incil

Adnan Oktarın 17 aprel 2011 A9 Tv, Kanal Avropa  və Çay Tv-dəki canlı söhbətindən

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram, Hədid surəsi, 27-ci ayə “Sonra onların izləri üzərində elçilərimizi bir-biri ardınca göndərdik.” Peyğəmbərlər silsilə olaraq ard-arda gəlirlər. “Məryəm oğlu İsanı da arxalarından göndərdik; ona İncili verdik və onu izləyənlərin ürəklərində şəfqət və mərhəmət etdik.”

Yəni, “İncilə tabe olanların ürəklərində şəfqət və mərhəmət yaratdıq” deyir Allah. “Xristianlığın bir xüsusiyyəti, şəfqət və mərhəmətin çox olmasıdır” deyir Allah. Allah bunu bir hökm olaraq ifadə etmişdir. Şəfqət və mərhəmət; biz də müsəlmanlar olaraq, şəfqət və mərhəməti əsas götürməliyik, inşaAllah. Şəfqət və mərhəmət Quranda da hakimdir, İncildə də hakimdir.

“(Bir bidət olaraq) Çıxardıqları ruhaniliyi isə”  yəni, uydurduqları, sonradan çıxartdıqları ruhaniliyi isə, “Biz onlara yazmadıq (əmr etmədik).” “Mən belə bir şey söyləmədim” deyir Allah, “İncildə elə bir əmrim yoxdur” deyir. “Ancaq Allahın razılığını axtarmaq üçün (çıxartdılar)”

“Ruhanilik yaratdılar, olmayan bir şeyi söylədilər” deyir, “amma buna da lazım olduğu kimi əməl etmədilər.” Yəni İncildə yazan, ruhaniliyin ortaya çıxartdığı inanclara da gərəyi kimi əməl etmədilər” deyir.

“Bununla birlikdə onlardan iman edənlərə əcrlərini verdik,” “Səmimi iman edənlərə savab verdik” deyir, Allah. “Onlardan bir çoxu da fasiq olanlardır.” “Bir çoxu da günahkardır” deyir. 28 “Ey iman edənlər, Allahdan… ardı...

 

ADNAN OKTARIN A9 TV, KAHRAMANMARAŞ AKSU TV VƏ KAÇKAR TV-DƏKİ CANLI SÖHBƏTİ

(21 APREL 2011; 22:00)

 

“Salam əleykum. Səhər günəşini qısqandıracaq qədər gözəl doğan, hörmətli Məhəmməd Adnan hocamız.” Günəş qısqanmaz, qibtə edər, maşaAllah, inşaAllah. Biz də günəşə qibtə edirik, inşaAllah. “Bizim günəşimizsiniz, sizinlə get-gedə daha çox işıqlanırıq, inşaAllah. Hocam, bu ayəni bir çox dəfə açıqladınız bilirəm, amma “təkrarda fayda vardır” demişdiniliz. Xahiş etsəm, “yəhudi və xristianları dost tutmayın” (Maidə surəsi, 51) ayəsini təkrar açıqlayarsınızmı? Təşəkkür edirəm, canım hocam. Əllərinizdən çox-çox öpürəm. Murad Barış Coşğun.” “Yəhudi və xristianları dost tutmayın.” (Maidə surəsi, 51)

1

“Maidə surəsi, 51. Daha haradan gəlir, 49. Daha da geriyə baxdığımızda Maidə surəsi 44-cü ayənin ifadə şəkli çox vacibdir; axışı. Başlanğıcından etibarən baxmaq lazımdır ayəyə. Tam o anda deyil. Ayə bir mövzunu izah edər, izah edər, izah edər, izah edər, son nöqtəni orada qoyar bəzən və yaxud yenə davam edər. Şeytandan Allaha sığınıram. “Həqiqət budur ki, Biz Tövratı, içində bir hidayət və nur olaraq endirdik.” Deməli, insanların hidayətinə səbəb olur Tövrat və bir nurdur. Haqq qisimlərinin xüsusiyyəti budur. “Tövrat deyə bir kitab yoxdur” deyə bilmərik indi, Tövrat var. Təhrif olmuş qisimlər etibarsızdır, amma etibarlı olan qisimləri hidayət və nurdur.

“Təslim olmuş peyğəmbərlər, yəhudilərə onunla hökm edərdilər. Məlumatlı… ardı...

 

Adnan Oktarın 1 Fevral 2011 Kaçkar tv-dəki söhbətindən

ADNAN OKTAR: “Salam Əleykum, Məhəmməd Adnan hocam”, Əleykum Salam və Rahmətullahi və Bərəkatuhu. “İlk öncə, hər kəsə çoxlu salamlar, qarlı Almaniyadan”, Almaniyada qar yağır, deməli. “Əməklərinizə görə Allah min dəfə razı olsun və sizə, bütün İslam yolunda əmək verən qardaşlarımıza. Bir sualım var, Maidə surəsinin 51-ci ayəsini oxuyub açıqlaya bilərsinizmi? Xahiş edirəm, ağlımda sual işarə qaldı, və həqiqətən, əhəmiyyət verdiyim bir mövzudur. Çünki, yəhudilərin, xristianların qardaşlarımız olduğunu söyləmişdiniz və Maidə surəsində əksinə yazır, hörmətlə Fərruh qardaşınız, ələrinizdən öpürük”.

Maidə surəsi, 51-ci ayə. Şeytandan Allaha sığınıram. “Ey iman edənlər, yəhudi və xristianları dostlar (vəlilər) tutmayın; onlar bir-birlərinin dostudurlar. Sizdən onları kim dost tutsa, şübhəsiz, onlardandır. Şübhəsiz, Allah zalımlar birliyinə hidayət verməz. Ürəklərində xəstəlik olanları; zamanın, fəlakətləriylə əleyhimizə dönüb bizə toxunmasından qorxuruq deyərək aralarında səy etdiklərini görərsən. Ümid edilir ki, Allah bir fəth və ya qatından bir əmr gətirəcək”, əbcədi 1996-nı verir. “Onlar, nəfslərində gizli tutduqlarına görə peşman olacaqlar. “Ey iman edənlər; andlarıyla, əlbəttə, sizlərlə birlik olduqlarına aid Allaha and içənlər bunlardırmı? Onların bütün etdikləri boşa çıxmışdır, beləcə, hüsrana uğrayanlar olmuşlar, deyərlər”.

Ayənin əvvəlindən başlayaq sona doğru  davam edək. Şeytandan Allaha sığınıram, 44-cü ayədən başlayaq. “Gerçək budur ki, biz Tövratı, içində bir hidayət… ardı...

 

Hörmətli Adnan Oktarın 22 yanvar 2013-cü il tarixli söhbətindən Tövrat və İncillə əlaqədar ayələrin şərhləri.

ADNAN OKTAR: Şeytandan Allaha sığınaram. Bəqərə surəsi, 136-cı ayədə “Deyinki” deyir Allah, “Biz Allaha; bizə endirilənə, İbrahim, İshaq, Yəqub və nəvələrinə endirilənə, Musa və İsaya verilənlə peyğəmbərlərə Rəbbindən verilənə iman etdik”. Burada kitablardan bəhs edilir. Sən deyirsən ki; “Tövrat və İncil yoxdur”. “Var” deyir Allah və “nurdur” deyir Tövrat üçün. Olmayan bir şey üçün söyləmir ki, Allah.

“Ona içində hidayət və nur olan”.  İçində nə var? Hidayət; Mehdilik. Hidayət; Mehdilik. “Hidayət və nur olan, önündəki Tövratı təsdiqləyən”. “Önündəki”, yəni var, mövcuddur. Peyğəmbərimiz (s.ə.v)-ə söyləyir bunu; “önündəki”, “yanında dayanan” deyir. “Tövratı təsdiqləyən” təsdiq edən. “Yalanlayan” demir bax; “təsdiqləyən”. Çünki Quranın hökmüylə eynidir, razıdır. Səhv yerlərini onsuz da Quran qaldırır. “Təsdiqləyən və müttəqilər üçün yol göstərici və nəsihət olan İncili verdik”. Nədir? “Müttəqilər üçün”. Kimlər üçün? “Müttəqilər üçün yol göstərici” yol, “və nəsihət olan İncili verdik”. Allah; “sizin üçün bir gözəllik” deyir, Tövrat və İncil üçün.

“Bundan əvvəldə, bir rəhbər (imam) və bir rəhmət olaraq Musanın kitabı var”. Olmayan bir şeydən bəhs etmir ki, Quran. “Bir müjdə olmaqla (özündən əvvəlki kitabları) təsdiqləyici”. Quranın xüsusiyyəti; özündən əvvəlki kitabları təsdiqləyir. “Doğru, var” deyir Allah.

Məsələn, xurafatçıların, qatı dinçilərin… ardı...

 

Hörmətli Adnan Oktarın 22 yanvar 2013 tarixli söhbətindən Tövrat və İncililə əlaqədar ayələrin şərhləri.

ADNAN OKTAR: Qardaşlarımız deyirlər ki; “Hörmətli müəllimimiz Qurani-Kərimdə Peyğəmbərimiz (s.ə.v)-in zamanındakı Tövratı tərifləyən ayəni oxuya bilərmi?”. Başqa bir qardaşımız da; “Tövrat və İncillə əlaqədar ayə Peyğəmbər (s.ə.v)-in zamanındakını işarə etmir” deyir. “Əvvəlki kitabları və xəbərdarlıq edənləri göndərdiyini izah edir”. Yəni “Tövrat və İncil qalmadı və bu hal-hazırdakı Tövrat və İncildə belə bir şərh də yoxdur; Quranın bəhs etdiyi bizim görmədiyimiz, bilmədiyimiz Tövratlar, İncillərdir. Yəni bu, hal-hazırdakı Tövratlara baxmır” deyir. Yaxşı, madam belə düşünürsən ki, bu da yanlış fikirdir, nə deyir Allah? 21-ci surənin 105-ci ayəsində Allah and içir.

Andolsun, Biz zikrdən sonra“, yəni Tövratdan sonra “Zəburda da: “Şübhəsiz, ərzə saleh qullarım varisçi olacaq” deyə yazdıq. “Bu Tövratda da, Zəburda da var. “Dünya hakimi olacaqsınız” deyir, “saleh qullar dünya hakimi olacaq” deyir. “Saleh, səmimi müsəlmanlar İslamı bütün dünyaya hakim edəcək, tək din İslam olacaq” deyir Tövratda və Zəburda. Nə deyir Allah ayədə? Andolsun, Biz zikrdən sonra  Tövratdan sonraZəburda da: “Şübhəsiz, ərzə”, dünyayasaleh qullarım varisçi… ardı...