Göz, mükəmməl sadələşdirilə bilməz komplekslikdəki quruluşu ilə Darvinin də, ondan sonra gələn darvinistlərin də açıqlaya bilmədikləri mövzuların ən əhəmiyyətlilərindən biridir. Darvin, XIX əsrin son dərəcə ibtidai məlumatı ilə “gözü düşünmək məni bu nəzəriyyədən soyutdu” deyəcək qədər böyük bir təşvişə qapılmışdır. Bugünkü darvinistlər isə get-gedə artan bu təşvişin təsiri ilə çıxış yolunu gözün sadələşdirilə bilməz bir kompleksliyinin olmadığını iddia etməkdə tapmışlar. Cəlal Şengörün də iddiası budur. Cəlal Şengör, tərliklərin belə işığa həssas strukturlar olduğunu iddia edərək, bunun ibtidai göz olduğunu və kompleks gözlərin bu uydurma ibtidai quruluşdan təkamülləşdiyini iddia edir. Bu etibarsız bir iddiadır çünki:
– Şengörün və digər darvinistlərin iddia etdikləri şəkildə işığa həssas hüceyrə, ibtidai göz deyil. Darvinistlər, eynilə tərliklərin meydana gəlməsini açıqlaya bilmədikləri kimi, bu canlıdakı işığa həssas quruluşu da qəti olaraq açıqlaya bilməzlər.
Necə ki, vaxtilə sözü gedən strukturların kompleksliyinin tam olaraq fərqində olmayan Darvin belə, bu mövzuda bu etirafı etmişdir.
“Sinirlərin işığa necə həssas olduğu bizləri həyatın necə meydana gəldiyi sualından daha çox narahatlıqlandırmaqdadır” [1]
– Ən sadə şəkli ilə də olsa, “görmə” hadisəsinin yarana bilməsi üçün, bir canlının bəzi hüceyrələrinin işığa həssas hala gəlməsi, bu həssaslığı elektrik siqnallarına köçürəcək bir qabiliyyətə sahib olması, bu hüceyrələrdən beynə gedəcək olan xüsusi sinir şəbəkəsinin meydana gəlməsi və beyində də bu məlumatı qiymətləndirəcək bir “görmə mərkəzi”nin yaranması lazımdır.
– İşığa həssas hüceyrə, ilk və ya ibtidai göz deyil. Bu hüceyrədən kompleks gözün mərhələ-mərhələ təkamülləşdiyi iddiası da aldatmadır. Bundan 530 milyon il əvvəl bütün canlı xüsusiyyətlərinin və kompleks canlıların ortaya çıxdığı Kembri dövründə yaşamış olan trilobitin gözü, bugünkü milçək və iynəcələrdə olan mükəmməl pətək gözün EYNİSİDİR. Bu dövrdən əvvəl yer üzündə YALNIZ BAKTERİYALAR YAŞAYIRDI. İşığa həssas bir hüceyrə və ya ondan gözə keçiddən söhbət belə gedə bilməz.
– İnsana aid mükəmməl göz, hissələrinin ayrı-ayrı təkamülləşməsini qeyri-mümkün hala gətirəcək qədər kompleks bir quruluşa malikdir. Gözü meydana gətirən 40 ayrı hissənin, gözün funksiyasını reallaşdıra bilməsi üçün mütləq bir yerdə olması şərtdir.
– Retina (torlu qişa) bədəndəki ən kompleks toxuma olaraq təyin olunmaqdadır. Milyonlarla sinir hüceyrəsi retina üzərində fövqəladə əlaqələr yaradıb miniatür beyin meydana gətirməkdədirlər. Gözdəki yalnız retina təbəqəsinin belə təsadüfən öz-özünə meydana gəlməsi qeyri-mümkündür.
– Kornea (buynuz qişa) və retina (torlu qişa) diametri təxminən millimetrin mində biri qədər olan dairələr halında dayanmadan hərəkət edərlər. Yalnız bu göz hərəkətləri dayansaydı, retinada işığa həssas hüceyrələr dərhal sabitlənər, beyinə məlumat göndərməyi dayandırardı. Bu da qəbul edilən görüntünün bir neçə saniyə içində silinməsinə səbəb olardı.
– Təkcə göz mayesinin olmaması belə gözün funksiyasını itirməsi üçün kifayətdir.
– Görüntülərin keyfiyyətli olmasının səbəbi bu görüntülərdəki hərəkətlərin və rənglərin, ən incə detalına qədər davamlı yenilənməsi və “bu hərəkətdə bir kəsilmə” olduğu demək olar ki, heç hiss edilmədən, inanılmaz sürətlə reallaşmasıdır.
– Gözümüzün və beynimizin sürətli məhsuldarlığı və qüsursuzluğu, indiyə qədər icad olunmuş hər hansı bir cihazla müqayisə edilə bilməyəcək qədər bənzərsizdir.
– Gözü meydana gətirən 40 ayrı hissə, birlikdə hərəkət edərək bir mili saniyədə 1.5 milyon elektrik siqnalı mesajını tutar, yerinə təslim edər və şərh edər. Buna sadəcə bənzər bir vəzifəni yerinə yetirə bilmək üçün onlarla super kompüterin qüsursuzca proqramlaşdırılaraq, heç səhv etmədən birlikdə işləmələri lazım idi.
XIX əsrin məlumatı və texnologiyası ilə belə özünü olduqca narahat edən göz haqqında Darvin bu etirafları etmişdir:
“Gözün mərkəzini fərqli uzaqlıqlara fokuslanması, içəri buraxılacaq işıq miqdarını nizamlaması, ümumi və rəng sapmasını düzəltməsi kimi bənzərsiz tənzimləmələrin hamısının təbii seçmə ilə meydana gələ bildiyini düşünməyin ƏN YÜKSƏK DƏRƏCƏDƏ AXMAQLIQ ETMƏK kimi göründüyünü açıq ürəklə etiraf edirəm…” [2]
İnkişaf etmiş bir göz mənə soyuq bir titrəmə verir. Amma mərhələ-mərhələ inkişaf edən digər nümunələri düşündükcə, sağlam fikirim mənə bu soyuq titrəməni məğlub etməli olduğumu söyləyir. [3]
Gözün meydana gəlişi… Belə bir çətinliklə üz-üzə gəlməməyin həqiqətən də, saxtakarca olduğunu düşünürəm. [4]
Çox sayda, bir-birini izləyən və kiçik dəyişikliklərlə meydana gələ bilməyəcək mürəkkəb bir orqanın varlığı göstərilə bilsəydi, nəzəriyyəm qəti şəkildə çökərdi. [5]
Göz kimi sadələşdirilə bilməz komplekslikdəki fövqəladə orqan qarşısında təşviş içində olan Riçard Doukinz də, bu etirafı etmişdir.
“… göz kimi mürəkkəb, GÖRÜNƏN ŞƏKİLDƏ DİZAYN EDİLMİŞ orqanların meydana gəlişində mərhələli bir təkamül müddəti olmalıdır. Əgər bu vəziyyətlərdə də mərhələli olaraq reallaşmazsa, o zaman TƏKAMÜLÜN AÇIQLAYICI GÜCÜ QALMAZ. Əgər mərhələlər yoxdursa möcüzə ola bilər…” [6]
[1] Charles Darwin, Origin of Species, 6. Baskı, 1988, New York University Press, New York, s.151
[2] Charles Darwin, Türlerin Kökeni, Onur Yayınları, 5. baskı, Ankara, 1996, s.198
[3] Francis Darwin, The Life and Letters of Charles Darwin, Cilt.II, New York:D. Appleton and Company, 1888, s.67
[4] Francis Darwin, The Life and Letters of Charles Darwin, Cilt.II, s.84
[5] Charles Darwin, Türlerin Kökeni, Onur Yayınları, Beşinci Baskı, Ankara 1996, s.202
[6] Richard Dawkins, River Out of Eden, Basic Books, New York, 1995, s.83