdi.
Darvinizm dövrü artıq bağlanmışdır. Darvinizmin çöküşü bütün dünyanın gözlərinin qarşısında olmuşdur. İndi yalnız ideologiyaları gərəyi batil bir dinin müdafiəçiliyini edən geridə qalmış bir neçə adamın izahlarını qəzet və internetdə yayımlayaraq bu nəzəriyyənin bir dəyəri varmış kimi bir təsəvvür yaratmağa çalışmaq, heç bir fayda gətirməyəcək. Məhz bu səbəblə “Radikal” qəzetinə, bu nəticəsiz səyi bir kənara buraxmasını, insanların artıq elmi gerçəklərə etibar etdiklərini görməsini tövsiyə edirik.