Quran əxlaqı və təfəkkür

hiyeroglif19-cu əsrdə Misir heroqlifləri oxunana qədər “Haman” anlayışı bilinmirdi. Heroqliflər oxununca, Hamanın Fironun yaxın köməkçisi və “daş ocaqlarının başı” olduğu aydın oldu. (Yuxarıda, Misirdəki inşaat işçiləri) Diqqət yetirilməli olan nöqtə, Quranda da Hamanın Fironun əmrində inşaatları idarə edən adam olaraq xatırlanmasıdır. Yəni Quranda, o dövrdə heç bir insan tərəfindən bilinməyəcək məlumat verilmişdir.

Quranda Qədim Misir haqqında verilən məlumatların bəziləri yaxın zamana qədər gizli qalmış bəzi tarixi həqiqətləri ortaya çıxarır. Bu həqiqətlər, Qurandakı hər sözün müəyyən hikmətə görə istifadə edildiyini də bizə göstərir.

Quranda Fironla birlikdə adı çəkilən kəslərdən biri “Haman”dır. Haman, Quranın 6 ayəsində, Fironun ən yaxın adamlarından biri olaraq tanıdılır.

Buna qarşılıq Tövratda hz. Musanın həyatını izah edən hissədə, Hamanın adı heç keçməz. Lakin Haman adı Əhdi Ətiqin sonrakı hissələrində, hz. Musadan təxminən 1100 il sonra yaşamış və yəhudilərə zülm etmiş Babil kralının köməkçisi olaraq keçir.

Quran haqqında ağıldan uzaq şərhlər edən bəzi müsəlman olmayanların iddialarının əsassız olduğu Misir heroqlifinin bundan təxminən 200 il əvvəl oxunub, Qədim Misir kitabələrində “Haman” adının olmasıyla ortaya çıxdı. 18-ci əsrə qədər Qədim Misir dilində yazılmış kitabələr və yazılar oxuna bilmirdi. Qədim Misir dili heroqlifi və illər boyu bu dil varlığını davam etdirmişdi. Lakin 2-ci və 3-cü əsrdə xristianlığın yayılması və mədəni təsiriylə Misir,… ardı...

 

Firon olaraq bilinən Misir kralları, qədim Misirin çox tanrılı batil dinində, özlərini ilah olaraq qəbul edirdilər. Allah, həm Misir xalqının haqq dinə qarşı batil sistemi mənimsəmiş olduğu, həm də İsrailoğullarının kölələşdirildiyi dövrdə, hz. Musanı elçisi olaraq Misir qövmünə göndərmişdir.

kizildeniz

Ancaq qədim misirlilər -başda Firon və yanındakılar- Hz. Musanın haqq dinə dəvətinə baxmayaraq bütpərəst inanclarından imtina etmirdilər. Hz. Musa, Firona və yanındakılara çəkinmələri lazım olan şeyləri açıqlamış və onları Allahın əzabına qarşı xəbərdar etmişdi. Buna qarşılıq onlar üsyan edib hz. Musanı dəlilik, cadugərlik və yalançılıqla günahlandırmışdılar. Firon və qövmünə çox sayda bəla verilməsinə baxmayaraq, onlar Allaha təslim olmamışdılar, Allahı tək İlah olaraq qəbul etməmişdilər. Hətta başlarına gələnlərdən ötrü hz. Musanı məsul tutaraq, onu Misirdən çıxarmaq istəmişdilər. Allah Quranda, hz. Musa və bərabərindəki möminlərə belə buyurur:

 

Biz Musaya: “Qullarımla birlikdə gecə yola çıx. Çünki siz təqib olunacaqsınız” – deyə vəhy etdik. Firon şəhərlərə əsgər toplayanlar göndərdi. O dedi: “Bunlar kiçik bir dəstədir. Onlar bizi qəzəbləndirmişlər. Biz hamımız ayıq-sayıq olmalıyıq”. Biz onları (o zalım tayfanı) bağlardan və çeşmələrdən çıxartdıq; xəzinələrdən və gözəl yerlərdən də qovduq. Beləcə, Biz İsrail oğullarını o yerlərə varis etdik. Günəş üfüqdən qalxarkən Firon öz əsgərləri ilə onları izləməyə başladılar. (Şuəra surəsi, 52-60)

denizinyarilmasi2

Quranda bildirildiyi üzrə, bu təqibin ardından… ardı...

 

Firon və yaxın ətrafı öz çox tanrılı sistemlərinə, bütpərəst inanclarına elə bağlı idilər ki, hz. Musanın möcüzələrlə gəlməsi belə onları bu batil inanclarından döndərməmişdi. Üstəlik bunu açıqca ifadə edirdilər:

 

Kafirlər dedilər: “Sən bizi sehrləmək üçün nə qədər möcüzə gətirsən də, biz sənə inanan deyilik!” (Əraf surəsi, 132)

 

Bu münasibətlərinin qarşılığında Allah, onlara dünyada da əzab daddırmaq üçün ayənin ifadəsiylə “ayrı-ayrı möcüzələr” (Əraf surəsi, 133) olaraq fəlakətlər göndərdi. Bunlardan ilki quraqlıq və bu səbəbdən əldə edilən məhsulların azalması idi. Mövzuyla əlaqədar Quran ayəsi belədir:

 

Biz Firon xalqını quraqlıq illərinə və məhsul qıtlığına məruz qoyduq ki, bəlkə düşünüb ibrət alsınlar. (Əraf surəsi, 130)

 

Misirlilər əkinçilik sistemlərini Nil çayına əsaslandırmışdılar və bunun sayəsində təbii şərtlərin dəyişməsi onlara təsir etmirdi. Ancaq Firon və yaxın ətrafının Allaha qarşı təkəbbürlənmələri və Allahın peyğəmbərini tanımamaları səbəbiylə onlara gözlənilməz fəlakət gəlmişdi. Lakin ayədə də ifadə edildiyi kimi “düşünüb ibrət almaları” lazım olarkən, bu olanları hz. Musanın və İsrailoğullarının gətirdiyi uğursuzluq olaraq qəbul etdilər. Ardından Allah, ardıcıl fəlakət göndərdi. Bu fəlakətlər Quranda belə bildirilmişdir:

 

Biz də onların üstünə müxtəlif möcüzələr olaraq tufan, çəyirtkələr, bitlər, qurbağalar və qan göndərdik. Onlar isə təkəbbürlük göstərdilər və günahkar bir tayfa oldular. (Əraf surəsi, 133)

 

Misir xalqının… ardı...

 

Firon zamanından qalma papiruslarda, hz. Musadan “sehrbaz” olaraq bəhs edilir. (Bəhsi keçən papiruslar İngiltərədə Britaniya muzeyindədir.) Firon və tərəfdarları bütün səylərinə baxmayaraq, hz. Musanın qarşısında heç vaxt üstün gələ bilməmişlər.

Bu ədalətin idarəçisi Günəşin oğlu Ammonun böyük qardaşı olan və atası Günəş kimi daim yaşayan Ramzesin krallığı zamanında yeddinci paynı ayının, ikinci günü yazıldı… Bu məktubu aldığın vaxt qalx, işə başla, tarlaların nəzarətini üzərinə götür. Dənli bitkilərin hamısını məhv edən su basması kimi yeni bəlanın xəbərini aldığında ağlını işlət. (Yəni düşün), Hemton onları ehtirasla yeyərək məhv etdi, anbarlar deşildi, siçanlar tarlalarda yığın halındadır, birələr qasırğa şəklindədir, əqrəblər ehtirasla yeyirlər, kiçik ağcaqanadların açdığı yaralar sayılmayacaq qədər çoxdur. Və əhalini kədərləndirir… Scribe, (Scribe ingiliscə yəhudi alimi deməkdir. Burada nəzərdə tutulan ehtimalla hz. Musadır.) küllü miqdarda dənli bitkiləri məhv etmək məqsədinə nail oldu… Sehrlər onlar üçün çörəkləri kimidir. Scribe… yazmaq sənətində insanların birincisidir.”

Hz. Musadan “sehrbaz” olaraq bəhs edilməsi Quranda bu ayələrdə xəbər verilir:

 

Onlar: “Ey sehrbaz! Sənə verdiyi əhd xatirinə Rəbbinə bizdən ötrü dua et, biz də doğru yola gələk” – dedilər. (Zuxruf surəsi, 49)

 

Kafirlər dedilər: “Sən bizi sehrləmək üçün nə qədər möcüzə gətirsən də, biz sənə inanan deyilik!” (Əraf surəsi, 132)

 

ayetler5

Əhdi-Ətiqdə hz. İbrahim ilə hz. Yusif zamanındakı Misir hökmdarından Firon deyə bəhs edilir. Halbuki Firon xitabı hər iki peyğəmbərdən çox sonra istifadə ediləcək.

Quranda hz. Yusif dövründəki Misir rəhbərindən bəhs edilərkən “hökmdar, kral, sultan” mənalarını verən ərəbcə “Əl məlik” sözü istifadə edilir:

 

Padşah dedi: “Onu yanıma gətirin!”… (Yusif surəsi, 50)

 

Hz. Musa dövründəki Misir rəhbərindən isə “Firon” kəlməsi ilə bəhs edilir. Quranda edilən bu ayrı-seçkilik, Əhdi-Ətiqdə və Əhdi-Cədiddə ya da musəvi tarixçilər tərəfindən edilməz, sadəcə Firon ifadəsi istifadə edilir.

Necə ki, həqiqətən də Misir tarixində “Firon” termininin istifadəsi yalnız keçmiş dövrə aid idi, Firon xitabı ilk olaraq 14-cü əsrdə Amenhotep IV dövründən etibarən istifadə edilməyə başlamışdır. Hz. Yusif isə bu tarixdən ən az 200 il əvvəl yaşamışdır. 224

“Encylopedia Britannica”da, Firon sözü üçün yeni krallıqdan etibarən (18-ci Xanədandan başlayır, 1539-1292) 22-ci xanədana qədər (E.ə. 945-730) istifadə edilən hörmət ünvanı olduğu, daha sonraları bu xitabın kralın ünvanına çevrildiyi, daha əvvəllər isə bu ünvanın heç istifadə edilmədiyi ifadə edilir. Bu mövzudakı başqa məlumat isə, “Academic American Encyclopedia”da verilir və Firon ləqəbinin Yeni Krallıqdan etibarən istifadə edilməyə başlandığı ifadə edilmişdir.

Görüldüyü kimi, Firon sözünün istifadəsi müəyyən tarixdən etibarən əsas mövzu olmuşdur. Bu səbəbdən Quranda bu ayrı-seçkiliyin tam olaraq edilməsi -hz. Yusif zamanındakı hökmdardan həmişə “Kral” olaraq danışılarkən, hz. Musa zamanındakı hökmdardan hər səfərində “Firon” olaraq bəhs edilməsi- Quranın Allahın sözü olduğunu isbat edən başqa dəlildir.

 

  1. http://www.islamic awareness.org/Quran/Contrad/External/josephdetail.html;

http://www.islaam.com/Article.asp?id=40.