hakim olmaq
Adnan Oktarın 17 İyun 2010 tarixli Kahramanmaraş Aksu TV və Kaçkar Tv reportajından
ADNAN OKTAR: Axırzamanda İslam əxlaqının dünyaya hakim olmasına vəsilə olacaq bir insan gələcək. Dünyanın son zamanında. Hədislərdə bu çox əhatəli, təfərrüatlı ifadə edilmişdir. Peyğəmbərimiz (s.ə.v)-in ifadə etdiyi bu əlamətlərin hamısı oldu. Təxminən 150-yə yaxın əlamət vardı, 150-si də oldu. Bədiüzzaman Səid Nursi də tarix verərək, təfərrüat verərək, yer verərək çox açıq izah etmişdir. Eynisi ilə bu hadisə meydana gəldi. Quranda da Allah deyir; “Axırzamana çatdığınızda, dəccal dövrünə çatdığınızda Kəhf surəsini oxuyun” deyir. Kəhf, 110 ayədən ibarətdir, 18-ci surədir. 110 vur 18, 1980 tarixini verər. Mehdi (ə.s)-ın çıxış tarixidir. Çox mənalıdır. Orada tək bir ayədə keçər. “Bir işə başladığında, sabah olacaq, edəcəyin bir şey olduğunda, hər hansı bir şey olduqda “İnşaAllah deyin” deyir Allah. Yəni “Allahın icazəsi ilə”, “Allahın diləməsi ilə”. “inşaAllah” bir zikrdir. “La İlahə illəllah” kimi, “sübhanAllah” kimi, “Allahu Əkbər” kimi, “Əlhəmdülillah” kimi bir zikrdir. Allahı zikr etməkdir. Başqa sözlə, bərəkətlidir. Axırzamanda “inşaAllah”ı, “maşaAllah”ı çox istifadə edənlər dünyaya hakim olacaqlar. Mehdi (ə.s)-ın tələbələrinin xüsusiyyətidir. Bir sirli kəlimədir, sirli cümlədir. Kəhf əhlinin də xüsusiyyətidir. Axırzamanın xüsusiyyətidir. Bir şey gördüyümüzdə; “maşaAllah, Allah nə gözəl yaratmışdır.” Beləcə, şirkdən xilas olmuş oluruq. “İnşaAllah” da; Allahın icazəsi ilə, Allahın yaratmasıyla,… ardı...
Adnan Oktarın 14 oktyabr 2009-cu ildəki Samsun Aks Tv və Ekintürk Tv-dəki reportajından
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. “Ağızlarıyla Allahın nurunu söndürmək istəyirlər, halbuki kafirlər istəməsə də, Allah Öz nurunu tamamlayacaqdır” Allah deyir, “müşriklər istəməsə də” yəni xurafatçı dəstəsi də, fırıldaqçılar da, saxtakarlar da, saxtakar hocalar da. “Müşriklər istəməsə də, o dini İslamı bütün dinlərə üstün etmək üçün” yəni dünya hakimi etmək üçün tək din halına gətirmək üçün “elçisini hidayətlə və haqq dinlə göndərən Odur.”
Baxın, ağızlarıyla Allahın nurunu söndürmək istəyirlər deyir. İslamın hakimiyyətini istəmirlər deyir, halbuki kafirlər istəməsə də, Allah Öz nurunu tamamlayacaq, tamamlamaq nə deməkdir? İslamın bütün dünyaya kamil mənada hakim olması deməkdir. Bu İslamın dünyaya hakim olmasını istəməyən və İslamın hakim olmaması üçün cəhd göstərən nə qədər müşrik dəstəsi varsa, bu ayə ona işarə edir və cavab verir. İnşaAllah. Kim varsa, İslam dünyaya hakim olacaq, istədikləri qədər çırpınsınlar. Çünki Allah söyləyir bax, “ağızlarıyla” yəni danışaraq “Allahın nurunu söndürmək istəyirlər” dayandırmaq istəyirlər “halbuki kafirlər istəməsə də, Allah Öz nurunu tamamlayacaq, deyir. Müşriklər istəməsə də, o dini İslamı bütün dinlərə üstün etmək üçün elçisini hidayətlə və haqq dinlə göndərən Odur”. Bu nə vaxt olacaq? Məsihin enişiylə olacaq, nə vaxt; on beş, iyirmi il içərisində, inşaAllah və Mehdi zamanında olacaq. Mehdinin imamlığıyla, Məsihin vəzirliyiylə və bu böyük müjdə reallaşacaq, Allah bunu söyləyir, inşaAllah. Bəli, İslamın dünya hakimiyyətini istəməyən kim varsa, inşaAllah.
ADNAN OKTARIN ADIYAMAN ASU TV-dəki CANLI SÖHBƏTİ
(18 APREL 2011; 22:00)
ADNAN OKTAR: Məsələn, Əhzab surəsi, 50-ci ayə. “Şeytandan Allaha sığınıram. “”Ey Peyğəmbər! Mehrlərini verdiyin zövcələrini, Allahın sənə bəxş etdiklərindən sahib olduğun cariyələri, səninlə birlikdə hicrət etmiş əmin qızlarını, bibilərinin qızlarını, dayın qızlarını, xalalarının qızlarını, habelə Peyğəmbər onunla evlənmək istədiyi təqdirdə özünü Peyğəmbərə bağışlayan hər hansı bir mömin qadını sənə halal etdik. Sonuncu digər möminlərə deyil, yalnız sənə məxsusdur. Onlara zövcələri və sahib olduqları cariyələr barəsində nəyi vacib buyurduğumuzu bilirik. Belə etdik ki, sənə bir çətinlik olmasın. Allah Bağışlayandır, Rəhmlidir.
Allah çox bağışlayandır, çox mərhəmətlidir” deyir. Sevda xanımın bu mövzudakı tələbi doğrudur. Çünki ən çox üzərində dayandıqları, hətta bir çox müsəlman bilinən adamın da, haşa, utandığı bir ayədir. Gizlətməyə çalışarlar, bağlamağa çalışarlar, bir qisminin başları o qədər işləmədiyindən olur; bir qismi cahilliyindən söyləyir, bir qismi də səmimiyyətsizliyindən söyləyir.
Məsələn, bu ayə başlamadan əvvəl, 45-ci ayədə, şeytandan Allaha sığınıram; “Ey Peyğəmbər, həqiqətən, Biz səni bir şahid, bir müjdə verici və bir xəbərdar edən olaraq göndərdik”—2034. “Və Öz icazəsiylə Allaha çağıran və nur saçan bir çıraq olaraq (göndərdik)”—1417. 1997 tarixini verir, 2034 tarixini verir ayə. “Möminlərə müjdə ver; həqiqətən, onlar üçün Allahdan böyük bir fəzl vardır”. 2005 tarixini verir. Müntəzəm,… ardı...
Hz. Mehdi (ə.s.) zamanında bol yağış yağacaq, bolluq bərəkət olacaq
Əmir əl-möminin İmam Əli (ə.s) belə buyurmuşdur: “Əgər Qaimimiz (hz. Mehdi (ə.s)) qiyam etsə göy yağışını nazil buyurar (yağışını yağdırar), yer üzü bitkilərini yaşıllaşdırar. Qulların ürəyindən kin və düşmənlik silinər, yırtıcı və ev heyvanları bir-birlərindən qorxmazlar.”
(Bihar’ul-Envar, c. 52, s. 316)
Hz. Mehdi (ə.s) yüksək sənətkarlıq gücüylə dünyanı gözəlləşdirəcək və hər yerə Quran sevinci və estetik gözəllik hakim olacaq
“ALƏMDƏ VİRAN OLUNMUŞ BİR YER QALMAYACAQ VƏ HZ. MEHDİ (Ə.S) HƏR YERİ TƏMİR EDƏCƏK, ABADLAŞDIRACAQ (XOŞ VƏ ŞƏN) EDƏCƏK.” (Əl Mehdiyyil Mevud, 1-ci cild, səh. 264)