Cəlal Şengör, “bığlı sürünən” olaraq xarakterizə etdiyi therapsidlərin sürünənlərlə məməlilər arasında aralıq forma olduğu təbliğatını etmişdir. Bu iddia etibarsızdır çünki:

– Məməlilərin alt çənələri bir sümükdən meydana gələdiyi halda, sürünənlərin çənələri üç sümükdən meydana gəlir. Darvinistlər sürünəndəki çox sümüklərin zamanla məməlilərin qulaq sümüklərinə çevrildiklərini iddia edər və bunun üçün də iki çənə sümüyü olan therapsidi aralıq forma olaraq göstərməyə çalışarlar. Ancaq bu, bir yalandır. Bu iddiada, bir dinozavr növü olan therapsidlər, MƏMƏLİLƏRLƏ OXŞAR HEÇ BİR XÜSUSİYYƏT DAŞIMIR, Ayrıca bir canlı digər bir canlı ilə oxşarlığa sahib olsa belə, bu canlıların bir-birindən törədiyini göstərməz.

– Sözü gedən iddia anatomik olaraq darvinizmi qəti olaraq çürüdən ciddi məntiqsizliklər ehtiva edir. Belə ki, çənə sümüklərinin mutasiyalar nəticəsində qulaq kimi kompleks bir orqana köçürülməsi qeyri-mümkündür. Bu iddiaya görə sözü gedən mutasiyaların iki çənə sümüyünü, qulaq sümüyü olacaq şəkildə necə kiçiltdiyi, ideal ölçü və formaya necə gətirdiyi, ətrafında necə əzələlər meydana gətirdiyi, orta qulaqda necə bir tarazlıq qurulduğu, bu sırada canlının hələ necə eşitməyə və çənəsindən istifadə etməyə davam etdiyi suallarının cavabı darvinistlər tərəfindən verilə bilmir.

– Ən əhəmiyyətlisi bu iddianı dəstəkləyən BİR ƏDƏD BELƏ ARA FOSİL YOXDUR.

– Therapsidlər, darvinistlərin canlıların meydana gəldiyini iddia etdikləri kimi bir xronoloji ardıcıllıqla ortaya çıxmazlar. Bu, o deməkdir ki, therapsid fosillərində sürünən çənə sümüyündən, məməli çənə sümüyünə, iddia edildiyi şəkildə, xronoloji bir keçid yoxdur.

– Sürünənlər və məməlilər arasında darvinistlər tərəfindən süni bir nəsil əlaqəsi yaradılmışdır. Bu süni nəsil əlaqəsi, fərqli alt qruplara aid növlərin heç bir elmi dəlilə əsaslanmadan özbaşına qarışdırılması ilə yaradılmışdır.

Darvinistlərin iddiasına görə, məməlilərin mənşəyi üçün təyin olunmuş xəyali nəsil bu şəkildə olmalıdır: anapsidlər, pelycosauridlər, therapsidlər, cynodontlar, erkən məməlilər və müasir məməlilər. Bu saxta ardıcıllığı təsdiqləyən isə BİR ƏDƏD BELƏ ARA FOSİL OLMADIĞI kimi, canlıların yaşadıqları dövrlər baxımından da bu NƏSİL AĞACI TAMAMİLƏ ETİBARSIZDIR.

Bununla əlaqədar olaraq təkamülçü paleontoloq Robert Carroll, mövzu ilə əlaqədar bu etirafı etmişdir:

“Pelycosaurs və therapsidlər arasındakı aralıq-keçid sübut edilməmişdir”.[1]

“Ətyeyən therapsidlərin iki qrupu olan therocephalianlar və cynodontların Yuxarı Permə aid qalıqlarına Rusiyada və Cənubi Afrikada rast gəlinir. Bu qrupların mənşəyini ya da aralarındakı əlaqəni təyin edə bilmədik…” [2]

Bütün bunlarla yanaşı, sürünənlərlə məməlilər arasında darvinistlərin əsla açıqlaya bilmədikləri bu fövqəladə fərqlər vardır:

Məməlilər istiqanlıdırlar →sürünənlər soyuqqanlıdır.

Məməlilər balalarını doğurar və əmizdirərlər → Sürünənlər yumurtlayaraq çoxalarlar və balalarını əmizdirməzlər.

Məməlilərin bədənləri tüklərlə örtülüdür → Sürünənlərin isə bədənləri pulcuqlarla örtülüdür.

Bunlar və bunun kimi daha minlərləsi, ən kiçik mərhələsi belə təsadüfü mutasiyalarla meydana gələ bilməyəcək qədər böyük fərqliliklərdir. Darvinistlər iddialarını isbat edə bilmək üçün bütün bu fərqliliklərin meydana gəlməsini açıqlamalı və bu fərqliliklərin dəlillərini göstərən ara fosilləri göstərməlidirlər. Lakin bu mövzuda bir açıqlama edə bilmədikləri kimi, bu saxta iddianı dəstəkləyən bir ədəd belə ara fosil yoxdur.

 

[1] Carroll, Robert L. 1988. Vertebrate Paleontology and Evolution. W. H. Freeman. New York.Evrimci Carroll, 19

[2] Carroll, Robert L. 1988. Vertebrate Paleontology and Evolution. W. H. Freeman. New York.Evrimci Carroll, 377