inşaAllah

Adnan Oktarın 17 İyun 2010 tarixli Kahramanmaraş Aksu TV və Kaçkar Tv reportajından

 

ADNAN OKTAR: Axırzamanda İslam əxlaqının dünyaya hakim olmasına vəsilə olacaq bir insan gələcək. Dünyanın son zamanında. Hədislərdə bu çox əhatəli, təfərrüatlı ifadə edilmişdir. Peyğəmbərimiz (s.ə.v)-in ifadə etdiyi bu əlamətlərin hamısı oldu. Təxminən 150-yə yaxın əlamət vardı, 150-si də oldu. Bədiüzzaman Səid Nursi də tarix verərək, təfərrüat verərək, yer verərək çox açıq izah etmişdir. Eynisi ilə bu hadisə meydana gəldi. Quranda da Allah deyir; “Axırzamana çatdığınızda, dəccal dövrünə çatdığınızda Kəhf surəsini oxuyun” deyir. Kəhf, 110 ayədən ibarətdir, 18-ci surədir. 110 vur 18, 1980 tarixini verər. Mehdi (ə.s)-ın çıxış tarixidir. Çox mənalıdır. Orada tək bir ayədə keçər. “Bir işə başladığında, sabah olacaq, edəcəyin bir şey olduğunda, hər hansı bir şey olduqda “İnşaAllah deyin” deyir Allah. Yəni “Allahın icazəsi ilə”, “Allahın diləməsi ilə”. “inşaAllah” bir zikrdir. “La İlahə illəllah” kimi, “sübhanAllah” kimi, “Allahu Əkbər” kimi, “Əlhəmdülillah” kimi bir zikrdir. Allahı zikr etməkdir. Başqa sözlə, bərəkətlidir. Axırzamanda “inşaAllah”ı, “maşaAllah”ı çox istifadə edənlər dünyaya hakim olacaqlar. Mehdi (ə.s)-ın tələbələrinin xüsusiyyətidir. Bir sirli kəlimədir, sirli cümlədir. Kəhf əhlinin də xüsusiyyətidir. Axırzamanın xüsusiyyətidir. Bir şey gördüyümüzdə; “maşaAllah, Allah nə gözəl yaratmışdır.” Beləcə, şirkdən xilas olmuş oluruq. “İnşaAllah” da; Allahın icazəsi ilə, Allahın yaratmasıyla,… ardı...

 

Adnan Oktarın 15 dekabr 2010-ci il tarixli Kaçkar Tv-dəki müsahibəsi

Adnan Oktar: “De: “Hamı gözləyir, siz də gözləyin”. Biz, məsələn hamımız Mehdi (ə.s)-ın çıxışını gözləyirik. İsa Məsih (ə.s)-ın gəlişini gözləyirik, siz də gözləyin”. Biz də deyirik ki, onlara əhli dəlalətə də, fırıldaqçılara da; siz də gözləyin. Yaxında siz kimin doğru yol sahibi olduğunu və kimin haqq yola yönəldiyini biləcəksiniz!” Tam 2023 tarixini verir. Türkiyə Respublikasının quruluşunun yüzüncü il dönümü. İttihad-ı İslamın, Türk-İslam Birliyinin qurulduğu il olacaq, inşaAllah.

 

ADNAN OKTARIN KAÇKAR TV-DƏKİ CANLI REPORTAJI (17 DEKABR 2010)

ADNAN OKTAR: “Səhər-axşam ürəyində yalvararaq və qorxaraq, səsini qaldırmadan…”-yəni dərin həyəcan, dərin diqqətlə-” yalvararaq və qorxaraq, səsini qaldırmadan Rəbbini yad et və qafillərdən olma.” Baxın, bu ayə çox əhəmiyyətli bir ayədir. Çox əhəmiyyətlidir. Hər ayə əhəmiyyətli, lakin bu ayə də çox əhəmiyyətlidir. “Səhər-axşam ürəyində yalvararaq və qorxaraq, səsini qaldırmadan…” Baxın, diqqət edin qorxaraq (ürpərərək), dərin diqqətlə, yalvararaq, ürəkdən, içindən gələrək, dərin coşğu ilə, Allah eşqiylə, dərin bir sevgiylə, haqqıyla Allahdan qorxaraq Rəbbini zikr et və “Qafillərdən olma.” Belə bir dua bütün dünyanı dəyişdirər. Çox zəruridir inşaAllah.

 

Adnan Oktarın 10 dekabr 2010 Kaçkar tv-dəki söhbətindən

ADNAN OKTAR: Bismillah. Şeytandan Allaha sığınıram. Maidə surəsi, 21: “Ey qövmüm, Allahın sizin üçün yazdığı Müqəddəs yerə girin və  arxanızı çevirməyin ki, ziyana uğrayanlar olaraq dönməyəsiniz”. Hara gedəcəyik? Qüdsə, inşaAllah, Mehdi (ə.s) və İsa (ə.s) ilə birlikdə, inşaAllah. Orada yəhudiləri bağrımıza basacağıq, Xristianları bağrımıza basacağıq, müsəlman qardaşlarımızı bağrımıza basacağıq, çox gözəl günlər görəcəyik, inşaAllah.

images

 

Adnan Oktarın 8 Fevral 2011 Qaziantep Olay Tv-dəki söhbətindən

ADNAN OKTAR: Kəhf surəsi, şeytandan Allaha sığınıram. Kəhf surəsi, 30-cu ayə; “Şübhəsiz, iman edib saleh əməllərdə olanlar isə,” iman edir və səmimi olaraq əməllərdə var. Yəni hərəkətlərdə var. “Biz həqiqətən, ən gözəl davranışda olanın əcrini itirmərik”. Əbcədi 2062-dir, İslamın qütblərə qədər yayıldığı tarixdir, inşaAllah. “Onlar; altından çaylar axan Ədn cənnətləri onlarındır, orada qızıl bilərziklərlə bəzənərlər, yüngül ipəkdən və ağır işlənmiş atlasdan yaşıl paltarlar geyərlər və taxtlar üzərində oturarlar. Nə gözəl savab və nə gözəl dəstəkdir” deyir Allah. “Bağına girdiyin zaman, “maşaAllah, Allahdan başqa qüvvət yoxdur” deməyin lazım deyildimi?” MaşaAllah, inşaAllah, hər ikisi də, Kəhf surəsindədir. MaşaAllahı açıqlayan ayə 39-cu ayədir, Kəhf surəsi, 39, maşaAllah.

1391583660_qurani_kerim_00001