Təkamül nəzəriyyəsinin süqutu
12 may 2002-ci il tarixli “Hürriyet” qəzetində, Hörmətli Ərtoğrul Özkökün “Türklər meymunlar kimidirlər, pisdirlər” başlıqlı bir yazısı yayımlandı. Bu yazıda yer alan bəzi yanılmalar aşağıda açıqlanır.
Şimpanze və insanların genetik quruluşunun 99% bənzər olduğu yanılması
Hörmətli Özkök yazısında, Adrian Berrinin “Sonsuzluğun sahilləri” adlı kitabından bəhs edir və bu kitabda yer alan bəzi açıqlamalara yer verirdi. Bəhs edilən kitabda şimpanzelərlə insanlar arasında 99% genetik bənzərlik olduğu iddia edilir. Bu, heç bir elmi dayağı olmayan, təkamülçülərin təbliğat məqsədli istifadə etdikləri bir iddiadır.
Hər şeydən əvvəl, insanla şimpanzenin genetik strukturlarının bir-birinə 99% bənzər olduğunu iddia etmək üçün bu anda insanınkı olduğu kimi şimpanzenin də genetik quruluşu analiz edilməli, ikisi müqayisə edilməli və bu müqayisə nəticəsinin əldə edilməlidir. Halbuki, əldə belə bir nəticə yoxdur. Çünki, bu ana qədər yalnız insanın genetik xəritəsi çıxardılmışdır. Şimpanze üçün isə hələ belə bir iş görülməmişdir.
Əslində bəzən gündəmə gələn insan və meymun genlərinin 99% bənzədiyi iddiası, illər əvvəl çıxarılmış təbliğat məqsədli bir şüardır. Bu bənzərlik iddiası insanda və şimpanzedə olan təqribən 30-40 təməl zülaldakı amin turşusu düzülüşlərinin bənzərliyindən yola çıxılaraq edilən çox şişirdilmiş bir ümumiləşdirmədir.
Halbuki, insanda təqribən 30 min gen və bu genlərin kodlaşdırıldığı 100 minə qədər zülal vardır. Buna görə 100 min zülalın yalnız 40-nın bənzəməsi… ardı...
8 mart 2001-ci il tarixli “Milliyet” qəzetində “Kaş Darvin yaşayıb, Zakharı görəydi” başlıqlı bir xəbər yayımlandı. Xəbərdə Moskva zooparkında qalan üç aylıq bala oranqutanın rəsmi qoyulmuş və yanındakı yazıda da “Yəqin ki, Rusiyadakı Moskva zooparkındakı üç aylıq bala oranqutan, Darvin nəzəriyyəsinin ən sevimli dəlilidir…” deyə bir şərhə yer verilmişdir. Xəbərin davamında isə yalnız oranqutan balasının nə qədər sevimli olduğu izah edilmişdi.
“Milliyet” qəzetinin bu xəbəri ola biləcək ən ucuz və məntiqsiz təkamül təbliğatına bir nümunədir. Bir oranqutan balasının şəkilini qoyub, yanına “Darvinin nəzəriyyəsinin ən sevimli dəlili” yazmaq, nə elmi, nə ağıllı, nə məntiqli, nə də dürüst bir xəbərdir. “Milliyet” qəzeti bu xəbəri ilə oxucularını zəka və məlumat baxımından da əskik hesab edir, belə bir axmaqlığın etibar qazanacağını zənn edir. Halbuki, millətimiz həqiqətləri anlayır və bir oranqutanın yanına “təkamül nəzəriyyəsinin dəlili” yazmaqla təkamül nəzəriyyəsinin sübut edilməyəcəyini çox yaxşı bilir.
“Milliyet” qəzeti əgər təkamül nəzəriyyəsinin həqiqətən doğru olduğuna inanırsa, belə elmdən kənar təbliğatlar yerinə, ortaya konkret bir dəlil qoyararaq təkamülü izah etmək yolunu seçməlidir. Ancaq nə “Milliyet” qəzeti, nə də digər təkamülçü nəşrlər heç bir zaman belə bir işin içinə girmirlər. Çünki ortaya qoyacaqları elmi etibarlılığı olan heç bir dəlilləri də yoxdur. Meymun, şimpanze, oranqutan şəkilləri qoyub, “baxın, bizə nə qədər bənzəyirlər,… ardı...
15 mart 2001-ci il tarixli “Hürriyet” qəzetində, “Rəngləri meymunlar sayəsində görürük” başlıqlı bir xəbər yayımlandı. Xəbərdə qısaca, meymunların özlərinə faydalı qidaları tapa bilmələri üçün yaşıl, qırmızı və sarı rəngləri ayırd edə bilməli olduqları və bu səbəblə rəngləri bir-birindən ayırd etmə qabiliyyətini inkişaf etdirdikləri iddia edilirdi. Xəbərin iddiasına görə, insanın rəngləri görə bilməsinin səbəbi də bu idi!
Bu iddianın nə qədər ağıldan kənar olduğunu görmək üçün az olsa belə düşünmək kifayətdir.
Əvvəla ifadə etmək lazımdır ki, “Hürriyet” qəzetində ifadə edilən bu təkamülçü iddia, elmi yöndən ciddiyə alınıb üzərində şərh etməyi tələb edəcək bir iddia deyil, elmi baxımdan heç bir mənası olmayan bir “axmaqlıq”dır. Əvvəla təbiətdə bir çox canlının rəngli görmə qabiliyyəti varkən, insanla meymun arasında rəngli görmə qabiliyyətinə əsaslanan bir əlaqə yaratmağa çalışmaq, cəhalətdən başqa bir şey deyil. Digər yandan xəbərdə, meymunların meyvələri ayırd etmək istədikləri üçün rəngli görmə qabiliyyətlərinin ortaya çıxdığı qarşıya qoyulur. Yəni xəbər canlıların yalnız “istək” yolu ilə öz bədən strukturlarını dəyişdirə biləcəkləri kimi təəccüblü dərəcədə axmaq bir məntiqə əsaslanır. Elmə az da olsa marağı olan heç bir şəxs tərəfindən müdafiə oluna bilməyəcək bu iddia, Orta əsrlər xurafatlarını xatırladan bir axmaqlıqdır.
Biz yenə də “Hürriyet”in xəbərini bir az gözdən keçirək və bu elm və ağıl xarici iddianı ağıl… ardı...
“Cumhuriyet Bilim Teknik” jurnalının 29 iyul 2000-ci il tarixli sayında darvinist bir yazıya yer verildi. “Bir-birimizdən fərqimiz yoxdur” başlıqlı yazıda, meymunların insanlara bənzər bir çox davranışlarının olduğu açıqlanaraq, insanla meymun arasında düşünüldüyündən daha az fərq olduğu iddia edilirdi. Yalnız təkamül təbliğatı məqsədinin güdüldüyü açıqca məlum olan yazıdakı tərəfli şərhlərin və təhriflərin ictimaiyyət tərəfindən bilinməli olduğunu düşünürük.
Meymunların, insanlarda da görülən bəzi davranışlara sahib olduqları bir gerçəkdir. Ancaq təbiətdə insanla bənzər davranışlar göstərən, hətta təhsilli bir insanın da göstərə bilməyəcəyi, ağıllı rəftarlar nümayiş etdirən bir çox heyvan vardır. Hətta bəzi heyvanlarda, insanlara xas şəfqət, mərhəmət, həyat yoldaşına və ya uşaqlarına bağlılıq, fədakarlıq kimi rəftarları görmək də mümkündür. Ancaq nədənsə, yalnız meymunlardakı bənzərliklər bəzi dairələri çox həyəcanlandırır. Halbuki, təbiəti tərəfsiz və təkamülçü asılılıqdan uzaqlaşmış bir gözlə araşdıran hər insan, xeyli canlının insanı heyrətə salacaq dərəcədə ağıllı rəftarlara sahib olduğunu görəcək.
Məsələn, özünə olduqca inkişaf etmiş texniki infrastruktura sahib bir yuva və yuvasının uyğun şəraitdə olmasını təmin edən bir anbar tikən qunduz, bir meymundan daha ağıllı rəftarlar nümayiş etdirir, daha əhəmiyyətli və kompleks qərarlar alır.
Arıların isə, pətək inşasındakı qabiliyyətləri, altıbucaqlı pətək seçiminin əhəmiyyəti, bu altıbucaqlı pətəkləri qüsursuzca, aralarında heç bir boşluq buraxmadan tamamlaya bilmələri, nektar tapma üsulları və qiymətləndirmələri və s. hər… ardı...
“Bilim ve Teknik” jurnalının mart 2001-ci il sayında, NASA-nın AMES Araşdırma mərkəzində bir qrup tədqiqatçının “sadə hüceyrələr” yaratdıqları şəklində bir xəbərə yer verilmişdir. NASA-da reallaşdırılan tədqiqatın nəticəsinə görə, bu strukturların “bütün canlılarda olan membranlı strukturların xüsusiyyətlərinə sahib” olduqları iddia edilmişdir. Ancaq tədqiqatın, daha doğrusu təcrübənin məzmunu araşdırıldıqda yaranan strukturların canlı hüceyrənin membranı ilə heç bir şəkildə eyni xüsusiyyətlərə sahib olmadığı görünür. Təcrübənin sonunda ortaya çıxan mikroskopik şarların, bənzərsiz bir dizayn məhsulu olaraq heyranlıq oyandıran hüceyrə membranı ilə, fiziki olaraq çox fərqli strukturlar olduğu dərhal anlaşılır.
Əvvəla yaradılan şarlar tək təbəqədən ibarət olan yağ halındadır. Halbuki, canlı hər hüceyrənin membranı ortaq bir dizayn məhsulu olaraq həmişə cüt təbəqədən ibarət olan lipid halında olur. ABŞ Milli Elmlər Akademiyasının PDAS adlı nəşr orqanında nəşr olunan 30 yanvar 2001-ci il tarixli bu məqalənin originalında (Self-assembling amphiphilic molecules: Synthesis in simulated interstellar/precometary ices), yaradılan kimyəvi strukturlar “tək təbəqədən ibarət olan sabun köpükləri” olaraq xarakterizə edilmişdir. “Amfifilik” xüsusiyyətlərinə görə bu şəkildə xarakterizə edilən təcrübə məhsullarının canlı olduqlarına dair bir iddia da edilməmişdir. Çünki hüceyrənin canlılığını təmin edən funksiyaları və orqanoidləri, yaxından tanıyan hər bioloqun bildiyi kimi fövqəladə dərəcədə kompleksdir və insanlar tərəfindən yaradılmaq bir yana, təqlid edilməsi belə hələ mümkün deyil.
Əslində bu təcrübə sayəsində membranın… ardı...