Bir müddətdir “Bilim ve Ütopya” jurnalının yazıçıları təkamül nəzəriyyəsi haqqında bəzi müzakirələr davam etdirirlər. Bu müzakirələrin ortaya qoyduğu ən açıq həqiqət isə budur: təkamülçülər heç bir mövzuda həmfikir deyildirlər və təkamül nəzəriyyəsinin bütün iddiaları, hər hansı bir dəlilə əsaslanmadıqları üçün, fərqli spekulyasiyaların toqquşduğu müzakirə meydanıdır.
Bunun ən son nümunəsi, “Bilim ve Ütopya” yazıçısı Mustafa Topalın təkamülçü fəlsəfəçi və “Bilim ve Ütopya” yazıçısı Vehbi Hacıkadiroğluna cavab xüsusiyyətində yazdığı, 2002-ci il dekabr tarixli “Bilim ve Ütopya” jurnalında yayımlanan “İnsanlaşma: Genetik təkamüldür, yoxsa ictimai təkamül?” başlıqlı yazısı idi.
Vehbi Hacıkadiroğlu, 2002-ci il noyabr tarixli “Bilim ve Ütopya” jurnalında, Amerikan Milli Elmlər Akademiyasının Elm və Yaradılışçılıq adlı kitabını və eyni zamanda Jacques Monod adlı təkamülçü ateist bioloqun darvinist-irqçi fikirlərini tənqid etmişdi. Mustafa Topal isə Hacıkadiroğlunun yazısındakı bəzi nöqtələri tənqid edərək, fərqli düşüncələr ortaya qoymuşdur. Mustafa Topalın yazısındakı yanılmaların bir çoxu Netcevap.org saytında bir neçə dəfə cavablandırıldığı üçün bunlar burada tək-tək izah edilməyəcək, yalnız bəzi məsələlər açıqlanacaq.
Dəlilsiz fərziyyələr
Mustafa Topal bir çox təkamülçü ilə eyni yanılmaya düşməkdə, təkamül nəzəriyyəsini qəti isbat edilmiş bir həqiqətdən bəhs edirmiş kimi müdafiə etməkdədir. Bu səbəblə yazısında dəlili olmayan, hətta tam əksi isbat edilmiş olan bir çox iddia, qəti bir gerçək kimi qeyd edilmişdir.
Bu iddialardan ikisində Mustafa Topal insanın genetik təkamülün məhsulu olduğunu və bu gün belə genetik təkamülün davam etdiyini iddia edir. Hörmətli Topaldan bunu soruşuruq: “Bu gün belə genetik təkamülün davam etdiyini hansı elmi dəlil və müşahidələrə əsaslanaraq iddia edir?”
İnsan ilə şimpanze arasında 98,5%-ə çatan genetik oxşarlıq olduğu nağılı
Hörmətli Topal insan ilə şimpanze arasında 98.5%-ə çatan genetik oxşarlıq olduğunu iddia edir. Bu iddiası, hörmətli Topalın nəinki elmi ədəbiyyatı, hətta məşhur elmi nəşrləri də izləmədiyini, artıq qəzet başlıqlarına qədər çatan elmi yeniliklərdən xəbərdar olmadığını göstərir. Və ya hörmətli Topal təkamülçü fikirlərinə uyğun olmadığı üçün bu cür yenilikləri qəsdən gözardı edir. Çünki ötən aylarda bütün elm dünyasında böyük əks-səda oyandıran bir araşdırmanın nəticələrinə görə insan ilə şimpanze arasındakı genetik bənzərlik təkamülçülərin sandığı qədər böyük deyil.
Kaliforniya Texnologiya İnstitutundan bir bioloq, keçən sentyabr ayında tədqiqatının nəticələrini açıqladığı yayımında, insanlar ilə şimpanzelər arasındakı genetik oxşarlığın ən çox 95% olduğunu açıqlamışdı. Bu araşdırma, insan DNT zəncirindəki 3 milyon əsas cütündən 780.000 ədədini şimpanzelərinki ilə müqayisə edən kompüter proqramına əsaslanırdı. Daha əvvəlki araşdırmaçıların çox əhəmiyyətli bir səhv etdiklərini təsbit edən bioloq, insan ilə şimpanze arasındakı genetik fərqin daha əvvəl hesab ediləndən ən az 3 qat daha böyük olduğu nəticəsinə gəldi. (Ətraflı məlumat üçün baxın. http://www.netcevap.org/itiraf0210.html)
Ancaq hörmətli Topal hələ eyni yanılmanı davam etdirməkdə və 98.5% oxşarlıq nağılını danışmağa etməyə davam edir.
Təkamülçülərin “demaqoqluq yolu ilə elm” üsulları
Mustafa Topal Lamarkçılıqla birlikdə Yaradılışçılığı da tənqid etməkdə və qısaca bunları söyləməkdədir: “Çox xüsusiləşmiş bir orqan, məsələn, bir quşun bəzi çiçəklərin şirələrini qəbul edə bilməsi üçün lazımi xüsusiyyətlərə sahib olan dimdiyini yaradılışçılar Allahın dizaynı olaraq görərlər. Mustafa Topala görə isə, bu dimdiyini yaradılışçılar Allahın dizaynı olaraq qəbul edirlər, Mustafa Topala görə isə bu dimdik dizayn əsəri deyil, təsadüflərin əsəridir. Çünki mutasiya ilə o dimdik ortaya çıxmazsa, o quş növü təkamülləşməyəcəkdir. Yəni o dimdik quşun çiçəklərin şirəsini çəkməsi üçün təkamülləşməmişdir, əksinə o dimdik o quşda təsadüfən meydana gəldiyi üçün o quş təkamülləşə bilmişdir”.
Məhz bu, təkamülçülərin dolaşıq məntiqlərinin klassik bir nümunəsidir. Diqqət yetirilsə, əldə heç bir dəlil yoxdur. Təkamülçülərə görə əgər bir canlı növü bu gün həyatdadırsa, deməli o növ uyğun olduğu üçün seçilmişdir və təkamülləşmişdir. Yaxşı, uyğun olan hansı canlı növüdür? Həyatda qalan! Göründüyü kimi, bu məntiqdə tam bir sonsuz dövr (tavtologiya) vardır.
Həm də hörmətli Topalın şərhləri nə quşun dimdiyinin, nə də quşun mənşəyinə bir açıqlama gətirmir.
Nə lamarkçılıq, nə də darvinçilik
Hörmətli Topal yazısının “lamarkçılıqmı, yoxsa darvinçilikmi” hissəsində hörmətli Hacıkadiroğlunun lamarkçı fikirlərini tənqid etmiş, Darvinin “öz-özünə, təsadüflə” inkişaf iddiasını müdafiə etmiş və bu inkişafın mexanizminin təsadüfi mutasiyalar olduğunu söyləmişdir.
“Netcevap” saytında həm lamarkçılığın, həm də təsadüfi mutasiyaların canlı növlərinin meydana gəlməsini açıqlaya bilmədiyi dəfələrlə izah edilmişdir. Bu mövzuların detalları üçün arxivdəki yazılar araşdırıla bilər. (Həm də daha ətraflı məlumat üçün baxın: Həyatın həqiqi mənşəyi)
Nəticə
Hörmətli Topalın yazısı təkamülçülərin öz aralarındakı fikir ayrılıqlarını və təkamül nəzəriyyəsinin ziddiyyətlərini görmək baxımından əhəmiyyətli bir nümunədir. Təkamül nəzəriyyəsi dəlillərdən deyil, təkamülçülərin xəyal güclərinin məhsulu olan ssenarilərdən qaynaq tapır. Bunun nəticəsində isə təbii olaraq ssenarilər arasında əhəmiyyətli fərqliliklər və ziddiyyətlər ortaya çıxır.