Uzun saatlar müzakirə edilən “Siyasət meydanı” proqramında darvinist bütün iddiaları təməlindən yıxacaq və Cəlal Şengörün bütün açıqlamalarını qısa müddət içində yox edəcək son dərəcə əhəmiyyətli bəzi xüsuslardan bəhs edilməmişdir. O mühitdə tamaşaçı olaraq iştirak edən hər kəsi dərhal razı salacaq və darvinist təbliğatın davam etdirilməsinə mane olacaq bu xüsuslar bunlardır:

 

  1. Cinlər və mələklər necə yaradıldı?

Allahın canlıları təkamüllə yaratdığı yanılması ilə ortaya çıxanlar, mələklərin və cinlərin yaradılışı mövzusu gündəmə gəlincə susurlar. Allah cinlərin və mələklərin yaradılışını ayələrində bildirir:

 

Biz insanı başqa şəklə düşmüş qara palçıqdan, toxunduqda saxsı kimi səs çıxaran quru gildən yaratdıq. Cinləri isə daha öncə qızmar alovdan yaratmışdıq. (Hicr surəsi, 26-27)

 

Göyləri və yeri Yaradan, mələkləri iki, üç və dörd qanadlı elçilər edən Allaha həmd olsun! O, xəlq etdiklərindən istədiyini artırır. Həqiqətən, Allah hər şeyə qadirdir. (Fatır surəsi, 1)

 

İnsanın və canlıların təkamüllə yarandığını iddia edənlər, nurdan yaradılmış mələklərin, alovdan yaradılmış cinlərin yaranmasını, əlbəttə ki, təkamüllə açıqlaya bilməzlər. Allahın qədrini təqdir edə bilməyən, Allahın bütün səbəblərdən münəzzəh olduğunun fərqində olmayan və Rəbbimizin “Ol” əmri ilə yaratdığını qəbul edə bilməyən insanlar üçün mələklərin və cinlərin varlığı, bütün saxta iddiaları ortadan qaldırar. Çünki cinlərin və mələklərin varlığı bu açıq gerçəyi ortaya çıxarır: Mələklər və cinlər təkamüllə yaradılmadıqları kimi, insan da təkamüllə yaradılmamışdır.

 

  1. Axirətdəki yaradılma necə olacaq?

İnsan ətdən, sümükdən ibarət olan bir varlıqdır. Ölümü ilə birlikdə bütün toxumaları çürüyər və yox olar. Baki (ölümsüz) qalacaq olan Allahın bəxş etdiyi ruhudur. Və ruhu, axirətdəki sonsuz həyatını keçirmək üzrə cənnətə və ya cəhənnəmə sövq ediləcək. Lakin insan, axirətdə yenə bir bədən daxilində möcud olacaq. Cəhənnəm əhlinin gözləri, qulaqları, dərisi olacaq və əleyhinə şahidlik edəcək. Allah, dünyada çürüyüb yox olmuş olan bədəni axirətdə yoxdan, bir anda yaradacaq. Bəzi kəslərin iddia etdiyi şəkildə Allahın yoxdan yaratmaq üçün insanın dünyada qalmış bir sümük parçasına ehtiyacı yoxdur (Allahı tənzih edirik). Allah, ilk olaraq necə yaratdısa, axirətdə də yalnız “Ol” əmri ilə yoxdan yaradacaq. Rəbbimiz bir ayəsində belə buyurur:

 

Həqiqətən, O, hər şeyi ilkin yaradır və onu yenidən bərpa edir! (Büruc surəsi, 13)

 

De: “Yer üzünü gəzib dolaşın və Allahın məxluqatı ilk dəfə necə yaratdığına baxın. Sonra Allah ölüləri dirildəcəkdir. Allah hər şeyə qadirdir (Ənkəbut surəsi, 20)

 

  1. Hz. Musanın əsası necə ilana çevrildi? Hz. İsanın quş formasına saldığı palçıq, necə quşa çevrildi?

Darvinizmi kor-koranə müdafiə edənlər, Quranda ifadə edilən Musanın əsasının ilana çevrilməsini və İsanın palçıqdan hazırladığı quşun canlanmasını əsla açıqlaya bilməzlər.

Uca Allah hz. Musanın əsasının ilana çevrilməsini ayələrində bu şəkildə xəbər verir:

 

Musa dedi: “Bu mənim əsamdır. Ona söykənir və onunla qoyunlarıma yarpaq silkələyirəm. Bu, mənim üçün başqa işlərə də yarıyır”. Allah buyurdu: “At onu yerə, ey Musa!” Musa onu yerə atdı və o, dərhal ilan olub sürətlə sürünməyə başladı. (Taha surəsi, 18-20)

 

Biz Musaya: “Əsanı yerə at!” – deyə vəhy etdik. Elə bu an əsa ilana çevrilib onların düzəltdikləri şeyləri uddu. (Əraf surəsi, 117)

 

Hz. Musanın söykənib ağacdan yarpaq qırdığı əsası, Allahın əmri ilə bir anda canlı, nəsil verən, qidalanan, mükəmməl, tam və qüsursuz bir ilan halına gəlmişdir. Bir taxta parçası, Allahın diləməsi ilə yalnız bir neçə saniyə içində mükəmməl bir ilana çevrilmişdir. Bu dəlil, Quranda təkamül nəzəriyyəsinə dəlil olduğu iddiasını qəti olaraq ortadan qaldırmaqdadır.

Uca Allah, hz. İsanın palçıqdan hazırladığı quşu, canlı quşa çevirməsini ayəsində bu şəkildə xəbər verir:

 

Allah deyəcəkdir: “Ey Məryəm oğlu İsa! Sənə və anana olan nemətimi xatırla! O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən həm beşikdə ikən, həm də yetkin çağında insanlarla danışırdın. Sənə yazmağı, hikməti, Tövratı və İncili öyrətmişdim. Sən Mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da Mənim iznimlə quş olurdu. Sən Mənim iznimlə anadangəlmə koru və cüzam xəstəliyinə tutulanı sağaldır və Mənim iznimlə ölüləri dirildirdin. Sən İsrail oğullarının yanına açıq-aydın dəlillərlə gəldikdə Mən onları səndən dəf etmişdim. Onlardan kafir olanlar isə demişdilər: “Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir”. (Maidə surəsi, 110)

 

Hz. İsanın palçıqdan düzəltdiyi quş, Allahın icazəsi və diləməsi ilə bir anda canlı, mükəmməl, tam və qüsursuz qanad quruluşu ilə uça bilən, nəsil verə bilən, qidalana bilən quşa çevrilmişdir. Məhz bu yoxdan yaradılış, darvinistlərin əsla açıqlaya bilməyəcəkləri böyük bir möcüzədir. Və yer üzündəki bütün canlıların yoxdan yaradılışına bir dəlildir.

 

  1. Qapqaranlıq beyninin içində rəngli dünya görən və gördüklərini qəbul edən kimdir?

Darvinistlər öz fikirləricə mükəmməl komplekslikdəki göz haqqında demaqoqluq etməklərində olsunlar, darvinistləri ən böyük məğlubiyyətə düçar edən gerçəklərdən biri, GÖRƏNİN ƏSLİNDƏ GÖZ OLMADIĞIDIR.

Gözə dəyən foton, gözdən beynə gedən isə elektrik siqnalıdır. Elektrik siqnalı gözdən yola çıxaraq beynin görmə mərkəzi deyilən mərcimək böyüklüyündəki bir sahəyə çatar. Və mərcimək böyüklüyündəki bu sahədə bir təsvir meydana gələr. Burada yaranan təsviri də izləyən BİR GÖZ VARDIR. MƏHZ ƏSL MÜKƏMMƏL OLAN “O” GÖZDÜR. O göz, özünə gələn elektriki görər. Həm də mükəmməl bir dərinlik hissi ilə, capcanlı, hərəkətli üç ölçülü, rəngarəng və qüsursuz olaraq. Halbuki, ora qapqaranlıqdır. Elektrik siqnalının irəlilədiyi yer də, beynin görmə mərkəzi də, beynin içi də zülmət qaranlıqdır. Amma oradakı göz, ən yüksək texnologiya ilə hazırlanmış heç bir televiziyada olmayan bir dəqiqlik və mükəmməllikdə, büllur kimi canlı bir təsvir görür. Və bu gördüyü təsvirləri şərh edərək hiss edər, kədərlənər, sevinər, sevər, bəyənər, analiz edər, xatırlayar, nəticə çıxarar.

Xarici aləmdəki hərəkətli, rəngli və üç ölçülü dünyanı beynimizdə izləyən, bütün bunları görən göz RUHUMUZDUR. Ruh, tamamilə metafizikdır, maddi heç bir anlayışla açıqlana bilməz. Məhz bu səbəblədir ki, ruh, hər şeyin varlığını maddə ilə açıqlamağa çalışan materialistlər, ateistlər və darvinistlər üçün çaxnaşmaya səbəb olur. Uca Allahın insana bəxş etdiyi ruh, darvinizmi və darvinistlərin müdafiə etdiyi hər cür fikir sistemini təməlindən çökdürüb yox edər.

 

Nəticə:

Darvinistlər və fərqində olmadan azğın bir din olan darvinizmin müdafiəçiliyini edənlər bu gerçəyi mütləq bilməlidirlər: Allah hər cür əskiklikdən və nöqsanlıqdan münəzzəh olan, heç bir şeyə ehtiyacı olmayandır (Allahı tənzih edirik). Bu səbəbdən, Allahın yaratması üçün də heç bir səbəbə, vasitəyə, mərhələyə ehtiyac yoxdur. Dünyada hər şeyin müəyyən səbəblərə, təbiət qanunlarına bağlı olması heç kimi yanıltmamalıdır. Allah, bütün bu səbəblərin Yaradıcısı olaraq bunlardan tamamilə münəzzəhdir.

Allah cinləri, mələkləri, ilana çevrilən Musanın əsasını, palçıqdan quşu və axirətdəki yoxdan yeni həyatı yaratdığı kimi, yer üzündəki bütün canlı varlıqları da eyni şəkildə, yalnız “OL” əmri ilə yaratmışdır. Bir ayədə ifadə edildiyi kimi, Allahın yaratmasında heç bir dəyişiklik yoxdur:

 

Sən bir hənif kimi üzünü dinə tərəf çevir! Allahın insanlara – xəlq etdiyi şüurlu məxluq kimi verdiyi fitrət budur. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu bunu bilmir. (Rum surəsi, 30)