Firon olaraq bilinən Misir kralları, qədim Misirin çox tanrılı batil dinində, özlərini ilah olaraq qəbul edirdilər. Allah, həm Misir xalqının haqq dinə qarşı batil sistemi mənimsəmiş olduğu, həm də İsrailoğullarının kölələşdirildiyi dövrdə, hz. Musanı elçisi olaraq Misir qövmünə göndərmişdir.

kizildeniz

Ancaq qədim misirlilər -başda Firon və yanındakılar- Hz. Musanın haqq dinə dəvətinə baxmayaraq bütpərəst inanclarından imtina etmirdilər. Hz. Musa, Firona və yanındakılara çəkinmələri lazım olan şeyləri açıqlamış və onları Allahın əzabına qarşı xəbərdar etmişdi. Buna qarşılıq onlar üsyan edib hz. Musanı dəlilik, cadugərlik və yalançılıqla günahlandırmışdılar. Firon və qövmünə çox sayda bəla verilməsinə baxmayaraq, onlar Allaha təslim olmamışdılar, Allahı tək İlah olaraq qəbul etməmişdilər. Hətta başlarına gələnlərdən ötrü hz. Musanı məsul tutaraq, onu Misirdən çıxarmaq istəmişdilər. Allah Quranda, hz. Musa və bərabərindəki möminlərə belə buyurur:

 

Biz Musaya: “Qullarımla birlikdə gecə yola çıx. Çünki siz təqib olunacaqsınız” – deyə vəhy etdik. Firon şəhərlərə əsgər toplayanlar göndərdi. O dedi: “Bunlar kiçik bir dəstədir. Onlar bizi qəzəbləndirmişlər. Biz hamımız ayıq-sayıq olmalıyıq”. Biz onları (o zalım tayfanı) bağlardan və çeşmələrdən çıxartdıq; xəzinələrdən və gözəl yerlərdən də qovduq. Beləcə, Biz İsrail oğullarını o yerlərə varis etdik. Günəş üfüqdən qalxarkən Firon öz əsgərləri ilə onları izləməyə başladılar. (Şuəra surəsi, 52-60)

denizinyarilmasi2

Quranda bildirildiyi üzrə, bu təqibin ardından iki birlik qarşı-qarşıya gəldikləri sırada, Allah dənizi yararaq hz. Musanı və onunla birlikdə iman edənləri qurtarmış, Firon və qövmünü isə həlak etmişdir. Quranda Allahın iman edənlərə köməyi bu şəkildə bildirilir:

 

Biz Musaya: “Əsanla dənizə vur!” – deyə vəhy etdik. Dəniz dərhal yarıldı, on iki yol açıldı və hər biri nəhəng bir dağ kimi oldu. O birilərini də ora yaxınlaşdırdıq. Musa və onunla birlikdə olanların hamısını xilas etdik. O birilərini isə suya qərq etdik. Şübhəsiz ki, bu hekayətdə bir ibrət vardır. Lakin onların çoxu iman gətirmədi. Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir. (Şuəra surəsi, 63-68)

harita2

Bu mövzuyla əlaqədar olaraq yaxın keçmişdə tapılmış, Firon zamanından qalma papiruslarda belə bir izaha rast gəlinir:

Sarayın ağ otağının gözətçisi kitablarının rəisi Amenamonidən katib Penterhora:

Bu məktub əlinizə çatdığı vaxtda və nöqtəsinə kimi oxunduğu zaman, ürəyini mütəəssir edəcək halda olan acı fəlakəti, girdaba qərq olma fəlakətlərini öyrənərək ürəyini qasırğa önündəki yarpaq kimi ən şiddətli iztiraba təslim et…

… Müsibət şiddətli zərurət birdən-birə onu zəbt etdi. Sular içində yuxu, canlını acınacaqlı bir şey etdi… Rəislərin ölümünü, qövmlərin əfəndisinin, şərqlərin və qərblərin kralının məhv olmasını təsvir et. Sənə göndərdiyim xəbər hansı xəbərlə müqayisə edilə bilər? 209

 

Quranda keçmişlə əlaqədar bildirilən hadisələrin, indiki vaxtda tarixi dəlillərlə işıqlanması şübhəsiz ki, Quranın əhəmiyyətli möcüzəsidir. (Ətraflı məlumat üçün baxın. Harun Yəhya, Həzrəti Musa, Qövmlərin Həlakı, Araşdırma nəşriyyat)

 

Hz. Musa və İsrailoğullarının Qırmızı dənizi keçərkən yaşadıqları bu möcüzə, bir çox tədqiqata mövzu olmuşdur. Aparılan arxeoloji tədqiqatlarda, Misirdən çıxdıqdan sonra Qırmızı dənizə qədər uzanan yolun yanında, Firon ilə hz. Musa və qövmünün qarşı-qarşıya gəldikləri yerin, coğrafi baxımdan dağlarla əhatəli mövqedə olduğu da təsbit edilmişdir. (Doğrusunu Allah bilir)

m1

Cebel-il Musa olaraq bilinən dağ, Sina yarımadasındadır. Ancaq, yeni tapıntılar Qırmızı dənizin ərəbistan sahilində olduğunu göstərir.

m2(1)

Hz. Musa və İsrailoğulları üçün uzun və çətin bir yoldan sonra dağların arasında çıxış yolu görsənirdi.

m3

Bu məlumatlar əsasında yola çıxan elm adamları bir çox araşdırmadan sonra, dənizin necə ikiyə ayrıldığı mövzusunda təəccüblü nəticələrlə qarşılaşdılar. Araşdırmaların nəticələri Quranda xəbər verilən hadisə ilə tamamilə eyni idi.

Naum Volzinqer və Aleksei Androsov adlı iki rus riyaziyyatçı, hz. Musanın Qırmızı dənizi “ortadan ikiyə” ayırmasının mümkün olduğunu riyazi olaraq sübut etdilər. Rus riyaziyyatçılar, bu möcüzənin ehtimal hesabı üzərində dayanan elm adamlarının əksinə, möcüzəni meydana gətirəcək şərtləri araşdırdılar və bu araşdırmalar onları möcüzəni təsdiqləyən nəticəyə gətirdi.

denizyarilmasi

Bəhsi keçən elm adamlarının Rusiya Elmlər Akademiyası bülletenindəki şərhlərinə görə, Qırmızı dənizdə o zamanlar səthə yaxın nəhəng qayalıq var idi. Bu vəziyyətdən yola çıxaraq, bu elm adamları, qayalığın su səviyyəsi üzərində qalmasını təmin edəcək fırtınanın şiddəti və küləyin sürətini təyin etməyə çalışdılar. Etdikləri işlər nəticəsində, sürəti saniyədə 30 metrə çatan küləyin, dənizin çəkilərək qayalığı su səviyyəsinin üzərində tutmasını təmin edə biləcəyi aydın oldu. Rusiya Okean elm İnstitutundan Naum Volzinqer, bu vəziyyətdə sayları 600 min olan yəhudinin 7 kilometr uzunluqdakı qayaları izləyərək, dörd saata qarşı sahilə çata biləcəyi nəticəsinə gəldiklərini izah etdi. Yəhudilərin keçməsindən yarım saat sonra isə qayaların yenidən sular altında qalmasını və onları izləyən misirlilərin də bu şəkildə boğulmasını söylədi. 210 Bundan əlavə Volzinqer, iş yoldaşı Androsov ilə birlikdə İsaak Nyutonun bu sözündən yola çıxaraq bu işə başladıqlarını ifadə etmişdir:

 

Allahın Dünyanı fizika qanunları ilə idarə etdiyinə razı gəldim. 211

 

Unudulmamalıdır ki, bu təbiət hadisəsinin hər zaman olma ehtimalı var. Allahın diləməsiylə, küləyin sürəti, yeri və zamanı kimi şərtlər lazım olduğu şəkildə reallaşdığında bu möcüzə yenidən meydana gələ bilər. Ancaq buradakı əsl möcüzəvi istiqamət, bu hadisələrin tam da hz. Musa və İsrailoğullarının məğlub olacaqları anda reallaşmasıdır. Tam hz. Musa ilə birlikdə olan birliyin keçəcəyi vaxt suların çəkilib, Firon və ordusu keçərkən suların təkrar yüksəlməsi, Allahın möminlərə köməyinin açıq nümunəsidir. Necə ki, hz. Musa bu çətin anda Allaha sığınıb güvənərək son dərəcə gözəl əxlaq nümunəsi sərgiləmişdir:

 

İki dəstə bir-birini görüncə Musanın səhabələri: “Biz yaxalanacağıq!” – dedilər. Musa dedi: “Xeyr, Rəbbim mənimlədir. O mənə doğru yol göstərəcəkdir!” (Şuəra surəsi, 61-62)

 

 

  1. British Museum, 6 nömrəli Misir papirusu.
  2. Galina Stolyarova, 20 yanvar 2004, “City Scientists Say Red-Sea Miracle Can Be Explained”, The St. Peterburq Times, www.sptimes.ru/archive/times/936/top/t_11445.htm; Galina Stolyarova, 21 yanvar 2004, “Mathematicians Dissect a Miracla”, The Moscow Times, http://www.themoscowtimes.com/stories/2004/01/21/003.html
  3. Galina Stolyarova, 20 yanvar 2004, “City Scientists Say Red-Sea Miracle Can Be Explained”, The St. Peterburq Times, www.sptimes.ru/archive/times/936/top/t_11445.htm; Galina Stolyarova, 21 yanvar 2004, “Mathematicians Dissect a Miracle”, The Moscow Times, http://www.themoscowtimes.com/stories/2004/01/21/003.html