Dənizdə yaşayan bir məməliyə açıqlama gətirə bilmədikləri üçün darvinistlər, balinanın varlığına bir ssenari uydura bilməzlər. Quruda yaşayan bir canlının təkrar suya girdiyini iddia etməklə kifayətlənərlər. Darvin isə, balinaların quruda böcək ovlayan ayılardan təkamülləşdiyini iddia etmişdir. Lakin Cəlal Şengör, Darvinin bu utanc verici iddiasını qəti şəkildə rədd etmiş, Darvinin kitabının heç bir nəşrində belə bir iddianın yer almadığını iddia etmişdir. Halbuki Darvin, Növlərin Mənşəyi kitabının 1856-cı il tarixli ilk nəşrində bunu açıqca yazmışdır:
“Şimali Amerikada qara ayı, eynilə balinalar kimi, ağızı açıq bir şəkildə suda böcək tuta bilmək üçün saatlarla üzərkən görülmüşdür. Bu hər nə qədər çox zəif bir izah olsa da, əgər davamlı olaraq böcək təmin edilsə və əgər yaxşı adaptasiya olmuş rəqiblər ölkədə hələ ortaya çıxmamışsa, ayı irqinin, təbii seleksiya ilə, strukturlarında və vərdişlərində çox, daha da çox suda yaşayacaq hala gələrək dəyişikliyə uğramalarında bir çətinlik görə bilmirəm. Get-gedə genişləyən, daha da genişləyən ağızları ilə, ta ki bir balina qədər nəhəng bir varlıq halına gələnə qədər”. (Türlerin Kökeni, 1-ci nəşr, 6-cı hissə, səh. 184)
Darvin müxtəlif təzyiqlər nəticəsində kitabın sonrakı nəşrlərindən bu hissəni çıxarmış, lakin çıxardığına peşman olmuşdu. Məktublarından birində belə demişdir:
“Bir ayının ağızının, dəyişən vərdişlərinə uyğun gələcək dərəcədə genişləməsində heç bir çətinlik olmadığı mövzusunda hələ israr edirəm”. (More Letters of Charles Darvin, Francis Darvin, 1903, səh. 162)