Lut peyğəmbər, İbrahim peyğəmbərlə eyni dövrdə yaşayırdı. Hz. Lut, hz. İbrahimə qonşu qövmlərdən birinə elçi olaraq göndərilmişdi. Bu qövm, Quranda ifadə edildiyinə görə o günə qədər dünya üzərində görülməmiş pozğunluğu, homoseksuallığı tətbiq edirdi. Hz. Lut, onlara bu pozğunluqdan imtina etmələrini söylədiyində və onlara Allahın İlahi təbliğini gətirdiyində ona inanmadılar, hz. Lutun peyğəmbərliyini inkar etdilər və pozğunluqlarına davam etdilər. Bunun nəticəsində də qövm, qorxunc fəlakətlə həlak edildi.
Lutu da elçi göndərdik. Bir zaman o, öz qövmünə demişdi: “Sizdən əvvəl aləmlərdən heç kəsin etmədiyi iyrənc əməli sizmi edəcəksiniz? Siz, qadınları qoyub şəhvətlə kişilərin yanına gedirsiniz. Həqiqətən, siz, həddi aşmış adamlarsınız”. Onun qövmünün cavabı: “Onları yurdunuzdan çıxarın. Axı onlar təmizliyə can atan adamlardır” – deməkdən başqa bir şey olmamışdı. Biz onu və ailəsini xilas etdik. Yalnız arvadından başqa. O, geridə qalanlardan oldu. Biz onların üstünə daşlardan yağış yağdırdıq. Bir gör günahkarların aqibəti necə oldu. (Əraf surəsi, 80-84)
Biz günah əməllər törətdiklərinə görə bu şəhərin sakinlərinin üstünə göydən bir əzab endirəcəyik”. Həqiqətən, Biz düşünən adamlar üçün o şəhərdən açıq-aydın bir əlamət saxladıq. (Ənkəbut surəsi, 34-35)
Hz. Lutun yaşadığı və sonra həlaka uğrayan bu şəhərin Əhdi-Ətiqdə keçən adı Sodomdur. Qırmızı dənizin şimalında qurulmuş bu qövmün, Quranda yazılanlara uyğun şəkildə həlak edildiyi aydın olmuşdur. Aparılan arxeoloji çalışmalardan aydın olduğuna görə, şəhər, bu günkü İsrail-İordaniya sərhədi boyunca uzanan Duz Gölünün (Ölü Dəniz) yaxınlığındadır. Elm adamlarının tapıntılarına görə bu sahə olduqca çoxlu miqdarda kükürdlə doludur. Bu səbəblə, bütün bölgədə heyvan və ya bitki olaraq heç bir həyat formasına rast gəlinmir və bu bölgə dağıntının simvolu vəziyyətindədir.
Bilindiyi kimi, kükürd vulkanik partlayışlarla ortaya çıxan elementdir. Necə ki, Quranda bildirilən həlak şəkli zəlzələ və vulkanik partlayışlar olduğuna dair açıq-aşkar dəlillər daşıyır. Alman arxeoloq Werner Keller bu bölgə haqqında belə deyir:
Bu bölgədə bir gün özünü göstərmiş çox böyük qəzada partlayışlar, ildırımlar, yanğınlar və təbii qazlarla birlikdə qorxunc zəlzələ olmuş və Siddim Vadisi ilə birlikdə Lut qövmünün şəhərləri yerin dərinliklərinə batmışdılar… Bu zəlzələ əsnasında, yer qabığının çatlayıb çökməsi, qabığın altındakı vulkanlara sərbəst yol vermişdir. İordaniyanın yuxarı vadisində bu gün də sönmüş kraterlərə rast gəlinir, buralarda əhəng layları üzərində geniş lava kütlələri və bazalt layları yerləşir. 233
Məhz bu lava və bazalt layları, vaxtı ilə burada vulkanik partlayışın və zəlzələnin olduğunu göstərən ən böyük dəlillərdir. Onsuz da Lut gölü ya da o biri adıyla Ölü dəniz, aktiv seysmik bölgənin, yəni zəlzələ qurşağının tam üstündə yer alır:
Ölü dənizin döşəməsi Rift vadisi deyilən tektonik mənşəli çöküntü içində yer alır. Bu vadi şimalda Təbəriyyə gölündən, cənubda Arava vadisinin ortasına qədər 300 km-lik uzunluqda yerləşir. 234
Lut qövmünün uğradığı fəlakətin texniki istiqaməti, geoloqların tədqiqatlarından aydın olur. Buna görə, Lut qövmünü yox edən zəlzələ, olduqca uzun yer qabığı çatlağının (fay xəttinin) nəticəsində meydana gəlmişdir: İordan çayının yatağını meydana gətirən 190 kilometrlik məsafə boyunca İordan çayı cəmi 180 metrlik eniş edər. Bu vəziyyət və Lut gölünün dəniz səviyyəsindən 400 metr alçaq olması, burada bir zamanlar böyük geoloji hadisənin meydana gəldiyini göstərən əhəmiyyətli dəlillərdəndir.
İordan çayı ilə Lut gölünün bu maraqlı quruluşu da, yer kürəsinin bu bölgəsindən keçən yarıq ya da çatlağın ancaq bir parçasından ibarətdir. Bu çatlaq Torosların ətəklərindən başlayıb cənuba doğru Lut gölünün cənub sahillərindən və Ərəbistan səhrası üzərindən Aqaba Körfəzinə uzanıb oradan da Qırmızı dənizi keçərək Afrikada sona çatır. Bu uzun çöküntünün uzanıb getdiyi yerlərdə qüvvətli yanardağ hərəkətlərinin olduğu aydın olur. Belə ki, İsraildəki Qalileya dağlarında, İordaniyanın yüksək yayla qisimlərində, Aqaba körfəzi və digər yaxın yerlərdə qara bazalt və lavalar var.
Bütün bu qalıqlar və coğrafi xüsusiyyətlər, Lut gölündə böyük geoloji hadisənin yaşandığını göstərir.
“National Geographic” jurnalının dekabr 1957-ci il sayında bu mövzuyla əlaqədar olaraq bu ifadələr yer alır:
Sodom təpəsi, Ölü dənizə doğru yüksəlir. Heç kim indiyə qədər yox olan şəhərlər Sodom və Qomorranı tapa bilmədi, lakin elm adamlarına görə bu şəhərlər qayalıqların qarşısındakı Siddim vadisindədirlər. Böyük ehtimalla Ölü dənizin daşqın suları və zəlzələnin altında qaldılar. 235
Dağıtıntıya məruz qalmış bu şəhərlə əlaqədar işarə edilən məlumatlardan biri də, Hicr surəsinin 76-cı ayəsində bildirildiyi kimi bu şəhərlərin hələ də əsas yol üzərində olmasıdır. Coğrafiyaçılar bu bölgənin Ərəbistan yarımadasından Suriya və Misirə qədər uzanan, Ölü dənizin cənub-şərqindəki əsas yol üzərində olduğunu təsbit etmişlər. (Ətraflı məlumat üçün baxın. Harun Yəhya, Qövmlərin Həlakı, Araşdırma Nəşriyyat)
Oranın altını üstünə çevirdik və onların üzərinə odda bişmiş gil daşlar yağdırdıq. Şübhəsiz ki, bunda başa düşənlər üçün dəlillər vardır. Həqiqətən, onlar Məkkədən Şama gedən yolun üstündə yaşayırdılar. Şübhəsiz ki, bunda möminlər üçün dəlillər vardır. (Hicr surəsi, 74-77)
- Werner Keller, Und die Bibel hat doch recht (The Bible as History; a Conformation of the Book of Books), William Morrow, New York, 1956.
- “Le Monde de la Bible”, Archeologie et Histoire, İyul-Avqust 1993.
235. G. Ernest Wright, “Bringing Old Testament Times to Life”, National Geographic, cild 112, Dekabr 1957, səh. 883.