Təkamül nəzəriyyəsinin süqutu

“Milliyet” qəzetinin 14 avqust 2000-ci il tarixli nüsxəsinin 9-cu səhifəsində yer alan “HƏYATIN MƏNŞƏYİ YAĞDIR!” başlıqlı yazıda insanın mənşəyini təkamülçü dünyagörüşü ilə açıqlama cəhdlərinin daha yeni və gülünc bir nümunəsi nümayiş olunmuşdur. Bu yazıda, bu günə qədər canlıların mənşəyini təbiət şərtləri və təsadüflərlə açıqlama cəhdləri hər dəfə nəticəsiz qalan və elmi məlumatlarla tərs düşən təkamülçülərin çıxardıqları yeni bir xəyal məhsulu ssenari izah edilir.

 

İddiaya görə, suya tökülən zeytunyağının bir müddət sonra kiçik kürəciklər halında ayrılması kimi ibtidai dünyadakı okeanlarda -hər necəsə- olan yağ molekulları da ətraflarındakı molekulları əhatə edərək ilk canlı hüceyrələrini meydana gətirmişlər… Yeni bir elmi düşüncə olaraq önə sürülən bu nəzəriyyənin təqdim etdiyi başqa heç bir elmi şərh yoxdur. Biologiya haqqında heç bir məlumatı olmayanların ağlında bəlkə sual yaradacaq bu vizual ssenarinin mövzu ilə bir az maraqlananları güldürməkdən o yana gedə bilməyəcəyi açıqdır.

Ən sadə bir canlı hüceyrəsinin belə nə dərəcə xüsusiləşmiş fermentlər, kompleks orqanoidlər, ünsiyyət, istehsal və yığma sistemləri, məlumat bankı, həssas tarazlıqlar, çoxalma mexanizmləri ehtiva etdiyi bilinir. Ətrafındakı bir neçə molekulu öz içinə yığan bir yağ kürəciyinin bu cür kompleks bir quruluş meydana gətirməsinin nə qədər gerçəklərdən uzaq olduğu da buradan aydın olur. Bu dünyagörüşünün, bir zəlzələ bölgəsində yerə yayılmış daş, torpaq, çınqıl və beton… ardı...

 

“Bilim ve Ütopya” jurnalının mart 2003-cü il tarixli sayında “İnsanlığın tarixi bir meymunun xayalarında başladı” başlıqlı bir yazı yayımlandı. Yazıda 21-33 milyon il əvvələ aid bir dövrdə, iki genin (USP32 və TBCID3) bir meymunun xayalarında sintez meydana gətirdiyi, ortaya çıxan gen mələzi ilə (Tre2) birlikdə, guya “insanabənzər meymunların” digər primatlardan ayrılmağa başladıqları irəli sürülürdü. Bu iddia, darvinist ön mühakimələrlə ortaya atılmış spekulyasiyadan başqa bir şey deyil. Tək dayağı insan ilə meymun arasında ortaq genlər olduğu faktıdır. Halbuki, insan və meymunun ortaq genlərə sahib olması, təkamülə əsaslanan qohumluq bağını isbat edən bir vəziyyət deyil.

 

Genetik qohumluq tezisi ön mühakimədən başqa bir məna ifadə etmir

Yazının girişində aparılan genetik müqayisələrdən danışılır və buna əsaslanaraq insanın; bonobo, şimpanze, qorilla və oranqutanla qohum olduğu irəli sürülür. Təkamül genetikləri bir-birlərinə qohum qəbul etdikləri canlıların DNT-lərini müqayisə edərək aradakı bənzər istiqamətləri araşdırırlar. Bu bənzərliklərin təkamüllə ortaya çıxdığını qəbul edir, ancaq bu təkamülün necə reallaşmış ola biləcəyinə dair heç bir elmi dəlil təqdim etmirlər. Öz ön mühakimələrini cəmiyyətə elmi bir gerçəkmiş kimi təlqin edərək təkamül təbliğatı edirlər. Halbuki, genetik bənzərliklərə əsaslanan təbliğatın etibarsızlığını göstərən əhəmiyyətli həqiqətlər vardır. Bunlar qısaca bu şəkildə yekunlaşdırıla bilər:

  1. İnsan və şimpanzenin genetik qohum olduğunu müdafiə etməyin əsas şərtlərindən biri insan və… ardı...

 

“Cumhuriyet Bilim Teknik” jurnalının 1 mart 2003-cü il tarixli sayında “DNT ikili sarnalının 50 illik macərası” başlıqlı bir yazı yayımlandı. “Newsweek” jurnalından tərcümə edilən bir məqaləyə əsaslanan xəbərdə DNT molekulunun 1953-cü ildə reallaşan kəşfi və genetik araşdırmaların sonrakı illərdəki gedişatından bəhs edilirdi. Genetik araşdırmalar darvinist dünyagörüşü ilə şərh olunur və bunların insanın uydurma təkamülünə dəlil təşkil etdiyi irəli sürülürdü. Halbuki, bu iddiaların tək məqsədi elmi tapıntıları təhrif edərək darvinizm təbliğatı etmək idi. Bu yazıda CBT-də yer alan iddiaların əsassızlığı gözlər önünə səriləcək.

CBT-dəki xəbərdə insanla şimpanze arasındakı genetik bənzərlik 98.8% olaraq göstərilir. Bu iddiası ilə CBT ötən il yayımlanan və insanla şimpanze arasındakı genetik qohumluq tezisinə böyük zərbə vuran bir araşdırmanı tamamilə gözardı edir.

CNN-nin veb səhifəsində 25 sentyabr 2002-ci il tarixində yayımlanan “Humans, chimps more different than thought” (İnsanlar, şimpanzelər düşünüldüyündən daha fərqlidir) başlıqlı yazıda bu araşdırmanın nəticələri belə xəbər verilmişdir:

Aparılan yeni genetik araşdırmaya görə, insanlar və şimpanzelər arasında bir zamanlar inanıldığından daha çox fərqlilik var.

Bioloqlar uzun müddət şimpanzelərin və insanların genlərinin 98.5% bənzər olduğunu müdafiə etdilər. Ancaq Kaliforniya Texnologiya İnstitutundan bir bioloq, bu həftə nəşr olunan çalışmada, genləri müqayisə etmək üçün istifadə edilən yeni bir üsulun insanlar və meymunlar arasındakı genetik bənzərliyin yalnız 95% nisbətində olduğunu… ardı...

 

“Hürriyet Bilim” jurnalının 4 yanvar 2003-cü il tarixli sayında “Şimpanzelərin qoz qırma atelyeləri tapıldı” başlıqlı bir yazı yayımlandı. Yazıda insanların bir zamanlar şimpanzelərlə eyni anlayış və mədəniyyət səviyyəsini yaşadığı irəli sürülərək darvinizm təbliğatı edildi. Bu yazıda “Hürriyet Bilim” jurnalında ortaya qoyulan iddiaları etibarsız edən elmi dəlillər gözlər önünə səriləcək.

 

Şimpanzelərin darvinizmdəki rolu və həqiqətlər

Əvvəlcə şimpanzenin, təkamül təbliğatında xüsusilə istifadə edilməsinin altında yatan səbəbi aydınlaşdırmaq lazımdır. Təbiətdə ağıllı davranışlar göstərən bir çox növ vardır. Təkamülçü mətbuatda bu canlılardan xüsusilə, şimpanzelərin davranışları tez-tez mövzu edilərək vurğulanır. Çünki darvinizmdə şimpanzelər xüsusi bir rol oynayırlar: Uydurma təkamül prosesində insanın ən yaxın qohumu şimpanzelərdir.

Buna görə şimpanzelərlə insan arasında davranış baxımından da bənzərliklər qurulmağa çalışılır. Beləliklə, zəka baxımından insana ən yaxın canlının şimpanze olduğu təəssüratı verilir.

Halbuki, şimpanzenin insandan sonra ən ağıllı canlı olduğu fikirini çürüdən bir çox canlı vardır. Bu canlılar şimpanzelərdən daha yüksək şüur nümunələri nümayiş etdirirlər. Məsələn, qunduzlar axıntıya qarşı hidrodinamik baxımdan ideal ölçülərə sahib anbarlar yaradaraq evlər tikə bilir, termitlər xüsusi havalandırma kanallarına sahib nəhəng evlər inşa edə bilir, bal arıları həndəsi və riyazi məlumata əsaslanan pətəklər inşa edə bilirlər. Belə kompleks davranışlar reallaşdırmalarına baxmayaraq, bütün bu canlılar kiçik beyinlərə malikdirlər. Bu möcüzəvi davranışlara son bir nümunə Oksford Universiteti… ardı...

 

National Geographic TV kanalında yayımlanan “Ən ağıllı meymun” sənədli filmində meymunların insanlar kimi danışa bildikləri iddia edildi. Proqram boyunca şimpanzelərin insana bənzəyən davranışları təkamül nəzəriyyəsinin dəlili olaraq təqdim edildi. Hətta daha da irəli gedilərək şimpanzelərin insanlar kimi düşündükləri iddia edildi. Nümunə verilən araşdırmada bir oranqutan istəklərini təlimatçısına işarələrlə çatdıra bilirdi. Bu ünsiyyətin primitiv bir işarə dili olduğu iddia edildi. Şərh qisimində bu müşahidələrin meymunların insanın qohumu olması üçün yetərli səbəb olduğu irəli sürüldü. Aşağıda bu iddiaların etibarsızlığı müasir elmi ədəbiyyat işığında izah olunmuşdur.

 

ELMƏ ZİDD İDDİALAR

Əvvəlcə ifadə etmək lazımdır ki, insanların bir-birləri ilə səsli və ya jestlə ünsiyyət qura bilmə qabiliyyətləri təkamül nəzəriyyəsi baxımından açıqlana bilməyən bir xüsusiyyətdir. Bu səbəblə təkamülçülər insanla meymun arasında ünsiyyət qurma üsulları baxımından bir bənzərlik tapmağa çalışırlar. Bu nöqtədə təkamül nəzəriyyəsini sübut etməyə çalışan araşdırmaçılar üçün insanların reaksiyalarına bənzər reaksiyalar verən bir meymun ictimaiyyətə təqdim etdikləri sensasional bir xəbərdir.

Halbuki, paleontoloji araşdırmalar təkamül prosesinin yaşanmadığını gözlər önünə sərmişdir. Genetika elmi bir növün sahib olduğu xüsusiyyətlərin zamanla yığılaraq ortaya çıxmasının qeyri-mümkün olduğunu göstərmişdir.

 

TƏKAMÜL NƏZƏRİYYƏSİNİN BÖYÜK DİLEMMASI: İNSANIN DANIŞMASI

Proqramda bir meymunun primitiv bir işarə dilindən istifadə etdiyi izah edilmişdir. Halbuki, təkamülçü araşdırmaçılar şimpanzelərə danışıq öyrətmək üçün bir neçə dəfə cəhd etmişlər, ancaq… ardı...