Cəlal Şengör, həyatın oksigensiz mühitdə tənəffüs edən anaerob bakteriyalarla başladığını, oksigenin zamanla yer üzündə yayıldığını və bunun təsiriylə oksigen ilə tənəffüs edən bakteriyaların ortaya çıxdıqlarını iddia etmişdir. Bu, ibtidai atmosferdə oksigenin mövcud olduğu iddiasını dəstəkləmək üçün edilən bir açıqlamadır. Lakin bu iddia doğru deyil.
Darvinistlər həyatın başladığını iddia etdikləri dövrdə heç oksigen olmadığını, oksigenin sonradan meydana gəldiyini iddia edirlər. Çünki oksigenin varlığı, darvinistlərin həyatın başlanğıcı mövzusundakı bütün iddialarını tamamilə ortadan qaldırır. Darvinistlər, iddia etdikləri şəkildə ibtidai mühitdə bir amin turşusu meydana gəldikdə, oksigenin bunu dərhal yandırıb yox edəcəyini bilirlər. Məhz bu səbəblə həyatın mənşəyi ilə əlaqədar apardıqları təcrübələrdə heç bir zaman oksigen istifadə edə bilməzlər. Oksigensiz edilən bütün təcrübələr müvəffəqiyyətsizliklə nəticələnmişdir. Necə ki, məşhur Miller təcrübəsi də oksigensiz mühitdə reallaşdırılmış, Stenli Miller təcrübənin ardından şərtlərin gerçək atmosfer şərtlərinə uyğun olmadığını etiraf etmək məcburiyyətində qalmışdır. (Miller təcrübəsi)
Cəlal Şengör də uzun illər boyunca darvinistlər tərəfindən davam etdirilən bu yalana dəstək olmuş və oksigenin sonradan yer üzündə mövcud olduğu iddiasını müdafiə etmişdir. Ancaq bu səhvdir. Çünki:
– Geoloji qazıntılarda yaşı 3.5 milyard il olan daşlar tapılmışdır. Bu dövr darvinistlərin həyatın ilk başladığını iddia etdikləri dövrdür. Bu daşların üzərində OKSİDLƏŞMİŞ DƏMİR VƏ URAN qalıqlarına rast gəlinmişdir. Burada olan oksigen miqdarı bu dövrdə darvinistlərin iddia etdiyindən dəfələrlə çoxdur.
– Ayrıca aparılan tədqiqqatlar eyni dövrdə yer səthinə darvinistlərin təxminlərindən 10 min qat daha çox ultrabənövşəyi şüa çatdığını göstərmişdir. Bu güclü ultrabənövşəyi şüalarının, atmosferdəki su buxarı və karbon 4 oksidi parçalaması və mütləq oksigen ortaya çıxarmış olması lazımdır.
– Əgər darvinistlərin iddia etdikləri kimi ibtidai atmosferdə oksigen olmasaydı, o zaman dünyanı ultrabənövşəyi şüalardan qoruyan ozon təbəqəsi də olmazdı. Belə bir vəziyyətdə, çox güclü miqdarlardakı ultrabənövşəyi şüaların təsirinə məruz qalacaq olan dünya üzərində hər hansı bir üzvi molekulun yaşaya bilməyəcəyi də açıqdır. Nəticədə ibtidai dünyada oksigenin mövcud olması da, olmaması da amin turşuları üçün yox edici bir mühit olması mənasını verməkdədir və darvinistlərin həyatın başlanğıcı ilə əlaqədar bütün iddialarını ortadan qaldırmaqdadır.
Anatomiya professoru R. L. Wysong bu mövzu haqqında bunları deyir:
“İbtidai atmosferdə oksigen olsaydı, həyat ortaya çıxmazdı. Çünki oksidləşmə səbəbi ilə kimyəvi maddələr məhv olardı. Əgər ibtidai atmosferdə oksigen olmasaydı, o zaman da ozon olmazdı və kimyəvi maddələri ultrabənövşəyi şüalardan qoruyacaq olan ozon qatı olmayınca da həyat ortaya çıxmazdı”. [1]
[1] R. l. Wysong,, Creation-Evolution controversy, Midland, Mich., Inquiry Pres, 1976, səh. 212