Cəlal Şengör, nəhəng bir kosmos boşluğu içində fövqəladə bir tarazlıq və nizam içində varlığını və həyatını problemsiz şəkildə davam etdirərkən, təəccüblü şəkildə kosmosda, yer üzündə və canlı aləmdə tarazlığın olmadığını, xaosun olduğunu iddia etmişdir. Şengör, iddia etdiyi bu nizamsızlıq içində planetlərin sabit bir tarazlığının olmadığını, bütün kainatın xaos içində olduğu kimi heyrət verici bir açıqlama etmişdir.
Geologiya professoru olan Şengörün, kainatdakı və xüsusilə yer üzündəki fövqəladə tarazlıqdan xəbərsiz olması, şübhəsiz ki, mümkün deyil. Bu iddia, klassik bir darvinist iddiadır. Kütlələrə təkamül nəzəriyyəsini mənimsətmək üçün kainatda xaos olduğu demaqoqluğu, bir Yaradıcının varlığını rədd edə bilmək üçün darvinistlərin həmişə müraciət etdikləri bir yalandır. Lakin bu iddia gündəmə gəldiyi üçün kainatda Allahın yaratdığı böyük tarazlığın detallarını burada ifadə etmək yerində olacaq.
Kosmosda və yer üzündə, insanın gücünü, hətta bəzən idrak sərhədlərini aşan mükəmməl həssaslıqdakı tarazlığı qısaca belə ümumiləşdirə bilərik:
* Günəşin diametri, Dünyanın diametrinin 103 misli qədərdir. Ancaq Samanyolu qalaktikasının içində, Günəş kimi və çoxu ondan daha böyük olan təxminən 250 milyard ulduz vardır.
* Ancaq Samanyolu qalaktikası da kosmosda çox “kiçik” bir yer əhatə edir. Çünki kosmosda başqa qalaktikalar da vardır, həm də təxminlərə görə, təxminən 300 milyarda qədər!
* Əgər ulduzlar bir az belə bir-birlərinə yaxın olsalar, dünyada həyatın olması qeyri-mümkün olar. Dünyada həyatın olması üçün kosmosda hazırkı nisbətdəki nəhəng boşluğun olması şərtdir. Çünki cazibə qüvvəsi bununla mütənasibdir. Eyni zamanda Dünyanın, kosmos boşluğunda hərəkət edən nəhəng göy cisimləri ilə toqquşmasına mane olan faktor da kainatdakı göy cisimlərinin arasında bu cür böyük boşluqlarla dolu olmasıdır.
* Əgər planetlərin fırlanma sürətləri bir az daha yavaş olsaydı, o zaman bu planetlər sürətlə Günəşə doğru yaxınlaşaraq Günəş tərəfindən böyük bir partlayışla udulardılar.
* Əgər planetlər daha sürətli fırlansaydılar, bu dəfə də Günəşin gücü onları tutmağa çatmayacaq və planetlər kosmos boşluğuna sovrulacaqdılar.
* Kosmosdakı tarazlıq hər planet üçün ayrı-ayrı qurulmuşdur. Çünki planetlərin Günəşə olan uzaqlıqları çox fərqlidir. Hətta, kütlələri çox fərqlidir. Bu səbəblə, hamısı üçün ayrı fırlanma sürətlərinin təyin olunması lazımdır ki, Günəşə yapışmaqdan ya da Günəşdən uzaqlaşıb kosmosa sovrulmaqdan xilas olsunlar.
* Yupiterin olduğu yerdə əgər bu böyüklükdə bir planet mövcud olmasaydı, Dünya, planetlər arası boşluqda hərəkət edən meteoritlərə və kometalara təxminən bundan min dəfə çox hədəf olardı…
* Karbon əsaslı üzvi birləşmələr (məsələn, zülallar) yalnız müəyyən bir temperatur aralığında mövcud ola bilərlər. 120ºC-dən yüksək temperaturda parçalanmağa, -20ºC-dən aşağı temperaturda donmağa başlayarlar. Yalnız temperatur deyil, işıq, cazibə, atmosferin tərkibi, maqnetik güc kimi faktorların da karbon əsaslı bir həyata imkan yaratması üçün çox dar və müəyyən bəzi sərhədlər içində olmalıdırlar. Dünya, tam bu dar və müəyyən çərçivədəki sərhədlərə malikdir. Əgər bu sərhədlərin hər hansı biri pozulsa, məsələn, Dünyanın səth temperaturu 120ºC-ni keçsə, artıq Dünya üzərində həyat mümkün olmazdı.
* Həyat yalnız çox məhdud bir temperatur aralığında mümkündür… və bu temperatur aralığı Günəşin istiliyi ilə mütləq sıfır arasındakı olabiləcək istiliklərin təxminən 1% -lik bir hissəsini meydana gətirməkdədir. Dünyanın istiliyi, tam bu dar aralıqdadır.
* Dünyanın xəyali oxunun 23º27”-lik meyilli olması, atmosferin meydana gəlməsinə mane ola biləcək qütblərlə ekvator arasındakı həddindən artıq temperatur fərqinin qarşısını alar. Əgər bu meyillik olmasaydı, qütb bölgələri ilə ekvator arasındakı temperatur fərqi çox olacaq və yaşana bilən bir atmosferin mövcud olması qeyri-mümkün hala gələcəkdi.
* Dünya yalnız 24 saatlıq bir müddətə öz ətrafında fırlanar və bu sayədə gecələr və gündüzlər qısa sürər. Qısa sürdükləri üçün də gecə ilə gündüz arasındakı temperatur fərqi çox azdır. Bu tarazlığın əhəmiyyəti, bir günü bir ilindən daha uzun sürən və buna görə gecə-gündüz arasındakı temperatur fərqi 1000ºC-yə çatan Merkuri ilə müqayisə edildikdə görülə bilər.
* Dünyanın böyüklüyü tam lazım olduğu qədərdir. Daha kiçik olsaydı cazibə qüvvəsi çox zəifləyəcək və atmosferi Dünyanın ətrafında tuta bilməyəcəkdi, daha böyük olsaydı bu dəfə də cazibə çox artacaq və bəzi zəhərli qazları da tutaraq atmosferi öldürücü hala gətirəcəkdi.
* Hazırda atmosferdə olan oksigenin nisbəti, yəni 21%, həyatın təhlükəsizliyi üçün aşılmamalı olan sərhədlərin tam ideal nöqtəsindədir. 21%-dən yuxarı artan hər yüzdə birlik oksigen nisbəti, bir ildırımın meşə yanğını başlatma ehtimalını 70% artıracaq.
Yer üzündəki tarazlıqlar:
Cazibə;
-Əgər daha güclü olsaydı: Yer atmosferi çox amonyak və metan yığar, bu da həyat üçün çox mənfi olardı.
-Əgər daha zəif olsaydı: Yer atmosferi çox su itirər, canlılıq mümkün olmazdı.
Günəşə uzaqlıq;
-Əgər daha çox olsaydı: Planet çox soyuyar, atmosferdəki su dövranına mənfi təsir edər, planet buzlaşma dövrünə girərdi.
-Əgər daha yaxın olsaydı: Planet istidən qovrular, atmosferdəki su dövranına mənfi təsir edər, həyat olmazdı.
Yer qabığının qalınlığı;
-Əgər daha qalın olsaydı: Atmosferdən yer qabığına çox miqdarda oksigen daxil olardı.
-Əgər daha incə olsaydı: Həyatı qeyri-mümkün edəcək qədər çox sayda vulkanik hadisə baş verərdi.
Dünyanın öz ətrafındakı fırlanma sürəti;
-Əgər daha yavaş olsaydı: Gecə və gündüz arasında istilik fərqləri çox yüksək olardı.
-Əgər daha sürətli olsaydı: Küləklər çox böyük sürətlərə çatar, qasırğalar və tufanlar həyatı qeyri-mümkün edərdi.
Ay ilə Dünya arasındakı cazibə;
-Əgər daha çox olsaydı: Ayın şiddətli cazibəsinin, atmosfer şərtləri, Dünyanın öz ox ətrafındakı fırlanma sürəti və okeanlardakı qabarma-çəkilmələr üzərində çox sərt təsirləri olardı.
-Əgər daha az olsaydı: Şiddətli iqlim dəyişikliklərinə səbəb olardı.
Dünyanın maqnit sahəsi;
-Əgər daha güclü olsaydı: Çox güclü elektromaqnit fırtınalar olardı.
-Əgər daha zəif olsaydı: Günəş Küləyi deyilən və Günəşdən atılan zərərli hissəciklərə qarşı Dünya qorunmasız qalardı. Hər iki vəziyyətdə də həyat qeyri-mümkün olardı.
Yer üzündən əks olunan Günəş işığının, Yer üzünə çatan Günəş işığına nisbəti
-Əgər daha çox olsaydı: Sürətlə buzlaşma dövrü başlayardı.
-Əgər daha az olsaydı: İstixana effekti həddindən artıq istiləşməyə səbəb olar, Dünya əvvəl buzlaqların əriməsi ilə sular altında qalar daha sonra istidən qovrulardı.
Atmosferdəki oksigen və azot nisbəti:
-Əgər daha çox olsaydı: Həyati funksiyalar mənfi şəkildə sürətlənərdi.
-Əgər daha az olsaydı: Həyati funksiyalar mənfi şəkildə yavaşlayardı.
Atmosferdəki karbon 4 oksid və su nisbəti:
-Əgər daha çox olsaydı: Atmosfer çox isinərdi.
-Əgər daha az olsaydı: Atmosferin temperaturu azalardı.
Ozon təbəqəsinin qalınlığı
-Əgər daha çox olsaydı: Yer kürəsinin temperaturu çox azalardı.
-Əgər daha az olsaydı: Yer üzü həddindən artıq isinər, Günəşdən gələn zərərli ultrabənövşəyi şüaların qarşısını ala bilməzdi.
Seysmik (Zəlzələ) hərəkətlər
-Əgər daha çox olsaydı: Canlılar arasında davamlı ölümlər olardı.
-Əgər daha az olsaydı: Okean dibindəki qidalar suya qarışmaz, okean və dəniz həyatı, dolayısilə, bütün Dünya canlıları mənfi təsirlənərdi.
Əgər kainat və ya Yer kürəsi Cəlal Şengörün iddia etdiyi şəkildə nizamsızlıq, başıboşluq və xaos içində olsaydı, bu tarazlıqlardan birinin belə mövcud olması, şübhəsiz ki, mümkün olmazdı. Bu tarazlıqlardan yalnız birinin, həssas bir ölçüdə pozulması belə, Cəlal Şengörün ayaqlarını möhkəm basdığı bu fövqəladə planetin yox olub getməsi üçün kifayətdir. Uca Allah bir ayəsində belə buyurur:
Sizin yaradılışınız çətindir, yoxsa göyün? Allah onu qurdu, onun qübbəsini yüksəltdi və düzəldib kamilləşdirdi, gecəsini qaranlıq edib, səhərini də nurlandırdı. Sonra yeri döşəyib, onda su və otlaq yaratdı, dağları da yerə bərkitdi. Bunlar sizin və mal-qaranızın faydalanmasından ötrüdür. (Naziat surəsi, 27-33)