Cəlal Şengör, eynilə kainat, planetlər və dünya üzərindəki tarazlıq haqqında etdiyi demaqoqluğa bənzər şəkildə, yer üzündə canlılarda təcəlli edən möhtəşəm nizamı xaos mühiti kimi göstərməyə çalışmışdır. Buna dəlil olaraq da öz ağlı ilə amin turşularının mükəmməl olmadığını, döllərin yalnız az bir qisiminin həyatda qaldığını, balıq yumurtalarının yalnız az bir qisiminin yaşadığını dəlil olaraq verməyə çalışmışdır. Bu izahlar, darvinistlərin yer üzündəki möhtəşəm yaradılışın fərqində olmaları, lakin darvinist demaqoqluq üsulları ilə bu gerçəyi ört-basdır etməyə çalışmaqlarından qaynaqlanır. Gerçək isə belədir:
– Amin turşuları, təsadüfən yaranması riyazi olaraq qeyri-mümkün olan zülalların quruluş daşlarıdır və zülallarla bənzər bir kompleksliyə sahibdirlər.
- Zülalın meydana gəlməsi üçün DNT lazımdır.
- Zülal olmadan DNT yarana bilməz.
- DNT olmadan zülal yarana bilməz.
- Zülal olmadan zülal yarana bilməz.
- Zülalın yaranması üçün 60 ayrı zülal lazımdır.
- Bu zülalların biri belə əskik olsa, zülal mövcud ola bilməz.
- Ribosom olmadan zülal yarana bilməz
- RNT olmadan da zülal yarana bilməz.
- ATF olmadan zülal yarana bilməz.
- ATF-ni istehsal edən mitoxondri olmadan da zülal yarana bilməz.
- Hüceyrə nüvəsi olmadan zülal yarana bilməz.
- Sitoplazma olmadan da zülal yarana bilməz.
- Hüceyrədəki orqanoidlərin biri əskik olsa zülal yarana bilməz.
- Hüceyrədəki bütün orqanoidlərin mövcud olması və çalışması üçün də zülallar lazımdır.
- Bu orqanoidlər olmadan da heç bir şəkildə zülal olmaz.
Bu sistem, bir yerdə çalışmaq məcburiyyətində olan iç-içə bir sistemdir. Biri olmadan digəri ola bilməz. Bir parçası yerində olsa belə, sistemin digər parçaları olmadan bu parça heç bir işə yaramaz.
Qısacası,
BİR ZÜLALIN MÖVCUD OLMASI ÜÇÜN HÜCEYRƏNİN HAMISI lazımdır. Hüceyrə, bu gün araşdırdığımız və çox az bir qisimini anlaya bildiyimiz mükəmməl kompleks quruluşu ilə mövcud olmadığı müddətcə, BİRCƏ ZÜLAL BELƏ YARANA BİLMƏZ.
Belə bir quruluş möhtəşəm bir nizam və komplekslik sərgiləyər və nəinki təsadüfən meydana gəlməsi, hətta süni olaraq hazırlana bilməsi belə QEYRİ-MÜMKÜNDÜR.
- Yer üzündə canlılar arasında da möhtəşəm bir tarazlıq vardır. Allah, canlıları yaradarkən, bu tarazlığın bir təzahürü olaraq onların həyatlarını, ruzilərini, sığınacaq mühitlərini də birlikdə yaratmışdır.
- Məsələn, bir balıq yüzlərlə yumurta qoyar, lakin bunların müəyyən bir miqdarı həyatını davam etdirə bilər. Bu fövqəladə bir tarazlıqdır, çünki ovçulara ov olan yumurtalar, bu yumurtalarla qidalanan canlılar üçün ruzidir. Allah, onların qidalanması üçün belə bir tarazlıq yaratmışdır.
- Onsuz da bu yumurtaların hamısının yaşaması ehtimalı vəziyyətində yer üzündəki tarazlıqda bir pozulma olacağı açıqdır. Dəniz o balıq növündən keçilməyəcək, o balığın ovladığı canlılar tükənəcək və bunun çoxlu yan təsiri meydana gələcəkdir. Canlılar üçün təyin olunmuş çoxalma nisbəti, yer üzü üçün təyin olunmuş ən mükəmməl nisbətdir.
- Bu tarazlıq bir-birini ovlayan canlılara da aiddir. Bir canlı digərini ovlayarkən, bir başqasına ov olar. Heyvan öz varlığının şüurunda olmayan şüursuz bir canlıdır, onun həyat formasını Allah bu cür təyin etmiş, bunu yer üzü üçün çox müdhiş bir tarazlıq olaraq yaratmışdır.
Ov və ovçu arasındakı bu ehtişamlı yaradılışın bir təzahürü də, bir canlıda, tam olaraq onu ovlayan canlıya təsir edən zəhərin hazırlanmasıdır. Belə bir mexanizmin təsadüfən yaranma ehtimalı yoxdur. Allahın yer üzündə yaratdığı tarazlıq, heyranlıq oyandıracaq dəlillərə malikdir. Bu ahəngdə ən kiçik bir pozulma bütün canlı varlığını təhdid edəcək nəticələr meydana gətirəcək. (Məsələn, bitkilərin və mikroorqanizmlərin fotosintez yolu ilə illik hasil etdikləri oksigen miqdarı hər vaxt tarazlıqdadır. Bu tarazlıqdakı ən kiçik bir pozulma bütün canlı həyatını ortadan qaldıra bilər.)