elm
Hz. Mehdi (ə.s) bütün peyğəmbərlərin elmlərinə sahib olacaq
İmam Mehdi (ə.s) ELM SANDIĞININ QORUYUCUSUDUR, BÜTÜN PEYĞƏMBƏRLƏR (Ə.S)-LARIN ELMLƏRİNİN VARİSİDİR VƏ HƏR ŞEYDƏN XƏBƏRDARDIR. (Bihar-ül Envar, cild 95, səh. 378; cild 102, səh. 67 ve 117; Mikyaal al-Makaarem, cild 1, səh. 49)
Elmin istiqaməti düzgün seçilməlidir
Mən dərin bir imana sahib olmayan hər hansı bir elm adamı təsəvvür edə bilmirəm.
Albert Eynşteyn
Kainatı və içindəki varlıqları tədqiq edib və Allahın yaradılış sənətini kəşf edərək bəşəriyyətə izah etməyin yolu “elmdir”. Başqa sözlə din elmi Allahın yaradılış sənətindəki təfərrüatlara çatmaqda bir yol olaraq qəbul edər və buna uyğun elmi təşviq edər.
Din elmi araşdırmaları təşviq etdiyi kimi dinin bildirdiyi həqiqətlərə görə istiqamətləndirilən elmi araşdırmalar da çox sürətli və qəti nəticələr verir. Çünki din kainatın və canlılığın necə yarandıqları sualına ən doğru və ən qəti cavabı verən tək mənbədir. Buna görə düzgün nöqtədən başlayaraq aparılan araşdırmalar kainatın və canlılığın yaranmasına aid sirləri ən qısa müddətdə, az əmək və enerji sərf edərək aşkara çıxaracaq. Dinin yol göstərmədiyi elm isə irəliləyə bilməz, dəqiq nəticələr əldə etməsi çox vaxt alar, hətta nəticə almaq mümkün olmaz.
Bu həqiqəti görə bilməyən, materialist elm adamları tərəfindən istiqamətləndirilən elmin, xüsusilə son iki əsrdə nə qədər vaxt itirdiyi, bu yolda görülən işlərin böyük hissəsinin, sərf edilən trilyonlarla vəsaitin necə boşa getdiyi göz önündədir.
Elə buna görə də insanların bir həqiqəti bilməsi vacibdir: Elm ancaq Allahın sonsuz qüdrətini, kainatdakı yaradılış dəlillərini araşdırma istiqamətində aparıldıqda düzgün nəticələr əldə oluna bilər. Təkcə istiqaməti… ardı...
Elm “yatmadan uçan quşlar” ı araşdırır
Köçəri quşlar yazlıq və qışlaq yuvaları arasında köç edərkən uzun məsafələr qət edirlər. Bülbüllər daha çox gecə uçmalarına baxmayaraq, dayanmadan oyaq qalaraq bu hadisəni daha da təsirli edirlər. Ötən günlərdə “PLoS Biology” adlı qəzetdə nəşr olunan xəbərə görə köç mövsümü əsnasında bu heyvanlar gözləri çox az bağlı qalaraq, həm də yuxusuz yaşayan heyvanlarda rast gəlinən sağlamlığa zərər verən təsirlərə məruz qalmadan köç edirlər.
Medisondakı Viskonsin Universitetindən Rut Benka və iş yoldaşları bir qəfəsdə saxlanılmış heyvanların yuxu sistemlərini və hərəkətlərini bir il ərzində araşdırdılar. Köç vaxtı qəfəsdəki quşlar özlərini son dərəcə enerjili, fəal aparırlar. Bundan əlavə-insanlarda yuxu görməklə bağlı təyin olunan- normal REM yuxusunun üçdə biri qədər yatdılar. Gecələr test edilən digər canlılar yatarkən onlar tamamilə oyaq qaldılar və normal testlərinə davam etdilər ki, bu da quşların köçləri ərzində “lunatizm” olmadıqlarını yenidən sübut etdi.
Elm adamları köç mövsümü dövründən başqa yuxusuzluğun quşlara mənfi təsir etdiyini bildirirlər. Halbuki, quşlar, xüsusilə köç dövründə hiss etmə funksiyalarında heç pozulma olmadan yuxularını azaltmaqla üstün bir qabiliyyət nümayiş etdirirlər. Bu heyvanların bunu necə bacardıqları hələ həll edilə bilməmişdir. Quşlardakı köç etməklə bağlı olaraq yuxusuzluğu yaradan mexanizmləri anlamaq bizə; yuxudakı dəyişikliklər, mövsümlə bağlı ruhi pozğunluqları və yuxunun özünün funksiyaları haqqında… ardı...
Kab: “Qiyam edəcək HZ. MEHDİ (Ə.S) OLARAQ ADLANDIRILMASININ SƏBƏBİ GİZLİ İŞLƏRDƏ HİDAYƏT EDİLMƏSİDİR” deyər.
(Kitab-ul Havi li’l Fetava, c.2, s.148)
Hz. Mehdi (ə.s) dəccaliyyətin hər iki qolunu, fikirlə aradan qaldıracaqdır
Peyğəmbərimiz (s.ə.v) Axırzamanı izah edən bir çox hədisində dəccalın qiyamətin ən əhəmiyyətli əlamətlərindən biri olduğunu bildirmişdir. Hədislərdə dəccalın, insanlar arasında qarışıqlıq və narahatçılığı yayacağı, kütlələri əxlaqsızlığa və pisliyə sürüyəcəyi, inkara və üsyana istiqamətləndirəcəyi, terrorun və şiddətin qaynağı olacağı xəbər verilmişdir. Peyğəmbərimiz (s.ə.v.), dəccalın insanları din əxlaqından uzaqlaşdırıb, yer üzündə böyük qarışıqlıq və zülmə sürüyən bu fitnəsinin xurafatçılıq və dinsizlik olduğunu bildirmişdir.
Hədislərdə dəccalın fitnəsinin fikri zəmində təsirsiz hala gətirilməsində isə, hz. İsa (ə.s) ilə hz. Mehdi (ə.s)-ın vəzifəli olduqları izah edilmişdir. Hz. Mehdi (ə.s) Allahın varlığını və birliyini bütün dəlilləri ilə ən gözəl şəkildə izah edəcək, dinsizliklə fikri sahədə ən təsirli şəkildə mübarizə edəcək, insanları səmimi imana dəvət üçün böyük səy göstərəcək və həqiqi din əxlaqını bütün dünyada məskun edəcəkdir.
“Bu şübhəsizdir ki, Axırzamanda Məğrib məmləkətinin ən uzaq mövqesindən hz. Mehdi (ə.s) deyilən bir şəxs çıxacaqdır. Və ön tərəfində qırx mil məsafə olaraq gedəcəkdir. HZ. MEHDİ (Ə.S)-IN BAYRAQLARI AĞ VƏ SARIDIR. İÇİNDƏ XƏTLƏR OLAR. BAYRAQLARINDA ALLAHIN İSM-İ ƏZƏMİ YAZILMIŞDIR. ONUN BAYRAĞI ALTINDAKI HEÇ BİR BİRLİK MƏĞLUB EDİLMƏZ.” (İmam Şarani, Ölüm Kıyamet Ahiret ve Ahir Zaman… ardı...