Hz Musa
Adnan Oktarın 1 may 2011 A9 tv, Kanal Avropa və Çay tv-dəki canlı söhbətindən
ADNAN OKTAR: “Onlara Rəhman (olan Allah) dan yeni bir xəbərdarlıq gəlsə, heç müzakirəsiz ondan üz çevirərlər.” Hər nə zaman xəbərdarlıq gəlirsə, üz çevirirlər, qəbul etmirlər. “Həqiqətən, yalanladılar; lakin lağ mövzusu etdikləri şeyin xəbəri özlərinə çox yaxında gələcəkdir.” Deyirlər; “Hz. İsa Məsih (ə.s) gəlməyəcək, hz. Mehdi (ə.s) gəlməyəcək,” deyilmi? Baxın, Allah nə deyir; “lağ mövzusu etdikləri şeyin xəbəri özlərinə çox yaxında gələcəkdir.” İnşaAllah.
“Hanı sənin Rəbbin, Musaya səslənmişdi: “Zülm etməkdə olan qövmə get.” O dövrün Mehdisi hz. Musa (ə.s)-dır. “Zülm etməkdə olan qövmə get;” yəni dəccaliyyətin hakim olduğu qövmə get. “Fironun qövmünə.” Yəni o dövrün dəccalının qövmünə. “Hələ çəkinmirlərmi?” deyir Allah. “Dedi ki: “Rəbbim, həqiqətən mən, onların məni yalanlamalarından qorxuram. Sinəm sıxılır, dilim dönmür.”” Sinəsi sıxılır, yəni taxikardiyadır ehtimal ki. Ürək döyüntüsü çox yüksəlir, ehtimalla təzyiqi də yüksəlir hz. Musa (ə.s)-ın; onun üçün “sinəm sıxılır” deyir. “Dilim dönmür” deyir; həddindən artıq həyəcanlananda danışıq bəzən tutular insanda, şiddətli həyəcanlananda danışıq gücünü insan itirə bilər. Bu xüsusiyyət hz. Mehdi (ə.s)-da da var.
“Bundan ötrü Haruna da (elçilik vəzifəsini bildirməsi üçün Cəbrayılı) göndər.” “Onu da yanımda göndər” deyir Allaha. Çünki dili tutulduğunda, həyəcandan danışa bilmədiyində… ardı...
Hörmətli Adnan Oktarın 14 dekabr 2010-ci il tarixli reportajından Hz. Musa ilə əlaqədar verdiyi şərhlər.
ADNAN OKTAR: Hz. Musa (ə.s) həyəcanlandığında danışa bilmir, o çox şirindir. Allahualəm mənim anladığıma görə susur. Artıq heç nə danışa bilmir. Çünki, bax: “Köksüm daralır” deyir. “Köksüm daralır, dilim söz tutmur” deyir. Həyəcanın dərəcəsindən. Hz. Musa (ə.s) fitrəti etibarilə inanılmaz dərəcədə tez həyəcanlana bilən bir ruha sahibdir. İmtahanında ona məxsus olaraq. Məsələn, Allah da ona, ən qorxduğu şeyləri etdirir.
Məsələn, ilan çox qorxduğu, çəkindiyi bir şeydir. Allah: “O nədir?, əlindəki şey nədir?” deyir. O da: “Əsamdır” deyir. Allah: “Onun faydası nədir?” deyir. Onu sakitləşdirmək üçün, Allahualəm bir qədər də rahatlıq tapsın deyə, bildiyi halda onun nə olduğunu soruşur. Budur: “Onunla qoyunlarıma yarpaq silkələyirəm. Bu, mənim üçün başqa işlərə də yarıyır” deyir. Qəribə xoş xasiyyəti var. “Onu at ey Musa” deyir. Atan kimi ilana çevrilir. Allah: “Arxasına baxmadı” deyir. Beləliklə də, arxasına baxmadan qaçır, Allahualəm bəlkə də metrlərlə qaçmışdır.
NADİDE SULTAN: Nə kimi hislər keçirdiyini anladım, mən də bir az qorxağam.
ADNAN OKTAR: Təbiidir ki, bu qorxu çox məqbuldur. Çünki, o Allah qorxusu şəklində təcəlli… ardı...
…Musanın əsası və Süleymanın üzüyü ondadır.
…Allah dilədiyi müddətə qədər onu gözdən iraq tutar. Daha sonra zühur edər və yer üzünü əvvəldən zülmlə dolduğu kimi ədalətlə doldurar. (Bihar-ul Envar, cild. 52, səh. 32; İsbat-ul Hudat, cild. 6, səh. 19)
Hz. Mehdinin zühurunun ən əhəmiyyətli əlamətlərindən biri əhd sandığının olması olacaq. Sandıq, istər müqəddəs mətnlərə, istərsə də tarixi qeydlərə görə Antakyadadır. Peyğəmbərimiz (s.ə.v)-in hədislərində bu əhd sandığını, hz. Mehdinin tapacağı xəbər verilmişdir.
Quranın Talut hekayəsində də əhd sandığı haqqında məlumat verilmişdir:
“Peyğəmbərləri onlara dedi: “Onun hökmdarlığının sənədi, sizə Tabutun (sandığın) gəlməsidir. Onda Rəbbinizdən “bir təhlükəsizlik duyğusu və əmin-amanlıq” ilə Musa ailəsindən və Harun ailəsindən geriyə qalanlar var; onu mələklər daşıyar. Əgər möminsinizsə, bunda şübhəsiz sizin üçün bir dəlil vardır”. (Bəqərə surəsi, 248)
Ayədə keçən “tabut” sözü, “sandıq” mənasını verir. Bu sandıq Talutun hökmdarlığının əlaməti içərisində müqəddəs əmanətlərin olduğu əhd sandığıdır. Bəhsi keçən əhd sandığı, yəni tabutun içində, üstündə ittifaq edilən rəvayətlərə görə, hz. Musanın əsası ilə Tövrat lövhələri və hz. Harunun əsası ilə əmmaməsi kimi müqəddəs əmanətlər vardır.
Quranda bildirildiyi kimi, əhd sandığı Talutun hökmdarlığının simvolu olduğu kimi, rəvayətlərə görə hz. Mehdinin də islam əxlaqını bütün dünyada hakim edərək müsəlmanların mənəvi liderliyini yerinə yetirməsinin… ardı...
Mehdinin vəzifəsi darvinizmin etibarsızlığını göstərib, yaradılışı isbat etmək olacaq
Hz. Mehdi bütün yer üzünə din əxlaqının hakim olmasına vəsilə olacaq adamdır. Hz. Mehdinin elmi mübarizəsinin ilk mərhələsi materialist, ateist, darvinist düşüncələri təməldən yıxmaq və Yaradılışı isbat etmək olacaq. Çünki hz. Mehdinin ortaya çıxacağı Axırzamanın ən əhəmiyyətli xüsusiyyətlərindən biri inkarçı, ateist, materialist düşüncə və axınların çox məşhur olması, bu səbəblə, insanların böyük əksəriyyətinin din əxlaqından uzaq olmalarıdır. Bədiüzzaman Səid Nursi də, Axırzamanın ən əhəmiyyətli təhlükələrindən birinin ateist fəlsəfələr olacağını bildirmiş, xüsusilə darvinist və materialist fəlsəfələrin ateizmə zəmin hazırlayacaqlarına diqqət çəkmişdir:
Tabiyyun, maddiyun fəlsəfəsindən (darvinist, materialist və ateist fəlsəfənin) təvəllüd edən bir cərəyanı-nəmrudanə, (doğan inkarçı bir axın) getdikcə Axırzamanda fəlsəfəi-maddidir (materialist fəlsəfə) vasitəsiylə intişar edərək (yayılaraq) qüvvət tapıb, üluhiyyət (Allahın varlığını) inkar edəcək bir dərəcəyə gəlir. (Allahı tənzih edirik) (Emirdağ Lahikası, səh. 259)
Bu səbəblə, Bədiüzaman, hz. Mehdinin birinci vəzifəsinin, materializm fikriylə, yəni Allahı inkar etmək məqsədilə qurulmuş darvinist, materialist və ateist fəlsəfələrlə mübarizə etmək və bu fəlsəfələrin insanlar üzərindəki təsirini tam mənasıyla qaldırmaq olacağını ifadə etmişdir:
Və onun (hz. Mehdinin) üç böyük vəzifəsi olacaq: Birincisi: Fənn və fəlsəfənin tasallutiylə (təsiriylə) və maddiyun və tayabiiyyun taunu (darvinizm, materializm və ateizm epidemiyasının), bəşər içinə intişar etməsiylə (insanlar arasında yayılmasıyla), hər şeydən əvvəl fəlsəfəni… ardı...
Hz. Musa, ”hz. Mehdi (ə.s) olmaq üçün” Allaha dua etmişdir
Səlimul-əşəlldən:
“HZ. MUSA İBN İMRAN, TÖVRATIN BİRİNCİ HİSSƏSİNDƏ ALİ MƏHƏMMƏDİN QAİMİNƏ (əleyhissalam) (HZ. MEHDİ (Ə.S)-A) VERİLƏN QÜDRƏTİ VƏ FƏZİLƏTİ GÖRƏNDƏ DEDİ Kİ: “RƏBBİM, MƏNİ ALİ MƏHƏMMƏDİN QAİMİ (HZ. MEHDİ (Ə.S)) OLARAQ QƏRAR QIL”. Ona belə deyildi: Həqiqətən, o (hz. Mehdi (ə.s.)), Əhmədin (Peyğəmbərimiz (s.ə.v.)-in) nəslindəndir.
SONRA TÖVRATIN İKİNCİ HİSSƏSİNƏ BAXANDA EYNİ ŞEYİ GÖRDÜ. EYNİ SÖZÜ TƏKRARLADI VƏ ONA EYNİ CAVAB VERİLDİ. SONRA ÜÇÜNCÜ HİSSƏDƏ DƏ EYNİ ŞEYLƏRİ GÖRƏNDƏ EYNİ SÖZLƏRİ TƏKRARLADI VƏ EYNİ CAVABI ALDIQ.”
(ŞeyhMuhammed b. İbrahim-i Numani, Gaybet-i Numani, səh. 280)