15 iyun 2002-ci il tarixli “Hürriyet Bilim” jurnalında “Zəkada balıq nəzəriyyəsi” başlıqlı bir yazı nəşr olundu. Bu yazıda keçən bəzi elmdən və ağıldan kənar iddiaların cavabları aşağıda verilir.
İnsan beyninin balıq yeyərək inkişaf etdiyi iddiası elmdən kənardır
Bu yazıda, “insanın şimpanze beyinli əcdadlarının balıq, xərçəng və molyusklar kimi dəniz məhsullarını seçdikləri üçün beyinlərinin inkişaf etdiyi və indi dünyanı idarə edən ağıllı varlıqlara çevrildiyi” iddiası yer alırdı.
Bu, həm elmi, həm də məntiqi baxımdan qəbul edilməz bir iddiadır. Bu iddianın əsaslanıldığı nöqtə isə budur: Dəniz məhsullarının əksəriyyətində DHA deyilən yağlı bir turşu var. DHA eyni zamanda, beyin və göz üçün əhəmiyyətli bir struktur maddədir. Buna görə qida mütəxəssisi olan Prof. Stephen Cunnane şimpanze beyninin dəniz və ya göl kənarında dəniz məhsulları yeyərək insan beyninə təkamülləşdiyi iddiasını irəli sürmüşdür.
Ancaq bu iddiada əhəmiyyətli bir yalan var. Çünki məsələn, bir insan həyatı boyunca çoxlu dəniz məhsulu yeyə bilər, DHA adlı maddədən bədəninə bol miqdarda qəbul edə bilər. Bunun nəticəsində beyni daha sağlam ola bilər, beynindən daha qənaətli istifadə edə bilər, əqli zəiflik və şizofreniya kimi narahatlıqlardan bu şəkildə qoruna bilər. Ancaq bu şəxs bu xüsusiyyətlərini öz uşaqlarına ötürə bilməyəcək, çünki balıq yeyərək əldə etdiyi bu üstünlüklər, onun genetik quruluşunda bir dəyişiklik yaratmamışdır. Bu səbəbdən, varislik qanunlarına görə, həyatı boyunca əldə etdiyi bu xüsusiyyətlərini uşaqlarına, yəni bir sonrakı nəsilə ötürə bilməz. Bunun daha yaxşı başa düşülməsi üçün belə bir nümunə verə bilərik: Bədən inkişaf etdirmə idmanı edən bir atanın uşağının əzələli olaraq doğulmasını gözləmərik. Bu uşaq əzələli bir bədənə sahib olması üçün atası kimi idman etməlidir.
Balıq yeyərək beynin inkişaf etdiyi iddiası XX əsrin əvvəllərində varislik qanunlarının kəşf edilməsi ilə tərk edilmiş Lamarkçı dünyagörüşün bir nümunəsidir. Təkamülçülər Lamarkçılığın elmi olmadığını bildikləri halda, göz boyamaq, mövzu haqqında geniş məlumatı olmayanlara təlqin yolu ilə təsir etmək üçün bu cür təkamül hekayələrindən tez-tez istifadə edirlər. İnsan beyninin guya təkamülü ilə əlaqədar hekayələr də, həmişə bu Lamarkçı dünyagörüşünn bir davamıdır. Məsələn, iki ayaq üzərində yeriməyə başlayarkən əli boş qalan və əlindən istifadə etməyə başlayaraq beynini inkişaf etdirən insanabənzər canlı hekayəsi, kartof yeyərək beyni inkişaf edən şimpanzenin hekayəsi həmişə bu cür xurafatlardır.
Nəticə olaraq, bir canlı həyatı boyunca həmişə balıq yesə belə, bundan əldə etdiyi zəka inkişafını bir sonrakı nəsilə ötürə bilməyəcəyi üçün, “balıq yeyərək davamlı artan bir beyin inkişafı” baş verməyəcək.
Həm də “Hürriyet Bilim” jurnalının gözdən qaçırdığı çox sadə bir həqiqət də vardır: Həyatı boyunca yalnız balıqla bəslənən bir çox canlı vardır. Və bu canlılar milyonlarla ildir balıq və dəniz məhsulları yeyirlər; məsələn ayılar, qutanlar, pinqvinlər… Ancaq bu canlıların heç birinin beyni, milyonlarla ildir təkamül keçirməmişdir. Heç kim ayıların və ya qutanların balıq yedikləri üçün müdhiş inkişaf etmiş bir beynə sahib olduqlarını, ağılları ilə dünyaya hakim olub, sənət əsərləri meydana gətirdiklərini, mədəniyyətlər qurduqlarını, göydələnlər tikdiklərini iddia edə bilməz. Bu vəziyyət, balıq yeyərək beynin təkamülləşdiyi iddiası ilə ziddiyyətli deyilmi?
Nəticə
İzləyənlərin çox yaxşı bildiyi kimi, hər həftə bu saytda, “Hürriyet Bilim” jurnalında yer alan bir və ya bir neçə elm və gerçəklərlə ziddiyyət təşkil edən təkamül xəbərinə cavab verilməkdə, bu xəbərlərin əsassızlığı, məntiqsizliyi gözlər önünə sərilməkdədir. Biz bu xəbərlər davam etdiyi müddətcə ictimaiyyəti bu doğru olmayan iddialar mövzusunda məlumatlandırmağı davam etdirəcəyik. Ancaq diləyimiz “Hürriyet Bilim” jurnalının adına uyğun olaraq elmi bir anlayış nümayiş etdirməsi, hər gördüyü təkamül xəbərini, yalnız təkamül təbliğatı etmək üçün tərcümə edib oxucunun önünə gətirməməsi, əvvəl xəbərin doğruluğunu, ağla və elmə uyğunluğunu araşdırıb tapmasıdır.