İçeriğe geç

Atom enerjisi və nüvə parçalanması

Şübhəsiz ki, toxumu da, çərdəyi də Allah çatladır. O, ölüdən diri çıxarır, diridən isə ölü çıxarır. Budur Allah! Siz necə də haqdan döndərilirsiniz! (Ənam surəsi, 95)

 

Ənam surəsinin 95-ci ayəsində “toxum” (elhabbi) və “çəyirdək” (enneva) ifadələriylə atomun yarılması, parçalanması ilə əlaqədar vəziyyətə işarə edilə bilər. Necə ki, “enneva” sözünün lüğəvi mənaları arasında, çəyirdək, mərkəz, atom nüvəsi yer alır. Bundan əlavə ayədə təsvir edilən ölüdən diri çıxarılması, ölü olan enerjidən Allahın maddəni yaratması şəklində şərh oluna bilər. Diridən ölü çıxması isə, maddənin atomu hərəkətli olduğu üçün (diri), maddədən enerjinin (ölü) çıxması ola bilər. (Doğrusunu Allah bilir.) Çünki diri olaraq çevrilən “elhayye” canlı mənasıyla yanaşı aktiv, enerjili mənalarına da gəlir. Ölü olaraq çevrilən “elmeyyiti” ifadəsinin də cansız mənanı daşımasıyla, enerjini ifadə etmə ehtimalı var.

atom(1)

Günümüzdə parçalanma üsulu ilə atom nüvəsi yarılaraq parçalara ayrılır.

Enerji, elm adamları tərəfindən iş görmə tutumu şəklində təyin olunur. Maddə isə yer üzündə və kainatın içində obyektləri meydana gətirən vəsaitdir və elektron mikroskopu altında görülə bilən hərəkət halındakı atom və molekullardan meydana gəlir. Albert Eynşteyn 20-ci əsrin əvvəlində enerji və maddənin atom səviyyəsində bir-birləriylə əlaqəli olduğunu qarşıya qoyaraq, maddənin enerjiyə çevrilməsinin mümkün ola biləcəyini ifadə etmişdir. Bu vəziyyət yuxarıda təsvir etdiyimiz, diridən ölü çıxması, yəni atom səviyyəsində hərəkətli maddədən enerjinin əldə edilməsi ola bilər. Bundan əlavə “çıxarır” olaraq çevrilən “yuhricu” sözü, çölə çıxarmaq, saçmaq, xaricə doğru çıxarmaq, yaymaq (məsələn, elektrik dalğalarını) mənalarını verir. Bu səbəbdən ayədə keçən sözlər atomdan əldə edilən enerji şəklini təsvir edə bilər. (Doğrusunu Allah bilir.)

Bilindiyi kimi günümüzdə atomun nüvəsi yarılaraq parçalara ayrılır. Eynşteynin nəzəriyyələrindən yola çıxan elm adamları, 1940-cı illərdə nüvə parçalanması yoluyla maddədən enerji əldə edə bilməyi bacarmışdır. Atomların parçalanması və ya yarılması ilə reallaşan bu əməliyyata “nüvə parçalanması” deyilir. Ənam surəsinin 95-ci ayəsində “faliku” sözü ilə ifadə edilən “yarma” hərəkəti də, parçalanma sözünün lüğəvi mənası olan (atom nüvəsini) yarıb ayırma əməliyyatını təsvir edə bilər. Bu əməliyyat reallaşdırıldığında fövqəladə miqdarda enerji ortaya çıxar.

Ənam surəsinin 95-ci ayəsindəki sözlər daşıdıqları mənalar etibarilə son dərəcə hikmətlidir. Bu ayədə təsvir edilən hadisələr, atom enerjisinin əldə edilmə şəkli olan, atom nüvəsini parçalama əməliyyatına son dərəcə bənzərdir. Bu səbəbdən bu ayədə, 20-ci əsrin texnologiyasıyla mümkün olan nüvə parçalanma üsuluna işarə edilə bilər. (Doğrusunu Allah bilir.)

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz