“Cumhuriyet Bilim Teknik” jurnalının 31 avqust 2002-ci ildəki sayında “Çində dinozavr-quş arası üçüncü bir nümunə tapıldı” başlıqlı bir xəbər yayımlandı. Xəbərdə, Çində tapılan və Jeholornis olaraq adlandırılan bir quş qalığından bəhs edilirdi. Bu quşun uzun bir quyruğa sahib olması, bəzi təkamülçülərin bu qalığı quşların dinozavrlardan təkamülləşdiyinə dəlil olaraq göstərmələrinə səbəb oldu. “Cumhuriyet Bilim Teknik” jurnalı da eyni yanılmaya düşdü və qalığı “dinozavr-quş” arası bir canlıya aid olaraq tanıtdı. Aşağıda “Cumhuriyet Bilim Teknik” jurnalının və digər təkamülçülərin dino-quşlar haqqındakı yanılmaları açıqlanacaq.
Quş fosilindəki quyruq, quşların dinozavrlardan təkamülləşdiklərinə dəlil ola bilməz
Təkamülçülərin ən sıx içinə düşdükləri yanılmalardan biri, aralarında təkamül xarakterli əlaqə qurmaq istədikləri növlər arasındakı bəzi bənzər xüsusiyyətləri, bu xəyali təkamül əlaqəsinin bir dəlili hesab etmələridir. Çində tapılan Jeholornis adlı fosildə də təkamülçülər eyni yanılmaya düşmüşlər. Bu fosil quşun uzun bir quyruğa sahib olduğuna görə, quşların dinozavrlardan təkamülləşdikləri tezisinə bir dəlil tapdıqlarını sanmışlar. Halbuki, təbiətdəki bir çox canlı növü bir başqası ilə bənzər xüsusiyyətlər daşıya bilər və bu növlərin əksərinin arasında təkamülçülər də təkamül əlaqəsi qura bilməməkdədirlər. Məsələn, osminoqların göz quruluşu insanların göz quruluşu ilə çox bənzərdir. Amma osminoqlarla insanlar arasında təkamül əlaqəsi olduğunu təkamülçülər də iddia etməməkdədirlər. Ağcaqanadların da quşlar və ya yarasalar kimi qanadları vardır, ancaq bu növlərin heç biri arasında təkamülçülər baxımından da, təkamül xarakterli qohumluq olduğunu qarşıya qoymaq mümkün deyil. Bu səbəbdən dinozavrlarla quşlar arasında bənzər bəzi xüsusiyyətlər olması dinozavrların quşların əcdadı olduğuna dəlil olaraq göstərilə bilməz. Necə ki, illərlə quşların dinozavrlardan təkamülləşdikləri nəzəriyyəsinə qarşı çıxan və bu nəzəriyyənin səhvlərini ortaya qoyan ornitoloq (quşları öyrənən alim) Prof. Dr. Alan Feduccia, təkamülçü olmasına baxmayaraq, bu mövzuda bunları söyləyir:
Əgər biri toyuq skeleti ilə dinozavr skeletinə durbinlə baxsa, ikisinin bənzər olduğunu düşünə bilər. Ancaq yaxından və detallı bir araşdırma aralarında bir çox fərq olduğunu ortaya çıxarır. Teropod dinozavrlarının məsələn, əyri və mişar kimi ucları olan dişləri var, ancaq ilk quşların düz və qarmaq kimi dişləri var və ucları mişar kimi deyil. Həm də hər iki növün dişləri fərqli şəkillərdə çıxır və yenilənirdi. (1)
Həm də fərqli canlı qruplarının xüsusiyyətlərini üzərində saxlayan “mozaika canlılar”ın var olduğu bilinən bir gerçəkdir və bunların təkamül nəzəriyyəsinə dəlil olmadığı Stephen Jay Gould kimi qabaqcıl təkamülçü söz sahibləri tərəfindən də qəbul edilməkdədir. (2)
Məsələn, Avstraliyada yaşayan Ördəkburun (Platypus) məməli, sürünən və quş xüsusiyyətlərini eyni anda üzərində daşımaqdadır. Ancaq təkamülçülər bu canlıya nəzəriyyələri baxımından bir şərh gətirə bilməməkdədirlər. Bir quşun uzun bir quyruğunun olması da, onun dinozavrlardan təkamülləşdiyinə dəlil olmaz. Təkamül nəzəriyyəsinin tapmalı olduğu canlılar “aralıq formalardır”, mozaika canlılar deyil. Aralıq formalar, əskik, yarım, funksiyasını tam görə bilməyən orqanlara sahib olan canlılar olmalıdır. Halbuki, mozaika canlıların sahib olduqları orqanların hər biri əskiksiz və qüsursuzdur. Məsələn, Jeholornis olaraq adlandırılan bu quş tam və güclü uçan quşdur.
Həm də bu fosilin 100 milyon illik olduğu təsbit edilmişdir. Bu quşdan təxminən 50 milyon il əvvəl uça bilən Arxeopteriks (Archaeopteryx) kimi quşlar onsuz da var. Dolayısilə quşların yarı dinozavr yarı quş əcdadlarının özlərindən 50 milyon il sonra yaşamalarını iddia etmək məntiqli deyil.
Dino-quş hekayələri niyə elmi baxımdan qeyri-mümkündür
Hər nə qədər təkamülçülər quşların dinozavrlardan təkamülləşdiyini iddia etsələr və buna dəlillər axtarsalar da, dinozavrların quşlara təkamülləşməsini qeyri-mümkün edən bir çox faktor var. Bu qeyri-mümkünlüklərə daha əvvəl bu saytda dəfələrlə yer verildiyi üçün, bunlar burada təkrar edilməyəcək. (Baxın: Təkamülçülərə dəqiq cavab) Ancaq burada, Prof. Dr. Alan Feduccia və digər bəzi elm adamlarının bu mövzu haqqında etdikləri yeni araşdırmaların nəticələrinə və Feduccianın bəzi şərhlərinə yer veriləcək.
Prof. dr. Alan Feduccia və özü kimi Şimali Karolina Universitetindən Dr. Julie Nowicki, dəvəquşu yumurtalarını inkişaflarının fərqli mərhələlərində araşdırdılar və bu araşdırmalarının nəticələrini Almaniyanın qabaqcıl biologiya jurnalı “Naturwissenschaften”in keçən avqust sayında nəşr etdilər. Araşdırmaları nəticəsində quşların dinozavrlardan təkamülləşmədiklərinin dəlillərini tapdıqlarını ifadə edən Feduccia, əldə etdikləri nəticəni belə xülasə etdi:
Quşların əcdadı hər nə idisə, beş barmaqları vardı, teropod dinozavrları kimi üç barmaqlı deyildi. (3)
Açdıqları dəvəquşu yumurtalarında embrionların əllərinin inkişafını araşdıran Feduccia və qrupu, quş “əllərinin” dinozavr əllərindən təkamülləşməsinin qeyri-mümkün olduğunu ortaya qoydu. Feduccia bu qeyri-mümkünlüyü və bunun təkamülçülər üçün meydana gətirdiyi problemi belə açıqlayır:
Bu, dinozavrların quşların əcdadı olduğunda təkid edənlər üçün yeni bir problem yaradır. Məsələn, iki üç və dördüncü xanalara sahib quş əli, necə olar ki yalnız bir, iki və üçüncü xanalara sahib dinozavr əlindən təkamülləşə bilər? Bu qətiyyən mümkün deyil. (4)
Uzun illərdir, təkamülçü olmasına baxmayaraq, quşların dinozavrlardan təkamülləşdikləri tezisinə qarşı çıxan Feduccia, dinozavrların quşlardan təkamülləşməsinin başqa səbəblərə görə də qeyri-mümkün olduğunu açıqlayır:
Bu nəzəriyyə ilə əlaqədar öhdəsindən gəlinməz problemlər var. Bizim təqdim etdiyimiz məlumatlardan başqa, zaman problemi var. Kənardan baxıldıqda quşa bənzəyən dinozavrlar, 150 milyon yaşında olan ən qədim bilinən quşdan 25 ilə 80 milyon il sonra ortaya çıxırlar. (5)
Bu qədər böyük iki ayağı, qısaldılmış ön ayaqları və ağır bir quyruğu olan bir canlının təkamülləşərək uçması biyofiziki baxımdan qeyri-mümkündür. (6)
Yeni araşdırma göstərir ki, quş embrionlarında, dinozavrlarda olan embrion baş barmağı müşahidə edilmir. Bu hər iki növün bir-biri ilə yaxın əlaqəsinin qeyri-mümkün olduğunu göstərir. (7)
Qısacası, quşların dinozavrlardan təkamülləşmiş olmaları qeyri-mümkündür, çünki belə bir təkamülü meydana gətirəcək və iki canlı qrupu arasındakı böyük fərqlilikləri ortadan qaldıra biləcək bir mexanizm yoxdur. Bunu təkamülçü elm adamları da qəbul etməkdədirlər. (Ətraflı məlumat üçün baxın. “Cumhuriyet Bilim Teknik” jurnalındakı yanılmalar)
Orxan Bursalının davam edən yanılmaları
“Cumhuriyet Bilim Texnik” jurnalı yayım məsləhətçisi cənab Orxan Bursalı, 31 avqust 2002-ci il tarixli “Cumhuriyet Bilim Teknik” jurnalında, “Fosillər və elm” başlıqlı yazısında, təkamül əleyhdarlarını tənqid etmiş, tənqidində təkamülçülərin özlərini tənqid edənlərə verdikləri klassik təkamülçü cavabları vermiş, təkamül nəzəriyyəsinin tezislərinə qarşı olanları, həmişəki kimi elmə qarşı olmaqla ittiham etmişdir.
Cənab Bursalıya xatırlatmaq istəyərik ki, indiki vaxtda təkamül nəzəriyyəsinin tezislərinə qarşı olanlar, yalnız Yaradılışa inananlar deyil. Yaradılışa inanan və ya inanmayan bir çox elm adamı bu gün təkamül nəzəriyyəsinin dilemmada olduğunun, yeni tapıntıların təkamül nəzəriyyəsi ilə ziddiyyət təşkil etdiyinin fərqindədirlər. Necə ki, əgər cənab Bursalı Netcevap saytında təkamülçü iddialara verilən cavabları araşdırsa, bu cavablarda istifadə edilən dəlillərin “Science”, “Nature”, “Scientific American”, “PNAS”, “New Scientist”, “Natural History” kimi təkamülçü qaynaqlardan və şəxsən təkamülçü elm adamlarının araşdırma və şərhləri olduğunu görəcək. Məsələn, yuxarıda quşların dinozavrlardan təkamülləşmədiklərinə dair dəlillər, özü də təkamülçü olan prof. Alan Feduccianın araşdırmalarından və şərhlərindən alınmışdır. Cənab Bursalının da ifadə etdiyi kimi bu fosillərin doğru və ya səhv olduğunu ortaya çıxaracaq olan yenə elmdir və elm yuxarıda da açıqlandığı kimi quşların dinozavrlardan təkamülləşmələrinin qeyri-mümkün olduğunu ortaya çıxarmışdır. Ancaq, bir çox təkamülçünün etdiyi kimi doqmatik bir tutum sərgiləmək, elmin ortaya çıxardığı gerçəklərdən yalnız maraqlarına uyğun gələnləri götürərək, digərlərini görməzlikdən gəlmək və ya inkar etmək, qətiyyən elmi anlayışa tərs düşməkdədir. Cənab Bursalının və “Cumhuriyet Bilim Texnik” Jurnalının belə bir anlayışdan və doqmatik bir tutumdan əl çəkəcəklərini ümid edir, bənzər yanılmaları təkrar etməmələrini, elmin və ağılın yolunu izləmələrini diləyirik.
- David Williamson, “Scientist says ostrich study confirms bird “hands” unlike those of dinosaurs”, UNC News, avqust 14 2002 — Nömrə. 425, www.unc.edu/news/newsserv http://www.unc.edu/news/newsserv
- S. J. Gould & N. Eldredge, Paleobiology, Vol 3, 1977, s. 147
- David Williamson, “Scientist says ostrich study confirms bird “hands” unlike those of dinosaurs”, UNC News, 14 avqust 2002 — Nömrə. 425, www.unc.edu/news/newsserv http://www.unc.edu/news/newsserv
- David Williamson, “Scientist says ostrich study confirms bird “hands” unlike those of dinosaurs”, UNC News, 14 avqust 2002 — Nömrə. 425, www.unc.edu/news/newsserv http://www.unc.edu/news/newsserv
- David Williamson, “Scientist says ostrich study confirms bird “hands” unlike those of dinosaurs”, UNC News, 14 avqust 2002 — Nömrə. 425, www.unc.edu/news/newsserv http://www.unc.edu/news/newsserv
- A. Gibbons, “New Feathered Fossil Brings Dinosaurs and Birds Closer”, Science, 274:720-721, 1996
7. A. C. Burke and A. Feduccia, “Developmental Patterns and the Identification of Homologies en the Avian Hand”, Science, 278(5338):666-8, 24 oktyabr 1997, with a perspective by R. Hinchliffe, “The Forward March of the Bird-Dinosaurs Halted?” s. 596-597