Cəlal Şengör, mutasiyaların möcüzəvi təsirləri olduğunu iddia etmiş və sözü gedən demaqoqca iddiası ilə qonaq olduğu proqramın tamaşaçılarını razı sala biləcəyini düşünmüşdür. Bu mövzuda, “mutasiya ilə Eynşteyn də əldə edilə bilər” şəklində etmiş olduğu açıqlama isə, elmi baxımdan tamamilə etibarsızdır. Mutasiyaların canlı orqanizm üçün yalnız zərər verici olduğu, canlılara əsla yeni məlumat əlavə etməyəcəyi, tam tərsinə mövcud məlumatı yox edib pozacağı bu gün artıq bütün dünya tərəfindən bilinən elmi bir gerçəkdir.
Hazırda darvinistlərin bel bağladığı ən əhəmiyyətli mövzu olan mutasiyaların təkamülləşdirici təsiri olduğu iddiası, yuxarıda qeyd etdiyimiz gerçəyin elmi olaraq başa düşülməsi ilə tamamilə etibarsızlaşmışdır. Bunun dəlilləri bu şəkildədir:
- Mutasiyalar; radiasiya və ya kimyəvi təsirlər nəticəsində, canlının genetik məlumatı olan DNT-də yaranan qopmalar və yer dəyişdirmələrdir. Bu səbəbdən DNT-yə YALNIZ ZƏRƏR GƏTİRƏRLƏR.
- Mutasiyalar orqanizmə 99% zərərli, 1% nisbətində də təsirsizdir. Mutasiyaların səbəb olacağı dəyişikliklər, ancaq Hiroşima, Naqazaki və ya Çernobildəki insanların uğradığı növdən dəyişikliklər ola bilər: Yəni ölülər, şikəstlər və xəstələr…
- Mutasiyalar təsadüfi təsirlərdir. Mutasiya nəticəsində genetik məlumatı meydana gətirən parçalar yerlərindən qopub sökülər, zərər görər, ya da DNT-nin fərqli yerlərinə daşınar. Amma mutasiyalar heç bir şəkildə DNT-yə yeni bir məlumat əlavə etməz. Bu səbəbdən mutasiyaların canlıya yeni məlumat qazandırma kimi bir təsirləri ola bilməz. Bu mövzuda edilən bütün spekulyasiyalar yalnız bir aldatmadır.
- Yenə eyni səbəblə canlıların mutasiyalarla dəyişikliklərə məruz qalıb, fiziologiyası tamamilə fərqli canlılara çevrildikləri iddiası tamamilə yalandır. Mutasiyalar, zərər verici təsirləri bir yana, bir canlıda mövcud olmayan heç bir məlumatı o canlıya əlavə edə bilmə gücünə heç bir şəkildə sahib deyil.
- Darvinistlər mutasiyaların təkamülləşdirdiyi iddiasını sübut edə bilmək üçün illərdir meyvə milçəkləri yetişdirir və bunlar üzərində süni mutasiyalarla təcrübələr aparırlar. Bu canlılar illərlə ola biləcək hər cür mutasiyaya məruz buraxılmışlar. Amma BİR ƏDƏD BELƏ FAYDALI MUTASİYA MÜŞAHİDƏ EDİLMƏMİŞDİR.
Darvinist Gordon Rattray Taylor, bu mövzu ilə əlaqədar olaraq bu etirafı edir:
“Bu çox təəccüblüdür, amma bir o qədər də gözdən qaçırılan bir gerçəkdir: Altmış ildir dünyanın dörd bir tərəfindəki genetiklər təkamülü sübut etmək üçün meyvə milçəkləri yetişdirirlər. Amma hələ BİR NÖVÜN, HƏTTA TƏK BİR FERMENTİN BELƏ ORTAYA ÇIXDIĞI MÜŞAHİDƏ EDİLMƏMİŞDİR”. [1]
- Darvinistlərin faydalı mutasiya nümunəsi olaraq dəlil göstərməyə çalışdıqları mutasiyaya uğramış meyvə milçəkləri, mutasiyaya məruz qaldığına görə iki yeni qanada sahib olmuş, lakin UÇMA FUNKSİYASINI TAMAMİLƏ İTİRMİŞ, yəni şikəst bir canlıdır. Uçma funksiyasını itirən bu canlıda, yenə yeni bir məlumat köçürülməsi reallaşmamış, canlıda onsuz da mövcud olan strukturlar (qanadlar) eyni məlumat istifadə edilərək təkrar meydana gəlmiş, lakin meydana gələrkən canlının uçuş əzələlərinə zərər verərək canlını funksiyasız buraxmışdır.
Bioloq Michael Pitman, meyvə milçəkləri üzərindəki təcrübələrin müvəffəqiyyətsizliyini bu şəkildə ifadə edir:
“Saysız genetik meyvə milçəklərini nəsillər boyunca saysız mutasiyaya məruz buraxdılar. Bəs nəticədə insan istehsalı bir təkamülmü ortaya çıxdı? Təəssüf ki, xeyr. Genetiklərin yaratdıqları canavarlardan yalnız çox azı bəsləndikləri şüşələrin xaricində həyatlarını davam etdirə bildilər. Praktikada mutasiyaya uğradılmış olan bütün milçəklər ya öldülər, ya şikəst qaldılar, ya da nəsil vermə qabiliyyətini itirdilər”. [2]
- Tibb kitablarında “mutasiya nümunəsi” olaraq izah edilən hadisələr, Mongolizm, Daun sindromu, albinizm, cücəlik, xərçəng və s. kimi xəstəliklərdən ibarətdir.
Ohayo Universitetindən Prof. Walter L. Starkey faydalı mutasiya iddialarının etibarsızlığını açıq bir şəkildə dilə gətirir:
“Saatlarla bir rentgen cihazının yanında dayanmaq, ya da bir atom müəssisəsində gözləmək ağıllı hərəkətdirmi? Və ya atom müəssisəsinin partladığı Rusiyadakı Çernobil kimi bir yerə səyahət etmək doğrudurmu? Bizi radiasiyadan qoruyan ozon təbəqəsini aktiv olaraq pozmağa çalışmağımızmı lazımdır? Əgər bu cür radiasiya ilə yaranan təsirlər təkamülləşməyinizə və yeni xüsusiyyətlər inkişaf etdirməyinizə səbəb olacaqsa, elə isə bu radiasiya qaynaqları ilə əlinizdən gəldiyincə çox bombardman edilməyə çalışmağınız lazımdır. Bəlkə də başınızın tam arxasında yeni bir gözünüz ola bilər. Lakin əgər həqiqətən ağıllısınızsa, sizi inkişaf etdirməkdən daha çox zərər verəcəyi üçün bu cür radiasiyalardan qaçarsınız”. [3]
- Gordon R. Taylor, The Great Evolution Mystery, New York, Harper & Row, 1983, s. 48
- Michael Pitman, Adam and Evolution, London: River Publishing, 1984, s. 70
- Walter L. Starkey, The Cambrian Explosion, WLS Publishing, Ohio, 1999, s. 158