Darvinistləri çıxılmaz vəziyyətə salan ən əhəmiyyətli mövzulardan başlıcası sadələşdirilə bilməz kompleks quruluşdakı “göz”dür. Gözün ortaya çıxışını izah edə bilməyən darvinistlərin qarşı-qarşıya qaldıqları ən böyük Yaradılış dəlillərindən biri isə, bundan təxminən 540 MİLYON İL ƏVVƏL ortaya çıxmış kompleks göz quruluşudur. Yalnız tək hüceyrəli canlıların və bir neçə çox hüceyrəlinin yaşadığı bir dövrdə, BİRDƏN heyranedici gözəllik və komplekslikdəki TRİLOBİT GÖZLƏRİNİN ortaya çıxışı təkamülü süquta uğradan çox əhəmiyyətli bir gerçəkdir. 540 milyon il əvvəl yaşamış olan trilobitlər bugünkü milçək və iynəcələrin gözləri ilə eyni möhtəşəm quruluşda olan PƏTƏK GÖZLƏRƏ sahib idi.

Image result for 540 milyon yıl önce yaşamış olan trilobitlerin gözleri, günümüz sinek ve yusufçuklarının gözlerinden farksız müthiş bir yapıya sahip olan PETEK GÖZLERDİR.

Bu üstün kompleks göz quruluşu darvinizmin qəti çöküşünü elan edərkən, darvinistlər təəccüblü şəkildə bu mövzu haqqında da uydurma bir ssenari hazırlamışlar. Bu şok edici ssenari eynilə belədir:

“History Channel”da yayımlanan bir sənədli filmdə trilobitlərin ətrafındakı kalsit kristallarını trilobitlərin “ÖZLƏRİNİN HAZIRLADIĞI” və bu daşları sanki bir kristal ustası kimi tək-tək oyaraq özlərinə GÖZ DÜZƏLTDİKLƏRİ iddia edilir. Bu iddiaya görə trilobitlər daha əvvəl yer üzündə mövcud olmayan bir görmə üzvünə sahib olmalı olduqlarını “DÜŞÜNMÜŞ”, texniki alət və vasitələrdən İSTİFADƏ EDƏRƏK kalsit kristallarını işləmiş və özləri üçün mümkün olan ən mükəmməl və kompleks göz quruluşunu mükəmməl və səhvsiz bir şəkildə meydana gətirməyə QƏRAR VERMİŞLƏR. Darvinistlər, bir kristal ustası kimi işləyən trilobitlərin bu maddələri HAZIRLAMAĞA, İŞLƏMƏYƏ, GÖZ HALINA GƏTİRMƏYƏ və bununla ətrafı GÖRMƏYƏ başlamalarının tamamilə öz QƏRARLARI, öz BACARIQLARI, öz ÖLÇÜ VƏ HESABLAMALARI ilə olduğunu iddia edirlər. Bu gün laboratoriyalarda elm adamları işığa həssas bir quruluş belə meydana gətirə bilməzkən, hətta bu quruluşun tək bir zülalını meydana gətirməkdən acizkən, 540 milyon il əvvəl yaşamış bu üstün qabiliyyətdəki canlılar, darvinistlərə görə, özlərinə göz İNŞA EDİBLƏR.

Məhz bu təəccüb doğuran ssenari, dünyanın ən böyük sənədli film kanallarından biri olan “History Channel”də, darvinist elm adamlarının dilindən düşüncəsizcə izah edilməkdədir. Darvinistlərin bu qədər də irəli gedə bilməyəcəyini düşünənlər, “History Channel” kanalının “Evolve” adlı bölməsində “Eyes” adlı sənədli filmində bu yalanın eynilə bu şəkildə izah edildiyini görə bilərlər.

Bu nümunə ilə bir daha aydın olmuşdur ki, darvinistlər insanların “cahil və məlumatsız” olduqlarını təsəvvür edərək və insanları sanki uşaq yerinə qoyaraq düşüncəsizcə nağıl uydurmağı davam etdirmə səy göstərirlər. Görünür ki, darvinistlər artıq uşaqların belə bu uydurma ssenarilərə inanmadıqlarını qəbul edə bilmirlər. Sözü gedən sənədli film darvinistlərin artıq nə qədər böyük bir çıxılmaz vəziyyətdə olduqlarını görə bilmək baxımından ibrətamiz nümunədir.

 

Gözün darvinistləri süquta düçar etməsi ilə əlaqədar ətraflı məlumatı buradan (Gözün qüsursuz dizaynı) oxuya bilərsiniz.

Trilobit gözünün darvinistləri ən böyük çıxılmaz vəziyyətə salan mövzulardan biri olduğu ilə əlaqədar ətraflı məlumatı buradanburadan oxuya bilərsiniz.