3 fevral 2002-ci il tarixli “Hürriyet” qəzetinin “Hürriyet bilim” adlı bölməsində, “Erkək quşlar niyə daha rənglidir?” başlıqlı bir yazı yayımlandı. Yazıda, tovuzquşlarında və digər bəzi quş növlərində, erkəklərin daha rəngli və dəbdəbəli tüklərə sahib olduqları ifadə edilir və “Elm adamlarının bu mövzudakı araşdırmaları nəticəsində gəldikləri nəticələrin Darvinin 1871-ci ildəki tezisi ilə üst-üstə düşdüyü” irəli sürülürdü. Halbuki, əslində ortada Darvinin tezisi ilə üst-üstə düşən heç bir elmi tapıntı yoxdur.
“Hürriyet”in bəhs etdiyi mövzu, canlıların xüsusiyyətlərinin təkamülçü bir ön mühakimə ilə şərh olunmasından və bu şərhə əsaslanan ssenarilər yaradılmasından başqa bir şey deyil.
Bu xəbərin mövzusu, Darvinin 1871-cidə nəşr olunan “The Descent Of Man, And Selection In Relation To Sex” (İnsanın törəməsi və cinsi seçmə) adlı kitabında ortaya atılan tezisdir. Darvin bu kitabda insanın mənşəyinə dair, bu gün təkamülçülərin belə dilə gətirməkdən utandıqları, irqçi fikirlər irəli sürərkən bir tərəfdən də canlılardakı bəzi strukturların “cinsi seçmə”nin əsəri olduğunu iddia etmişdir. Cinsi seçmə, bir heyvan sürüsündəki daha güclü və ehtişamlı fərdlərin, qarşı cins tərəfindən daha cazibədar qəbul edilməsi və bu yolla daha çox törəmələri mənasını verir. Məsələn, bu məntiqə görə, bəzi erkək quşların ehtişamlı rəng və naxışları, dişilərin daha ehtişamlı erkəkləri seçmələrinin nəticəsində təbii seleksiya yolu ilə mərhələ-mərhələ qazanılmış bir xüsusiyyətdir.
“Hürriyet”in xəbərinin qaynağı, “Nature” jurnalı tərəfindən nəşr olunan “Science Update” bülletenidir. Ancaq “Hürriyet”, Türk mətbuatındakı təkamülçü xəbərlərin əksəriyyətində olduğu kimi, xəbərin originalının yalnız bir qisimini yayımlamış, təkamül nəzəriyyəsi baxımından ziddiyətli görünən qisimini isə keçmişdir. Halbuki, əslində “Sex drives birds apart” başlıqlı xəbərdə, bu “quşlar cinsi seçmə ilə rəngləndi” iddiasına qarşı çıxan bir elm adamının da fikirləri qeyd edilmişdir:
Trevor Price: “Bu çalışma tərəfindən ələ alınmamış, ancaq cinsi fərqlilikləri açıqlaya biləcək başqa səbəblər də var” -deyir. Price, San Diyeqodakı Kaliforniya Universitetində quş növlərinin fərqlilikləri üzərində çalışır. Məsələn, quruda yaşayan və döyüşkən bəzi növlər böyük cinsi fərqliliklər göstərirlər, çünki bəlkə də daha böyük və daha parlaq erkəklər, hücum edənləri daha çox yayındırırlar və daha çox mübarizəni qazanıb daha çox cütləşə bilirlər. Yenə də, Priceyə görə, bu populyasiyalar öz daxillərində fərqlilikləri qoruyurlar, çünki bəzən daha güclü erkəklər döyüşməklə məşğulkən, daha göstərişsiz erkəklər cütləşmə üçün imkan tapa bilirlər”. (“Sex Drives Birds Apart: Promiscuity Makes Females Dull And Males Flashy”, Nature Science Update, 13 mart 2001, http://www.nature.com/nsu/010315/010315-5.html)
Göründüyü kimi, başqa bir təkamülçü düşüncə, quşların rəngli tüklərinə tamamilə fərqli bir “şərh” gətirməkdədir. Ancaq diqqət yetirilsə, bu fərqli şərhlərin heç biri, elmi dəlillərə əsaslandırılaraq inkişaf etdirilmiş tezis deyil. Quşların tüklərinin təkamül mexanizmləri ilə şəkilləndiyinin iddia edilə bilməsi üçün, bu tüklərdəki şəkil dəyişikliklərinə gətirib çıxaracaq, ancaq bu vaxt canlıya başqa bir zərər verməyəcək mutasiyaların müşahidə olunması lazımdır. Halbuki, bu istiqamətdə heç bir tapıntı yoxdur. Belə bir mutasiyanın mümkün olduğunu göstərən heç bir dəlil yoxdur. Həm də bu kimi mutasiyaların təbiətdəki tezliyinin hesablanması, bunun populyasiya genetik məlumatlarına görə qiymətləndirilməsi və bu yolla həqiqətən belə bir “təkamül prosesinin” mümkün olub olmadığının hesablanması lazımdır. (Buna bənzər bir hesablama İsrailli biyofizik Lee Spetner tərəfindən edilmiş və Spetner, populyasiya genetik məlumatlarına görə tək bir növün bir başqa növə təkamülləşməsinin praktikada qeyri-mümkün olduğu nəticəsinə gəlmişdir. Baxın. Lee Spetner, Not By Chance, 1997, The Judaica Press, New York)
Təkamülçülər isə bu kimi həqiqi hesablamalarla deyil, xəyal məhsulu ssenarilərlə mövzuya yaxınlaşmaqdadırlar. Təkamülün varlığını kor-koranə qəbul etdikləri üçün, bundan sonra önlərində yalnız “hansı ssenari” sualı qalmaqda, onlar da bu suala xəyal güclərinin köməyi ilə cavablar axtarmaqdadırlar. Bu səbəblədir ki, canlıların mənşəyi mövzusunda bir-birindən fərqli bir çox təkamülçü ssenariyə rast gəlmək mümkündür. Quşların tükləri rənglidirsə, o zaman darvinizm bunu “rənglilik təbii seleksiya ilə seçildiyi üçün belə oldu” deyə şərh edər. Bəzi quşların rəngləri daha solğundursa, o zaman darvinizm buna “rəngləri solğundur, çünki təbii seleksiya solğun olanları üstün etdi” deyə cavab verər. Hər vəziyyət üçün təbii seleksiya mərkəzli bir ssenari yazmaq mümkündür. Ancaq ssenarilər yalnız xəyal gücünə əsaslanır.
Bu səbəblə təkamül nəzəriyyəsi, elmi bir həqiqət deyil, marksizm və ya freydizm kimi doqmatik şərh formasıdır. Bu gerçək, 20-ci əsrin ən böyük filosofu olaraq qəbul edilən Karl Popper tərəfindən əhəmiyyətlə vurğulanmışdır. Popper, hər üçü də 19-ci əsr materializminin məhsulu olan darvinizmin, marksizmin və freydizmin, eynilə astrologiya kimi elmdən kənarda qalan bir təlim olduğunu izah edir. Astrologiya, yəni ulduz falı, insanların davranışları ilə ulduzların hərəkətləri arasında bir “əlaqə” olduğunu fərz edir və sonra da yaşanan hər hadisəni bu fərziyyəyə görə guya açıqlayır. Məsələn, çərşənbə axşamı günü xəstəmi oldunuz? Astrologiyaya inanan bir adam, bunu “Yupiterin dünya üzərindəki təsiri” ilə əlaqələndirə bilər. Sabahısı gün yaxşılaşsanız, bu dəfə də Yupiterin təsirinin dəyişdiyini iddia edər. Hər vəziyyət üçün, guya bir “şərh” gətirər. Amma əslində bu “şərhlər”, astrologiyanın elmi bir nəzəriyyə deyil, tamamilə doqmatik inanc olduğunu göstərməkdədir. Çünki hər vəziyyət üçün bir ssenari çıxarmaq mümkündür, amma bu ssenarilərin doğruluğunu və səhvini test etmə imkanı yoxdur.
Təkamülçülərin insanın və digər canlıların mənşəyinə dair irəli sürdükləri ssenarilər də tamamilə bu şəkildədir. Quşların mənşəyi haqqında “Hürriyet” qəzetinin dilə gətirdiyi ssenari də buna daxildir .
Özünü darvinist bir ön mühakimə ilə şərtləndirməyən, mövzuya ağıl və məntiq yolu ilə yaxınlaşan hər kəs isə, canlılardakı fövqəladə dizaynları şüursuz təbiət mexanizmlərinin məhsulu olaraq görməyin nə qədər axmaq bir inanış olduğunu anlayacaq. Darvin də “… bir tovuzquşunun tüklərini görmək, məni az qala xəstə edir”. (Norman Macbeth, Darvin Retried: An Appeal to Reason, Boston: Gambit, 1971, səh. 101)” etirafını etmişdir. Bu gün elm, canlılardakı dizaynın Darvinin zamanında bilinəndən daha kompleks olduğunu göstərdiyinə görə, dövrümüzün təkamülçüləri nəzəriyyəyə kor-koranə bağlı qalmağı kənara qoyub yaradılış gerçəyini görməlidirlər.