Bakteriyaların antibiotik müqaviməti ümumiyyətlə darvinistlər tərəfindən uydurma təkamülləşməyə dəlil olaraq göstərilməyə çalışılır. Halbuki, bakteriyaların bu xüsusiyyəti, canlını hər hansı bir təkamül prosesindən keçirmədiyi kimi, bir Yaradılış dəlili olması baxımından təkamül nəzəriyyəsini çürütməkdədir.
Bakteriyalarda bəzi antibiotiklərə qarşı müqavimət genləri, hələ o antibiotiklər hazırlanmadan əvvəl mövcuddur. Bu gerçək “Scientific American” jurnalında bu şəkildə ifadə edilmişdir:
“Çox sayda bakteriya, hələ dərman antibiotiklər istifadə edilməyə başlamamışdan əvvəl də müqavimət genlərinə sahib idi. Elm adamları bu genlərin niyə təkamülləşdiklərini və varlıqlarını davam etdirdiklərini qətiyyən bilmirlər”. (1)
“Medical Tribune” jurnalı da 1986-cı ildə aparılan bir araşdırmanın nəticəsində XIX əsrdə yayılan bakteriyaların, XX əsrdə hazırlanan antibiotikə qarşı müqavimət xüsusiyyətləri daşıdığının müəyyən olunduğu qeyd etmişdir. Bu cür müqavimət xüsusiyyətlərinin penisillinin icadından əvvəl də bir çox bakteriya növündə mövcud olduğu tibb dünyasına məlum olan bir gerçək olmasına baxmayaraq bakteriyalardakı müqavimət xüsusiyyətinin hələ dava edən təkamül prosesi kimi irəli sürülməsi, yalnız aldatma məqsədli bir iddiadır. Bakteriyaların hələ istehsal edilməmiş antibiotiklərə qarşı müqavimətə sahib olmaları kimi fövqəladə bir hadisə, Yaradılışdakı mükəmməlliyin çox əhəmiyyətli bir dəlilidir.
Bakteriyaların antibiotik müqavimətinin, təkamülləşmə olmadığının dəlilləri belədir:
- Bakteriyaların saysız növləri vardır. Bunların bir qisimi, bəzi dərmanlara qarşı müqaviməti təmin edəcək genetik məlumata malikdir. Bakteriyalar müəyyən bir dərmanın təsirinə məruz qaldıqlarında, dərmana dayanıqsız olanlar yox olar, müqavimətlilər isə həyatda qalar və daha çox çoxalma imkanı əldə edərlər.
- Müəyyən bir zaman sonra tamamilə yox olan müqavimətsiz bakteriyaların yerini, sürətlə çoxalan bu müqavimətli bakteriyalar doldurar. Bir müddət sonra, eyni bakteriya növü yalnız sözü gedən antibiotikə müqavimətli olan fərdlərdən meydana gəlmiş bir koloniya halına gələr və artıq eyni antibiotik o bakteriya növünə qarşı təsirsiz olar.
- Ancaq bakteriya yenə eyni bakteriya, növ yenə eyni növdür. Hər hansı bir təkamül yaşanmamışdır. Bakteriyalar 3.5 milyard ildir yer üzündə mövcuddur və hələ eyni bakteriya olaraq varlıqlarını davam etdirirlər. Sözü gedən iddia, darvinistlərin ən böyük aldatma üsullarından biridir.
1. Stuart B. Levy, “The Challange of Antibiotic Resistance”, Scientific American, Mart 1998, s. 35