Firon və yaxın ətrafı öz çox tanrılı sistemlərinə, bütpərəst inanclarına elə bağlı idilər ki, hz. Musanın möcüzələrlə gəlməsi belə onları bu batil inanclarından döndərməmişdi. Üstəlik bunu açıqca ifadə edirdilər:

 

Kafirlər dedilər: “Sən bizi sehrləmək üçün nə qədər möcüzə gətirsən də, biz sənə inanan deyilik!” (Əraf surəsi, 132)

 

Bu münasibətlərinin qarşılığında Allah, onlara dünyada da əzab daddırmaq üçün ayənin ifadəsiylə “ayrı-ayrı möcüzələr” (Əraf surəsi, 133) olaraq fəlakətlər göndərdi. Bunlardan ilki quraqlıq və bu səbəbdən əldə edilən məhsulların azalması idi. Mövzuyla əlaqədar Quran ayəsi belədir:

 

Biz Firon xalqını quraqlıq illərinə və məhsul qıtlığına məruz qoyduq ki, bəlkə düşünüb ibrət alsınlar. (Əraf surəsi, 130)

 

Misirlilər əkinçilik sistemlərini Nil çayına əsaslandırmışdılar və bunun sayəsində təbii şərtlərin dəyişməsi onlara təsir etmirdi. Ancaq Firon və yaxın ətrafının Allaha qarşı təkəbbürlənmələri və Allahın peyğəmbərini tanımamaları səbəbiylə onlara gözlənilməz fəlakət gəlmişdi. Lakin ayədə də ifadə edildiyi kimi “düşünüb ibrət almaları” lazım olarkən, bu olanları hz. Musanın və İsrailoğullarının gətirdiyi uğursuzluq olaraq qəbul etdilər. Ardından Allah, ardıcıl fəlakət göndərdi. Bu fəlakətlər Quranda belə bildirilmişdir:

 

Biz də onların üstünə müxtəlif möcüzələr olaraq tufan, çəyirtkələr, bitlər, qurbağalar və qan göndərdik. Onlar isə təkəbbürlük göstərdilər və günahkar bir tayfa oldular. (Əraf surəsi, 133)

 

Misir xalqının başına gələn fəlakətlərlə əlaqədar olaraq papirusdakı məlumatlar eynilə Quranda izah edildiyi kimi idi. Quranda Misir xalqının başına gələn bu bəlalarla əlaqədar bildirilənlər, 19-cu əsrin əvvəlində, Orta Krallıq dövründən qalan ipuver papiruslarının Misirdə tapılmasıyla, Quranda izah edilən həqiqətlər bir daha təsdiqləndi. Bu papirus tapıldıqdan sonra, 1909-cu ildə Leiden Hollandiya Muzeyinə aparılıb A. H. Gardiner tərəfindən tərcümə edildi. Papirusda Misirdəki qıtlıq, quraqlıq kimi fəlakətlər və Misirdən kölələrin qaçışı izah edilir. Bundan əlavə bəhsi keçən papirusun yazarı İpuverin də bu hadisələrin şahidi olduğu aydın olur.

Misir xalqının başına gələn fəlakətlər zənciri, Quranda izah edilən qıtlıq, qanın müsəllət olması kimi bəlalarla son dərəcə uyğundur. 212  Allahın Quranda bildirdiyi bu fəlakətlərdən ipuver papiruslarında belə bəhs edilir:

Fəlakətlər bütün məmləkəti bürümüşdü. Hər yerdə qan vardı. 213

Çay qan oldu. 214

Dünən gördüyüm hər şey həlak oldu. Biçilmiş kimi hər torpaq çılpaq.215

Misirin aşağı hissəsi məhv oldu… Bütün saray kimsəsiz qaldı. Sahib olunan hər şey: buğda, arpa, qazlar və balıqlar. 216

Həqiqətən əkin hər yerdə məhv oldu..217

46(2)

Misirdə, 19-cu əsrin əvvəllərində, Orta Krallıq dövrünün sonlarına aid papirus tapıldı. Tapılan papirus Hollandiyadakı Leiden Muzeyinə aparıldı və A. H. Gardiner tərəfindən 1909-cı ildə tərcümə edildi. Papirusun hamısı “Admonitions of an Egyptian from a Heiratic Papyrus in Leiden” (Leidendəki papirusda bir misirlinin nəsihətləri) adlı kitabda yer alır. Papirusda Misirdəki böyük dəyişikliklər; aclıq, quraqlıq, kölələrin misirlilərin sərvətləriylə qaçması və ölkəni əhatə edən ölümlər təsvir edilir. Papirus, Ipuver adlı misirli tərəfindən yazılmışdı və buradakı izahatlardan bu adamın Misirdəki fəlakətlərə şəxsən şahid olduğu aydın idi. 218 Bu papirus çox mənalı olaraq fəlakətləri, Misir kübar cəmiyyətinin ölümünü, Fironun məhvini izah edən əl yazmasıdır.

 

Torpaqlar- bütün qarışıqlığa və səs-küyə baxmayaraq… Doqquz gün boyunca saraydan heç bir çıxış yox idi və kimsə o şəxsin üzünü görə bilmədi… Şəhərlər qüvvətli sellərlə yerlə bir oldu… Yuxarı Misir xarabalığa dönmüşdü… hər yerdə qan vardı… ölkədə epidemik xəstəliklər baş verdi… Bu gün həqiqətən kimsə şimala Biblə gedə bilmir. Mumiyalarımız üçün nə edəcəyik?… Qızıl azalır. 219

İnsanlar sudan qorxar oldu. Su içdikdən sonra belə susadılar.

220

Budur suyumuz! Xoşbəxtliyimiz! Edə biləcəyimiz nə var? Hər şey talan oldu. 221

 

Şəhərlər dağıldı. Yuxarı Misir qurudu. 222

Məskunlaşma sahələri bir dəqiqə içində alt-üst oldu. 223

 

20-ci əsrdə məlumat sahibi olduğumuz bu papirusda Firon və qövmünə isabət edən fəlakətlərdən Quranla paralel olaraq bəhs edilməsi, Quranın İlahi qaynaq olduğunu bir daha ortaya qoyur.

 

  1. http://www.ohr.org.il/special/pesach/ipuwer.htm
  2. http://www.mystae.com/restricted/streams/thera/plagues.html; Admonitions of Ipuwer 2:5-6.

214. http://www.mystae.com/restricted/streams/thera/plagues.html; Admonitions of Ipuwer 2:10.

  1. http://www.students.itu.edu.tr/~kusak/ipuwer.htm; Admonitions of Ipuwer 5:12.
  2. http://www.students.itu.edu.tr/~kusak/ipuwer.htm; Admonitions of Ipuwer 10:3-6
  3. http://www.students.itu.edu.tr/~kusak/ipuwer.htm; Admonitions of Ipuwer 6:3
  4. http://www.ohr.org.il/special/pesach/ipuwer.htm
  5. http://www.mystae.com/restricted/streams/thera/plagues.html; Admonitions of Ipuwer.
  6. http://www.students.itu.edu.tr/~kusak/ipuwer.htm; Admonitions of Ipuwer 2:10.
  7. http://www.students.itu.edu.tr/~kusak/ipuwer.htm; Admonitions of Ipuwer 3:10-13.
  8. http://www.geocities.com/regkeith/linkipuwer.htm; Admonitions of Ipuwer 2:11.
  9. http://www.geocities.com/regkeith/linkipuwer.htm; Admonitions of Ipuwer 7:4.