Cəlal Şengör, özünə ünvanlanan “ara fosil varmı?” sualına, təəccüblü bir şəkildə ara fosillərin “tonlarla” olduğu və dinozavrların HAMISININ ara fosilləri təmsil etdiyi cavabını vermişdir. Bu gözlənilməz cavab AÇIQ BİR YALANDIR.

Daha əvvəl dəfələrlə açıqladığımız və isbat etdiyimiz kimi, yer qabığında tam 100 milyon fosil çıxarılmışdır və bunların BİRİ BELƏ ARA FOSİL DEYİL. Tapılan 100 milyon fosilin hamısı milyonlarla ildir eyni qalmış, HEÇ BİR DƏYİŞİKLİYƏ MƏRUZ QALMAMIŞ, bugünkü canlıların EYNİSİDİR. Bu açıq gerçəyi sübut etdiyi üçün illərlə darvinistlər tərəfindən gizlədilən bu 100 milyon fosil, bütün dünyaya göstərilmiş və bütün dünyanı razı salmışdır. Artıq bütün dünya “Yaradılış Atlası” vəsiləsi ilə BİR ƏDƏD BELƏ ARA FOSİL OLMADIĞINI, CANLILARIN MİLYONLARLA İL BOYUNCA DƏYİŞMƏDİYİNİ görmüşdür.

Əlbəttə, Cəlal Şengörün də bütün bunlardan xəbərsiz olması mümkün deyil. Ara fosil olmadığını da, bunun bütün dünyaya elan edilmiş olduğunu da bilir. Onsuz da “tonlarla” ara fosil olduğuna dair əsli olmayan düşüncəsiz bir iddia ilə ortaya çıxması, bu böyük məğlubiyyətin ağırlığından irəli gəlir.

Şübhəsiz Cəlal Şengör, hörmətli Adnan Oktarın “bir ədəd ara fosil gətirənə 10 trilyon TL mükafat” veriləcəyi ilə bağlı çağırışından da xəbərdardır. Lakin nədənsə mövcud olduğunu iddia etdiyi bu “tonlarla” ara fosildən birini belə gətirməyə yanaşmır. Çünki BELƏ BİR ARA FOSİL YOXDUR. Əlbəttə, gerçəyə uyğun olmayan iddiasını ortaya atmasının tək səbəbi, bunun bir darvinist demaqoqluq üsulu olması, gənclərə elmi dəlillərlə deyil, əsli olmayan iddialarla təsir edə bilmək yolu olmasıdır. Lakin Cəlal Şengörün hələ fərqində olmadığı gerçək, cəmiyyətimizin demaqoqluqdan artıq təsirlənməməsidir. Xüsusilə gənclərimiz, elmi gerçəkləri şəxsən görmüş və araşdırmış, hamısının Yaradılış gerçəyini göstərdiyinə şahid olmuşlar.

Cəlal Şengör, iddia etdiyi bu “tonlarla” xəyali ara fosil ilə əlaqədar olaraq təəccüblü şəkildə “bütün dinozavr super sinifini” dəlil olaraq göstərməyə çalışır. Mükəmməl quruluşdakı bütün dinozavr növlərini “ara fosil” elan edən Şengör, açıqca bir sürünən olan və sürünən xüsusiyyətləri göstərən bu canlılar haqqında “sürünən də deyil, quş da deyil” şərhini etmişdir. Bunun məqsədi, nəsli kəsilmiş bu varlıqlar haqqında tamaşaçıları səhv istiqamətləndirməyə çalışmaqdır. Bu, darvinistlərin ümumi taktikasıdır. Darvinistlər saxta ara fosil iddialarında həmişə, üzərində spekulyasiya edə biləcəkləri nəsli kəsilmiş canlılardan istifadə edirlər. Cəlal Şengör də nəsli kəsilmiş dinozavrların bu mövzuda yaxşı bir namizəd olacağını düşünmüş olacaq ki, bütün canlı sinifini ara fosil elan etmişdir. Halbuki Yura dövrünün bu ehtişamlı və mükəmməl canlıları, mükəmməl fosil nümunələri buraxmışlar və HEÇ BİR ARALIQ FORMA XÜSUSİYYƏTİ GÖSTƏRMƏYƏN fövqəladə Yaradılış möcüzələridir. Şengör, bu qəribə iddia ilə qarşısındakı gəncləri razı salacağını düşünmüş lakin yanılmışdır.

Şengörün bəhs etdiyi dinozavrlarla əlaqədar spekulyasiyaların birincisi, qeyri-mümkün və son dərəcə gülünc bir iddia olan, dinozavrların quşa çevrildikləri iddiasıdır. Bu bir yalandır, çünki:

– Darvinistlər otyeyən dinozavrların zamanla ətyeyən olduqlarını, zamanla kiçildiklərini və ətyeyən quşlara çevrildiklərini iddia edirlər. Əlbəttə, həm ətyeyən, həm də otyeyən dinozavrlar yaşamışlar. Ancaq otyeyənlərdən ətyeyənlərə doğru bir kiçilmə meydana gəlməmişdir. Darvinistlərin bu saxta dəyişikliyə nümunə olaraq göstərməyə çalışdıqları fosillərin etibarsız olduğu, darvinist spekulyasiyalara əsaslandıqları qəti olaraq aydın olmuşdur.

Darvinistlər üçün ən böyük çıxılmaz vəziyyət isə, quşun xəyali təkamülünü açıqlamağa çalışarkən, hələ ətyeyən dinozavrların ortalığa çıxmadığı dövrdə mükəmməl uçan quş olan 150 milyon illik Arxeopteriksin (Archaeopteryx) onsuz da yaşamış olmasıdır.

– Darvinistlər yalnız quş lələklərinə bənzər strukturların olduğunu deyərək dinozavrların bəzilərinin aralıq forma olduğunu iddia edərlər. Halbuki, belə iddia etdikləri canlıların hamısı tam mənası ilə mükəmməl dinozavrlardır. Ayrıca “lələyə bənzər” dedikləri strukturların hamısının uydurma olduğu ortaya çıxmışdır. Fosilləşmiş dəri strukturlar darvinistlər tərəfindən davamlı olaraq spekulyasiya ünsürü kimi istifadə edilmişdir. Mükəmməl sürünən dinozavr fosilləri üzərində, darvinistlərin “quşa aid” bir başqa uydurma aralıq forma xüsusiyyəti göstərə bilmələri mümkün deyil. “Lələklərin mövcud olduğu iddiası” ən çox şərhə və spekulyasiyaya açıq bir mövzu olduğundan, nəhəng sürünən üzərində bir neçə lələkvarı izlər tapdıq deyə ortaya çıxar və darvinist diktatorluğun təsirində olan bütün elm jurnallarında ortada elmi bir dəlil varmış kimi gündəm meydana gətirərlər. Halbuki, insanlar, onlarla ildir “lələkli dinozavr” yalanı ilə aldadılmışlar.

– Bu mövzuda ön plana çıxarılmış olan bütün fosillərin üzərlərindəki strukturların lələk olmadıqları dəqiq və açıq elmi dəlillərlə sübut edilmişdir. Bunlardan ən məşhuru haqqında məşhur “Science” jurnalında yayımlanan “Plucking the Feathered Dinosaur” (Lələkli dinozavrın lələklərini yolmaq) başlıqlı bir məqalədə, darvinistlər tərəfindən lələk olaraq göstərilmiş olan strukturların lələklə əlaqəsinin olmadığı açıqca ifadə edilmişdir.

– Bu mövzuda ən məşhur yalan kimi insanlara aralıq forma olaraq təqdim edilməyə çalışılan T. Rex (Tyrannosaurus rex) fosili

12 metr boyunda,

kobud quruluşlu,

soyuq qanlı,

pulcuqlarla örtülü,

quru canlısıdır. Bu canlının təsadüfi mutasiyalarla;

ən irisi bir albatrosdan böyük olmayan,

yüngül sümüklü,

lələklərlə örtülü,

isti qanlı,

tək istiqamətli hava axınına imkan yaradan,

xüsusi ağciyər quruluşuna sahib,

aerodinamika xüsusiyyətlərə sahib bir quşa çevrilmiş olması qeyri-mümkündür.

– Bu mövzudakı son iddialardan biri olan Epidexipteryx də lələkli dinozavr olaraq önə sürülməyə çalışılmışdır. Darvinistlər, canlının gövdəsinin arxasındakı iki cüt uzun çıxıntını təkamülləşməkdə olan lələk dəstələri olaraq şərh etmişlər. Halbuki, bu quruluş, BBC xəbərində də ifadə edildiyi kimi dəri xüsusiyyəti göstərən yumşaq bir örtükdür. Quş lələyi ilə əlaqəsi yoxdur.

Dünyadakı ən məşhur ornitoloq darvinist prof. Alan Feduccia dinozavrdan quşa təkamülləşmə nağılı haqqında bunları söyləyir:

 

“25 il ərzində quşların kəllələrini araşdırdım və dinozavrlarla aralarında heç bir bənzərlik görmürəm. Quşların dörd ayaqlılardan təkamülləşdiyi nəzəriyyəsi, paleontologiya sahəsində XX əsrin ən böyük utancı olacaq”. [1]

 

Bu nəzəriyyə ilə əlaqədar keçilməz problemlər var. Bizim təqdim etdiyimiz məlumatlar xaricində, zaman problemi var. Kənardan baxıldıqda quşa bənzəyən dinozavrlar, 150 milyon yaşında olan ən qədim quşdan 25-80 milyon il sonra ortaya çıxırlar. [2]

 

Bu qədər böyük iki ayağı, qısaldılmış ön ayaqları və ağır quyruğu olan bir canlının təkamülləşərək uçması biofiziki baxımdan qeyri-mümkündür. [3]

 

Yeni araşdırma göstərir ki, quş embrionlarında, dinozavrlarda olan embrion baş barmağı müşahidə edilmir. Bu hər iki növün bir-biri ilə yaxın əlaqəsinin qeyri-mümkün olduğunu göstərir. [4]

 

[1] New Scientist, 1 fevral 1997, s. 28

[2] David Williamson, “Scientist says ostrich study confirms bird “hands” unlike those of dinosaurs”, UNC News, no. 425, 14 avgust 2002; www.unc.edu/news/newsserv.

[3] A. Gibbons, “New Feathered Fossil Brings Dinosaurs and Birds Closer”, Science, no. 274, 1996, ss. 720-721.

[4] A. C. Burke and A. Feduccia, “Developmental Patterns and the Identification of Homologies in the Avian Hand”, Science, no. 278(5338), 24 oktyabr 1997, ss. 666-668; with a perspective by R. Hinchliffe, “The Forward March of the Bird-Dinosaurs Halted?”, ss. 596-597.