19 mart 2009-cu ildə yayımlanan “Siyasət Meydanı” proqramına qonaq olan Cəlal Şengör, artıq qəti məğlubiyyət ilə yerlə bir olmuş olan darvinizmi müdafiə edə bilmək üçün müxtəlif izahlar etmişdir. Şengör, inandıra bilmədiyi gənclər qarşısında darvinist demaqoqluq metodlarından istifadə edərək illərdir təkrarlanmış və etibarsızlığı isbat edilmiş mövzuları təkrar gündəmə gətirməyə çalışmış və cavab verə bilmədiyi nöqtələrdə bu mövzuları tamamilə inkar etmişdir. Sözü gedən izahlar, bu proqram vasitəsilə təkrar gündəmə gətirilmiş olduğundan, mövzu haqqında xatırladıcı açıqlama etməyə ehtiyac yaranmışdır. Cəlal Şengörün iddialarını və bunların qəti elmi cavablarını aşağıda tapa bilərsiniz.
- “Tonlarla ara fosil olduğu və dinozavr növlərinin ara fosilləri təmsil etdiyi” yalanı
- Therapsidlerin aralıq forma olduğu yalanı
- İlkin atmosferdə oksigen olmadığı yalanı
- İki ayaqlılığa keçid yalanı
- Balinaların ayılardan təkamülləşdiyi açıqlamasının darvinə aid olmadığı iddiasının etibarsızlığı
- Mutasiyaların möcüzəvi şəkildə canlıları təkamülləşdirdiyi iddiasının etibarsızlığı
- Gözün sadələşdirilə bilməz komplekslikdə bir quruluş olmadığına və gözün təkamülləşdiyinə dair iddiaların etibarsızlığı
- Kainatda və yer üzündə bir xaos olduğu iddiasının etibarsızlığı
- Bakteriyaların antibiotik müqavimətinin təkamülə dəlil olduğu iddiasının etibarsızlığı
- “Kiçik bir təkamüllə” fotosentetik bakteriya meydana gəldi və oksigen yaratdı yalanı
- İnsanın əcdadının mağaralarda yaşadığı iddiasının etibarsızlığı
- İnsanın düşünə bilmə qabiliyyətinin digər canlılarla eyni olduğu yalanı
- Yer üzündəki ahəngi nizamsızlıq olaraq göstərməyə çalışmaq yanlışlığı
- Hər il yeni növlərin təkamülləşdiyi iddiasının etibarsızlığı
- Siyasət meydanı proqramında heç bəhs edilməyənlər
Qısa açıqlamlar:
MUTASİYA İDDİASI
- Mutasiyalar canlıya ya zərər verər ya da təsirsizdir. Faydalı mutasiya yoxdur. (Hiroşima, Çernobil, balaca boyluluq, xərçəng xəstəliyi).
- Mutasiya DNT-yə yeni məlumat əlavə etməz. Halbuki, yeni bir növün ya da yeni bir xüsusiyyətin meydana gəlməsi üçün bu lazımlıdır. (Qanadı olmayan bir canlıda qanad çıxmaz, ancaq iki ayaq əvəzinə üç ayaq olar.)
- Təsadüfən tək bir hüceyrə də meydan gətirilə bilməz. Bunu iddia edən kəslər bu günə qədər laboratoriya şərtlərində heç bir canlı varlıq ya da hüceyrə meydana gətirə bilməmişlər. (Ətraflı məlumat üçün baxın)
DÖRD AYAQLILIQDAN İKİ AYAQLILIĞA KEÇİD İDDİASI
- Dörd ayaqdan iki ayağa qalxmaq bir üstünlük deyil. Dörd ayaqlılıq gizlənmək və ovlanmaq baxımından daha sürətli və əlverişlidir. Bundan başqa heyvanlar hər hansısa bir təsbit etmək istədikləri zaman iki ayağı üzərinə qalxa bilərlər.
- Bir canlının təkamülçülərin iddiasına görə dörd ayaqdan iki ayağa keçənə qədər bir çox ara duruş yaşamalıdır. Bu da, təkamülçülərin iddiasına görə belə qeyri-mümkündür. (Ətraflı məlumat üçün baxın)
DİNOZAVRLARIN TƏKAMÜL KEÇİRƏRƏK QUŞA ÇEVRİLDİYİ İDDİASI
Təkamülçülərə görə əvvəlcə otyeyən dinozavrlar var idi. Sonra bunlar, kiçik ölçülü və ətyeyən dinozavrlara, ardından da quşa çevrildi. Bu tamamilə cəfəngiyyatdır, çünki:
- Ətyeyən və otyeyən dinozavrlar eyni dövrdə yaşamışlar. Həmçinin 150 milyon illik mükəmməl bir quş olan Arxeopteriks (Archaeopteryx) dinozavrlarla eyni dövrdə yaşamışdır.
- Quşların ağciyərləri, ayaq quruluşları, çənə, damaq və diş quruluşları, sümük strukturları quru canlılarınkından tamamilə fərqlidir.
- Dünyadakı ən məşhur ornitoloq darvinist Alan Feduccia dinozavrdan quşa təkamülləşmə nağılı haqqında bunları qeyd edir: “25 il boyunca quşların kəllələrini araşdırdım və dinozavrlarla aralarında heç bir bənzərlik görmürəm. Quşların dörd ayaqlılardan təkamülləşdiyi nəzəriyyəsi, paleontologiya sahəsində XX əsrin ən böyük utancı olacaq”. (New Scientist, 1 fevral 1997, səh. 28) (Ətraflı məlumat üçün baxın)
SÜRÜNƏNDƏN MƏMƏLİYƏ KEÇİD İDDİASININ ETİBARSIZLIĞI
Darvinistlər iki çənə sümüklü “Therapsid”ləri sürünənlərlə məməlilər arasında keçid forma olaraq göstərməyə çalışırlar. Bu iddia əsassızdır, çünki:
- Üç barmaqlı, iki barmaqlı, tək barmaqlı heyvanlar vardır. Kəllə sümükləri də hər canlıda fərqlidir. Bu səbəbdən çənə sümüyü sayının fərqli olması bu canlının bir aralıq-keçid forma olduğuna dəlil deyil.
- Bu iddianı dəstəkləyən bir ədəd belə ara fosil yoxdur.
- Məməlilər istiqanlıdırlar, sürünənlər soyuqqanlıdır. Məməlilər balalarını doğurarlar, əmizdirərlər və bədənləri tüklərlə örtülüdür. Sürünənlər yumurtlayaraq çoxalarlar, balalarını əmizdirməzlər və bədənləri pulcuqlarla örtülüdür. (Ətraflı məlumat üçün baxın)
“BAKTERİYALARIN ANTİBİOTİKƏ QARŞI MÜQAVİMƏT QAZANMASI TƏKAMÜLLƏŞMƏDİR” İDDİASI
- Bakteriyaların saysız növləri vardır. Bunların bir qisimi, “hələ daha antibiotiklər istehsal edilmədən əvvəl” o antibiotiklərə qarşı müqavimət göstərəcək genetik məlumata sahib olaraq yaradılmışlar. Bakteriyalar hər hansı bir antibiotikə məruz qaldıqlarında, bu antibiotikə müqavimət göstərə bilməyənlər yox olar, müqavimət göstərənlər isə həyatda qalar və daha da çoxalma imkanı əldə edərlər.
- Bir müddət sonra, eyni bakteriya növü yalnız həmin antibiotikə müqavimətli olan fərdlərdən meydana gələr və artıq həmin antibiotik o bakteriya növünə qarşı təsirsiz olar.
- Ancaq bakteriya yenə eyni bakteriya, növ yenə eyni növdür. Hər hansı bir təkamül yaşanmamışdır. Bakteriyalar 3.5 milyard ildir yer üzündə mövcuddur və hələ eyni bakteriya olaraq varlıqlarını davam etdirirlər. (Ətraflı məlumat üçün baxın)
TƏRLİKLƏRDƏKİ İŞIĞA HƏSSAS HÜCEYRƏLƏRİN “İBTİDAİ GÖZ” OLDUĞU İDDİASI
- 530 milyon il əvvəl, Kembri dövründə yaşamış olan Trilobitin gözü bugünkü iynəcələrlə eyni mükəmməllikdə pətək göz quruluşuna malikdir.
- İnsana aid mükəmməl göz, hissələrinin ayrı-ayrı təkamülləşməsini qeyri-mümkün hala gətirəcək qədər kompleks bir quruluşa malikdir. Gözü meydana gətirən 40 ayrı hissənin, gözün funksiyasını reallaşdıra bilməsi üçün mütləq bir yerdə olması şərtdir. Yalnız göz mayesinin olmaması belə gözün funksiyasını itirməsi üçün kifayətdir.
- Darvin, həmkarı Asa Qreyə yazdığı 3 aprel 1860-cı il tarixli məktubunda: “Gözü düşünmək çox vaxt məni nəzəriyyəmdən soyutdu” -demişdir. (Ətraflı məlumat üçün baxın)
“HƏR İL 40 MİN NÖV YOX OLUR, 1000 NÖV YARANIR” İDDİASI
- Yeni tapılan növlər onsuz da hal-hazırda dünyada yaşayan, ancaq bu ana qədər kəşf edilməmiş növlər ola bilər.
- Ya da Allah yeni bir növ yaradır, insanlar da bu yeni növü kəşf edirlər. Allahın yoxdan yaratması, insanlardan uzaqda, gözlə görünməyən yerlərdə reallaşır. Doğrusunu Allah bilir. Allah bunu möcüzə olaraq yaradır. Yoxsa insanların gözlərinin qarşısında, məsələn, zooparklarda belə bir vəziyyət reallaşmaz. Allahın diləməsi xaricində.
HƏYATIN BAŞLANĞICINDA HEÇ OKSİGEN OLMADIĞI, OKSİGENİN SONRADAN MEYDANA GƏLDİYİ İDDİASI
Darvinistlər həyatın mənşəyi ilə əlaqədar apardıqları təcrübələrdə heç vaxt oksigen istifadə edə bilmirlər. Çünki bir amin turşusu yaransa da, oksigen bunu dərhal yandırıb yox edir. Millər təcrübəsi də oksigensiz edilmişdi. Bu səbəblə ibtidai atmosferdə oksigenin varlığını rədd edirlər. Ancaq bu doğru deyil, çünki:
- Yaşı 3.5 milyard il olan və üzərində oksidləşmiş dəmir və uran qalıqlarına rast gəlinən daşlar tapıldı.
- Eyni dövrdə yer səthinə darvinistlərin təxminlərindən 10 min dəfə çox ultrabənövşəyi şüa çatdığı aydın oldu. Buna görə, atmosferdəki su buxarı və karbon 4 oksidi parçalayıb mütləq oksigen ortaya çıxarmış olmalıdır.
- Əgər darvinistlərin iddia etdikləri kimi ibtidai atmosferdə oksigen olmasaydı, o zaman dünyanı ultrabənövşəyi şüalardan qoruyan ozon təbəqəsi də olmazdı. Belə bir vəziyyətdə, güclü şəkildə ultrabənövşəyi şüaların təsirinə məruz qalacaq olan dünya üzərində hər hansı bir üzvi molekulun yaşaya bilməyəcəyi də açıqdır. (Ətraflı məlumat üçün baxın)
ATOMDAKI MÜKƏMMƏL TARAZLIQ
Atomun nüvəsi Proton və Neytrondan meydana gəlir. Proton və Neytronlar isə kvarklardan təşkil olunmuşdur. Kvarkların da bir çox alt hissəciyi vardır.
- Nüvənin həcmi, atomun həcminin 10 milyardda biridir. Ancaq nüvənin kütləsi atomun kütləsinin 99.95%-ni təşkil edir. Kütlənin demək olar ki, hamısını meydana gətirərkən, bir tərəfdən də heç yer tutmaz. Bu, 10 milyard kvadrat metrlik bir evin bütün əşyalarını 1 kvadrat metrlik otaqda toplamağa bənzəyir.
- İnsan bədənini təşkil edən atomlardakı boşluqlar ortadan qaldırılarsa, insan millimetrin bir neçə mində biri ölçüsündə bir toz qədər olar. Bir planet isə bir noxud qədər olardı.
- 109 əsas elementi bir-birindən ayıran tək şey nüvələrindəki proton sayındakı fərqlilikdir. Qızıl elementində 79 proton, oksigen atomunda 8 proton, dəmir atomunda 26 proton vardır.
- Əgər bir atomu dünya qədər böyütsək, elektron yalnız bir alma ölçüsünə gələr.
5. Elektron nüvənin ətrafında saniyədə 1000 km kimi fövqəladə bir sürətlə fırlanar. Atomun içində çox qarışıq bir trafik, ancaq mükəmməl bir nizam vardır. Heç bir qarışıqlıq, ya da toqquşma olmaz. (Ətraflı məlumat üçün baxın)