24 iyul 2002-ci il tarixində “Cumhuriyet” və “Gözcü” kimi bəzi qəzetlərdə, “Çində uça bilən dinozavr fosili tapıldı” başlığı ilə xəbərlər yayımlandı. Bu xəbərlərdə, Çinin Yixian bölgəsində tapılan və paleontoloq Ji Qiang tərəfindən ictimaiyyətə elan olunan 140 milyon yaşındakı, “Shenzhouraptor Sinensis” olaraq adlandırılan fosilin dinozavrlarla bugünkü quşlar arasındakı itkin halqa olduğu iddia edilirdi.
Təkamülçülər tərəfindən böyük bir həvəslə “itkin halqa tapıldı” şüarları ilə elan olunan bu fosil, əslində təkamülçülərin bu günə qədər quşların mənşəyi haqqındakı iddiaları və əllərindəki uydurma dəlilləri ilə ziddiyyət təşkil etməkdədir. Xarici mətbuat isə yeni fosilin təkamül nəzəriyyəsi ilə ziddiyyət təşkil edən istiqamətlərini görmüş olacaq ki, bu xəbərə çox yer vermədi. Türkiyədəki təkamülçü mətbuat isə, mövzu haqqında çox məlumatı olmayanları təkamül nəzəriyyəsinin doğru olduğuna inandırmaq üçün göz görə-görə bu xəbəri təkamül nəzəriyyəsinin dəlili kimi təqdim etməyə, fosilin ortaya çıxardığı gerçəkləri gizlətməkdə bir qorxu görmədi.
Aralıq-keçid forması olduğu iddia edilən “Shenzhouraptor Sinensis” bilinən ən qədim quş olan Arxeopteriksdən (Archaeopteryx) daha gəncdir
Təkamülçülər Shenzhouraptor Sinensisin, həm quş, həm də dinozavr xüsusiyyətlərinə sahib, uça bilən bir aralıq-keçid forması olduğunu irəli sürməkdədirlər. Halbuki, bilinən ən qədim quş olan Arxeopteriks, bir çox istiqamətdən bugünkü uçucu quşlardan fərqsizdir və bundan 150 milyon il əvvəl yaşamışdır. Shenzhouraptor Sinensis isə, bundan 140 milyon il əvvəl yaşamışdır, yəni Arxeopteriksdən daha gəncdir. Bu səbəbdən aralıq-keçid forması olması qeyri-mümkündür, çünki özündən əvvəl onsuz da qüsursuz tüklərə və uçuş üçün lazımi anatomiyaya sahib olan quşlar yaşamışdır.
Bu məqamda 100 ildən çox müddətdir təkamül nəzəriyyəsinin ən əhəmiyyətli rəmzlərdən biri olan Arxeopteriks haqqındakı təkamülçü iddiaların etibarsızlığını böyük ölçüdə itirdiyini də ifadə etmək lazımdır. Bu canlının qüsursuz uçuş mexanizminə sahib uçucu bir quş olduğu aydın olmuş, Arxeopteriksi sürünənlərə bənzətməyə çalışan izahlar da çürümüşdür. Feduccianın ifadə etdiyi kimi “Arxeopteriksin müxtəlif anatomik xüsusiyyətlərini araşdıran yeni tədqiqatçıların əksəriyyəti bu canlının daha əvvəl xəyal ediləndən daha çox quş-bənzəri olduğunu göstərmişdir” və “Arxeopteriksin teropod dinozavrlara olan bənzərliyi çox böyük ölçüdə şişirdilmişdir”. (1)
Archaeopteryx haqqındakı bir başqa problem isə, bir çox təkamülçünün bu canlının əcdadı olaraq qəbul etdiyi teropod dinozavrların fosil qeydlərində Arxeopteriksdən əvvəl deyil sonra ortaya çıxmalarıdır. Bu, əlbəttə, ortada quşların mənşəyi haqqında “təkamül şəcərəsi” buraxmamaqdadır.
Quşların dinozavrlardan təkamülləşdikləri iddiası fərziyyələrdən ibarətdir, elmi deyil
Təkamülçü mətbuatda yer alan “dino-quş” və “tüklü dinozavr” xəbərlərinin məqsədi, təkamülçülərin quşların dinozavrlardan təkamülləşdikləri iddiasını fosil tapıntıları ilə sübut edilmiş kimi göstərmə səylərindən başqa bir şey deyil. Halbuki, bu fosillərin heç biri quşların dinozavrlardan təkamülləşdikləri iddiasına elmi dəlil deyil. Həm də bir çox təkamülçü də bu iddianı etibarlı hesab etmir. Məsələn, dünyanın ən məşhur ornitoloqlarından (quşları öyrənən alim) Alan Feduccia və Larry Martin bunun tamamilə səhv bir ssenari olduğu fikirindədirlər. ABŞ-dakı universitetlərdə tədris olunan “Developmental Biology” adlı dərs kitabında bu mövzuda bunlar yazılıb:
Quşların dinozavr olduqlarına bütün bioloqlar inanmırlar… Bu qrup elm adamları dinozavrlar və quşlar arasındakı fərqlilikləri vurğulayırlar və bu fərqliliklərin çox böyük olduğunu və dolayısilə quşların özlərindən əvvəlki dinozavrlardan təkamülləşmiş ola bilməyəcəyini müdafiə edirlər. Məsələn, Alan Feduccia və Larry Martin, quşların bilinən hər hansı bir dinozavr qrupundan təkamülləşmiş ola bilməyəcəyi fikirindədirlər. Bəzi çox əhəmiyyətli kladistika (soy əlaqəsi) məlumatlarına qarşı çıxırlar və öz iddialarını inkişaf biologiyası və biyomexanika ilə dəstəkləyirlər. (2)
Quşlar və dinozavrlar arasında əhəmiyyətli struktur fərqləri vardır
Təkamül nəzəriyyəsi, quşların kiçik quruluşlu və ətyeyən teropod dinozavrlardan, yəni sürünən qrupundan törədiyi iddiasındadır. Halbuki, quşlar ilə sürünənlər arasında aparılacaq müqayisə, bu canlı siniflərinin bir-birlərindən çox fərqli olduqlarını və aralarında təkamül hadisəsinin reallaşmış ola bilməyəcəyini göstərir.
Quşlar və sürünənlər arasında bir çox struktur fərqləri vardır. Bunlardan ən əhəmiyyətlilərindən biri sümüklərin quruluşudur. Təkamülçülər tərəfindən quşların əcdadı olaraq qəbul edilən dinozavrların sümükləri, böyük və bədənli strukturları səbəbi ilə qalındır və içləri doludur. Bunun əksinə yaşayan və nəsli kəsilmiş bütün quşların sümüklərinin içləri boşdur və bu sayədə çox yüngüldürlər. Bu yüngül sümük quruluşu, quşların uça bilməsində böyük əhəmiyyət daşıyır.
Sürünənlər və quşlar arasındakı bir başqa fərq də metabolik quruluşdur. Sürünənlər canlılar dünyasında ən yavaş metabolik quruluşa sahibkən, quşlar bu sahədəki ən yüksək rekordlara sahibdir. Məsələn, bir sərçənin bədən istiliyi sürətli maddələr mübadiləsi səbəbi ilə bəzən 48ºC-yə qədər qalxa bilər. Digər tərəfdə isə sürünənlər öz bədən istiliklərini belə özləri yarada bilməz, bunun əvəzinə bədənlərini günəşdən gələn istiliklə isidərlər. Sürünənlər təbiətdəki ən az enerji istehlak edən canlılar ikən, quşlar ən çox enerji istehlak edən canlılardır.
Şimal Karolina universitetinin professoru Alan Feduccia, daha əvvəl də ifadə edildiyi kimi, təkamülçü olmasına baxmayaraq, elmi tapıntılara əsaslanaraq quşların dinozavrlarla qohum olduğu nəzəriyyəsinə qəti şəkildə qarşı çıxmaqdadır. Feduccia sürünən-quş təkamülü tezisi haqqında isə ümumi mənada belə deyir:
25 il ərzində quşların kəllələrini araşdırdım və dinozavrlarla aralarında heç bir bənzərlik görmürəm. Quşların dörd ayaqlılardan təkamülləşdiyi nəzəriyyəsi, paleontologiya sahəsində 20-ci əsrin ən böyük utancı olacaq. (3)
Kanzas Universitetində qədim quşlar üzərində mütəxəssis olan Larry Martin də quşların dinozavrlarla eyni soydan gəldiyi nəzəriyyəsinə qarşı çıxmaqdadır. Martin, təkamülün bu mövzuda içinə düşdüyü ziddiyyətdən danışarkən, “doğrusunu söyləmək lazımdırsa, əgər dinozavrlarla quşların eyni mənşədən gəldiklərini müdafiə etsəydim, bunun haqqında hər dəfə danışmaq məcburiyyətində qalanda utanacaqdım” -deyir. (4)
Ancaq bütün elmi tapıntılara baxmayaraq, heç bir konkret dəlilə əsaslanmayab “dinozavr-quş təkamülü” ssenarisi təkidlə müdafiə olunmaqdadır. Xüsusilə də, akademik dərinliyi olmayan, məşhur yayım orqanları bu ssenarini təkidlə sahiblənməkdədir. Bu vaxt, bu ssenariyə dəlil olmayan bəzi anlayışlar da, Shenzhouraptor Sinensis nümunəsində olduğu kimi, səthi bir üslub içində “dinozavr-quş əlaqəsinin dəlili” kimi təqdim edilməkdədir.
Nəticə
Təkamülçü mətbuatda yer alan “dino quş” xəbərləri, tamamilə, yalandan ibarətdir. Bu qalıqlar ya nəsli kəsilmiş quşlara, ya da dinozavrlara aid qalıqlardır, heç biri dinozavrlarla quşlar arasındakı “itkin halqa” deyil. Yuxarıda da açıqlandığı kimi, dinozavrların quşlara təkamülləşmələri, təsadüflər nəticəsində quşlara aid xüsusiyyətlər qazanmaları qətiyyən qeyri-mümkündür. Son zamanlarda təkamülçü mətbuatda tez-tez yer alan dino quş xəbərlərinin tək məqsədi, çökməkdə olan təkamül nəzəriyyəsini son bir çırpınışla qurtarmağa çalışmaq səylərindən başqa bir şey deyil. Ancaq, elm və ağıl həmişə təkamül nəzəriyyəsi kimi yalanların üstündə olacaq.
- Alan Feduccia, The Origin and Evolution of Birds, Yale University Press, 1999, səh. 81
- Scott F. Gilbert, “Did Birds Evolve from the Dinosaurs?”, Developmental Biology, Sixth Edition, bölmə 16.4
(http://www.devbio.com/chap16/link1604.shtml)
- Pat Shipman, “Birds Do It… Did Dinosaurs?”, New Scientist, 1 fevral 1997, səh. 28
4. Pat Shipman, “Birds Do It… Did Dinosaurs?”, New Scientist, 1 fevral 1997, səh. 28