Cəlal Şengör, xəyali insanabənzər meymunların “dörd ayağı üzərində çətinlik çəkincə ayağa qalxdıqlarını” iddia etmişdir. Bu iddia qəti olaraq etibarsızdır:

Dörd ayaqdan iki ayağa qalxmaq BİR ÜSTÜNLÜK DEYİL. Dörd ayaqlılıq daha sürətli, asan və əlverişlidir. Meymunlar çox nadir olaraq iki ayaqları üzərində yeriyərlər, ümumiyyətlə 1 m kimi qısa məsafələrdə. Çünki iki ayaq üzərində yerimək onlar üçün üstünlük deyil. İnsan isə nə bir şimpanze kimi ağaclar arasında budaqdan budağa atlayaraq irəliləyə bilər, nə də bir çita kimi saatda 125 km sürətlə qaça bilər. Əksinə insan, iki ayağı üzərində yeridiyi üçün, yerdə çox daha yavaş hərəkət edə bilər və bu səbəblə təbiətdəki canlıların ən müdafiəsizlərindən biridir.

İki ayaqlılığın MƏRHƏLƏ-MƏRHƏLƏ YARANMASI QEYRİ-MÜMKÜNDÜR. Təkamülün təməlini meydana gətirən bu model, təkamülün bir mərhələsində iki ayaqlılıqla dörd ayaqlılıq arasında “qarışıq” bir yeriş formasının olmasını zəruri edir. Bir canlı ya tam dik, ya da tam dörd ayağı üzərində yeriyə bilər. Bu ikisinin arasında bir yeriş forması, enerji istifadəsinin həddindən artıq dərəcədə artması səbəbi ilə mümkün olmamaqdadır. Buna görə yarım iki ayaqlı bir canlının mövcud olması mümkün deyil.

İnsanın xəyali şəcərəsinə yerləşdirilən Avstrolopitekus (Australopitecus) və homo habilis qalıqlarından, bu canlıların meymun xüsusiyyətləri göstərdikləri və bugünkü meymunlar kimi əyik yeridikləri aydın olmuşdur. Avstrolopitekusun çanaq sümüyü üzərində 2000-ci ildə aparılan son tədqiqat, sümüyün insanlarınkından çox daha fərqli olduğunu və bu canlıların bir “ara” yeriş modelinə də sahib olmadığını, tam mənası ilə BUGÜNKÜ MEYMUNLAR KİMİ YERİDİKLƏRİNİ ortaya qoymuşdur. Homo erektus və Neandertal qalıqları isə tam dik duran insan xüsusiyyətləri göstərir. Bunun ikisi arasında ara yeriş formasına sahib hər hansı bir ARALIQ FORMA FOSİLİ yoxdur.

Ayrıca Avstralopitekusların daxili qulaqlarında olan ilbiz adlı orqan (müvazinəti təmin edən orqan) üzərində aparılan araşdırmalar nəticəsində Avstralopitekusların dörd ayaqlı olduğu bir daha sübut edilmişdir.

İnsan və meymunda yeriməyə köməkçi ayaq, əl, onurğa, ləyən sümüyü kimi orqanlarda böyük anatomik fərqliliklər vardır:

  1. a) Meymunların ayaq barmaqları daha uzundur və yeriş formasının tələb etdiyi insan ayağındakı kəmər, meymunların ayaqlarında yoxdur.
  2. b) Meymun əlində insan əlinin çox əhəmiyyətli bir xüsusiyyəti olan uzun və hərəkətli baş barmaq olmaz. Meymunların əlləri “iki əli və iki ayağı üstə yerimə” anotomiyasına uyğundur. Bu anatomiya, yeriyərkən əllərinin buğumlarının da üzərinə basan, yəni əslində dörd ayağı üzərində yeriyən meymunların hərəkət formasını təsvir edir.
  3. c) İnsanın başı, onurğanın üzərində tarazlıqdadır. Meymunun başı isə yeriş formasının tələb etdiyi şəkildə onurğasının üzərində müəyyən bucaqla yerləşir.
  4. d) İnsanların dik yeriməyini təmin edən qısa və geniş ləyən (çanaq) sümükləri vardır. Meymunlarınkı isə uzun və dardır.

Belə ciddi anatomik fərqliliklərin mövcudluğu səbəbi ilə iddia edildiyi kimi dörd ayaqlılıqdan iki ayaqlılığa keçid mərhələsində bir canlının həyatda qalması mümkün deyil.

Necə ki, Keniyada tapılmış 1.5 milyon illik ayaq izi qalığı bu mövzudakı bütün spekulyasiyaları ortadan qaldırmışdır. Darvinistlərə görə qəribə xəyali insanabənzər meymunların yaşamalı olduğu bir dövrdə ortaya çıxan bu qalığın xüsusiyyətlərindən, bu insanın 1.80 sm boylarında olduğu və baş barmağının bugünkü insanlarda olduğu kimi digər barmaqlara paralel uzandığı aydın olmuşdur. Bu izlərdə yenə BUGÜNKÜ İNSANA XAS ayaq kəməri var və bununla birlikdə qısa barmaqlar DİK DURUŞ FİKRİNİ QƏTİ OLARAQ DƏSTƏKLƏYİR.

Cənubi Kaliforniya Universiteti Antropologiya Kürsüsü professoru Craig Stanford, “Uzun zamandır müdafiə olunan, zəif bir hominidin təhlükəsiz meşəni tərk edib təhlükəli savannalara getdiyi və burada yeni düşüncələrlə yaşaya bilmək üçün ayağa qalxdığı fikri gözəl bir hekayədir, amma böyük ehtimalla tamamilə xəyal məhsuludur”. Stanford, təkamülçü olmasından ötrü iddianın “böyük ehtimalla” xəyal məhsulu olduğunu deyir. Halbuki, iddia başdan aşağı xəyal məhsuludur, son dərəcə məntiqsiz bir izahdır.

Bütün bunlardan başqa bir canlının sırf bir meyvəni budağından qopara bilmək üçün bir anda iki ayaq üzərində yeridiyi iddiası son dərəcə məntiqsiz və gülünc bir iddiadır. Bir çox canlı, pişiklər, itlər, bir yeməyə çata bilmək üçün tez-tez hündürdəki bir hədəfə doğru yönələr və iki ayaqları üzərinə qalxarlar. Hətta iki ayaq üzərində addım atar, məsafə qət edərlər. Lakin bu canlıların bədənlərində heç bir zaman bu xüsusiyyətin əlverişli olduğu şüursuz bir proses daxilində təsadüflər tərəfindən fərq edilməmiş, təsadüfən bədənlərində dik yeriməyə istiqamətli nəhəng və qeyri-mümkün anatomik dəyişikliklər meydana gəlməmiş və bu səbəblə heç bir pişik iki ayaqlı başqa bir növə çevrilməmişdir. Meymunların yemək tapmaq və ya ətrafı seyr etmək üçün ayağa qalxaraq iki ayaqlı olduqları hekayəsi də bu məntiqsiz hekayədən fərqli bir iddia deyil.

Həmçinin tədqiqatçılar qədim uydurma hominid bölgələrinə daha yaxından baxdıqlarında, bu sahələrin əslində savanna olmadığı, amma aşağı və ya yüksək sıxlıqda meşəlik ərazilər olduğu nəticəsinə gəlmişlər. Bu səbəbdən sözü gedən xəyali canlıların meşəni tərk edərək savannalara keçdikləri və orada iki ayaq üstünə qalxdıqları iddiası bu istiqamətdən də çökməkdədir.