küfr

ADNAN OKTARIN KAÇKAR TVDƏKİ CANLI REPORTAJI (1 OKTYABR 2010)

 

ADNAN OKTAR: Allah Əhzab surəsində, 10-cu ayədə; Onlar sizə həm üstünüzdən, həm alt tərəfinizdən gəlmişlərdi; gözləriniz hədəqəsindən çıxmış, ürəkləriniz ağzınıza gəlmişdi. Və siz Allah haqqında (bir sıra) zənlər edirdiniz.” Baxın, indi münafiqlər mənfəətləriylə zidd olduğunda, onların imkanları əllərindən alındığında və yaxud mənfəətləri əllərindən gedəcəyini düşündüklərində ilk olaraq Allah haqqında sui-zənnə başlayarlar. Yəni Peyğəmbər (s.ə.v)-ə əks olması, yaxud Mehdi (ə.s)-ə əks olması əslində birbaşa imansızlıqdan qaynaqlanır.

Yəni o, oraya baxıldığında sanki onların problemi Peyğəmbərləymiş, yaxud Mehdiyləymiş kimi görünməklə yanaşı əslində Allahladır. Yəni Quran buna işarə edir. Orada iman edənlər sınanmış və şiddətli bir sarsıntı ilə sarsıntıya  məruz qalmışlardı.” Belə bir vəziyyətdə möminə heç bir şey olmaz. İmanını mühafizə edər. Hətta şövqü artar, cəhdi artar. “Münafiqlər və ürəklərində xəstəlik olanlar” münafiqlər artıq xəstəlikdən keçmiş, şeytan olmuşlar. “Və ürəklərində xəstəlik olanlar” da bunlar da münafiq olmağa namizəddirlər, amma müsəlman olmağa da uyğundurlar.

Bax, “Münafiqlər və ürəklərində xəstəlik olanlar Allah və Elçisi bizə boş bir aldanışdan başqa bir şey vəd etmədi deyirdilər.” Peyğəmbərimiz (s.ə.v) o zamanlar deyir; “hakimiyyət olacaq, İslam əxlaqı yayılacaq, Allahın dini dünyaya hakim olacaq, daha Axırzamanda da hakim… ardı...

 

Adnan Oktarın dekabr 2010-ci il tarixli Kaçkar Tv canlı müsahibəsi

Adnan Oktar: Taha surəsini açdım. 130-cu ayə. Şeytandan Allaha sığınıram, “Onların dediklərinə səbir et”. Demək ki, küfr bir şey söylədikdə səbirli olacağıq. Yağış kimi olacaq, o bir Rəhmani gözəllikdir. Səbir etdikcə, İslam inkişaf edər. Mehdiyyətə əgər hücum olmasa, mehdiyyət necə inkişaf etsin? Mənə bunu bir izah etsinlər. Xeyr, başqa cür olur deyənlər mənə bir izah etsinlər. Kimsə Risalə-i Nurda Bədiüzzamanın ifadələrini dəyişdirəcək ki, biz onları çığırda-çığırda doğruya gətirək. Yüz ili çıxaracaq, adam üç yüzü əlavə edəcək, mehdiyyət şahlanacaq. Məndən yüz il sonra deyəcək Bədiüzzaman, adam onu çıxaracaq, mehdiyyət şahlanacaq. Oradan bir fövqəladəlik olduğu aydın olar. Qarşı çıxılmırsa, Mehdi (ə.s)-a müqavimət göstərən yoxdursa, necə mehdiyyət imiş bu? Müqavimət yox, çaqqallar yox, yarasalar yox, xurafatçılar yox, mürtəcelər yox, saxtakar dəstəsi yox, lakin mehdiyyət də irəliləyir. Bu olmaz. Mehdiyyət onları əzə-əzə irəliləyən sistemə deyilir. Bunlar olmadısa, mehdiyyət olmaz.

 

Adnan Oktarın Kaçkar Tv-dəki canlı müsahibəsi (15 dekabr 2010)

Adnan Oktar: Ənbiya surəsi, Rəhman və Rəhim olan Allahın adı ilə, “İnsanların hesaba çəkiləcəkləri gün yaxınlaşdı”. Qiyamət yaxınlaşdı deyir. Nə qədər var? Çox az, çox az var. 110 il var. “Amma onlar hələ də qəflət içində imandan üz çevirirlər”. Adamın biri holdinqlərlə məşğul olur, həyat yoldaşını xaricə gəzməyə aparır. Əlavə etməyə çalışır ki, bir az daha dünyanın dadını çıxara bilsin. Adamın biri özünün yaşamayacağını bildiyi halda yenə üç yüz il olmasını istəyir. Küfr heç vaxt qiyamətin gəlməsini istəməz, Quranda vardır. Küfrün ən çəkindiyi şey qiyamətin qopmasıdır. Ya əlavə edər, ya da heç qiyamət yoxdur deyər. “Qiyamətin qopacağını də zənn etmirəm” deyir küfr, ayə var. Ayənin davamında, “Amma olursa” da deyir, “Qiyamət baş verərsə, mütləq xilas olacağımı düşünürəm, cənnətlik olacağımı düşünürəm” -deyir.

İndi bizim bu dövrün avamları da, ürəyi qatılaşmış, bədəni qatılaşmış tiplər də bu düşüncəyə sahibdirlər. Amma təkrar edirəm, adı keçənləri tənzih edirəm, onlar ayrı, onlar cahil insanlardır. Onlara öz Rəbbindən istənilən bir yeni xəbərdarlıq gəldikdə” –deyir. Rəbbindən istənilən bir yeni xəbərdarlıq gəldikdə”, məsələn, yeni bir hədis söyləyirsən, İslam Birliyi olacaq deyirsən Mehdi (ə.s)-ın belə bir əlaməti var, bu var deyirsən. “Ona istehza edərək, qulaq asmazlar”. Təsirlənmirlər,… ardı...

 

Adnan Oktarın 4 Fevral 2011 Kaçkar Tv-dəki söhbətindən

ADNAN OKTAR: Maidə surəsi, 71-ci ayə. Şeytandan Allaha sığınıram. “Bir fitnə olmayacağını düşündülər, korlaşdılar, karlaşdılar”. Allah, yəni bir hadisə baş verməyəcək, bəla gəlməyəcək, bu işlər belə gedər, çox rahat heç bir şey olmaz zənn edərlər deyir. “Korlaşdılar”, yəni açıq dəlilləri görməzlikdən gəldilər, “karlaşdılar” açıqca bilinən, səmimi olaraq eşidilən şeyləri də eşitmədilər. “Sonra Allah, tövbələrini qəbul etdi”, yəni buna baxmayaraq, sonar tövbə edirlər, sonra Allah tövbələrini qəbul etdi. “(Yenə) onlardan əksəriyyəti korlaşdılar, karlaşdılar. Allah etməkdə olduqlarını görəndir.” Yenidən azırlar, Allah ona diqqət çəkmişdir. “And olsun, “Şübhəsiz, Allah Məryəm oğlu Məsihdir” deyənlər küfrə düşmüşdür.” Yəni Məryəm oğlu Məsihi Allah olaraq görən kim varsa, küfr içindədir deyir Allah. Onun üçün tək Allaha inanmaları lazımdır. “Halbuki, Məsihin dediyi (budur:) “Ey İsrailoğulları, mənimdə Rəbbim, sizində Rəbbiniz olan Allaha ibadət edin. Çünki O, Özünə ortaq qoşana, şübhəsiz, cənnəti haram etmişdir, onun sığınma yeri atəşdir. Zülm edənlərə köməkçi yoxdur”. “And olsun” deyir  Allah, “Allah üçün üçüncüsüdür” deyənlər küfrə düşmüşdür”. Yəni təslis inancında olan kəslər, mütləq küfr içindədir deyir Allah. “Halbuki, tək bir İlahdan başqa İlah yoxdur. Əgər söylədiklərindən imtina etməsələr, onlardan inkar edənlərə mütləq (acı) bir əzab toxunacaq”. “Yenədə Allaha tövbə edib bağışlanma istəməyəcəklərmi? Halbuki, Allah bağışlayandır, əsirgəyəndir”.… ardı...

 

Hz. Mehdi (ə.s) dövründə isə küfr fikirlə tamamilə sona çatacaq

Bədiüzzaman həzrətləri “Risaləyi-Nurda” göstərmişdir ki, dəccaliyyət və süfyaniyyət əvvəl getdikcə yayılacaq. Sonra hz. İsa (ə.s) və hz. Mehdi (ə.s)-ın fikri mübarizələri ilə bu fitnələr tamamilə sona çatacaq.

Təbiiyyun, maddiyyun fəlsəfəsindən (materializm, Darvinizmdən) yaranan Nəmrudyanə (üsyankar) bir cərəyan getdikcə axır zamanda fəlsəfəsi maddiyyun vasitəsi ilə (materialist fəlsəfə) yayılaraq qüvvətlənəcək. İlahiyyəti (Allahın varlığını) inkar edəcək bir dərəcəyə gələr. (Məktubat səh. 57)           

risala

 

Təbiiyyun, maddiyyun fəlsəfəsindən yaranan cərəyan – Nəmrudyanə.

Bədiüzzaman həzrətləri üsyankar, anarxist, terrorist fəaliyyətlərin materialist və Darvinist ideologiyalardan dəstək aldığını vurğulayır.

Getdikcə axır zamanda.

Bədiüzzaman həzrətləri nə deyir? “ Məndən sonra küfr artacaq” deyir. Getdikcə sözü isə küfrün daha da şiddətlənəcəyinə işarə edir.

Fəlsəfəsi maddiyə vasitəsi ilə intişar edərək qüvvət tapıb

Demək ki, fitnələr materialist və Darvinist ideologiyalardan aldığı dəstəklə yayılacaq və qüvvət tapacaqdır. Qüvvət tapmaq nə deməkdir? Bədiüzzaman həzrətlərindən sonrakı dövrdə dinsizliyin, fitnənin, zülmlərin daha da artacağı deməkdir.

İlahiyyatı inkar edəcək bir dərəcəyə gəlir.

Bədiüzzaman həzrətlərindən sonra Darvinist, materialist ideologiyalar elə inkişaf edib, qüvvət tapacaqdır ki, Allahın açıqca inkar edildiyi bir dövr olacaqdır. Məhz davamlı artaraq inkişaf edən bu fitnəni, bu bəlanı hz. Mehdi (ə.s) dayandıracaq.

Darvinist, materialist fitnəni… ardı...