Kitab Əhli və Peyğəmbərlər

 

Səhabələr zamanında Peyğəmbərimiz (s.ə.v)-in olduğu bölgədə çoxlu yəhudi vardı. Kiçik-kiçik qruplar halında, böyük qruplar halında yəhudilər var idi. Rəsulullah (s.ə.v) hamısına təbliğ etdi. Onsuz da kök olaraq da Peyğəmbərimiz (s.ə.v) hz. İbrahimin nəslindən gəlir. Hz. İbrahimin bir oğlu hz. İsmayıl (ə.s), bir oğlu hz. İshaq (ə.s). Hz. İshaq (ə.s) oğlu yəni hz. İsrail nəslindən yəhudilər yarandılar. Hz. İsmayıl (ə.s)-ın nəslindən də ərəblər yarandı. Oxşar ataya bağlıdırlar ikisi də, eyni nəsil.

 Hz. Davud (ə.s)-dan etibarən şəcərə davam edir hz. Əliyə qədər. Bu səbəbdən hz Əli (r.ə) də hz. Davud (ə.s)-ın nəslindəndir. Bu elmi bir həqiqətdir.

Yəhudilik Masonluq kitabını yayımladığım vaxt qeyri-adi bir tələbat olmuşdu kitaba. O zamanlar çox başa düşməmişdim. 400.000 – 500.000 satdı. Halbuki O kitabda mənim məqsədim; yəhudilərin dinlərinə həssaslığını göstərib biz də belə həssas olaq düşüncəsi idi. Bax, onlar dinlərinə həssas olaraq dünyaya hakim olmuşlar, biz də dinimizə həssas olub dünyaya hakim olaq. Bəhs edilən budur, ifadə edilən budur. Bu səbəbdən də məqsədimizə çatmış olduq.

Peyğəmbərimiz (s.ə.v) dövründə çoxlu yəhudi mənşəli səhabə var idi.

Peyğəmbərimiz (s.ə.v)-in mübarək xanımlarından biri olan Safiye Binti Hüvey, İsrailiyyənin hz. Harunun nəslindəndir. Musəvi soyundandır. Anası Berre Binti Semvan, ata tərəfindən Beni Nudayr. Ana tərəfindən də yəhudilərin Beni Kureyza tayfasının öndə… ardı...

 

HARAMA GİRMƏK DÖZÜLMƏZ BİR ƏZABDIR, MÖMİNİN EDƏ BİLƏCƏYİ BİR ŞEY DEYİL

Haramda mömin narahat olar, haram iflic edər mömini, gücü çatmaz. Amma ağlı zəifdirsə, imanı zəifdirsə adam haramı fərq etməz. Əti artıq ağırlaşmış, ölmüş, sümüyü ölmüş, laqeydləşmiş olar. Halbuki haram insanı çox sıxan bir şeydir. Haram mömini parçalayar. Həm haram olduğunu bilməsi, həm də harama girməsi mümkün deyil. Amma iman zəifliyində bədən iflic olduğuna görə, ət çürüdüyü üçün təsirlənmir. Rahat-rahat harama girər. Amma bir ölü olaraq harama girər, diri ikən harama girmək mümkün deyil. Ancaq ölü kimi harama girə bilər bir insan. Dirinin gücü çatmaz, dözülməz bir əzabdır. Möminin edə biləcəyi bir şey deyil.

 

TÖVRATDAN ÇOX İSTİFADƏ ETMƏK LAZIM

 

Tövratdan istifadə etməmək ağıllı hərəkət deyil. Düzdür, Tövratda təhrif edilmiş çox yer var, amma təhrif edilməmiş yerlərindən çox istifadə edilə bilər. Məsələn, musəvilər Tövratı çox oxuyarlar, çox düşünərlər Tövrat üzərində. Ona görə çox ağıllı millətdir, düşünmək zəkanı müdhiş inkişaf etdirər. Gecə-gündüz kitab oxuduqlarına görə, Tövratı çox oxuduqlarına görə çoxunun gözləri zəifdir musəvilərin. Həmişə də oxuyub düşünərlər. Onlarda bir də şifahi Tövrat var, yəni dildən-dilə keçən Tövrat, o, çox əhəmiyyətlidir, onu hər kəsə demirlər. Onu əldə etmək də vacibdir. Məsələn, Tövratda Mehdi (ə.s) dövründə, Məsih dövründə hz. Süleyman (ə.s)-ın məscidinin… ardı...

 

TAHA SURƏSİNDƏN AYƏ İZAHLARI

Taha surəsi, 39. Şeytandan Allaha sığınıram. “Onu” -yəni hz. Musa (ə.s)-ı “sandığın içinə qoyub, …” Sandıq, su keçirməyən bir sandıqdır. Dördbucaq, taxtadan bir-birinə yaxşıca bərkidilmişdir. “Onu sandığın içinə qoyub, çaya burax ki, çay onu sahilə atsın və həm Mənim düşmənim, həm də onun düşməni olan biri onu götürsün. Gözlərim önündə boya-başa çatdırılasan deyə, Öz tərəfimdən sənə qarşı məhəbbət oyatdım”. Allah, həmişə hər şeyi, hər yerdə görür. Dünyada bir imtahan vəsiləsi və bir süs kimi gör Allah orada necə bir macəra yaradır. Məsələn, sandığın içinə qoymaq kimi. Qayıq da deyil, sandıqdır. Suyun içində sandıq. Bir dalğa olsa çevrilər, dağılar. “Çaya burax”-yəni təvəkkül etməlidir. “Həm Mənim düşmənim, həm də onun düşməni olan birisi onu götürsün”. Allah, əvvəla “Mənim düşmənim” -deyir. Allahın düşmənidirsə peyğəmbərin də düşməni olur.

Peyğəmbərin düşmənidirsə Allahın da düşməni olur. Bu, bir qanundur. Məsələn, hz. Mehdi (ə.s)-a düşmən olan Allaha da düşməndir. “Gözlərim önündə boya-başa çatdırılasan deyə” –yəni hamı, hər şey həmişə Allahın gözü qabağındadır, eləcə də o sandıq və o sandığın yaradılması da. “Gözlərim önündə boya-başa çatdırılasan deyə, Öz tərəfimdən sənə qarşı məhəbbət oyatdım”. Sevgini verən də Allahdır. İnsan bacardığı qədər sevilmək istəsə də, Allah, sevdirməsə sevilə bilməz. Sevilməyi yaradan… ardı...

 

 

TÖVRATDAN AXIRZAMANLA ƏLAQƏDAR İZAHLAR

 

Tövratda Axırzamanla əlaqədar məlumatlar var. Yeşaya 19-da; “RƏB deyir ki, “Misirliləri Misirlilərə qarşı qiyama qaldırdıracağam”. Misirdə indi xalq bir-birinə qarşı qiyam qalxdı. “Qardaş qardaşa, qonşu qonşuya, şəhər şəhərə, ölkə ölkəyə qarşı döyüşəcək”. “Misirliləri mərhəmətsiz bir əfəndiyə təslim edəcəyəm”. Bu, Sisiyə işarə edən bir ifadədir. “Misirliləri mərhəmətsiz bir əfəndiyə təslim edəcəyəm”. Həqiqətən çox qəddardır. “Daş ürəkli bir kral onlara hökmranlıq edəcək”. İndi elə oldu.

Yeşaya 17-də də; “Şam şəhər olmaqdan çıxacaq, dağıntı yığınına dönəcək”. Bunlar, hz. Mehdi (ə.s) dövrünü izah edən Tövrat hökmləridir. “Şamın suverenliyi yox olacaq”.