dünya
ADNAN OKTARIN KAÇKAR TV-DƏKİ CANLI REPORTAJI (17 DEKABR 2010)
Əraf surəsi, 188. Şeytandan Allaha sığınıram “De ki: “Allahın diləməsindən savayı özüm üçün faydadan və zərərdən (heç bir şeyə) malik deyiləm.” Deməli, qlobal dediyin artıq almaya, armuda qlobal gözlə baxa bilərsən, dünyadakı inkişaflara; hamısına Allah sahibdir. İnsan dediyin Allahın yaratdığı bir təcəllidir, kölgə varlıqdır. Qlobal güc dediyin onlardan meydana gəlir. “Əgər qeybi bilsəydim, şübhəsiz, xeyirlə etdiklərimi artırardım.” Amma Allah, zamanla Peyğəmbərimiz (s.ə.v)-ə qeybi bildirir. Qeybin hamısı mənasında, qeybin hamısını bilmərəm, Allahın bildirməsiylə bilərəm mənasındadır. Təbii ki, öz həyatı ilə əlaqədar, hamısına aiddir, yoxsa Allah Peyğəmbərimiz (s.ə.v) ilə əlaqədar da bildirir.
Amma hissə-hissə, qısa-qısa, az yerləri bildirir. Məsələn, hz. Əli (r.ə)-in şəhid olacağını bildirir, Peyğəmbər (s.ə.v)-in həyatını maraqlandıran bir şeydir, amma qısa; yəni bütün həyatı bildirilmir. “Və mənə bir pislik də toxunmazdı.” Çünki hamısını bilərdim deyir, həyatının hamısına aid olacağı üçün. “Mən, iman edən bir qövm üçün”, amma hansı qövm üçün? “İman edən qövm üçün. “Qorxudan və müjdələyəndən başqası deyiləm.” Baxın, bu ayədə; “Mən iman edən bir qövm üçün qorxudan və müjdələyəndən başqası deyiləm.” Əbcədi; 2026-nı verir. MaşaAllah, nə vaxt, harada dünya hakimiyyəti ilə əlaqədar bir ayə varsa, mütləq mehdiyyətin tarixini, əbcədinin tarixini verir. Yəni bu yüz əllinin üzərində bu… ardı...
Adnan Oktarın 17 İyun 2010 tarixli Kahramanmaraş Aksu TV və Kaçkar Tv reportajından
ADNAN OKTAR: Axırzamanda İslam əxlaqının dünyaya hakim olmasına vəsilə olacaq bir insan gələcək. Dünyanın son zamanında. Hədislərdə bu çox əhatəli, təfərrüatlı ifadə edilmişdir. Peyğəmbərimiz (s.ə.v)-in ifadə etdiyi bu əlamətlərin hamısı oldu. Təxminən 150-yə yaxın əlamət vardı, 150-si də oldu. Bədiüzzaman Səid Nursi də tarix verərək, təfərrüat verərək, yer verərək çox açıq izah etmişdir. Eynisi ilə bu hadisə meydana gəldi. Quranda da Allah deyir; “Axırzamana çatdığınızda, dəccal dövrünə çatdığınızda Kəhf surəsini oxuyun” deyir. Kəhf, 110 ayədən ibarətdir, 18-ci surədir. 110 vur 18, 1980 tarixini verər. Mehdi (ə.s)-ın çıxış tarixidir. Çox mənalıdır. Orada tək bir ayədə keçər. “Bir işə başladığında, sabah olacaq, edəcəyin bir şey olduğunda, hər hansı bir şey olduqda “İnşaAllah deyin” deyir Allah. Yəni “Allahın icazəsi ilə”, “Allahın diləməsi ilə”. “inşaAllah” bir zikrdir. “La İlahə illəllah” kimi, “sübhanAllah” kimi, “Allahu Əkbər” kimi, “Əlhəmdülillah” kimi bir zikrdir. Allahı zikr etməkdir. Başqa sözlə, bərəkətlidir. Axırzamanda “inşaAllah”ı, “maşaAllah”ı çox istifadə edənlər dünyaya hakim olacaqlar. Mehdi (ə.s)-ın tələbələrinin xüsusiyyətidir. Bir sirli kəlimədir, sirli cümlədir. Kəhf əhlinin də xüsusiyyətidir. Axırzamanın xüsusiyyətidir. Bir şey gördüyümüzdə; “maşaAllah, Allah nə gözəl yaratmışdır.” Beləcə, şirkdən xilas olmuş oluruq. “İnşaAllah” da; Allahın icazəsi ilə, Allahın yaratmasıyla,… ardı...
Yunis surəsi, 86 (Allah bizi dəccaliyyətdən Mehdi (ə.s) vəsiləsiylə qurtaracaq. Ayənin əbcədi:1986-dır)
Hörmətli Adnan Oktarın 30 noyabr 2010 tarixli Kaçkar TV reportajından
ADNAN OKTAR: Bismillah. Şeytandan Allaha sığınıram. Yunis surəsi 82. “Allah, günahkarları istəməsə də, haqqı (haqq olaraq) Öz sözləriylə reallaşdıracaq.” İslam əxlaqını dünyaya hakim edəcək, inşaAllah. 86-cı ayə, “Və bizi, kafirlər birliyindən rəhmətinlə qurtar.” Dəccaliyyətdən, Süfyaniyyətdən Allah bizi rəhmətiylə qurtaracaq, Mehdi (ə.s) vəsiləsiylə, inşaAllah. 86-cı ayə də 1986-ya işarə edir, inşaAllah.
Hörmətli Adnan Oktarın Kaçkar TV-dəki canlı reportajı (1 dekabr 2010)
ADNAN OKTAR: “Ki O, yaratdığı hər şeyi ən gözəl yaradan və insanı yaratmağa palçıqdan başlayandır.” (Səcdə surəsi, 7) Allah hər şeyi ən gözəl şəkildə yaradır. Məsələn, insanı əksik, qüsurlu yaradır, o da imtahan üçün ən mükəmməl haldır. Əgər insan əksiksiz, qüsursuz yaradılsaydı, insanların böyük hissəsi azardı. Amma əksik, qüsurlu yaradılmaları onların çəkinmələrinə vəsilə olur. Daha məqbul, daha tutarlı, daha təvazökar, daha məzlum olmalarına vəsilə olur. Başqa cür kim bilər necə olardılar, bir düşünün.
Adnan Oktarın 3 aprel 2011 A9 Tv-dəki canlı söhbətindən
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Məryəm surəsi, 39 “İş(in) hökmə bağlanıb bitəcəyi, həsrət gününə qarşı onları xəbərdar et.” Allah deyir ki: “Sağalmaz həsrətə qapılacaqlar.” Səmimi olmadıqları üçün, dürüst olmadıqları üçün, din haqq olduğu halda, hər şeyin doğru olduğunu bildikləri halda, anlamazdan gəldikləri üçün, “sağalmaz həsrətə qapılacaqlar” deyir Allah. “Onlar qəflət içindədirlər və onlar inanmırlar.” 40-cı ayə. “Əlbəttə”deyir Allah, qətilik ifadəsi “yer üzünə” yəni bütün dünyaya, Şimal Qütbü, Cənub Qütbü, hər yer daxil, “və üzərindəkilərə” bütün sistemlərə “əlbəttə Biz varis olacağıq və onlar Bizə qayıdacaqlar.”
Dünya hakimi olacaqsınız, deyir Allah. Əbcədi 1992-ci ili verir. “Kitabda İbrahimi də zikr et.” Allah hz. İbrahim (ə.s)-ı xatırladır. “Həqiqətən o, doğrunu söyləyən bir Peyğəmbər idi.” Daim dürüst idi, Peyğəmbərlər heç yalan danışmazlar. İnsanların çoxu yalan danışar, amma Peyğəmbərlər yalan danışmazlar. Yalan danışmamaq çox böyük bir nemətdir. Bir insanla danışarkən, yalan danışacağından təxmini əmin olaraq insanlar danışır, böyük bir hissəsi elədir, bu, çox acı bir şeydir. Doğru əlaqə qurmaq mümkün deyil. Nə düşünürsən deyirsən, heç, evdəki cəfəriləri düşünürəm deyir, məsələn, tam fərqli bir şeydir, heç əlaqəsiz. Nə edirsən, deyirsən. Nəfəs almadan, doğru olmayan bir sistemlə insanlar qarşılaşırlar.
Doğruluğun gözəlliyini hz. İbrahim (ə.s)-da Allah xatırladır. “Necə… ardı...