fikir
Adnan Oktarın 19 may 2011 A9 Tv və Samsun Aks Tvdəki canlı söhbətindən
ADNAN OKTAR: Müzzəmmil surəsi, şeytandan Allaha sığınıram. Rəhman Rəhim olan Allahın adıyla. “Ey örtüsünə bürünən. Az bir qismi xaric olmaq üzrə gecə qalx:” Bu mehdiyyətə də işarə edir, Peyğəmbərimiz (s.ə.v)-ə birinci dərəcədən işarə edən bir ayədir. Mehdiyyətin örtüsü açılır. “Az bir qismi xaric olmaq üzrə gecə qalx:” Gecə fəaliyyət göstər, deyir Allah. “(Gecənin) yarısı qədər. Ya da ondan bir az azalt.” Yəni gecənin böyük bir hissəsini dini yaymağa ayır. “Doğrusu, gecə sevinci (gecə ibadəti, insanın iç dünyasında oyandırdığı) təsir baxımından daha qüvvətli, oxumaq baxımından daha möhkəmdir.” Gecə daha təsirli olur, bax deyir ki, Allah; “…təsir baxımından daha qüvvətli, oxumaq baxımından daha möhkəmdir.”
İnsan fikrini gündüzə nəzərən gecə daha yaxşı cəmləyir. “Çünki gündüz, sənin uzun məşğuliyyətlərin vardır. Rəbbinin adını zikr et və hər şeydən özünü çəkərək yalnız Ona yönəl.” Hər şeydən özünü çək nə deməkdir? Boş işlərdən özünü çək, yoxsa qanuni şeylərdən özünü çək mənasında deyil. “…hər şeydən özünü çəkərək yalnız Ona yönəl.” Yəni bütün diqqətini Allaha ver. “Onların demələrinə qarşı da sən səbir et” deməli, böhtan olar, təhqir olar, boş-boş danışıqlar olar, axmaqlıq edər adam, nə ediləcək? “…səbir et və onlardan gözəl bir tərzdə qopub ayrıl.” Allah, təmasda olmağına ehtiyac yoxdur deyir.
Hz. Mehdi (ə.s) haqqında fərqli fikirlər ortaya atılacaq, lakin sonra fikirlər birləşəcək
Zamanın sahibi əl-Mehdi (hz. Mehdi (ə.s)) haqqında fərqli fikirlər birləşərək izləyəcək, müxtəlif düşüncələr arasında birləşəcək, onun vəsiləsi ilə ən yaxın dostlarınızın haqları sökülüb çıxardılacaq, onun vəsiləsi ilə düşmənlərinizin pisliklərinə etiraz edəcəksiniz və yer üzünü onun vəsiləsi ilə yaxşılıq və ədalətlə dolduracaqsınız, onun çıxması ilə birlikdə qulların üzərindəki nemətlər və razılıq artacaq. Şərəf və tərif ilə həqiqətlər yerinə qayıdacaq və din onun əli ilə yenidən qurulacaq.
(Seyyid Murtaza Müçtehidi Sistani, Nashr Almas Yayınları, s. 343)
Hz. Mehdi (ə.s) haqqında fərqli fikirlər olacağına hədisdə toxunulmuşdur. Hz. Mehdi (ə.s) haqqında bir-birindən fərqli olan çoxlu fikirlər, yavaş-yavaş haqq və doğru olan fikirdə birləşəcək. cc. Müsəlmanların bu dövrdə çətin təzyiq altında yaşadıqları və haqsızlığa uğradığı bu izahatdan aydın olur. Allahın hz. Mehdi (ə.s)-ı vəsilə etməsi ilə dünyada ədalət, mehribanlıq və etibarlı mühit meydana gələcək. Bu izahat, hz. Mehdi (ə.s)-ın vəsilə olmasından əvvəl dünyada ədalətsizlik və sevgisizliyin hakim olacağına işarə edir. Allahın insanlar üzərindəki razılığı və məmnuniyyəti hz. Mehdi (ə.s)-ın vəsiləsi ilə artacaq. İslam dini hz. Mehdi (ə.s) vəsiləsi ilə əvvəlki vəziyyətinə qayıdacaq və İslam əxlaqı dünyaya hakim olacaq.
Hz. Mehdi (ə.s) dəccaliyyətin hər iki qolunu, fikirlə aradan qaldıracaqdır
Peyğəmbərimiz (s.ə.v) Axırzamanı izah edən bir çox hədisində dəccalın qiyamətin ən əhəmiyyətli əlamətlərindən biri olduğunu bildirmişdir. Hədislərdə dəccalın, insanlar arasında qarışıqlıq və narahatçılığı yayacağı, kütlələri əxlaqsızlığa və pisliyə sürüyəcəyi, inkara və üsyana istiqamətləndirəcəyi, terrorun və şiddətin qaynağı olacağı xəbər verilmişdir. Peyğəmbərimiz (s.ə.v.), dəccalın insanları din əxlaqından uzaqlaşdırıb, yer üzündə böyük qarışıqlıq və zülmə sürüyən bu fitnəsinin xurafatçılıq və dinsizlik olduğunu bildirmişdir.
Hədislərdə dəccalın fitnəsinin fikri zəmində təsirsiz hala gətirilməsində isə, hz. İsa (ə.s) ilə hz. Mehdi (ə.s)-ın vəzifəli olduqları izah edilmişdir. Hz. Mehdi (ə.s) Allahın varlığını və birliyini bütün dəlilləri ilə ən gözəl şəkildə izah edəcək, dinsizliklə fikri sahədə ən təsirli şəkildə mübarizə edəcək, insanları səmimi imana dəvət üçün böyük səy göstərəcək və həqiqi din əxlaqını bütün dünyada məskun edəcəkdir.
“Bu şübhəsizdir ki, Axırzamanda Məğrib məmləkətinin ən uzaq mövqesindən hz. Mehdi (ə.s) deyilən bir şəxs çıxacaqdır. Və ön tərəfində qırx mil məsafə olaraq gedəcəkdir. HZ. MEHDİ (Ə.S)-IN BAYRAQLARI AĞ VƏ SARIDIR. İÇİNDƏ XƏTLƏR OLAR. BAYRAQLARINDA ALLAHIN İSM-İ ƏZƏMİ YAZILMIŞDIR. ONUN BAYRAĞI ALTINDAKI HEÇ BİR BİRLİK MƏĞLUB EDİLMƏZ.” (İmam Şarani, Ölüm Kıyamet Ahiret ve Ahir Zaman… ardı...
Hz. Mehdi (ə.s) dövründə isə küfr fikirlə tamamilə sona çatacaq
Bədiüzzaman həzrətləri “Risaləyi-Nurda” göstərmişdir ki, dəccaliyyət və süfyaniyyət əvvəl getdikcə yayılacaq. Sonra hz. İsa (ə.s) və hz. Mehdi (ə.s)-ın fikri mübarizələri ilə bu fitnələr tamamilə sona çatacaq.
Təbiiyyun, maddiyyun fəlsəfəsindən (materializm, Darvinizmdən) yaranan Nəmrudyanə (üsyankar) bir cərəyan getdikcə axır zamanda fəlsəfəsi maddiyyun vasitəsi ilə (materialist fəlsəfə) yayılaraq qüvvətlənəcək. İlahiyyəti (Allahın varlığını) inkar edəcək bir dərəcəyə gələr. (Məktubat səh. 57)
Təbiiyyun, maddiyyun fəlsəfəsindən yaranan cərəyan – Nəmrudyanə.
Bədiüzzaman həzrətləri üsyankar, anarxist, terrorist fəaliyyətlərin materialist və Darvinist ideologiyalardan dəstək aldığını vurğulayır.
Getdikcə axır zamanda.
Bədiüzzaman həzrətləri nə deyir? “ Məndən sonra küfr artacaq” deyir. Getdikcə sözü isə küfrün daha da şiddətlənəcəyinə işarə edir.
Fəlsəfəsi maddiyə vasitəsi ilə intişar edərək qüvvət tapıb
Demək ki, fitnələr materialist və Darvinist ideologiyalardan aldığı dəstəklə yayılacaq və qüvvət tapacaqdır. Qüvvət tapmaq nə deməkdir? Bədiüzzaman həzrətlərindən sonrakı dövrdə dinsizliyin, fitnənin, zülmlərin daha da artacağı deməkdir.
İlahiyyatı inkar edəcək bir dərəcəyə gəlir.
Bədiüzzaman həzrətlərindən sonra Darvinist, materialist ideologiyalar elə inkişaf edib, qüvvət tapacaqdır ki, Allahın açıqca inkar edildiyi bir dövr olacaqdır. Məhz davamlı artaraq inkişaf edən bu fitnəni, bu bəlanı hz. Mehdi (ə.s) dayandıracaq.
Darvinist, materialist fitnəni… ardı...