Təkamül nəzəriyyəsinin süqutu

Son dövrdə darvinistlər böyük bir qibtə ilə xarici jurnalların möcüzəvi olduğuna inanırlar. Belə ki, sanki bu jurnalları müqəddəs görür, orada nəşr olunmuş hər şeyi müqəddəs sayırlar. Belə bir inancları olduğundan, o jurnallarda bir yazı nəşr olunduqda bunun bihuş edici bir təsir meydana gətirəcəyinə inanırlar. Xarici jurnallara qibtə etmək, təkamül nəzəriyyəsini elmi olaraq müdafiə edə bilməməkdən qaynaqlanan kompleks və məyusluq, onları bu cür şərhlər etməyə məcbur edir.

Bu qibtə hissi elə ölçülərə gəldi ki, xüsusilə ölkəmizdəki təkamül müdafiəçiləri, gözlərində böyütdükləri bu jurnallarda nəşr olunmadığı təqdirdə elmi dəlili dəlil olaraq qəbul etmirlər. “Əgər bir yazı xarici jurnallarda nəşr olundusa doğrudur, nəşr olunmadısa səhvdir” deyərək hər cür elmi gerçəyə qarşı çıxırlar. Əgər bu yazılar kitab halına gətirilsə qəbul etmirlər. Onlara görə, bir yazının elmi və doğru ola bilməsi üçün 27×20 sm ölçüdə, ofset kağıza çap edilmiş, qapağında tez-tez Darvinin rəsmi nəşr olunan 40-50 səhifəlik bir jurnalda olması şərtdir. Əgər üzərinə cild vurulub kitab olsa, içində hər nə qədər elmi dəlil olursa olsun, onlara görə bunun qəbul edilə biləcək tərəfi yoxdur.

Halbuki, ƏSL ELMİ ƏSƏR, ELMİ DƏLİL VERƏNDİR. Elmi dəlil verdiyi müddətcə bu əsər bir CD də ola bilər, kitab da ola bilər, jurnal da ola bilər. Bunun mütləq ingiliscə nəşr olunan, ofset kağıza… ardı...

 

Image result for Gürcistan’ın Dimanisi bölgesinde bulunan birden fazla insana ait fosil“The Independent” qəzeti 9 sentyabr 2009-cu il tarixli sayının ön səhifəsində çox əhəmiyyətli bir fosil tapıntısı haqqında məlumata yer verdi. Qəzetin “İnsanın tarixini təkrar yazan fosil” başlığı altında verilən xəbərdə Gürcüstanın Dimanisi bölgəsində tapılan birdən çox insana aid fosil qalıqlarından bəhs edilirdi. Bu fosilin xüsusiyyətləri və yaşı insanın mənşəyi haqqında darvinist ssenariləri alt-üst etmişdir.

Darvinistlər insanın xəyali təkamülündə tez-tez dəlil kimi istifadə etdikləri, lakin əslində insandan heç nəyi ilə fərqlənməyən homo erectusun 1.9 milyon il əvvəl Afrikada ortaya çıxdığını iddia edirlər. Tapılan fosillər isə, 1.8 MİLYON İLLİK İDİ VƏ AVRASİYADA TAPILMIŞDI. Bu vəziyyət, illərdir məktəblərdə oxudulan təkamül nağıllarının saxta olduğunu bir daha ortaya çıxardı. Darvinistlərin məşhur “AFRİKADAN KÖÇ” SSENARİSİ DİGƏR BÜTÜN TƏKAMÜLÇÜ SSENARİLƏR KİMİ BİR DAHA UĞURSUZLUQLA NƏTİCƏLƏNDİ.

Bu hadisə ilk deyil. Darvinistlər dəfələrlə hazırladıqları ssenarilərdən “bağışlayın səhv etmişik” deyərək geri çəkilmişlər. Daha doğrusu, geri çəkilmək məcburiyyətində qalmışlar, çünki təkamül ssenariləri heç bir elmi dəlilə əsaslanmır. Xəyali hadisələrə əsaslanan ssenarilərini alt-üst edən gerçək fosillər ortaya çıxdıqda isə edə bildikləri tək şey uydurma hekayəni bir az daha dəyişdirib insanlara təqdim etmək olur. Bu o qədər çox baş verir ki, xəyali əcdadlar dəyişir, tarixlər dəyişir və bir anda xəyali əcdad ilə nəvə eyni tarixdə yaşamış olur. Darvinistlərin gizlətdikləri Yaradılışı isbat edən 250… ardı...

 

Turizm və mədəniyyət jurnalı olan “Atlas”ın 138-ci nəşrində Nil Sipahinin, ateist bioloq Richard Dawkins ilə etdiyi bir reportaj yer alırdı. Reportajın mövzusu “eqoistlik və genlər” idi.

Bu reportaj “Dawkinsdən Atlasa: Həyatın hekayəsi” başlığı ilə Sipahinin hazırladığı məqalə ilə birlikdə nəşr olundu. Reportaj və məqalə cəmi 20 səhifə idi. Bu səhifələrdə, həyatın genlər arasındakı guya eqoist mübarizə ilə davam edən müddət olduğu qarşıya qoyuldu və insan da azad iradəsi olmayan, genlərinin fəaliyyətinə görə rəqs edən kukla olaraq izah edildi.

Ancaq “Atlas” jurnalının ateizm təbliğatı etibarsızdır. Eqoist gen tezisi, tarix boyunca var olub; taxtadan, daşdan oyma totemlərdə, heykəllərdə yaşadılmış bütpərəst düşüncənin biologiya terminləriylə bəzənmiş müasir versiyasından başqa bir şey deyil. Allah inancına qarşı olan bu təbliğat, insanlara heç bir qüdrəti olmayan şüursuz molekulları ilah etmələri üçün gizli-gizli verilmək istənən təlqinləri ehtiva etməkdədir.

 

Bu yazıda insanları bütpərəst inanca dəvət edən Dawkins və “Atlas”ın elmi yanılmaları cavablandırılır.

Cavabımız iki qisimdən ibarətdir. İlk qisimdə, “Atlas”dakı yazının əsas mövzusunu təşkil edən eqoist gen tezisinin niyə cəfəngiyat olduğu ortaya qoyulmaqda, ikinci qisimdə isə “Atlas” jurnalında ortaya qoyulan digər yanılmalar cavablandırılır.

 

  1. I) Bir mövhumatçı darvinçinin cəfəngiyatı: Eqoist gen tezisi

Eqoist gen tezisi, “Atlas” jurnalında “məşhur elm adamının tezisi” kimi tanıdılır. Ancaq bu tezis gerçəkdə elmi tezis… ardı...

 

aliatif 150“Hürriyet” qəzetinin yazarı Əli Atif Bir “Tempo” jurnalının 22-28 may tarixli sayında yazdığı “Səsimi eşidən varmı?” başlıqlı yazısını “Səsimi eşidən biri olsun. Varmı?” deyə bitirirdi.

Bəli, biz Əli Atif Birin səsini eşitdik. “Bir az şifrəli” yazdığı yazısının mesajını aldıq. Bu yazıda nümayiş etdirdiyi yanılmaları da təsbit etdik. Aşağıda cavablandırırıq.

Əli Atif Birin yazısında “Richard Dawkins təbliğatı” var idi. Richard Dawkins kimdir? Müasir dövrdə yaşayan ən məşhur və ən fanatik darvinistdir. Oxford universitetinin zooloqu olan Dawkinsi məşhur edən ən böyük faktor isə, zooloji sahəsindəki hər hansı bir çalışması deyil, hər fürsətdə dilə gətirdiyi qatı ateizmidir. Həyatını dini inanclarla mübarizə etməyə və ateizmi yaymağa həsr edən Dawkinsin, təkamül nəzəriyyəsinin qurucusu Charles Darvinə olan heyranlığı da, Darvinin yaradılış anlayışını inkar etməsi və canlıların mənşəyini “təsadüflərə və həyat mübarizəsinə” bağlamasından qaynaqlanır. Dawkins, “Darvin bizə intellektual ateistlər ola bilmə şansını verdi, ona minnətdarıq” sözüylə də tanınır.

Əli Atif Bir isə Dawkinsin fikirlərindən olduqca təsirlənmiş və bu fikirləri oxucularına təlqin etməyə qərar verib… Amma Dawkinsin nöqteyi-nəzərinin və bütün darvinizmin nə cür böyük yanılma olduğunun fərqində deyil.

 

Eqoist gen yanılması

Richard Dawkinsin ən məşhur tezisi, Əli Atif Birin də heyranlığını cəlb edən, “eqoist gen” hekayəsidir. Bununla Dawkins yer üzündəki bütün həyatın genlər arasındakı həyatda… ardı...

 

“Atlas” jurnalının may 2003-cü il tarixli sayında “Dövlətin genləri” başlıqlı yazı nəşr olundu. Mustafa Camal tərəfindən qələmə alınan yazıda yazarın öz ideoloji fikirlərinə uyğun orijinal, ancaq elmdən kənar bir ssenari təlqin olunurdu. Camal əvvəl Richard Dawkinsin batil inancdan ibarət olan eqoist gen tezisinə yer verir, sonra dövlət anlayışına bu batil inanc baxımından yaxınlaşırdı. Bu yazıda eqoist gen tezisinin elmi etibarsızlığı və Camalın “Dövlətin genləri” tezisinin əsassızlığı göstəriləcək.

Bu yazıda dövlətlər soy suverenliyinə əsaslanan, varlıqlarını fəth etmə siyasətləriylə eqoistcə davam etdirmək istəyən vahidlər olaraq əks etdirilir. Misir, Çin, Osmanlı kimi tarixdə müvəffəqiyyətli olmuş dövlətlərin ailəyə əsaslandığı izah edilməkdə, bunların yanında günümüzdən də nümunə verilməkdədir. Ata ilə oğul Buş arasındakı davamlılığın, Səddam və oğulları arasında daha asan görüldüyü və böyük maliyyə təşkilatlarının qlobal ailə ziyalılarına aid olduğu ifadə edilməkdədir. Bütün bunlar guya eqoist genlərin varlıqlarını davam etdirmə mübarizəsiylə açıqlanmağa çalışılmaqdadır.

Gerçəkdə, sən dərəcə əsassız olan bu iddianın əsaslanıldığı eqoist gen tezisi doqmatiq inancdan ibarətdir.

Tezisin sahibi olan Richard Dawkins, “The selfish gene” (Eqoist gen) adlı kitabında bütün canlıların əslində “eqoist, mənfəətçi və yalnız özünü artıraraq varlığını qorumağa çalışan genlərdən ibarət olduğunu” irəli sürmüşdür.

Halbuki, bu iddia son dərəcə çürük və ağılsız fərziyyəyə əsaslanır: Genlərin ağılı, şüuru və hətta “xarakteri” olduğu fərziyyəsinə…

Bu… ardı...