zühur
1. Hər əsrdə bir mücəddid gələcəkdir. Hicri 1400-cü ildə gələcək olan isə, Axırzamanın böyük mücəddidi hz. Mehdi (ə.s)-dır.
Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən hədislərdə, böyük əhli sünnə alimi Əbu Davud həzrətlərinin Sünəni Əbu Davud adlı əsərində, İmam Rəbbani həzrətlərinin Məktubatında keçən hədislərdə və hicri 1300-cü ilin mücəddidi olan son min ilin ən böyük alimi və mücəddidi olan Səid Nursi həzrətlərinin risalələrində hər əsrdə İslam dinini xurafatlardan ayıracaq bir adamın gələcəyi, bu adam vəsiləsiylə İslam əxlaqı, fəziləti və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsinin canlandırılacağı xəbər verilmişdir. Peyğəmbərimiz (s.ə.v) hədislərində, xüsusilə hicri 1400-cü ili hz. Mehdi (ə.s)-ın zühur vaxtı olaraq bildirmiş və bu dövrdən etibarən insanların hz. Mehdi (ə.s) ətrafında toplanmağa başlayacaqlarını söyləmişdir. Ustad həzrətləri isə yaşadığı hicri 1300-cü ildən yüz il sonra hz. Mehdi (ə.s)-ın gələcəyini və dünyaya hakim olan zülm sistemini dağıdacağını söyləmişdir.
Əbu Hüreyrənin rəvayətinə görə, Rəsulullah (s.ə.v) belə buyurmuşdur:“Həqiqətən Əziz və Cəlil olan Allah HƏR YÜZ İLİN BAŞLANĞICINDA bu ümmətin dinini xurafatdan (dinə sonradan əlavə edilmiş batil tətbiqlərdən) ayıracaq, yeniləyəcək (elm sahibi) bir şəxsi göndərər.” (Süneni Əbu Davud, 5/100)
HƏR YÜZ İLİN BAŞLANĞICINDA bu ümmətin üləması arasından BİR MÜCƏDDİD GƏLƏCƏK və şəriəti (Quran əxlaqı və fəziləti ilə Peyğəmbərimiz (s.ə.v)-in sünnəsini) canlandıracaq. (Məktubatı Rəbbani, 1/520)
… ardı...
Təzyiqlərə görə, kimsə Allahın adını rahatlıqla zikr edə bilməyəcək
Şeyx Tusinin “El-Emali” kitabında: “Bütün dünya fəsadla dolacaq. Heç kim Allah deyə bilməyəcək. Sonra uca Allah məndən və mənim ailəmdən bir şəxsi (hz. Mehdi (ə.s)-ı) göndərəcək. Ondan əvvəlkilər dünyanı ədalətsizliklə doldurduğu kimi, o da (hz. Mehdi (ə.s) da) ədalətlə dolduracaq”.(Kitab-ül Gaybet, [Bihar-ul Envar, cild 51], Ansariyan Yayıncılık, Tərtib edən: Muhammed Bakır el-Meclisi, İran-Kum, 2003, səh. 120)
Şeyx Tusinin “El-Emali” kitabında: “Dünya elə təzyiq və ədalətsizliklə dolacaq ki, KİMSƏ ALLAHIN ADINI GİZLİ OLMADAN (AÇIQ-AŞKAR) DEYƏ BİLMƏYƏCƏK. Sonra Allah təzyiq və ədalətsizliklə dolu olan dünyanı, ərdəmli bir camaatı (hz. Mehdi (ə.s) camaatını) gətirəcək və dürüstlük, ədalətlə dolduracaq”. (Kitab-ül Gaybet, [Bihar-ul Envar, cild 51], Ansariyan Yayıncılık, Tərtib edən: Muhammed Bakır el-Meclisi, İran-Kum, 2003, səh. 186)
Zühurundan əvvəl hz. Mehdi (ə.s)-ın adı və şöhrəti durmadan yayılacaq
Hz. Mehdi (ə.s)-ın tanınmağına işarə edən vacib məlumatlardan biri, “hz. Mehdi (ə.s)-ın adının və şöhrətinin dünya səviyyəsində durmadan yayılmağıdır”. İnsanlar, hz. Mehdi (ə.s) olduğunu bilməsələr də, hədislərdə bildirilənlərə görə, hz. Mehdi (ə.s)-ı tezliklə görəcək, səsini eşidəcək, fikirlərini öyrənəcək, əsərlərini, işlərini təqib edəcək və yenə tez-tez ondan danışacaqlar. Hədislərdə bu dövrdə bütün insanların tez-tez hz. Mehdi (ə.s)-dan danışacaqları, onun adını xatırlayıb, onun haqqında bəhs edəcəkləri, ona qarşı böyük bir sevgi və məhəbbət duyacaqları belə bildirilmişdir:
“MEHDİ ZÜHUR EDƏR, HAMI YALNIZ ONDAN DANIŞAR, ONUN SEVGİSİNİ DUYAR VƏ ONDAN BAŞQA HEÇ KİM HAQQINDA DANIŞMAZLAR.” 1
“Hz. Mehdi (ə.s) gələndə, İNSANLAR ONU EŞQ VƏ MƏHƏBBƏTLƏ ƏHATƏ EDƏCƏKLƏR.” 2
“Mehdi, dövründəki insanların ən yaxşısıdır. Onun köməkçiləri və ona beyət edənlər… Cəbrayıl onların önündə, Mikayıl da arxalarında olar. O (HZ. MEHDİ (Ə.S)) MƏXLUQAT ARASINDA SEVİLƏR.” 3
Sələmə ibn Züfər belə buyurur: “…HZ. MEHDİ (Ə.S), İNSANLARIN PİSLİKDƏN, CİNAYƏTKARLIQDAN VƏ ZÜLMDƏN BEZDİYİ VƏ HEÇ BİR QAİB (GİZLİ YAŞAYAN) ONUN QƏDƏR ƏZİZ VƏ SEVGİLİ OLMADIĞI BİR VAXTDA QİYAM EDƏCƏK”.4
“Şübhəsiz ki, o (hz. Mehdi (ə.s)), insanların qarşılaşdıqları şərlərə görə, (MEHDİ) ONLAR ÜÇÜN ƏN SEVGİLİ OLMADIQCA ZÜHUR ETMƏYƏCƏK.”5
ALLAH (c.c) BÜTÜN İNSANLARIN ÜRƏKLƏRİNİ… ardı...
Hz. Mehdi (ə.s)-ın zühurundan əvvəl narkotik və cinayətlərlə bağlı ölümlər artacaq
Əli (ə.s) belə buyurmuşdur: “Mehdinin qiyamının əvvəlində qırmızı ÖLÜM və AĞ ÖLÜM OLACAQ… (Ikdü’d-Dürer, səh. 98, Gaybet-i Numani, səh. 397, Gaybet-i Şeyh Tusi, səh. 267, Biharü’l-Envar, cild 52, səh. 211)
Hədisdə, Axırzamanda hz. Mehdi (ə.s)-ın çıxışından əvvəl cəmiyyətlərdə cinayət hadisələrinin sıxlığına diqqət çəkilmişdir. Hədisdən aydın olduğu kimi, dövrümüzdə AĞ ZƏHƏR (hər cür narkotik maddə) olaraq adlandırılan narkotiklər ilə hədisdə ifadə edildiyi kimi AĞ ÖLÜM reallaşacaq və insanları maddi və mənəvi olaraq öldürəcək. Həmçinin, hədisdə ifadə edilən (qan rəngində) QIRMIZI ÖLÜMLƏ də hz. Mehdi (ə.s) əvvəlində qanlı cinayətlərin işlənəcəyini diqqət çəkilmişdir. Qırmızı və ağ ölümlərdəki bu artım, hz. Mehdi (ə.s.)-ın zühurunun əlamətlərindəndir.

Peyğəmbərlər də, hz. Mehdi (ə.s)-ı gözləmiş və zühurunu müjdələmişdilər
Quranı-Kərim, təhrif olunmuş Tövrat və İncil araşdırıldıqda və Peyğəmbərimiz (s.ə.v)-in 1400 il əvvəl rəvayət etdiyi hədislərə baxıldıqda hamısında həzrəti Mehdi (ə.s)-ın zühurunun müjdələndiyi açıq-aşkar görünür.
Hz. Məhəmməd (s.ə.v)-in dövründə də, hz. İbrahim, hz. Musa və hz. İsa dövrlərində də inananlar üzərində həmişə hz. Mehdi (ə.s)-ın mənəvi varlığı və mənəvi təsiri hiss edilmişdir. Müsəlmanların üzərində onun bir gün zühur edəcəyinin sevinci və həyəcanlı intizarı hakim olmuşdur. Hz. Mehdi (ə.s), digər elçilərdən minlərlə il sonra zühur edəcəyinə baxmayaraq, Allahın, qövmləri xəbərdar edib qorxutmaq üçün göndərdiyi elçiləri və səmimi, qəlbləri Allaha yönəlmiş olan iman sahibləri üzərində onun şəxsi mənəvisinin bəxş etdiyi istək, həyəcan və müjdə həmişə hiss edilmişdir.
Allah dünyanın qədərini hz. Mehdi (ə.s)-ın zühuruna görə nizamlamışdır. Belə ki, dünya və peyğəmbərlər tarixində baş verən bir çox hadisə həmişə hz. Mehdi (ə.s)-ın hicri 1400-cü ildəki zühurunu dəstəklənmişdir, bu zühuru zəruri olan bir əlamətə çevrilmişdir, bu hadisələrdə həmişə hz. Mehdi (ə.s)-ın şəxsi mənəvisinin varlığı müsəlmanlar və səmimi dindarlar tərəfindən həmişə hiss edilmişdir.