sona çatmaq

 

Hz. Mehdinin dövründə zalımların hakimiyyəti sona çatacaq

Hz. Mehdi (ə.s)-ın hökmranlığı dövründə zalımların və özünü göstərənlərin hökmranlığı, münafiqlərin və xainlərin siyasi nüfuzu nabud (yox) olacaq (sona çatacaqdır). (El-Mehdiyy-il Mevud, cild. 1, səh. 252)


R0003

 

Hz. Mehdi (ə.s)-ın dövründə bütün müharibələr, zülm və fitnələr sona çatacaqdır

Hz. Mehdi (ə.s)-ın dövründə fitnə və döyüş atəşi sönəcək, zülm, gecə basqınları və yağmalama adəti ortadan qalxacaq, müharibələr yox olacaq. (El-Mehdiyy-il Mev’ud, cild. 1, səh. 264)

Hz. Mehdi (ə.s) insanları böyük bir bəladan, hər kəsi ehtiva edən və kor bir fitnədən qurtaracaq. (El-Mehdiyy-il Mev’ud, cild. 1, səh. 264)

Bəli, dünyanı fitnə və düşmənçilik bürüyəndə, hər yer zülm, fəsad və talan etməklə dolduqda, dəlalət və inhiraf qalalarını dağıtmaq (haqqı qoyub batilə sapan mərkəzləri fikirlə təsirsiz hala gətirmək), qaranlıq və daş ürəkləri tövhid, insaniyyət və ədalət nuruyla işıqlandırmaq üçün Allah uca islahatçısını (hz. Mehdi (ə.s)-ı) göndərəcək. (El-Mehdiyy-il Mev’ud, cild. 1, səh. 310)


R0006

 

Hz. Mehdi (ə.s) dövründə isə küfr fikirlə tamamilə sona çatacaq

Bədiüzzaman həzrətləri “Risaləyi-Nurda” göstərmişdir ki, dəccaliyyət və süfyaniyyət əvvəl getdikcə yayılacaq. Sonra hz. İsa (ə.s) və hz. Mehdi (ə.s)-ın fikri mübarizələri ilə bu fitnələr tamamilə sona çatacaq.

Təbiiyyun, maddiyyun fəlsəfəsindən (materializm, Darvinizmdən) yaranan Nəmrudyanə (üsyankar) bir cərəyan getdikcə axır zamanda fəlsəfəsi maddiyyun vasitəsi ilə (materialist fəlsəfə) yayılaraq qüvvətlənəcək. İlahiyyəti (Allahın varlığını) inkar edəcək bir dərəcəyə gələr. (Məktubat səh. 57)           

risala

 

Təbiiyyun, maddiyyun fəlsəfəsindən yaranan cərəyan – Nəmrudyanə.

Bədiüzzaman həzrətləri üsyankar, anarxist, terrorist fəaliyyətlərin materialist və Darvinist ideologiyalardan dəstək aldığını vurğulayır.

Getdikcə axır zamanda.

Bədiüzzaman həzrətləri nə deyir? “ Məndən sonra küfr artacaq” deyir. Getdikcə sözü isə küfrün daha da şiddətlənəcəyinə işarə edir.

Fəlsəfəsi maddiyə vasitəsi ilə intişar edərək qüvvət tapıb

Demək ki, fitnələr materialist və Darvinist ideologiyalardan aldığı dəstəklə yayılacaq və qüvvət tapacaqdır. Qüvvət tapmaq nə deməkdir? Bədiüzzaman həzrətlərindən sonrakı dövrdə dinsizliyin, fitnənin, zülmlərin daha da artacağı deməkdir.

İlahiyyatı inkar edəcək bir dərəcəyə gəlir.

Bədiüzzaman həzrətlərindən sonra Darvinist, materialist ideologiyalar elə inkişaf edib, qüvvət tapacaqdır ki, Allahın açıqca inkar edildiyi bir dövr olacaqdır. Məhz davamlı artaraq inkişaf edən bu fitnəni, bu bəlanı hz. Mehdi (ə.s) dayandıracaq.

Darvinist, materialist fitnəni… ardı...

 

Hz. Mehdi (ə.s) dövründə isə küfrün təsiri tamamilə sona çatacaq -2-

Bədiüzzaman həzrətləri öz dövründə etdiyi imani çalışma ilə dinsizliyə fikirlə əhəmiyyətli bir zərbə endirmişdir. Ancaq, bu fikri zərbə küfrü tamamilə yox edici deyil, TƏSİRİNİ AZALDAN BİR FİKRİ ZƏRBƏDİR.

Ustadımız, Şamiyədəki Xütbədə, hicri 1371-ci il (miladi 1952-ci) ildən sonra İslam aləmində meydana gələcək inkişafları izah etmişdir. Bu xütbəsində küfrün tam olaraq təsirsiz hala gətirilməsini isə, hz. Mehdi (ə.s) dövründə olacağını demiş və hicri 1371-ci ildən təxminən “30-40 İL SONRA”, “YARIM ƏSR SONRA”, hicri 1400 –cü ildən etibarən küfrün tam məğlub olmasının reallaşacağını söyləmişdir.

download

Bəli, İNDİ OLMASA DA 30-40 İL SONRA fənn və həqiqi bacarıq (elm və fənlərlə öyrənilən məlumat) və mədəniyyətin yaxşı və faydalı istiqamətlərini o üç qüvvətlə təchiz edib, cihazatını verib (lazımlı ehtiyacını qarşılayıb), O DOQQUZ MANELƏRİ MƏĞLUB EDİB DAĞITMAQ ÜÇÜN həqiqətləri araşdırma meylini və insaf, insan sevgisini o doqquz düşmən tayfasının (sinfinin) cəbhəsinə göndərmiş, inşaAllah YARIM ƏSR SONRA ONLARI DARMADAĞIN EDƏCƏK. (XütbəiŞamıyə, səh. 25)

İndi olmasa da 30-40 il sonra olacaq

Burada Bədiüzzaman həzrətləri küfrün məğlub olmasının nə vaxt olacağının tarixini verir. “İNDİ DEYİL”, yəni mənim yaşadığım dövrdə deyil, 30-40 İL SONRA, yəni hicri 1371-ci ildən 30-40 il sonra” deyir.

Hicri 1371 + 30 = hicri 1401 =… ardı...