“Discovery Channel” TV-də 2003-cü il il yanvar ayında dinozavrlardan bəhs edən sənədli film yayımlandı. Filmin böyük hissəsi dinozavrların həyatları ilə əlaqədar idi. Müxtəlif dinozavr fosilləri tanıdılır, fosillərin sahib olduğu xüsusiyyətlərə görə bəslənmə vərdişləri və yırtıcılıqları üzərində spekulyasiyalar edilirdi. Xüsusilə, Asiya və Amerika qitələrində reallaşdırılan əhəmiyyətli fosil tapıntıları əsasında bu nəhəng canlıların keçmiş ola biləcəyi köç yolları çəkilməyə çalışılırdı.

Filmin son 10 dəqiqəlik hissəsində isə təkamül təbliğatında sıx müraciət edilən “tüklü dinozavrlar” mövzusuna keçid edilirdi. Caudipteryx adını daşıyan fosilin üzərində tüklərə rast gəlindiyi və bu fosilin quşların guya təkamülündə aralıq forma meydana gətirdiyi irəli sürülürdü.

“Discovery Channel”də fosillərlə əlaqədar irəli sürülən iddialar etibarsızdır. İki fosilə əsaslandığı iddia edilən dinoquş nəzəriyyəsi əslində elmi tapıntılara ziddir. Dinoquş nəzəriyyəsini çürüdən elmi tapıntıların daha geniş şəkildə ələ alındığı yazımızı buradan oxuya bilərsiniz. (Təkamülçülərə dəqiq cavab)

Filmdə yer verilən iki fosildən birincisi Sinosauropteryxdir. Sinosauropteryx fosili 1996-cı ildə tapıldıqda üzərində tükə bənzər strukturlar olduğu irəli sürülmüş, ancaq edilən detallı analizlər nəticəsində, 1997-ci ildə bu strukturların tüklərlə əlaqəsi olmadığı ortaya çıxmışdır. Təkamülçülər bu canlıdakı strukturların tük olduğu iddiasını tamamilə tərk etmişlər.

Sənədli filmdə tüklərə sahib olduğu irəli sürülən ikinci növ isə Caudipteryxdir. Caudipteryxin isə uçma qabiliyyəti olmadığı mövzusunda təkamülçülər arasında da düşüncə birliyi vardır. Bu canlı qısa ön qollara və uzun ayaqlara malikdir və daha çox qaçmaq üçün uyğun bir anatomiyaya malikdir. Caudipteryxin quşların əcdadı ola biləcəyi tezisini etibarsız edən ən əhəmiyyətli xüsusiyyəti isə yaşıdır. Phil Currienin ara növ olaraq göstərməyə çalışdığı Caudipteryx 120 milyon illikdir. Bilinən ən qədim quş olan Arcaheopteryx isə tam 30 milyon il daha yaşlıdır. 150 milyon illik Arcaheopteryx quşu, Caudipteryxin ara növ olduğu iddiasını etibarsız edən konkret bir dəlildir. Caudipteryxdən çox əvvəl Arcaheopteryx yaşamaqda idi və bugünkü quşlar kimi düzgün şəkildə uça bilirdi.

Dinoquş nəzəriyyəsi əslində olduqca səthi bir təbliğat vəsaitindən ibarətdir və necə ki, bu səbəblə özləri də təkamülçü olmalarına baxmayaraq, dinoquş nəzəriyyəsini rədd edən elm adamları var. Məşhur ornitoloq Alan Feduccia, “New Scientist” jurnalında yer ala bir yazıda dinozavr və quşlar arasındakı anatomik fərqlilikləri ifadə etməkdə və bu nəzəriyyənin paleontologiya elmi baxımından utanc verici olduğunu ifadə etməkdədir:

“25 il boyunca quşların kəllələrini araşdırdım və dinozavrlarla aralarında heç bir bənzərlik görmürəm. Quşların dörd ayaqlılardan təkamülləşdiyi nəzəriyyəsi, paleontologiya sahəsində 20-ci əsrin ən böyük utancı olacaq”. (1)

Bir başqa məşhur ornitoloq Larry Martin eyni yazıda bu şərhi etməkdədir:

“Doğrusunu söyləmək lazımdırsa, əgər dinozavrlarla quşların eyni mənşədən gəldiklərini müdafiə etsəydim, bunun haqqında hər dəfə danışmaq məcburiyyətində qalanda utanacaqdım”. (2)

Quşların mənşəyi quşlardır. Dinozavr və ya başqa bir quru canlısının zaman içində mutasiyalar keçirərək uça bilən hala gəlməsindən söhbət gedə bilməz. Çünki quşlarda uçuş üçün hazırlanmış xüsusi bədən dizaynı var. Quşlarda olan qanad, tük və ağciyər quruluşu araşdırıldıqda quru canlılarında heç rast gəlinməyən, uçuşa xas strukturlar qarşımıza çıxır. Bu dizaynın ən əhəmiyyətli xüsusiyyəti sadələşdirilə bilməz xüsusiyyətdə olmasıdır. Düzgün uçuş üçün qanad, ağciyər və tüklər əskiksiz olmalıdır. Bu mövzuda təkamülçü olan Engin Korur bunları ifadə etməkdədir:

“Gözlərin və qanadların ortaq xüsusiyyəti ancaq tamamilə inkişaf etdikləri təqdirdə vəzifələrini yerinə yetirə bilmələridir. Başqa bir deyişlə, əskik gözlə görülməz, yarım qanadla uçulmaz. Bu orqanların necə meydana gəldiyi təbiətin hələ yaxşı işıqlanmamış sirlərindən biri olaraq qalmışdır”. (3)

Nəticə

Elmi dəlillərin işığında, “Discovery Channel” TV-də yayımlanan quşların dinozavrlardan təkamülləşdiyi nəzəriyyəsi etibarsızdır. “Discovery Channel” kimi təkamülçü qaynaqlar elmi gerçəklərə qulaq tıxamaqda və bu fantastik nağılı elmi bir nəzəriyyə olaraq göstərməyə davam edirlər. “Discovery Channel” TV-yə, məşhur ornitoloq Larry Martinin “əsrin utancı” olaraq xarakterizə etdiyi bu yanılmanı tərk etməsi, dinozavrları və quşları ayrı növlər olaraq qiymətləndirməsi çağırışını edirik.

 

1 – Pat Shipman, “Birds Do It… Did Dinosaurs?”, New Scientist, 1 fevral 1997, səh. 28

2 – Pat Shipman, “Birds Do It… Did Dinosaurs?”, New Scientist, 1 fevral 1997, səh. 28

3 – Engin Korur, “Gözlerin ve Kanatların Sırrı”, Bilim ve Teknik, oktyabr 1984, Sayı 203, səh. 25.